Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-444/2024 02.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023cü il tarixli, 2(056)82/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 03 dekabr 2021-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 avqust 2022-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manatın, ödənilməmiş icarə haqqı üzrə 975 (doqquz yüz yetmiş beş) manatın, cavabdehin istifadəsində\icarəsində olan müddət ərzində TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş cərimənin əvəzi olaraq 364 (üç yüz altmış dörd) manatın, ümumilikdə 2839 (iki min səkkiz yüz otuz doqquz) manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,44 (qırx səkkiz manat 44 qəpik) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil 03 dekabr 2021-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətinə keçmişdir. 04 aprel 2022-ci il tarixdə 7E4386 reyestrdə qeydə alınmış və “Mobil notariat" tətbiqi vasitəsi ilə rəsmiləşdirilmiş nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməyə əsasən onun tərəfindən yuxarıda qeyd edilən nəqliyyat vasitəsi Cavabdeh qabaqcadan razılaşdırılmış haqq ödənilməklə istifadəyə-icarəyə verilmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən nəqliyyat vasitəsi üzrə etibarnamə rəsmiləşdirildikdən və təhvil verildikdən sonra ilk 48 gün müddətində icarə haqı gündəlik olaraq 30 manat, etibarnamənin qüvvədə olduğu müddətdə isə icarə haqqı 25 manat təşkil etmişdir. Nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan müddətdə, yəni 20 avqust 2022-ci il tarixdə cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, sonuncu 30 avqust 2022-ci ill tarixli İXP ******* nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Elə həmin gün nəqliyyat vasitəsi cavabdehin istifadəsindən-icarəsindən götürülmüş və icarə münasibətlərinə xitam verilmişdir. Nəqliyyat vasitəsi ümumilikdə 138 gün cavabdehin istifadəsində olmuş, ondan 15 gününü icarə haqqının ödənilməsindən cavabdeh azad edilmişdir. İcarə haqqı hesablanan günlərin sayı 123 gün təşkil etmişdir. 123 gün üçün hesablanan icarə haqqı məbləği 3315 manat təşkil etmişdir (ilk 48 gün ərzində gündəlik olaraq 30 manat-ümumilikdə 1440 manat, 75 gün ərzində gündəlik olaraq 25 manatümumilikdə 1875 manat). Cavabdeh tərəfindən hesablanmış icarə haqqından, yəni 3315 manatdan 2340 manat icarə haqqı ödənilmişdir. Bunlardan 1340 manat onun adına açılmış bank hesab kartına, yerdə qalan hissəsi isə, yəni 1000 manat nağd qaydada ödənilmişdir. Beləliklə cavabdehin icarə münasibətlərinin sonuna, yəni 20 avqust 2022-ci il tarixə 975 manat icarə haqqı borcu qalmışdır. Bundan başqa nəqliyyat vasitəsinin cavabdehin istifadəsində-icarəsində olduğu müddət ərzində bir sıra həmin nəqliyyat vasitəsi ilə bir sıra inzibati xətalar törədilmişdir ki, onların cəriməsi də onun tərəfindən 29 avqust-01 sentyabr 2022-ci il tarixlərdə, yəni icarə münasibətlərinə son verildikdən sonra ödənilmişdir. Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(056)82/2023 saylı qətnaməsi (Hakim: Səlim Allahverdiyev) ilə, iddianın təmin edilməsi, Cavabdeh TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 avqust 2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manat, ödənilməmiş icarə haqqı üzrə 975 (doqquz yüz yetmiş beş) manat, cavabdehin istifadəsində icarəsində olan müddət ərzində TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş cərimənin əvəzi olaraq 364 (üç yüz altmış dörd) manat və 48,44 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2887.44 (iki min səkkiz yüz səksən yeddi manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1168/2023 saylı, 07 iyul 2023cü il tarixli qərardadı ilə, apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Daha sonra Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət verildiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1168/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmaqla Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(056)82/2023 saylı qərardadı ilə, şikayət təmin edilməyərək, Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)- 82/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin mülki işlə birlikdə 7 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-88/2024 saylı, 12 yanvar 2024cü il tarixli qərardadı ilə, İddiaçı şikayəti təmin edilməyərək Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(056)-82/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra mülki iş materialları hakim Pərviz Əhmədov tərəfindən Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(056)82/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmə baxışına təyin edilməsi üçün təqrir verməklə yenidən paylanmaya verilmiş, mülki iş materiallarına 2(106)444/2024 saylı nömrə verilməklə hakim Tofiq Heydərovun icraatına verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 02 fevral 2024-cü il tarixə təyin edilmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(056)82/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz şikayətə əlavə edilsə də, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz poçt vasitəsilə kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Sabirabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(056)82/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-444/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-444/2024
02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver