Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-448/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "MuğanBank” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1512/2023 saylı, 05 sentyabr 2023cü il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayaraq, kollegiya müəyyənetdi: İddiaçı "MuğanBank” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması ve tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 63/099137 saylı kredit müqaviləsi üzrə 13987.22 manat əsas borc, 1096.77 manat faiz borcu, 7661.97 manat cərimə, cəmi 22735.96 manat, iddia qaldırmaq üçün ödənilmiş 159,0 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 135,0 manat dövlət rüsumu, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İmişli rayon, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, İmişli rayon, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinə və İmişli rayon, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra en geci bir ay ərzində vahid daşınmaz emlak obyektinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilmesi barədə qətnamə çıxarılması xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(036)-102/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1512/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(036)-102/2023 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Sonuncu qərardaddan Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermiş, iş kassasiya şikayəti əsasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(106)-448/2024 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(036)-102/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cü maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda Ali Məhkəmə tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsində Şirvan Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(106)-448/2024 saylı apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli və iş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğu yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi məqsədilə baxışdan çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş mülki baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(106)- 448/2024 saylı apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilsin və iş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(106)- 1512/2023 saylı qərardadından Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi məqsədilə baxışdan çıxarılsın.
Məhkəmə qərarları › İş №2(106)-448/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-448/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver