Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-430/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki iş üzrə Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi, iddia sübuta yetirilmir. X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(018)-317/2023 saylı (hakim İlqar Məmmdov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 4000 mana məbləğində maddi ziyanın və ödədiyi 61 manat dövlət rüsumunun ondaı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəlcədən həmkəndli və avtomobil təmiri ustası kimi tanıyırdı. Ford Mondeo markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobildə müəyyən problemlər olduğundan Cavabdeh ilə avtomobilin təmir olunmasında razılaşdıq. Həmin avtomobilin ehtiyat hissələri də çətin tapıldığından oğlum tərəfindən lazım olan ehtiyat hissələri alınmış və Cavabdeh təhvil verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh yaşadığı evə gedərək avtomobilin təmirinin nə vəziyyətdə olması ilə maraqlanmış. Həmin zaman ona məlum oldu ki, avtomobil sökülmüş, ehtiyat hissələri də yoxdur. Bunula bağlı Cavabdeh soruşduqda o, avtomobilin həyətində olarkən kiminsə tərəfindən söküldüyünü, hissələrinin oğurlandığını bildirmişdir. Lakin sonradan ona məlum oldu ki, Cavabdeh ona etibar edib həvalə etdiyimiz avtomobilin hissələrini sökərək başqa eyni model avtomobili təmir etmişdir. Cavabdeh hərəkə nəticədsində ona 4000 manat məbləğində maddi ziayan dəymişdir. Dəymiş ziyanı ödəməsini tələb etsə də Cavabdeh heç bir ödən] etməmişdir. Cavabdeh ona dəymiş 4000 mana məbləğində maddi ziyanın və ödədiyi 61 manat dövlət rüsumunun ondan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, avtomobil təmsil etdiyi şəxsdə təmirdə olduğu zaman avtomobilin hissələrinin təmsil etdiyi şəxs dəyişdirməyib və bu hal ekspert rəyi ilə müəyyən edilməyib. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(018)-317/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş ziyana görə 990 (doqquz yüz doxsan) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh bu hüququndan istifadə edərək müxtəlif sübutları məhkəməyə təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, 1998-ci il buraxılışlı “Ford Mondeo” minik markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində deyil. Bundan əlavə adıçəkilən avtomobil 10 il müddət ərzində işlək vəziyyətdə olmayıb, avtomobili təmin sexinə evakuator vasitəsilə gətirilmişdir. Təbii ki, uzun müddət idarə edilməyən avtomobilin hissələri sıradan çıxacaq. Cavabdeh özü mühərrik ustasıdır və mübahisələndirilən avtomobilə ziyan vurmamışdır, əksinə bəzi hissələrini təmir etmişdir. Cavabdehin konstitusion hüququ iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Avtomobilə qətiyyən onun tərəfindən ziyan vurulmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışına iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməklə, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə¬ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm¬lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə¬nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon PŞ-nin 0909.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4053 nömrəli rəyindən görünür ki, 1998-cı il buraxılışlı "Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus 1998-cı il buraxılışlı "Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil təmir edilməsi üçün Cavabdeh təhvil verilmiş, "Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh olduğu zaman avtomobilə 990,0 manat ziyan vurulmuşdur. İddiaçı cavabdehdən avtomobilə vurulmuş ziyanı tələb etmişdir. Astara Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanmış və cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması qənaətinə gəlmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, iddiaçıya heç bir ziyan vurmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarının sübut edilməməsinə baxmayaraq, iddianı qismən təmin etmişdir. Belə ki, ekspert rəyi ilə müəyyən olunan 990 manat məbləğ qeyd edilən avtomobilə vurulan ziyan deyil, “Ford Mondeo minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkilən xərcdir. Göründüyü kimi cavabdehin mübahisəli avtomobilə maddi ziyan vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dair hər hansı əsaslı sübut təqdim edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İşdən görünür ki, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Hazırkı halda apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(018)-317/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi- 30 (otuz) İddiaçı tutularaq Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-430/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-430/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver