Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-440/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Nümayəndə3 qarşı pul tələbinə dair Şirvan Şəhər Məhkəməsinin 2(032)-78/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X13 ilə X19 arasında nikah xx.xx.1994-cü ildə 253 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X14, Cavabdeh2, X12, X15, X13, X8, X6, X16 və Nümayəndə3 Şirvan şəhər, Ş.Şükürov küçəsi dalan 3, ev 8 ünvanında qeydiyyatdadırlar. X14, X12, X15. X8, X6 və X2 şəhər, Ş.Şükürov küçəsi dalan 3, ev 8 ünvanında qeydiyyatdadır və yaşayır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X9 1900 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanına dair 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məktubunda göstərilmişdir ki, “Elektron Notariat” İnformasiya sistemində X7 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubunda göstərilmişdir ki, şəxsin təvəllüdlü və ya fərdi identifikasiya nömrəsi barədə məlumat qeyd olunmadığından, onun adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Nümayəndə3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Nümayəndə3 1900 manat borcun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun mərhum X4 miras qalmış əmlaka yönəldilməklə ödənilməsi və ya mərhumun vərəsəsi olan cavabdehlərdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Nümayəndə3 həyat yoldaşı, Cavabdeh2 atası mərhum X10 uzun illər müddətində yaxından tanımış və bir-birləri ilə səmimi münasibətləri olmuşdur. O, 2022-ci ildə vəfat etmişdir. X26 böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. O, bu xəstəliklə bağlı davamlı olaraq müalicə olunurdu. Onun müalicəsi külli miqdarda vəsait tələb edirdi. X26 müalicə xərclərindən ötrü yaxın münasibətdə olduğu tanışlarına müraciət edirdi. Bu səbəbdən ona da müraciət edərək 2000 manat məbləğində borc pul verməyini xahiş etdi. Yaxından tanıdığından ona 1900 manat məbləğində borc pul vermişdir. X24 1900 manat məbləğində pulu verərkən onunla notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə X26 ondan aldığı 1900 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq ümumiyyətlə ona ödəniş olunmamışdır. Vurğun Şükürov vəfat etdikdən sonra ona kredit müqaviləsi üzrə borclu olduğu pulu cavabdehlərdən qaytarılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Cavabdeh tərəf müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Cavabdeh X19 mərhum Vurğu Şükürovun həyat yoldaşı, Cavabdeh2 isə onun qızıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yoldaşı 2021-ci ilin mart ayında iddiaçı ilə notarial qaydada 1900 manat məbləğində pulun alınması ilə bağlı müqavilə imzalamışdır. Həmin müqavilənin evdə görmüşdür. Müqavilənin 1 ay müddəti olmuşdur. 4 ay sonra isə yəni sentyabr ayının 5-də yoldaşı vəfat etmişdir. Yoldaşı sağlığında borcunu qaytardığını bildirmişdir. Vərəsəliklə bağlı yoldaşından onlara heç bir miras qalmamışdır. Özü isə onkoloji xəstədir. Ağır əməliyyat keçirmişdir. Hazırda kirayədə yaşayır. Qeyd edilən borcu qaytarmağa maddi imkanı yoxdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Nümayəndə3 və Cavabdeh2 müştərək qaydada 1900 (bir min doqquz yüz) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Nümayəndə3 nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qiyabi qətnaməsindən məlumatları olmamışdır, hazırda Şükürov Vurğun vəfat etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(032)-78/2024 saylı qərardadı ilə cavabdeh Nümayəndə3 nümayəndəsi Nümayəndə2 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-78/2024 saylı qətnaməsi ləğv edilərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. Şirvan şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(032)-78/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Nümayəndə3 müştərək qaydada 1900 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 449.1, 739.1, 740.1, 743, 1133.1, 1133.2, 1159.1.1, 1151.1, 1306-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, hazırda cavabdehlərin mərhum X1 mirası rəsmi qəbul etmələrinə dair məhkəmədə hər hansı məlumat olmamasına baxmayaraq, məhkəmə onları mərhum borcalanın faktiki vərəsələri kimi qəbul edib, onlardan borcalan kimi X7 kreditor İddiaçı qarşısında öhdəliyinin icrasını təmin etməyi müəyyən edə bilər. Göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli cavabdehlər Nümayəndə3 və Cavabdeh2 1900 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişdir. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, Birinci instansiya məhkəməsi bağışlama müqaviləsini sübut kimi qəbul edərək, iddianı rədd etməli idi. Çünki vərəsə miras həcmində borclunun öhdəlikləri üzrə məsuliyyət daşıyır. X17 hər hansı miras əmlak qalmadığı üçün faktiki vərəsəlik hüququndan söhbət gedə bilməz. Məhkəmə işə baxarkən, iddiaçının mərhum X7 ailə üzvlərinə görə qarşı iddia qaldırmasını əsaslandıra bilməməsini, ümumiyyətlə həmin şəxsin vərəsə olub-olmamalarını, həmin şəxslərə vəsiyyətnamə verilib-verilməməsini, eyni zamanda həmin şəxslərə mirasəmlakın qalıb-qalmamasını, onların qeyd olunan ünvanda yaşayıbyaşamamalarını araşdırmamışdır. Məhkəmə ümumiyyətlə X24 Şirin Şükürov tərəfindən hər hansı əmlakın vəsiyyət edilib-edilmədiyini araşdırmamışdır. İddiaçı cavabdehlərin faktiki vərəsələr olubolmamasını, onlara miras əmlak qalıb qalmamasını sübut etməsə də, iddiaçı əsassız olaraq iddianı təmin etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iştirak edən iddiaçı X5 apellyaya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, mərhum həyat yoldaşı Vurğun Şükürovun pulu almasından məlumatı olmamışdır. Maddi imkanı zəif olduğuna görə ödəyə bilmir. Mərhum yoldaşının vərəsəliyini qəbul etməmiş, vərəsəlik haqqında şəhadətnamə almamışlar. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 385.1-ci maddəsinə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı tərəf haqlı olaraq öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bağışlama müqaviləsini sübut kimi qəbul edərək, iddianı rədd etməli idi. Çünki vərəsə miras həcmində borclunun öhdəlikləri üzrə məsuliyyət daşıyır. X17 hər hansı miras əmlak qalmadığı üçün faktiki vərəsəlik hüququndan söhbət gedə bilməz. Məhkəmə işə baxarkən, iddiaçının mərhum X7 ailə üzvlərinə görə qarşı iddia qaldırmasını əsaslandıra bilməməsini, ümumiyyətlə həmin şəxsin vərəsə olubolmamalarını, həmin şəxslərə vəsiyyətnamə verilib-verilməməsini,eyni zamanda həmin şəxslərə miras əmlakın qalıb-qalmamasını, onların qeyd olunan ünvanda yaşayıb-yaşamamalarını araşdırmamışdır. Məhkəmə ümumiyyətlə X24 Şirin Şükürov tərəfindən hər hansı əmlakın vəsiyyət edilib-edilmədiyini araşdırmamışdır. Eyni zamanda, apellyasiya baxışında cavabdeh tərəf vərəsəlik şəhadətnaməsinin olmamasını əsas gətirərək mirası qəbul etmədiklərini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh2, Nümayəndə3 və digəri Şirvan şəhər, Ş.Şükürov küçəsi dalan 3, ev 8 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, cavabdehlərin yaşayış ünvanı ünvan 3liyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə, əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-78/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdehlər Cavabdeh2 və Nümayəndə3 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-78/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-440/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-440/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver