Məhkəmə qərarları › İş №2(106)-449/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-449/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-449/2023 10.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (direktoru) X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (MMC-nin) Cavabdeh qarşı 58000 manat məbləğində maddi ziyanın əvəzinin tam ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(049)-2259/2022 saylı qətnaməsindən (hakim T.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 58000 manat dəyərində maddi ziyanın tam məbləğinin və 30 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2649/2021 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh etirazına əsasən Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadına əsasən Lənkəran Rayon məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)- 2649/2021 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “MAC" MMC (VÖEN: **********) (“İşəgötürən”) ilə Cavabdeh (ş/v AzE № ******** verilib xx.xx.2013 Səyyar Asan-1 tərəfindən, FİN: 27912İZ, qeydiyyatı: AZ4228, Lənkəran ray., Separadä kəndi) (“İşçi”) öz araiasında, satış nümayəndəsi (ekspeditor) vəzifəsi üzrə xx.xx.2020-xx.xx.2021 tarixlərdə işlədiyinə dair xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi və eyni zamanda şirkətin maddi məsul şəxsi qismində xx.xx.2020-ci il tarixli X10 haqqında müqavilə bağlanmışdır. Koronavirus yoluxmaları nəticəsində ölkə üzrə elan edilmiş xüsusi rejim dövrü ərzində iddiaçı tərəfindən satışların ümumi aşağı düşməsi ilə əlaqədar cavabdehə satış əməliyyatlarının aparılmasına və verilən bütün sifarişlərin yerinə yetirilməsinə hər bir şərait yaradılaraq yüksək etibar göstərilmişdir. Lakin əmək fəaliyyəti zamanı cavabdeh tərəfindən qəsdən və təqsirli hərəkətlər nəticəsində, müəssisənin mənafeyinə ciddi xələl gətirilmişdir və eyni zamanda müəssisəyə 58000.00 AZN (əlli səkkiz min manat 00 qəpik) dəyərində maddi ziyan vurulmuşdur. Belə ki, müəssisəyə maddi ziyan vurulması faktlarının ətraflı araşdırılaraq toplanmış materiallar və mövcud sübutlar əsasında həmçinin bilavasitə müştərilərin (son alıcıların) xx.xx.2021 - xx.xx.2021 tarixlərdə imzalanmış təhvil-təslim aktlarından, İddiaçı MMC-nin İT direktoru YT Sadıqovun xx.xx.2020-ci il tarixli məlumatına və Cavabdeh şəxsən yazdığı və imzaladığı xx.xx.2021ci il tarixli izahatından müəyyən edilir ki, cavabdeh İddiaçı MMC şirkətinə mənimsəmə nəticəsində yekun olaraq 58000.00 AZN məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatında göstərmişdir ki, onun məsuliyyətinə təhkim edilmiş ərazilər üzrə müştərilərlə aparılmış hesablaşmalardan 40 000.00 manat məbləğində uyğunsuzluqlar aşkar edilmişdir və bundan əlavə olaraq daha əvvəlki sayılarda 18 000.00 uyğunsuzluq aşkar olunmuşdur. Cavabdeh həmçinin qeyd etmişdir ki, uyğunsuzluqlar üzrə aşkar olunan məbləğləri şəxsən özü götürüb və ən qısa zamanda pulları şirkətin kassasına ödəyəcəkdir. Beləliklə də, cavabdeh öz öhdəliyini təsdiq edərək şirkətə ziyan vurduğunu etiraf etmiş və iddiaçıya məxsus əmlakın mənimsənilməsi və şirkətin faktiki itkiyə məruz qalması sübut edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışlar ki, müvafiq təsdiq olunmuş təhvil-təslim aktları 13 sütundan ibarət cədvəl şəklində tərtib edilmişdir və satış təmsilçisinə təhkim edilmiş satış nöqtələri (ərazilər/obyektlər) üzrə bütün satış əməliyyatlarını özündə əks etdirir. Burada hər sətirdə ayrı-ayrılıqda alıçı müştərilərin (məsul şəxsinin) adı, satış nöqtəsinin adı, imzası, əlaqə və digər qeyd məlumatları, “Balans hesabatı üzrə borc“ sütununda - alıcı müştəriyə faktura əsasında malın manatla ifadə edilmiş dəyəri, “Faktiki qalıq” sütununda alıcıya verilmiş malların mövcud (faktiki) qalığı, mallar alıcı tərəfindən satılmışdırsa “Ödəniş” və ya satıcıya geri qaytarılmışdırsa “Satışdan qaytarma” sütununda malların dəyəri müvafiq qeyd olunur. Həmçinin əgər “Balans hesabatı üzrə borc” sütununda yəni faktura əsasında verilən malın dəyəri və “Faktiki qalıq” sütununda alıcıda faktiki malın qalığı arasında fərqi vardırsa və bu fərq malların satıcıya qaytarılması və ya malların satışı nəticəsində yaranmamışdırsa bu cür uyğunsuzluqlar “Kəm gələn məbləğ” sütununda müvafiq qeyd olunurlar. Qeyd olunmalıdır ki, hər bir alıcı Təhvil-Təslim Aktında öz adı qabağında imzası ilə, müvafiq olaraq həm balans hesabatı üzrə borcunu həmçinin faktiki qalıq borcunu təsdiq edir və bunların arasında əgər fərq vardırsa və bu fərq satışdan və ya malların qaytarılmasından yaranmamışdırsa o zaman bu fərqin həcmi kəm gələn məbləğ kimi qeyd olunur və bu məbləğ üçün bilavasitə balansına təhkim olunmuş satış nöqtələri üzrə satış əməliyyatları aparan və bu əməliyyatlar üçün maddi-məsuliyyət daşıyan satış nümayəndəsi yəni cavabdeh məsuliyyət daşıyır. X5 hər bir sətirdə konkret satış nöqtəsində konkret müştəri (son alıcı) “Kəm gələn məbləğ” sütununa dair iddaçı İddiaçı MMC-nə məxsus əmlakın məhz cavabdeh tərəfindən götürüldüyünü cavabdehlə yerində üzləşməklə iddia etmişlər və cavabdeh bu faktlarla razılaşaraq öz imzası ilə həmin X7 təsdiq etmişdir. Cavabdeh iddiaçıya məxsus malların iddiaçının etibarından sui-istifadə etməklə əldə edilməsi və sonradan iddiaçıya geri qaytarılmaması və həmin əmlakın öz şəxsi maraqları üçün mənimsənilməsinin cinayət xarakterli təqsirli hərəkətlər olduğundan və iddiaçıya nəticədə xeyli miqdarada maddi ziyanın vurulduğu səbəbindən cavabdehin hərəkətlərində AR CMnin 178-179-cu və digər müvafiq maddələrilə cinayətin əlamətləri vardır. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli MXŞ10032020 saylı Əmək Müqaviləsinin 5-ci bəndinə əsasən tərəflərin birinin digərinə vurulmuş maddi mənəvi zərər üzrə məsuliyyət daşımaları nəzərdə tutulmuşdur. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli X10 haqqında müqavilədə qeyd olunmuşdur: -çıxarış ”Bir tərəfdən İddiaçı MMC (bundan sonra MMC.VÖEN **********) əmək münasibətləri prosesində etibar edərək verdiyi əmlakın (maddi və ya digər sərvətlərin) saxlanması, satışı, daşınması və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən digər tərəfdən Cavabdeh Sahmirzə oglu (bundan sonra maddi məsul şəxs) ilə onun X10 daşıması barədə aşağıdakı şərtlərlə razılığa gəlirlər. Bü müqavilə üzrə MMC maddi məsul şəxsə 50.000 (əlli min) manat dəyərində əmlak (nəqliyyat vasitəsi, istehlak məhsullan və s.) verir, maddi məsul şəxs qeyd edilən əmlakları qəbul edərək aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsini öz öhdəsinə götürür.” Eyni zamanda maddi ziyanın ödənilməsilə bağlı 10 mart 2020-ci il tarixli X10 haqqında müqavilənin İ bəndinin ə) altbəndi, 5, 6 və 7-ci bəndlərinə əsasən cavabdeh (maddi məsul şəxs) ona iddiaçı (MMC) tərəfindən ona etibar (təhkim) edilmiş bütün mallara (məhsullara) və bütün digər satış əməliyyatlarına və vurulmuş ziyana görə iddiaçı qarşısında cavabdehdə olduğu bütün dövr üzrə tam məsuliyyət daşıyır. İddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq ödənilməsi məhkəmə qaydasında baxılaraq həll edilməlidir. Cavabdehə poçt MMC vasitəsilə SS722886100AZ identifikatorlu ilə Prertrenziya məktubu göndərilmişdir və ziyan məbləğin 3-gün müddətində ödənilməsi təkilif olunmuşdur. Lakin, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, 58000 manat dəyərində maddi ziyanın tam məbləğinin və 30 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq "MAC” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "MAC” MMC-nin nümayəndəsi Nümayəndə1 Tərlan oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, iş üzrə ekspert tərəfindən verilmiş rəylər ilə razı deyil. Belə ki, ekspert rəyində material çatışmazlığından imzanın cavabdehə aid olmadığı qeyd edir. Ekspertin rəyi konkret deyil. Vizual olaraq maddi məsuliyyət haqqında müqavilə ilə şəxsiyyət vəsiqəsindəki imza eynidir, əmək müqaviləsində fərqlidir. Buna baxmayaraq cavabdehlə aralarında olan elektron qaydada əmək müqaviləsi var və cavabdeh əmək haqqı almışdır. O, hesab edir ki, tələbləri qanuni və əsaslı olduğuna görə görə təmin edilməlidir və məhkəmədən də tələbin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə2 iddianı qəbul etməyərək, "MAC” MMC tərəfindən rəsmi sənədlərin saxtalaşdırıldığını, cavabdehin hər hansı sənədlərə imza etmədiyini, cavabdehin adından sənədlərə imza edildiyini, cavabdehlə iddiaçı arasında hər hansı münasibətlərin yaranmadığını, buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(049)-2259/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı 58000 manat məbləğində maddi ziyanın əvəzinin tam ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manatın İddiaçı MMC-dən tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: d) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh onun iddiaçı tərəfindən onun işçi kimi müvafiq dövlət reyestrində rəsmi qeydiyyata alınmasına baxmayaraq qeyri-rəsmi işlədiyini və işlə bağlı heç-bir sənədə qol çəkmədiyini və qol çəkilmiş sənədlərin onun adına saxtalaşdırıldığını bildirmişdir. Qeyd etmək lazımdır ki, Əmək müqaviləsi və X10 müqaviləsi iddiaçıya məxsus rəsmi blanklardır və onlar yalnız şirkətdə istifadə oluna bilər və onların saxtalaşdırılması bilavasitə iddiaçıya ziyan vura bilər. Buna görə də həmin sənədlərin saxtalaşdırılması iddiaçının marağında deyil şirkətlə əmək müqaviləsi bağlamayan şəxslərə boş yerinə əmək haqqların və sair vergilərin ödənilməsi heç-bir məntiqlə uyğun deyil. Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC imzaladığı və təhvil verdiyi sənədlər əsasında (İşə qəbul ərizəsi, Əmək müqaviləsi, Tam maddi məsuliyyət müqaviləsi, əmək kitabçası və.s,) cavabdehi müvafiq dövlət reyestrində qeydiyyata almışdır nəticədə X4 çıxarılmışdır. Qeyd olunmuş Əmək Müqaviləsinin və ya X10 müqaviləsinin saxtalaşdırılması iddiaçıya hər hansı hüquq vermir əksinə cavabdehin gələcəlikdə öz öhdəliklərindən imtina etməsi üçün və əmək münasibətlərinin olmasını inkar etməsi üçün cavabdeh tərəfindən saxtalaşdırıla bilər. Hal-hazırda isə cavabdeh əmək münasibətlərində olması faktını hər bir vəclə inkar etməyə çalışır və yuxarıda Əmək müqaviləsini və X10 müqaviləsini imzalamadığını iddia edir. Qeyd olunmalıdır ki, iddiaçı ekspert deyildir və cavabdehin pis niyyətlə Əmək müqaviləsini və X10 müqaviləsini saxtalaşdırdığını bilməyə də bilər, əks halda cavabdeh işə qəbul olunmazdı. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh işlədiyi bütün dövr ərzində onun tərəfindən imzalanmış sənədlərin onun imzalamadığını bildirməmişdir və bu barədə şikayəti olmamışdır. Hazırkı mübahisənin tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunduqda zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədən kənar-delikt hüququndan yaranmır. Birinci instansiya məhkəməsi əmək müqaviləsinin və X10 haqqında müqavilənin bağlanmasını qəbul etməyərək, Mülki Məcəllənin 21-ci və 1096.1-ci maddələrini tətbiq etməmişdir. Çünki Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələri tənzimləyir. Birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz təqdim edilsə də, etiraza birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi (direktoru) X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 58000 manat dəyərində maddi ziyanın tam məbləğinin və 30 manat məbləğində məlikəmə xərclərinin Cavabdeh tutularaq "MAC” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(049)- 2649/2021 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Sonradan cavabdehin ərizəsinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(049)- 2649/2021 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək bildirmişdir ki, əmək müqaviləsindəki və X10 barədə miiqavilədəki imzalar Cavabdeh məxsus deyildir. Lənkəran Rayon Məhkəməsi 2(049)-2259/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qəradadla məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspertiza rəyindəki 1-ci sualın cavabında "müxtəlif şəxslər tərəfindən icra olunmuşdur” sözü təhrif edilərək həm Əmək müqaviləsinin həmçinin X10 müqaviləsinin cavabdehə məxsus omadığı kimi qəbul edimişdir. Bildiririk ki, hər iki müqavilədə imzanın cavabdehə məxsus olmadığını sübuta yetirmək üçün cavabdehə məxsus etallon imza ilə digər iki müqavilədə olan imzalar inkar edilməmişdir. Ekspertiza isə ikinci sualın cavabında hər iki müqaviləni cavabdehin şəxsiyyət vəsiqəsi ilə (etallon imza ilə) müqayisə edərək imzaların məxsusluğu ilə əlaqədar konkret cavab verə bilməmişdir. Ekspertiza rəyinə etiraz edərək göstərmişlər ki, “Ümumiyyətlə hazırki iş üzrə Eksperiza rəyi məhz hansı müqavilənin, konkret olaraq X10 müqaviləsinin və yaxud Əmək müqaviləsinin cavabdehə məxsus olubolmamadığını cavablandırmır və ekspertiza üzərinə qoyulmuş sualların məntiqi konstruksiyası buna imkan vermir. Buna görə də Ekspert rəyinin nəticəsi yuxarıda göstərilən əsaslarla cavabdehin iddiasını təsdiq etmir və iş üçün hər-hansı hüquqi əhəmiyyət kəsb edə bilməz.” Məhkəmə araşdırması zamanı X10 barədə müqavilədə cavabdehin imzasının vizual olaraq oxşarlıq təşkil etməməsi, cavabdehin nümayəndəsinin müqaviləni cavabdehin imzalamaması barədə izahatı, müqavilənin cavabdeh tərəfindən imzalamamasına dair şübhələr yaratmışdır. Halbu ki, imzaların cavabdehə məxsus olması və 58000AZN məbləğində iddiaçıya ziyan vurulması faktı iş üzrə mövcud olan cavabdehin şəxsi əlyazması ilə yazılmış və imzası ilə təsdiq olunmuş izahatında və X5 da mövcuddur və cavabdehin təqsirini sübut edir lakin Ekspertiza üçün imza və xətt nümunələri materialları ilə zəngin olmalarına baxmayaraq məhkəmə tərəfindən qəsdən Ekspertizaya təqdim olunmamıştır. Cavabdeh xx.xx.2021-ci il tarixli öz “İzahat”-da göstərmişdir ki, onun məsuliyyətinə təhkim edilmiş ərazilər üzrə müştərilərlə aparılmış hesablaşmalardan 40 000.00 manat məbləğində uyğunsuzluqlar aşkar edilmişdir və bundan əlavə olaraq daha əvvəlki sayımlarda 18 000.00 manat məbləğində uyğunsuzluq aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi Əmək müqaviləsinin və X10 haqqında müqavilənin bağlanmasını qəbul etməyərək həmçinin Mülki Məcəllənin 21-ci və 1096.1-cı maddələrini tədbiq etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC imzaladığı və təhvil verdiyi sənədlər əsasında (İşə qəbul ərizəsi, Əmək müqaviləsi, Tam maddi məsuliyyət müqaviləsi, əmək kitabçası və.s,) cavabdehi müvafiq dövlət reyestrində qeydiyyata almışdır nəticədə X4 çıxarılmışdır. Qeyd olunmuş Əmək Müqaviləsinin və ya X10 müqaviləsinin saxtalaşdırılması iddiaçıya hər hansı hüquq vermir əksinə cavabdehin gələcəlikdə öz öhdəliklərindən imtina etməsi üçün və əmək münasibətlərinin olmasını inkar etməsi üçün cavabdeh tərəfindən saxtalaşdırıla bilər. Hal-hazırda isə cavabdeh əmək münasibətlərində olması faktını hər bir vəclə inkar etməyə çalışır və yuxarıda Əmək müqaviləsini və X10 müqaviləsini imzalamadığını iddia edir. Qeyd olunmalıdır ki, iddiaçı ekspert deyildir və cavabdehin pis niyyətlə Əmək müqaviləsini və X10 müqaviləsini saxtalaşdırdığını bilməyə də bilər, əks halda cavabdeh işə qəbul olunmazdı. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh işlədiyi bütün dövr ərzində onun tərəfindən imzalanmış sənədlərin onun imzalamadığını bildirməmişdir və bu barədə şikayəti olmamışdır. Hazırkı mübahisənin tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunduqda zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədən kənar-delikt hüququndan yaranmır. Birinci instansiya məhkəməsi əmək müqaviləsinin və X10 haqqında müqavilənin bağlanmasını qəbul etməyərək, Mülki Məcəllənin 21-ci və 1096.1-ci maddələrini tətbiq etməmişdir. Çünki Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələri tənzimləyir. Birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz təqdim edilsə də, etiraza birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Cavabehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunauyğunluğunu apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir, 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi tam təmin olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki iş materiallarında olan 10 mart 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh "MAC” MMC-də müddətsiz əmək müqaviləsi ilə satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi üzrə elektron bildirişdən görünür ki, 10 mart 2020-ci il tarixdə Cavabdeh "MAC” MMC-də satış nümayəndəsi vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Əmək Müqaviləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan "X10” haqqında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, işçi Cavabdeh tutuduğu vəzifə üzrə X10i öz üzərinə götürmüşdür. İş materiallarında olan və işin 61, 62, 63, 64, 65, 66, 67, 68, 69 və 70-ci vərəqələrdə olan təhvil-təslim aktlarından görünür ki, Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, borc qalıqlarına dair yeni təyin edilmiş satış təmsilçisi ilə birlikdə akt tərtib edilmiş və həmin aktlar cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı MMC-yə (40 000+18 000=58000) 58000 manat pulu 1 ay müddətinə qaytarcağını vəd etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin İT direktoru Sadıqovun xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, cavabdeh İddiaçı MMC şirkətinə mənimsəmə nəticəsində 55024.3 AZN məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan «MAC” MMC-nin adminstrator vəzifəsi təlimatından görünür ki, öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə şirkətə vurduğu zərərə görə məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 4/1386 saylı ekspert rəyindən görünür ki, mülki işin 56-60-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli MXŞ10032020 saylı əmək müqaviləsinin əslinin sonuncu vərəqəsində “12 Cavabdeh” yazılardan aşağıda olan “İşçi” qrafasındakı imza ilə xx.xx.2020-ci il tarixli X10 haqqınd müqavilənin (i.v.54-55) 1-ci vərəqində aşağı sağdakı imzadan və 2-ci vərəqində “Maddi məsul şəxs” qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 56-60-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli MXŞ10032020 saylı əmək müqaviləsinin əslinin sonuncu sonuncu vərəqəsində “12 Cavabdeh” yazılardan aşağıda olan “İşçi” qrafasındakı imzanın xx.xx.2020-ci il tarixli X10 haqqında müqavilənin (i.v.54-55) 1 -ci vərəqində aşağı sağdakı imzadan və 2-ci vərəqində “Maddi məsul şəxs” qrafasındakı imza ilə Cavabdeh məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindəki imzanın - eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərci 124 manat təşkil etmişdir. Apellyasiya baxışında iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli, 4/666 nömrəli rəyinə görə:

1. Ekspertizaya təqdim edilmiş, 2-(106)-449/2023-cü il tarixli mülki işin 51-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli izahatın aşağı sağ küncündə “imza" sözünün qarşısındakı imza, i/v 54-55-də olan xx.xx.2020-ci il tarixli X10 haqqında müqavilənin 2-ci vərəqəsinin sağ aşağı küncündə “Cavabdeh imza qrafasındakı imza, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69 və 70-ci vərəqələrdə olan təhvil -təslim aktlarının aşağı hissəsində “Təhvil verdi: X2 imza” qrafalarındakı imzalar və həmin işin 137-ci vərəqəsində olan ** AA ***0949 nömrəli etibarnamənin üz tərəfinin sağ aşağı küncündə “Подпись” qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, 2-(106)-449/2023-cü il tarixli mülki işin 51-ci vərəqəsində Cavabdeh adından olan “xx.xx.2021-ci il tarixli izahatdakı yazılar, i/v 54-55-də olan xx.xx.2020-ci il tarixli X10 haqqında müqavilənin 2-ci vərəqəsinin sağ aşağı küncündə "öz imzamla təsdiq edirəm” yazıları, həmin işin 137-ci vərəqəsində olan ** AA ***0949 nömrəli etibarnamənin üz tərəfinin sağ aşağı küncündə “Подпись” qrafasındakı yazılar – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 126 manat təşkil etmişdir. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş tərəflərin təqdim etdiyi sübutlardan X1 həqiqətən İddiaçı MMC-də satış nümayəndəsi işləməsi, əmək hüquq münasibətlərində olması müyyən edilir. Belə ki, əmək müqaviləsinin bağlanması barədə elektron bildirişdən, əmək kitabçasından, X10 haqqında müqavilədən, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən, işə qəbulla bağlı ərizədən və. s sənədlərdən məlum olur ki, Xaliq Məmmədov İddiaçı MMC-də satış nümayəndəsi işləmişdir. Həmçinin işdə olan X2 tərəfindən yazılaraq imzalanmış xx.xx.2021-ci il tarixli “İzahat”dan, işin 61, 62, 63, 64, 65, 66, 67, 68, 69 və 70-ci vərəqələrində olan təhvil-təslim aktlarından aydın olur ki, cavabdehin İddiaçı MMC-yə 58 000 manat məbləğində ziyan vurmuşdur. Belə ki, həmin izahatda Cavabdeh 40 000 manat və 18 000 manat pul məbləğlərini ərazidə şəxsən özü tərəfindən götürüldüyünü qeyd etmiş, 1 ay müddətində həmin pul məbləğlərini şirkətin kassasına ödəyəcəyini bildirmiş və beləliklə də İddiaçı MMC-nə 58 000 manat ziyan vurmasını qəbul etmişdir. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(049)-2259/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, Cavabdeh 58 000 (əlli səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İş üzrə ekpsertiza tədqiqatlarının dəyəri (124+126=250) 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillərin əsaslı olması ilə yanaşı, həmin dəlillər apelyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(049)-2259/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 58 000 (əlli səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumlarının əvəzi 162 (bir yüz altmış iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ekpsertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar