Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-427/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X8 ibarət məhkəmə tərkibində, X21 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi vəkil X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X2 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 ABŞ dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC məhkəməyə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbində cavabdehlərdən Cavabdeh3 ata adının yanlışlığa yol verilərək “Fuad” əvəzinə “Rauf” qeyd edildiyini bildirərək, tələbin digər cavabdehlərlə yanaşı Cavabdeh3 yönəldilməsinin nəzərə alınmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsi ilə (Nicat Ağabəyov) iddia təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X2 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 ABŞ dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) açıq hərracdan satılması və əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi vəkil X1 Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsindən apellyasiya şikayətləri verərək onun tamamilə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh X9 xx.xx.2014-cü il tarixli 08S000020057 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında bоrclu Əkbərov Rauf Musaqət oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Həmçinin kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh Əkbərov Rauf Musaqət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “AccessBank QSC” tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehlər Əkbərov Rauf Musaqət oğlundan və X2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə cəmi 51633 ABŞ dolları məbləğində bоrcun tutulması, tələbin Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633 ABŞ dolları məbləğində bоrcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Əkbərov Rauf Musaqət oğlundan və X2 müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 29283.87ABŞ Dolları, faiz borcu üzrə 13771.63 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və X2 müştərək qaydada tutularaq İddiaçı QSCyə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qərardaddan İddiaçı QSC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı ilə Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir. X11 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kredit borcunun Əkbərov Rauf Musaqət oğlunun vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3389/2022 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 3389/2022 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Keçən müddət ərzində onun vərəsələri mirasın qəbulu barədə şəhadətnamə almamış, həmçinin mirasın qəbulundan imtina barədə notariat kontoruna ərizə verməmişlər. İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. Mərhum cavabdehin ailə üzvlərinin əmlaka sahiblik etmələri və əmlakı faktiki olaraq idarə etmələri, bununla da həmin şəxslərin mirası faktiki olaraq qəbul etmələri müəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verərkən iddia ərizəsinin cavabdeh R.Əkbərovun öldüyü xx.xx.2017-ci il tarixdən - xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olduğunu və xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edildiyini, başqa sözlə iddianın qaldırıldığı və icraata qəbul edildiyi tarixdə həmin cavabdeh sağ olmadığı üçün hüquq münasiblərinin subyekti olmadığını, iddiaçı bank tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün ona qarşı tələbin yönəldilməsi və bu tələbə baxılmasının mümkün olmadığını qeyd etmişdir. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən borc məbləği yekunda yalnız zamin Xoşbəxt Tağıyevdən tutulmuş, iddia tələbinin digər hissələri məhz əsas borclu Rauf Əkbərovun vəfatından sonra məhkəmə müraciət edilməsi səbəbindən təmin edilməmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olmuş Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evini (0.06 ha torpaq sahəsi ilə birlikdə) miras əmlak kimi faktiki olaraq qəbul etmələri faktı artıq müəyyən olunmuşdur. Ona görə də, hazırda iddiaçı bank tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması, borcun ipoteka predmetinin dəyərindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi vəkil X3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də etiraf edir ki, Əkbərov Rauf Musaqət oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açıldığı və həmin kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka iiə yüklü edildiyi təqdirdə, vətəndaş Əkbərov Rauf Musaqət oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dollar məbləğində kredit yalnız İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli (yəni, ipoteka müqaviləsi bağlanılandan 7 gün sonra) 08R000019676 saylı kredit razılaşması əsasında verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli Ö8R000019676S saylı və xx.xx.2016-cı il tarixli (yəni, ipoteka müqaviləsi bağlanılandan 19 ay 7 gün sonra) 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X9 xx.xx.2014-cü il tarixli (yəni, xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşmadan 19 ay əvvəl bağlanılmış) 08S000020057 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı özünün iddia ərizəsində birinci instansiya məhkəməsinə yanlış (yalan) məlumatlar verərək bildirmişdir ki, guya hazırkı iş üzrə ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmış və həmin sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. Mərhum cavabdehin ailə üzvlərinin əmlaka sahiblik etmələri və əmlakı faktiki olaraq idarə etmələri, bununla da həmin şəxslərin mirası faktiki olaraq qəbul etmələri müəyyən olunmuşdur. Halbuki, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996- cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində heç vaxt qeydiyyatda olmamışlar. Həmin evdə yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Əkbərov Rauf Musaqət oğlu vəfat edəndən sonra həmin evin yeni mülkiyyətçisinin ünvanına yeni İpoteka Bildirişinin qeydiyyata alınması barədə məlumat və bunu təsdiq edə biləcək sənəd hazırkı işdə mövcud deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı QSC tərəfindən hazırkı tərəflər arasında mübahisə üzrə iddia xx.xx.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə verilmiş, həmin iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olduğundan məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-974/2023 saylı mübahisəli qətnaməsinin 8-ci vərəqin 4-7-ci abzaslarında iddiaçının iddia tələbinin əsaslandırması barədə aşağıdakılar göstərilmişdir: “Lənkəran ŞİHB-nin Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12- 22/19 nömrəli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evə dair təsərrüfat kitabında həmin evdə qeydiyyatda olan mərhumun aşağıdakı ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6dur. Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 280 №-li məlumatından görünür ki, Əkbərov Rauf Musaqət oğluna aid notariat ofisində vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. "Azəriqaz" İB-nin xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış ünvanında abonent kimi qeydiyyatı olan Raisə Əkbərova "Azəriqaz" İB üzrə qaz istehlakçısı kimi qeydiyyatdadır və təbii qazdan istifadə üçün 113.7 manat borcu var. 15 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarının surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5,Cavabdeh4 ünvan 2ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, işdə olan Lənkəran ŞİHB-nin Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12-22/19 nömrəli arayışında xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evə dair təsərrüfat kitabında həmin evdə qeydiyyatda mərhumun aşağıdakı ailə üzvləri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 göstərildiyi halda, işdə olan 15 iyul 2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarının surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 Lənkəran şəhəri T.Bağırov küçəsi ev 53 ünvanında qeydiyyatdadırlar. Bu faktiki hal isə həmin şəxslər tərəfindən xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evini faktki istifadə edilmədiyinə dəlalət edir. Lənkəran Rayon Məhkəməsinin qeyd edilən xx.xx.2023-cü il tarixli e-2(049)-974/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, iş üzrə sübutları qiymətləndirməklə düzgün nəticəyə gəlinmədiyindən, tədqiq edilmiş sübutlar səhv təsvir edilərək, tərəflərin qarşılıqlı hüquqi münasibətlərinə, həmçinin, məhkəmənin müəyyən etdiyi faktiki hallara düzgün hüquqi qiymət verilməyərək, səhv nəticələrə gəlindiyindən, iş üzrə cavabdeh olan ipoteka qoyan şəxs Əkbərov Rauf Musaqət oğlu hələ məhkəmə işi icraata qəbul edilmədən xx.xx.2017-ci tarixində ölüm faktı səbəbindən hazırkı iddia ərizəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında köhnə İpoteka bildiriş etibarsız edib məhkəmə icraatına xitam verməli olduğundan və yeni bildirişin qeydə alınmasına dair sənəd məhkəməyə təqdim edilmədiyi səbəbindən məhkəmə icraatına xitam verməli olduğu halda bunu etmədiyindən, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmənin vaxtı və yeri barədə ümumiyyətlə məlumatlandırmadan, onların məhkəmə baxışında iştirakını təmin etmədən məhkəmə işə baxıb qanunsuz və əsassız qətnamə çıxardığından, həmçinin apellyasiya şikayətində aşağıda göstərilən səbələrə və əsaslara görə qanunsuz və əsasız olduğundan həmin qətnamənin ləğv ediməli və İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi" barədə iddia tələbinin rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti də cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi vəkil X3 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. İddiaçı QSC-nin nümayəndəsi X10 məhkəmədə izahatında bildirmişdir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi vəsatətlər əsassızdır. Əvvəlki işdə məhkəmə şəxs vəfat etdiyi üçün işə xitam verilmişdir. İndiki iş isə tamam fərqlidir. Belə ki, hər iki iş üzrə xitam əsasları fərqlidir. Onlar iddia ərizəsini poçta təqdim edən zaman şəxs sağ olmuşdur. İddia müddəti ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli yekun qərarı çıxdıqdan sonra iddia 6 ay müddətində verilmiş, iddia müddəti ötürülməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq iddia müddətinin ötürülməsini qeyd etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və onların nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000010439 №-li “Krеdit xətti müqaviləsindən” görünür ki, İddiaçı QSC tərəfindən borcalan Əkbərov Rauf Musaqət oğlu 120 ay müddətində 300.000 ABŞ dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. Daha sonra isə tərəflər arasında bağlanmış Kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 08R000019676 №-li “Krеdit razılaşması əsasında Əkbərov Rauf Musaqət oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh X9 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh X9 xx.xx.2014-cü il tarixli “Krеdit xətti müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İş materiallarında olan İpoteka və sonrakı ipoteka müqavilələrindən görünür ki, ipoteka qoyan cavabdeh Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ əsasında Əkbərov Rauf Musaqət oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi ilə birlikdə 11 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 05/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, İddiaçı ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit razılaşmasına əsasən əsas kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 və X2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ekspertiza xərci təşkil edən cəmi 50 manat məbləğində pulun cavabdehlərə aid edilməklə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 2618/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarından görünür ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)- 2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadından görünür ki, İddiaçı QSC-nin cavabdehlər Əkbərov Rauf Musaqət oğlu və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi İddiaçı ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit razılaşmasına əsasən əsas kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 və X2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 05/2021 saylı qətnaməsi kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat və ekspertiza xərci olaraq 50 manat məbləğində pulun cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarından görünür ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarından görünür ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Lənkəran ŞİHB-nin Liman şəhər İƏD nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 12-22/19 nömrəli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evə dair təsərrüfat kitabında həmin evdə qeydiyyatda olan mərhumun aşağıdakı ailə üzvləri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 vardır. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 280 №-li məlumatından görünür ki, Əkbərov Rauf Musaqət oğluna aid notariat ofisində vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış ünvanında abonent kimi qeydiyyatı olan Raisə Əkbərova “Azəriqaz” İB üzrə qaz istehlakçısı kimi qeydiyyatdadır və təbii qazdan istifadə üçün 113.7 manat borcu var. İş materiallarında olan 15 iyul 2020-ci il tarixli DİN BPQMİ-nin MAPS şöbəsinin arayışlarının surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 Lənkəran şəhəri T.Bağırov küçəsi ev 53 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Liman şəhəri Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayiş evinin 0,06 ha torpaq sahasi ilə birlikdə bazar dəyəri 60000 manat, likvid dəyəri 50000 qiymətləndirilir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Keçən müddət ərzində onun vərəsələri mirasın qəbulu barədə şəhadətnamə almamış, həmçinin mirasın qəbulundan imtina barədə notariat kontoruna ərizə verməmişlər. İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 məhkəməyə ərizə verərək hazırkı iş üzrə icraatın iddiaçı qismində Cavabdeh1 cavabdeh İddiaçı QSCyə qarşı verilmiş İddiaçı QSC ilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli İpoteka müqaviləsinin cavabdehlə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli Kredit razılaşmasına və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi barədə iddia tələbi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə qərarının (aktı) qüvvəyə minənədək dayandırılmasını xahiş etmiş və bildirmişdir ki, ipoteka ilə bağlı reyestrdə qeydiyyatdan öncə notarial qaydada əlavə müqavilə - ipoteka müqaviləsi olmalıdır. Kredit müqaviləsi kredit əqdidir. İpoteka müqaviləsi isə əşya ilə bağlıdır. Onlar bir-birinin davamı deyil, tarazılaşdırma xüsusiyyətinə malikdirlər. İpoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi çıxış edir. Kredit müqaviləsinin ipoteka müqaviləsi ilə eyni vaxtda araşdırılması düzgün deyildir. Yasamal Rayon Məhkəməsinin icraatında olan mövcud mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, habelə qətnamə qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Əgər kredit müqaviləsi varsa, ona dəyişiklik edilərsə, ipoteka müqaviləsinə də dəyişiklik olunmalıdır. Əlavə kredit müqaviləsi başqa bir kredit müqaviləsinin tərkib hissəsi deyildir. Burda müstəqil müqavilədən söhbət gedir. Bank kredit xətti müqaviləsini başqa müqavilə olmasını və kredit razılaşmalarının tərkib hissəsi olmasını hesab etsə də, bu düzgün deyil. Müqavilənin müvafiq bəndində göstərilmişdir ki, bu müqavilə heç bir halda kredit verilməsi öhdəlikləri kimi qəbul edilə bilməz. Qüvvədə olan qanunvericiliyə, habelə Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən kredit müqaviləsi ayrıca kredit müqaviləsi kimi tanınır. xx.xx.2014-cü il tarixdə bağlanan ipoteka müqaviləsindən sonra müqaviləni bağlayan şəxs bankın ona 10 il müddətinə 300000 ABŞ dolları məbləğində pul vəsaiti verəcəyi üçün şirniklənmişdir. Halbuki, birinci öhdəlik olmalı, sonra öhdəliyin təminatı yaranmalıdır. Hazırkı halda öhdəliyin təminatı olsa da, öhdəlik hələ mövcud deyil. Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaları təmin edilərsə və qətnamə qanuni qüvvəsini alarsa, həmin qətnamə preyudisial sənəd kimi hazırkı iddianın baxılmamış saxlanılması ilə nəticələnəcəkdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 427/2024 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14-cü maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Gələcəkdə əsas öhdəlik üzrə tələbi yerinə yetirilməyəcəyi təqdirdə məhz ipoteka predmeti hesabına mənfəətinin qarşılanacağından əmin olan kreditor qarşı tərəflə müqavilə münasibətlərinə daxil olur ki, nəticədə hər bir tərəf üçün əmlak mənfəəti əldə etmək üçün şərait yaranmış olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, kollegiya apellyaiya şikayətlərinin dəlillərinə və məhkəməyə daxil olmuş ərizə və vəsatətlərə əsasən işin faktiki hallarını araşdıraraq bildirir ki, hazırkı iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, iş materiallarına əsasən Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Buna görə, cavabdeh Əkbərov Rauf Musaqət oğlu və İddiaçı QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışla Əkbərov Rauf Musaqət oğlunun adına olan həmin əmlak onun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli Ö8R000019676S saylı və xx.xx.2016-cı il tarixli (yəni, ipoteka müqaviləsi bağlanılandan 19 ay 7 gün sonra) 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə əsasən Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Əkbərov Rauf Musaqət oğlu vəfat edəndən sonra həmin evin yeni mülkiyyətçisinin ünvanına yeni İpoteka Bildirişinin qeydiyyata alınması barədə məlumat və bunu təsdiq edə biləcək sənəd hazırkı işdə mövcud deyildir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, adıçəkilən ipoteka müqaviləsi məhz xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzrə təminat olaraq (120 ay müddətinə) bağlanmış və həmin xətt müqaviləsində nəzərdə tutulan şərtlərdən fərqli qaydalar müəyyən edilməmiş, habelə məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. Nəzərə alınmalıdır ki, ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Adıçəkilən qərarda həmçinin qeyd edilmişdir ki, mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab edir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Kollegiya cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi və nəticədə çəkişmə prinsipinin pozulması barədə apellyasiya şikayətlərinin dəlillərinə dair qeyd edir ki, iş materiallarına (İ cild: səh. 116-119, 122-123, 131-133, 139-141, 200-202, 208-209, 221-224 və s.) əsasən cavabdehlər mülki iş üzrə məhkəmə proseslərindən xəbərdar olmuş, habelə ərizə və vəsatətlərlə məhkəməyə müraciətlər ünvanlamışlar. Beləcə, hazırkı dəlil də özlüyündə tamamilə formal olmaqla onun hər hansı əsası yoxdur. Bununla yanaşı, iş üzrə tələbə iddia müddətinin tətbiqinə dair nümayəndənin ərizəsinə münasibətdə kollegiya diqqətə çatdırır ki, MM-in 372.1-ci və 375.2-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Beləcə, işdən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının L.İ.Binnətovanın şikayəti üzrə 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-427/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-427/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver