Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-43/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh Nayib oğluna qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunda olan sudaşıyıcı kanalının təmizlənməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-43/2025 Açar sözlər : ümumi istifadədə olan gediş-gəliş yolunda olan sudaşıyıcı kanalının təmizlənməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması. X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı4 nümayəndəsi (vəkili) Nümayəndə3 və Cavabdeh Nayib oğlunun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh Nayib oğluna qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunda olan sudaşıyıcı kanalının təmizlənməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(049)- 263/2023 saylı qətnaməsindən (hakim İddiaçı1) İddiaçı4 vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nayib oğlu tərəfindən qanunsuz doldurulmuş Lənkəran rayonu, Girdəni kəndində yerləşməklə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunda olan su daşıyıcı kanalın cavabdehin hesabına təmizlənməsi, əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh tərəfindən həmin gediş-gəliş yolunda olan su daşıyıcı kanalın üzərində qanunsuz inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar Lənkəran rayonu, Girdəni kənd sakinləridir. İş üzrə Cavabdeh Nayib oğlu onların yaşadıqları məhəllənin gediş-gəliş yolunda olan su daşıyıcı kanalı qanunsuz dolduraraq üstündə daş hasar hörmüşdür. Nəticədə yağış yağarkən küçə dizə qədər su içində qalır, 10 ailə və məktəb yaşlı uşaqlar məktəbə gedib-gəlməyə çətinlik çəkirlər. İş o yerə gəlib çatıb ki, sakinlər qaz borusunun üstü ilə gedib gəlirlər. Bu barədə dəfələrlə ağsaqqallar cavabdehlə söhbət ediblər, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh öz hərəkətlərindən əl çəkmir deyir ki, gedin əlinizdən nə gəlirsə edin. Bütün bunlardan görünür ki, cavabdeh qanunvericiliyin tələlərini başa düşmür və düşmək fikrində deyildir. Cavabdeh Nayib oğlu iddia ərizəsinə etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhəllərinin gediş-gliş yolunda heç vaxt sudaşıyıcı kanal olmayıbdır. Əgər iddiaçılar məhəllə daxili xırda su xəndəyini nəzərdə tuturlarsa bununla bağlı olaraq bildirib ki, onlar məhəllə də daxil olmaqla Girdəni kəndindəki məhəllə daxili su xəndəkləri məhəllə gediş-gəliş yolunun sağ tərəfindən qazılmış və istifadə edirlər. Bunun səbəbi ondan ibarətdir ki, yolun sol tərəfində həyətyanı sahələrin hasarlarının qarşısından yerin altı və üstündən iritutumlu məhəllə qaz boru kəmərləri çəkilmişdir. İddiaçılardan biri olan İddiaçı4 qanunsuz və əsassız olaraq 2015-ci ildən etibarən onların məhəllədaxili gediş-gəliş yolumuzun təxminən 80(səksən) metrlik hissəsini zəbt edilərək həyətyanı sahəsinə qatmışdır və bunun nəticəsində 2015-ci ilədək iki tərəfi açıq olmuş gediş-gəliş yolu dalana çevrilmişdir. Gediş-gəliş yolunun həmin 80 metrlik hissəsi bağlanması səbəbindən bütün məhəllə sakinlərinin mal-qarası məcburən bütün Girdəni kəndindən dairə edərək maqistral yola çıxıb əlavə 5 (beş) kilometrədək məsafə getməli olur. Bundan əlavə məhəllə yolunun fərdi şəxs tərəfindən qanunsuz bağlanılması yanğın təhlükəsizliyi tələblərinə də ziddir. Digər tərəfdən, məhəllənin gedişgəliş yolununun həmin hissəsi zəbt ediləndən sonra yol boyu uzanan və su kanalına birləşən məhəllədaxili su xəndəyin də İddiaçı4 tərəfindən özünün ata-baba malı kimi doldurulub həyəyanı sahəsi kimi istifadə edilməkdədir. Buradan isə aydın görünür ki, əsil qanunsuz torpaq zəbt etmiş qanun pozucusu olan İddiaçı4 özünü iddiaçılar sırasında 4-cü göstərsə də əslində elə o, özü məhkəməyə ünvanlandırılmış bu qanunsuz və əsassız iddia tələbinin müəllifi və təşəbbüskarıdır. İddiaçı4 onların məhəlləsinin gediş-gəliş yolunu qanunsuz və əsassız zəbt etdiyinə görə yaxın zamanlarda qanun qarşısında cavab verməlidir. O özünün qanuni mülkiyyətində və istifadəsində olan həyətyanı sahənin kubik matertialından olan daş hasarını nəninki iddiaçıların, ümumiyyətlə heç bir kəsin gediş-gəliş yolunun sudaşıyıcı kanalında tikməmiş və iddiaçıların onun sökülməsi barədə iddiası tamamilə qanunsuz və əsassızdır. İddiaçıların iddia ərizəsinnin mətninin 90 faizi iddia tələbinə heçbir aidiyyatı olmayan qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin sadalnmasına həsr edilibdir ki, bu da mənasız söz yığımından başqa bir hal kimi qiymətləndirilə bilməz. Hazırda meydana çıxmış mübahisənin həlli ilk növbədə onların məhəlləsinin gediş-gəliş yolunun vətəndaş İddiaçı4 tərəfindən qanunsuz zəbt edilmiş hissəsinin Girdəni bələdiyyəsinə qanunvericiliyimizin tələblərinə müvafiq şəkildə ondan geri qaytarıİmasından sonra həmin gediş-gəliş yolunun sağ tərəfindən elə əvvəldən mövcud olmuş lakin iddiaçıların bir neçəsi tərəfindən qəsdən və tələm-tələsik şəkildə əlavə gətirilmə qum və xırış materialı ilə doldurulmuş su xəndəyinin yenidən təmizlənməsi ilə həll oluna bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh Nayib oğlu iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş, sonuncunun vəkili Nümayəndə1 da eyni məzmunda çıxış etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı6 məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyini öyrənmək mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(049)-263/2023 saylı qətnaməs ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı4 vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Göstərmişdir ki, məhkəmə iddianı rədd edərkən iddiaçıların həmin iddianı qaldırmağa subyektiv hüquqlarının olub-olmamasını diqqət yetirməsini aydınlaşdırmağı zəruri hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların belə bir subyektiv hüququ olmamışdır, çünki həmin yol bələdiyyə mülkiyyətindədir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz çünki həmin yol ümumi istifadə yoludur və iddiaçıların hər birinin maraqlarına toxunur və onların hüquqlarını pozur. Buna görədə onların belə bir iddia qaldırmağa hüquqları vardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(049)-263/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə3 vermiş olduqları apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Nayib oğlunun nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin və apellyasiya mərhələsində keçirilmiş ekspertizaların rəyi ilə razıdırlar. Həmin rəydən də müəyyən edilir ki, mübahisəli yol cavabdeh tərəfindən deyil, İddiaçı4 tərəfindən qismən zəbt edilib. Ümumiyyətlə həmin ərazidə olan küçələrin eni 9-10 mert olduğu halda məhz mübahisəli küçədə iddiaçıların yola çıxaraq müdaxilə etməsi ilə əlaqədar həmin küçənin eni 5-5.5 metrdir. Apellyasiya baxışında iş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilmiş Girdəni Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Girdəni Bələdiyyəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarları) mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. İş materiallarında olan; Lənkəran rayon Girdəni Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Girdəni kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 yaşadıqları məhəllədə ümumi istifadə üçün nəzərdə tutulmuş gedişgəliş yolunda olan su daşıyıcı kanalı doldurulmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssiz rəydən görünür ki, JN-772A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üstüstə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə (yerləşmə və konfiqurasiya fərqləri) faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında (yerləşmə və konfiqurasiya fərqləri) uyğunsuzluğun olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün isə 0,23 ha olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən JN-772A «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsinə gediş gəliş yolunun həmin torpaq sahəsinin qərb sərhəddindən olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən həmin yolun başlanğıc hissəsinin şimal istiqamətdə kəndin ümumi yola birləşən yerdə olması, son hissəsinin isə cənub istiqamətdə cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin giriş qapısına qədər olması müəyyən edilmişdir. Sözügedən yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən həmin yolun başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 218-220 m olması, eninin isə orta hesabla 5,5-6 m olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən sözügedən yolun son hissəsinin cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin giriş qapısına qədər olması və həmin yolun da cavabdeh İddiaçı4 və ya digər şəxslər tərəfindən tutulması müəyyən edilməmişdir. Əlavə olaraq bildirilib ki, tədqiqat zamanı iddiaçı Cavabdeh tərəfindən digər yerdə yəni kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə yaşayış məntəqələri torpaqları arasındakı ərazidə yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu olması müəyyən edilmiş və həmin gediş-gəliş yolunun da cavabdeh İddiaçı4 və digər şəxs (şəxslər) tərəfindən tutulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5391 №-li, 28 iyul 2023-cü il tarixli Rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0.18 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə (yerləşmə və konfiqurasiya fərqləri) faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında (yerləşmə və konfiqurasiya fərqləri) uyğunsuzluğun olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün isə 0.23 ha olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0.18 ha torpaq sahəsinə gediş-gəliş yolunun həmin torpaq sahəsinin qərb sərhəddindən olması müəyyən edilmişdir. Həmin yolun başlanğıc hissəsinin şimal istiqamətdə kəndin ümumi yolu birləşən yerdə olması, son hissəsinin isə cənub istiqamətdə cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsini giriş qapısına qədər olması müəyyən edilmişdir. Sözügedən yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Yolun başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 218-220 m olması, eninin isə orta hesabla 5,5-6 m olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.18 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun son hissəsinin cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsini giriş qapısına qədər olması və həmin yolun da cavabdeh İddiaçı4 və ya digər şəxslər tərəfindən tutulmaması müəyyən edilmişdir. Cavabdeh tərəfindən digər yerdə, yəni kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə yaşayış məntəqələri torpaqları arasındakı ərazidə yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu olması müəyyən edilmiş və həmin gediş gəliş yolun da cavabdeh İddiaçı4 və digər şəxs (şəxslər) tərəfində tutulması müəyyən olunmuşdur. İşdən göründüyü kimi məhkəmə iddianı rədd etmişdir. Qətnamədən iddiaçılardan İddiaçı4 narazı qalmış və şikayət vermişdir. Apellyasiya şikayətinin əsas dəlili o olmuşdur ki, məhkəmə iddianı rədd edərkən iddiaçıların həmin iddianı qaldırmağa subyektiv hüquqlarının olub-olmamasını diqqət yetirməsini aydınlaşdırmağı zəruri hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların belə bir subyektiv hüququ olmamışdır, çünki həmin yol bələdiyyə mülkiyyətindədir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz çünki həmin yol ümumi istifadə yoludur və iddiaçıların hər birinin maraqlarına toxunur və onların hüquq larını pozur. Buna görədə onların belə bir iddia qaldırmağa hüquqları vardır. Apellyasiya baxışında Lənkəran rayonu Girdəni Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilmişdir. Həmçinin mübahisənin ədalətli həll edilməsi, xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2023-cü tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8638 nömrəli ekspert rəyində qərardadın birinci sualı üzrə göstərilmişdir ki; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8638 №-li, 24 yanvar 2025-ci il tarixli Rəyindən görünür ki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3310/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Girdəni kəndində yerləşən mübahisəli əraziyə baxış keçirilərək iddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən suötürücü kanal kimi iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, arxiv məlumatlarına (Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş Girdəni bələdiyyəsinin xəritəsinə) əsasən mübahisəli ərazi çevrəsində kanalın mövcud olması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı bələdiyyə xəritəsində öz əksini tapan kanalın naturaya uyğun gəlməməsi və mübahisə predmeti olan kanalın faktiki vəziyyətdə (xəritə üzrə vəziyyətin faktiki vəziyyətlə müqayisəli təhlil aparılmasına rəğmən) mövcud olmaması səbəblərindən həmin kanalın konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Girdəni kəndinı aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyöun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən suötürücü kanal kimi iddia edilən yerdə kanalın mövcud olmaması müəyyən edilmişdir. İddiaçılar tərəfindən kanal kimi iddia edilən torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması müəyyən olunmuşdur. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3310/2024 saylı mütəxəssis rəyinə əsasən, 2,3. Yuxarıda qeyd olunduğu kimi iddiaçılar İddiaçı1 va qeyriləri tərəfindən suötürücü kanal kimi iddia edilən torpaq sahəsinin sənəd (xəritə) üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından (Torpaqların elektron kadastr uçotu informasiya sistemində və faktiki naturada kanal kimi iddia edilən yerdə kanal mövcud deyildir) kanal kimi iddia edilən torpaq sahəsinin Cavabdeh Nayib oğlu tərəfindən doldurularaq istifadə edilib-edilməsini də müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3310/2024 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh Nayib oğlu tərəfindən inşa edilmiş daş hasarın faktiki vəziyyətdə cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsi ilə ümumi istifadədə olan yolla sərhədində yerləşməsi müəyyən olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə həmçinin əlavə olaraq bildirir ki, İddiaçı4 mübahisəli ərazidə cavabdeh tərəfindən ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunda olan sudaşıyıcı kanalın dolduraraq həmin sudaşıyıcı kanalın üzərində qanunsuz daş hasarın inşa edilməsini bildirsə də bu hal birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyləri ilə inkar olunur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5391 №-li, 28 iyul 2023-cü il tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan 0.18 ha torpaq sahəsinə gedişgəliş yolunun həmin torpaq sahəsinin qərb sərhəddindən olması müəyyən edilmişdir. Həmin yolun başlanğıc hissəsinin şimal istiqamətdə kəndin ümumi yolu birləşən yerdə olması, son hissəsinin isə cənub istiqamətdə cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsini giriş qapısına qədər olması müəyyən edilmişdir. Sözügedən yolun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Yolun başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 218-220 m olması, eninin isə orta hesabla 5,5-6 m olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1659/2023 saylı mütəxəsis rəyinə əsasən, JN-772A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.18 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun son hissəsinin cavabdeh İddiaçı4 mülkiyyətində və istifadəsində olan torpaq sahəsini giriş qapısına qədər olması və həmin yolun da cavabdeh İddiaçı4 və ya digər şəxslər tərəfindən tutulmaması müəyyən edilmişdir. Cavabdeh tərəfindən digər yerdə, yəni kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə yaşayış məntəqələri torpaqları arasındakı ərazidə yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu olması müəyyən edilmiş və həmin gediş gəliş yolun da cavabdeh İddiaçı4 və digər şəxs (şəxslər) tərəfindən tutulması müəyyən olunmuşdur. Həmçinin apellyasiya baxışında təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/8638 №-li, 24 yanvar 2025-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən suötürücü kanal kimi iddia edilən yerdə kanalın mövcud olmaması müəyyən edilmişdir. İddiaçıların suötürücü kanal kimi iddia edilən torpaq sahəsinin sənəd (xəritə) üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından (Torpaqların elektron kadastr uçotu informasiya sistemində və faktiki naturada kanal kimi iddia edilən yerdə kanal mövcud deyildir) kanal kimi iddia edilən torpaq sahəsinin Cavabdeh Nayib oğlu tərəfindən doldurularaq istifadə edilib-edilməsini də müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin Cavabdeh Nayib oğlu tərəfindən inşa edilmiş daş hasarın faktiki vəziyyətdə cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsi ilə ümumi istifadədə olan yolla sərhədində yerləşməsi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçılar tərəfindən iddia edilən gediş-gəliş yolunun və suötürücü kanalın Cavabdeh Nayib oğlu tərəfindən tutulması, suötürücü kanalın doldurulması sübuta yetirilmir. Yəni iddiaçılar Cavabdeh Nayib oğlu tərəfindən Lənkəran rayonu, Girdəni kəndində yerləşməklə ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunda olan su daşıyıcı kanalın doldurulması, həmin gediş-gəliş yolunda olan su daşıyıcı kanalın üzərində cavabdeh tərəfindən daş hasarın inşa edilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Bununla da iddiaçılar sübutetmə yükü onların üzərinə düşdüyü halda iddialarını təkzibedilməz və mötəbər sübutlarla sübuta yetirə bilməmişlər. İddiaçıların, o cümlədən İddiaçı4 iddiasının hüquqi əsası yoxdur, iddia əsassızdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı4 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(049)-263/2023 saylı qətnaməsi İddiaçı4 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-43/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-43/2025
13.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver