Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-45/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X4 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı1, onun nümayəndəsi Vəkil1, ilk iddia üzrə Cavabdeh, onun nümayəndəsi X5 və vəkili Vəkil2 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 2(018)-48/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “maşın yolunun zəbtdən azad edilməsi, orada qoyulan qurğunun sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz tutulmuş maşın yolunun açılması, orada quraşdırılan darvazanın (qurğunun) sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Cavabdeh ilə yaxın qohumluq münasibətləri var. Lakin o, özbaşınalıq edərək qanunsuz olaraq ümumi istifadədə olan maşın yolunda darvaza quraşdırmış və iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunu 2020-ci ilin aprel ayından məhdudlaşdırmışdır. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı ilə Astara rayonu, Sərək kəndi ərazisində 0,07 hektar həyətyanı torpaq sahəsi iddiaçıların paylı mülkiyyətinə verilmişdir. Həmçinin, həmin tarixli qərarla 0,09 hektar həyətyanı torpaq sahəsi də onların ümumi birgə mülkiyyətlərinə verilmiş və paylı mülkiyyətçilərin soyadı, adı və atasının adı qeyd edilməklə müvafiq qaydada 0,07 hektar torpaq sahəsinə JN-148G və 0,09 hektar torpaq sahəsinə JN-148H saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Beləliklə, cavabdeh maşın və piyada yolunu tutmuş, orada darvaza quraşdırmış, yoldan istifadəni tamamilə qanunsuz olaraq məhdudlaşdırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mülkiyyət hüququnun müdafiəsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və orada olan qurğuların sökülməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən tutulmuş 0,051 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz inşa edilmiş hasarın sökülməsi və özbaşınalıqlarına son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlərdən İddiaçı1 onun qaynı oğlu, İddiaçı2 qaynı, İddiaçı3 isə qaynı arvadıdır. Yaxın qohumlar olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdehlər onunla əsassız olaraq yol və digər mübahisələr edirlər. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə istifadəsində olan 0,20 hektar həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsində 1986-cı ildə fərdi yaşayış evi inşa etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər qonşuluqda yaşayırlar, qarşılıqlı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən gediş-gəliş və maşın yolu kimi istifadə edirlər. 2020-ci ilin aprel ayında onlar evinin qarşısında mülkiyyətində olan 0,20 hektar torpaq sahəsinin 0,051 hektarını zəbt etmiş və mişar daşı ilə hasara almışdır. Dəfələrlə tələb olunsa da, qarşılıqlı iddia üzrə cavabdehlər tutduqları torpaq sahəsini zəbtdən azad etməmiş, özbaşınalıqlarını davam etdirməklə hasarı sökməmişlər. Cavabdehlərin istifadə etdikləri yol qarşılıqlı iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsindən istifadə ilə əlaqədar aralarında hər hansı razılaşma, yaxud məhkəmə qərarı yoxdur. Cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsindən yol kimi istifadə edilməsi onun mülkiyyət hüququnu pozur. Astara Rayon Məhkəməsinin 2(018)-48/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) ilk iddianın rədd olunması, qarşılıqlı iddianın rədd olunması, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun yarısı olan 25 manat pulun İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, digər yarısı olan 25 manat məbləğində pulun isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 394,60 manat məbləğində xərcin yarısı olan 197,30 manat məbləğində pulun İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, digər yarısı olan 197,30 manat məbləğində pulun isə Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə-Kod 200071 VÖEN ********** Müxbir hesab Az37 NABZ **********000001944 SFİFTAİİBAZ2X nömrəli hesaba ödənilməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-48/2021 saylı, 09 mart 2021ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertiza təyin etmiş olsa da, ekspert həmin torpaq sahəsinə gəlməmiş, mütəxəssis rəyini ekspert rəyinə köçürərək qeyd etmişdir ki, ekspertiza mərkəzinə torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Ekspert öz rəyini apardığı tədqiqatlar əsasında verməlidir, lakin ekspert heç bir tədqiqat aparmadan, mütəxəssis rəyini öz rəyinə köçürməklə kifayətlənmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(106)-1984/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(018)-48/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(106)-1984/2021 saylı qətnaməsinin ilk iddiaya aid hissədə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-577/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1984/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası öz qərarında mövqeyini belə ifadə etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JT-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə, Astara rayonu, Sərək yaşayış yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JT-215F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X15 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən və istifadələrində olan bələdiyyə mülkiyyətinə (506B/0,4) aid torpaq sahəsindən keçir. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsinin girişində darvaza quraşdırılmışdır. Ekspert öz növbəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli M-174 saylı mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmələr isə müvafiq olaraq həmin rəylərin iki suala cavab olaraq verilmiş aşağıda göstərilən hissəsinə istinad etmişdir: “Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə JN-148G nömrəli şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonunun Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə Astara rayonu Sərək yaşayış yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 nömrəli qərarı ilə JN-215F nömrəli şəhadətnaməyə əsasən X6 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən istifadə edilmir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür”. Yaranmış vəziyyət üzrə ilkin olaraq o hal nəzərə alınmalıdır ki, məhkəmələr alınmış mütəxəssis və ekspert rəylərini tam olaraq işin digər halları ilə birlikdə qiymətləndirməmiş və işin halları üçün əhəmiyyətli olsa da, rəydə faktiki olaraq ilk iddia tələbi üzrə qoyulmuş suallarla bağlı nəticələr qiymətləndirilmədən saxlanmışdır. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından aşkar olaraq müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh tərəfin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyətlərində 0,20 ha torpaq sahəsi olsa da, faktiki olaraq 0,69 ha torpaq sahəsindən istifadə edir. Mülkiyyətdə olan sahədən artıq hissə isə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir. İşin digər müəyyən olunmuş halları isə ondan ibarətdir ki, tərəflərin mülkiyyətlərində olan sahələr müvafiq hüquqmüəyyənedici sənədlərdə əks olunmuş, onlar qarşılıqlı olaraq bir-birinin torpaq sahəsinə daxil olmamışlar. İddiaçı tərəf iddia edir ki, mülkiyyətlərində olan torpaq sahəsinə daxil olmaq üçün mübahisəli yol zolağından 1955-ci ildən istifadə edirlər. Həmin yol zolağı isə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçmir. İlk iddia tələbi maneələrin aradan qaldırılması, yol keçidinin qarşısında quraşdırılmış maneənin (darvazanın) sökülməsi ilə bağlı olsa da, apellyasiya instansiyası məhkəməsi “iddiaçının darvaza hesab etdiyi qurğu İddiaçı1 məxsus torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi arasında yerləşməklə həmişə açıq (kilidsiz) vəziyyətdə aralarındakı məsafə təxminən 20 sm olan dəmir çubuqlardan yığılmış, kilidlənməmiş, asanlıqla açılıb bağlanan arakəsmədir” göstərməklə ilk iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən aşkar olaraq müəyyən olunur ki, cavabdeh tərəf darvaza qurğusunu məhz ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi arasında quraşdırmışdır. Belə olan halda məhkəmələr həmin qurğunun quraşdırılmasının digər şəxslərin mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edilməsinə maneə yaratması, belə qurğunun quraşdırılması zamanı torpaq sahəsinin mülkiyyətçisinin razılığının olubolmaması, quraşdırmanın hansı səlahiyyət əsasında həyata keçirilməsini aydınlaşdırmadan formal mülahizələrdən çıxış edərək ilk iddianın rədd olunmasını əsaslı hesab etmişdir. Lakin bu mövqe ziddiyyətli hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mütəxəssis və ekspert rəyində fərqli zolaqlanmış həmin ərazinin bələdiyyənin mülkiyyətində olan və ümumi istifadədə olan torpaq sahəsi olmaqla yolun məhz həmin sahədə yerləşməsinin müəyyən etdiyi (müəyyən edilmirdisə, bununla bağlı daha aydın sualın ekspert qarşısında qoyulması ilə cavab alınmalı idi) yola aid olması qənaətinə gəlindiyi halda, onun hansı əsasla cavabdehin quraşdırdığı darvaza qurğusunun sökülməli olmamasını, hansı müəyyən edilmiş hallarının darvazanın saxlanmasının mümkün etdiyi ilə bağlı mövqeyini əsaslandırmamışdır. İşin digər bir halı ondan ibarətdir ki, quraşdırılmış darvaza qurğusu bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə olan halda da məhz həmin bələdiyyənin işə cəlb olunması, ilk iddiaçının yol zolağından hansı müddət ərzində istifadə etməsi, onun mülkiyyətində olan torpaq sahəsinə digər istiqamətlərdən yolun olub-olmaması, yol üzərində darvaza qurğusunun quraşdırılması zamanı mülkiyyətçi olan bələdiyyənin razılığının olubolmaması aydınlaşdırılmalı olan hallar olsa da, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış və istinad olunan prosessual hərəkətləri yerinə yetirməmişdir. İşə yenidən baxan məhkəmə tərəfindən iş üzrə müvafiq yol zolağı kimi istifadə olunan torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə orqanı işə cəlb olunmalı, ondan torpaqların yerquruluşu sənədləri alınmalı (o cümlədən yol zolağının olmasını əks etdirən), alınmış rəylər işin düzgün həll edilməsinə imkan vermədikdə və ya yeni sualların mövcud olması halında təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məsələsi müzakirə edilməlidir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 çıxış edərək bildirdi ki, ilk iddia üzrə Cavabdeh ilə qohumluq münasibətləri mövcuddur. Hazırda hər iki tərəfə məxsus torpaq sahələri əvvəllər onların ümumi əcdadı olan Rufulla kişiyə məxsus olmuş, sonradan bölünmüşdür. İndiyədək evlərinə getmək üçün mübahisəli ərazidə yerləşən yoldan istifadə etmişlər. Ekspert rəyində isə yolun iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulduğu, faktiki vəziyyətdə həmin istiqamətdə dərənin mövcud olduğu göstərilmişdir. Həmin dərədən isə yol kimi istifadə edilməsi mümkün deyil. O hesab edir ki, cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən keçməsinə baxmayaraq, iddia edilən yerdən yol açılmalıdır, çünki evlərinə gedib-gəlmək üçün başqa hər hansı bir yerdən yol yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 nümayəndəsi Vəkil1 İddiaçı1 çıxışı ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi X16 eyni məzmunda çıxış edərək bildirdilər ki, həqiqətən mübahisəli torpaq sahələri əvvəllər tərəflərin ümumi əcdadı olan Rufulla kişiyə məxsus olmuş, lakin sonradan bölünmüşdür. Bununla belə, öz mülkiyyətlərində olan torpaq sahəsindən ilk iddia üzrə iddiaçılara evlərinə gedib-gəlmək üçün imkan vermişlər. İndi isə ilk iddia üzrə iddiaçılar faktiki olaraq cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini yola çevirməyə çalışırlar. Onlar isə bununla razı deyil və bildirirlər ki, mübahisəli ərazidə qoyulmuş darvaza da onların özünə məxsus torpaq sahəsində yerləşir. İlk iddia üzrə iddiaçılara məxsus 0,07 ha torpaq sahəsinə yol başqa istiqamətdən nəzərdə tutulmuşdur. Həmin yol dərədən keçirsə, iddiaçılar öz hərəkətlərini buna uyğunlaşdırmalıdırlar. Həmçinin bildirdilər ki, mübahisənin qarşı tərəflə barışmaqla həll edilməsi mümkün deyil. Onlar apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 08 iyun 2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs Astara rayon Şuvi bələdiyyəsinin nümayəndəsi X32 çıxış edərək bildirmişdir ki, mübahisəli ərazidə yerləşən bütün torpaq sahələri tərəflərin ulu babası olan Rufulla Lüftiyevin istifadəsində olmuş, sonradan onun törəmələri əsasında müxtəlif hissələrə bölünmüşdür. Aqrar islahat zamanı həmin ərazidə yerləşən torpaq sahələrinin tərəflərin mülkiyyətinə verilməsinə dair şəhadətnamələr verilmişdir. Lakin həmin şəhadətnamələr əsasında tərəflərin mülkiyyətində olan torpaq sahələri ilə yanaşı, onların istifadəsində zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid torpaqlar da mövcuddur. Mübahisəli ərazidə yerləşən yol 1980-ci illərin əvvəllərindən hazırkı formada olmuşdur. Kəndin xəritələrində isə həmin hissədə, ümumiyyətlə, yol nəzərdə tutulmamışdır. Belə ki, iddiaçıların və cavabdehin həyətləri bir neçə il bundan əvvələdək vahid həyət şəklində bir ailə tərəfindən istifadə edilmiş, sonradan həmin ailə üzvləri arasında bölünmüşdür. Bu yaxınlarda həmin yol üzərində quraşdırılmış darvazanın yerinin dəyişdirilməsi tərəflər arasında mübahisələrə səbəb olmuşdur. Mübahisəli yol təxminən 250 kv.m sahəni əhatə edir, onun 150 kv.m-ə yaxın hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən, qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçir. Mübahisəyə səbəb olmuş darvaza isə yolun bələdiyyə mülkiyyətində olan torpaqdan keçən hissəsində quraşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3, eləcə də, üçüncü şəxs Astara rayon Şuvi bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk iddia üzrə İddiaçı1 apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinə dair hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ilk iddia üzrə İddiaçı1 apellyasiya şikayətinə əsasən yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Hazırkı iş üzrə tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi təklif edilsə də, onlar bu təkliflə razılaşmamışlar. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan JN-148G, KOD 80113038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə Astara rayonunun Sərək kəndində yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı2 və onun ailə üzvləri X7, X8, X11, X9, X12, X10, X13 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-148H, KOD 80113038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə Astara rayonunun Sərək kəndində yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı2 və onun ailə üzvləri X7, X8, X11, X9, X12, X10, X13 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-215F, KOD 80113038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə Astara rayonunun Sərək kəndində yerləşən 0,20 ha torpaq sahəsi X6 və onun ailə üzvləri Cavabdeh Rufulla qızı, X18, X19, X20, X21 və X14 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara RİH Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1980-1982-ci illərin təsərrüfatbaşına kitablarına əsasən Sərək kənd üzrə 07 saylı kitabın 243 nömrəli şəxsi hesabında İddiaçı2 təsərrüfatının xüsusi mülkiyyətində 1955-ci ildə tikilmiş fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Şuvi bələdiyyəsi tərəfindən ilk iddia üzrə İddiaçı1 vəkili Vəkil1 göndərilmiş məktubdan görünür ki, mübahisəli yol kəndin ümumi istifadə yollarına aiddir və Şuvi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı1 həyətinə başqa alternativ yol yoxdur. Mübahisəli yol onların ata-babadan istifadə etdikləri yoldur. İş materiallarında olan Astara RİH Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1980-1982-ci illərin təsərrüfatbaşına kitablarına əsasən Sərək kəndi üzrə 07 saylı kitabın 243 nömrəli şəxsi hesabında X2 təsərrüfatının xüsusi mülkiyyətində 1955-ci ildə tikilmiş fərdi yaşayış evi və 0,48 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Astara rayon Şuvi bələdiyyəsinin 08 iyun 2022-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, Astara rayonu, Sərək kənd sakinləri X17 ilə qardaşı İddiaçı2 arasında yaranmış mülki mübahisə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hər iki qardaş atasına məxsus olan həyətyanı torpaq sahəsində özlərinə fərdi ev tikmiş və hal-hazırda orada yaşayırlar. İddiaçı2 ailənin kiçik oğlan övladı olduğuna görə, o, ata mülkündə uzun müddət yaşamış, 2-3 il bundan qabaq həmin yaşadığı evin arxasında özünə məxsus həyətyanı torpaq sahəsində yeni ev tikmiş, hal-hazırda orada yaşayır. İddiaçı2 istər köhnə ata evində yaşadığı müddətdə, istərsə də yeni tikdiyi evdə yaşadığı zaman atasına məxsus həyətyanı torpaq sahəsinə gedən köhnə ata-baba yolundan istifadə etmiş və indi də istifadə edir O, özünə yeni yol çəkməmişdir. Hər iki qardaş eyni yoldan istifadə etmiş və edirlər. Mübahisənin əsas səbəbi həyətyanı torpaq sahələrinə mülkiyyətə dair şəhadətnamələr verilərkən, yuxarıda qeyd edilən atababa yolunun 150 kv.m qanunsuz olaraq Lüftiyev Calalın mülkiyyətinə verilmişdir. Yolun qalan 90 kv.m-i isə bələdiyyə mülkiyyətindədir. Şəhadətnamə verilərkən Lüftiyev Calalın istifadəsində (təsərrüfat kitabına əsasən) qanuni 0,15 ha torpaq sahəsi olduğu halda, onun mülkiyyətinə 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və bundan başqa, 0,40 ha bələdiyyə torpaq sahəsi zəbt torpaq sahəsi kimi onun şəhadətnaməsində qeyd olunmuşdur. X17 hal-hazırda 0,60 ha torpaq sahəsindən istifadə edir. Elə bu səbəbə görədir ki, qardaşlar arasında mübahisə yaranmışdır. İddiaçı2 yolunun bağlanması qanuna müvafiq deyil. Hər iki qardaş öz ata-baba yolundan istifadə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 30 oktyabr 2020-ci il tarixli, M-174 nömrəli mütəxəssis rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999cu il tarixli 02 saylı qərarı ilə JN-148H saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmiş və məlum olmuşdur ki, həmin 0,09 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə, Astara rayonu, Sərək yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən və istifadələrində olan bələdiyyə mülkiyyətinə (506B/0,4) aid torpaq sahəsindən keçir. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsinin girişində darvaza quraşdırılmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən istifadə edilmir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üst-üstə düşmür. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148H saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üst-üstə düşmür. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli, 10/3795 saylı ekspert rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148H saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmiş və məlum olmuşdur ki, həmin 0,09 ha torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə, Astara rayonu, Sərək yaşayış yerquruluşu planında mübahisəli ərazidən yol nəzərdə tutulmamışdır. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən və istifadələrində olan bələdiyyə mülkiyyətinə (506B/0,4) aid torpaq sahəsindən keçir. Mübahisəli ərazidə naturada mövcud olan yol və yol kimi iddia edilən torpaq sahəsinin girişində darvaza quraşdırılmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən istifadə edilmir. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üst-üstə düşmür. Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-148H saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə JN-215F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X17 və onun ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1124/2023 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı2 və onun ailə üzvləri İddiaçı3, X8, X11, X9, X12, X10, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X1 mülkiyyətinə verilmiş Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,07 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edildi. 2) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı2 və onun ailə üzvləri İddiaçı3, X8, X11, X9, X12, X10, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,09 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməsi müəyyən edildi. Qeyd olunan torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması ilə bağlı İddiaçı2 və onun ailə üzvləri tərəfindən təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış və **********97 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. 3) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X17 və onun ailə üzvləri Cavabdeh Rufullla (Mənsum) qızı, X18, X19, X20, X21 və X14 mülkiyyətlərinə verilmiş Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,20 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edildi. 4) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha və 0,09 ha torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahələrinin koordinatlarının üst-üstə (ölçüsü fərqli olmaqla) düşməsi müəyyən olundu. 5) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki olaraq istifadə edilən həyətyanı torpaq sahəsinin ölçüsünün JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,37 ha (torpağa mülkiyyət hüquqları 0,07 ha) və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,48 ha (torpağa mülkiyyət hüquqları 0,09 ha) olmaqla ümumilikdə 0,85 ha olması müəyyən olundu. 6) Cavabdeh və onun ailə üzvlərinin JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üst-üstə (ölçüsü fərqli olmaqla) düşməsi müəyyən olundu. 7) Cavabdeh və onun ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahəsinin ölçüsünün 0,76 ha (torpağa mülkiyyət hüquqları 0,20 ha) olması müəyyən olundu. 8) JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə yol, həmin Şəhadətnaməyə əsasən iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulmuş, faktiki vəziyyətdə isə həmin istiqamətdə dərənin mövcud olması müəyyən edilmişdir. JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə isə faktiki olaraq gedişgəliş yolunun mövcud olması və həmin yerdə mübahisənin olmaması müəyyən edildi. 9) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilində yerləşməsi müəyyən olundu. JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə isə əvvəlki sualların cavablarında qeyd edildiyi kimi mübahisəli ərazidən kənarda gediş-gəliş yolu mövcuddur. 10) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0078 ha hissəsi (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) isə Cavabdeh və onun ailə üzvlərinin faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olundu. 11) Mübahisəli ərazidə quraşdırılan darvazanın JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşməsi müəyyən olundu. 12) Ərazinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Astara rayonu, Sərək kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edildiyindən mübahisəli ərazidə faktiki vəziyyətə uyğun yol öz əksini tapmışdır. 13) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə əvvəlki sualların cavablarında qeyd edildiyi kimi mübahisəli ərazidən kənarda gediş-gəliş yolu mövcuddur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə gedən mübahisəli yola alternativ yolun olması müşahidə edilmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı ilk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2210 saylı, 10 may 2023-cü il tarixli ekspert rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1124/2023 saylı mütəxəssis rəyinə əsasən: 1) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı2 və onun ailə üzvləri İddiaçı3, X8, X11, X9, X12, X10, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X1 mülkiyyətinə verilmiş Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,07 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edildi. 2) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı2 və onun ailə üzvləri İddiaçı3, X8, X11, X9, X12, X10, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X1 mülkiyyətinə verilmiş Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,09 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməsi müəyyən edildi. Qeyd olunan torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması ilə bağlı İddiaçı2 və onun ailə üzvləri tərəfindən təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış və **********97 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. 3) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X17 və onun ailə üzvləri Cavabdeh Rufullla (Mənsum) qızı, X18, X19, X20, X21 və X14 mülkiyyətlərinə verilmiş Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Sözügedən 0,20 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edildi. 4) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha və 0,09 ha torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahələrinin koordinatlarının üst-üstə (ölçüsü fərqli olmaqla) düşməsi müəyyən olundu. 5) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki olaraq istifadə edilən həyətyanı torpaq sahəsinin ölçüsünün JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,37 ha (torpağa mülkiyyət hüquqları 0,07 ha) və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,48 ha (torpağa mülkiyyət hüquqları 0,09 ha) olmaqla ümumilikdə 0,85 ha olması müəyyən olundu. 6) Cavabdeh və onun ailə üzvlərinin JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarının üst-üstə (ölçüsü fərqli olmaqla) düşməsi müəyyən olundu. 7) Cavabdeh və onun ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahəsinin ölçüsünün 0,76 ha (torpağa mülkiyyət hüquqları 0,20 ha) olması müəyyən olundu. 8) JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə yol, həmin Şəhadətnaməyə əsasən iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulmuş, faktiki vəziyyətdə isə həmin istiqamətdə dərənin mövcud olması müəyyən edilmişdir. JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə isə faktiki olaraq gedişgəliş yolunun mövcud olması və həmin yerdə mübahisənin olmaması müəyyən edildi. 9) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,077 ha torpaq sahəsinə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilində yerləşməsi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə isə əvvəlki sualların cavablarında qeyd edildiyi kimi mübahisəli ərazidən kənarda gediş-gəliş yolu mövcuddur. 10) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0078 ha hissəsi (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) isə Cavabdeh və onun ailə üzvlərinin faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olundu. 11) Mübahisəli ərazidə quraşdırılan darvazanın JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşməsi müəyyən olundu. 12) Ərazinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Astara rayonu, Sərək kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edildiyindən mübahisəli ərazidə faktiki vəziyyətə uyğun yol öz əksini tapmışdır. 13) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə əvvəlki sualların cavablarında qeyd edildiyi kimi mübahisəli ərazidən kənarda gediş-gəliş yolu mövcuddur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə gedən mübahisəli yola alternativ yolun olması müşahidə edilmədi. 10/2210 saylı, 10 may 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk iddia üzrə iddiaçılar Cavabdeh tərəfindən qanunsuz tutulmuş maşın yolunun açılması, orada quraşdırılan darvazanın (qurğunun) sökülməsi və cavabdehin özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə ilk iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış alınmış 30 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyi və 29 dekabr 2020ci il tarixli ekspert rəyinin işin düzgün həll edilməsinə imkan verməməsi, eyni zamanda yeni sualların mövcud olması səbəbindən təkrar apellyasiya baxışı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1124/2023 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2210 saylı, 10 may 2023-cü il tarixli ekspert rəyi əldə olunmuşdur. Məhkəmə kollegiyası həmin rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Həmin rəylərlə müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçıların və onların ailə üzvlərinin JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha və 0,09 ha torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları, eləcə də, ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin JN- 215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları üst-üstə (ölçüsü fərqli olmaqla) düşür. Bununla belə, ilk iddia üzrə iddiaçılar tərəfindən faktiki olaraq istifadə edilən həyətyanı torpaq sahəsinin ölçüsünün JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,37 ha (torpağa mülkiyyət hüquqları 0,07 ha) və JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilən ərazidə 0,48 ha (torpağa mülkiyyət hüquqları 0,09 ha) olmaqla ümumilikdə 0,85 ha təşkil edir. Həmçinin, ilk iddia üzrə cavabdeh və onun ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahəsinin ölçüsünün 0,76 ha (torpağa mülkiyyət hüquqları 0,20 ha) olması müəyyən olunmuşdur. Həmin rəylərdə həmçinin qeyd edilir ki, JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ilk iddia üzrə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə yol, həmin Şəhadətnaməyə əsasən iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulmuş, faktiki vəziyyətdə isə həmin istiqamətdə dərənin mövcud olması müəyyən edilmişdir. Bundan başqa, JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun mövcud olması və həmin yerdə mübahisənin olmaması müəyyən olunmuşdur. JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ilk iddia üzrə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə ilk iddia üzrə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0169 ha hissəsi (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilində yerləşir, eləcə də, ilk iddia üzrə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə və iddia edilən torpaq sahəsinin 0,0078 ha hissəsi (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Ərazinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır. Göründüyü kimi, ilk iddia üzrə iddiaçılara JN-148G, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə məxsus olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə yol iddia edilən yerdən deyil, qərb istiqamətində nəzərdə tutulmuşdur. İlk iddia üzrə iddiaçıların gediş-gəliş yolu kimi iddia etdikləri torpaq sahəsinin 0,0169 ha hissəsi ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olan, 0,0078 ha hissəsi isə ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Hazırda isə ilk iddia üzrə iddiaçılara məxsus 0,07 ha torpaq sahəsinə cavabdehin xüsusi mülkiyyətinə müdaxilə edilmədən iddia edilən yerdən yolun açılması mümkün deyil. Bundan əlavə, həmin rəylərlə müəyyən edilmişdir ki, JN-148H, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ilk iddia üzrə iddiaçıların mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsinə faktiki olaraq mübahisəli ərazidən kənarda gediş-gəliş yolu mövcuddur və həmin yerdə hər hansı mübahisə yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, ilk iddia üzrə iddiaçılara məxsus 0,07 ha torpaq sahəsinə olan yol iddia edilən yerdən nəzərdə tutulmadığından, ilk iddia üzrə iddiaçıların onlara məxsus Astara rayonu, Sərək kəndində yerləşən 0,07 ha torpaq sahəsinə gedən yol kimi iddia etdikləri torpaq sahəsinin bir hissəsinin ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan, eləcə də, onların faktiki istifadəsindəki bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, ərazinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidə yol nəzərdə tutulmadığından, ilk iddia üzrə iddiaçılara məxsus Astara rayonu, Sərək kəndində yerləşən 0,09 ha torpaq sahəsinə faktiki olaraq mübahisəli ərazidən kənarda gediş-gəliş yolu mövcud olduğundan, birinci instansiya məhkəməsi ilk iddia tələbini cavabdeh tərəfindən qanunsuz tutulmuş maşın yolunun açılmasına dair hissədə rədd etməkdə haqlı olmuşdur. İlk iddia üzrə iddiaçılar qanunsuz tutulmuş maşın yolunun açılması ilə yanaşı, mübahisəli ərazidə cavabdeh tərəfindən quraşdırılmış darvazanın da sökülməsini tələb etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1124/2023 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2210 saylı, 10 may 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazidə quraşdırılan darvaza JN-215F, KOD 80113038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan Astara rayonu Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşir. Göründüyü kimi, ilk iddia üzrə iddiaçılar tərəfindən sökülməsi tələb olunan darvaza ilk iddia üzrə cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında yerləşir. Torpaq sahəsinin mülkiyyətçisinə qanunvericiliklə həmin sahədə qurğular (o cümlədən, darvaza) quraşdırmaq hüququ verildiyindən, ilk iddia üzrə iddiaçıların həmin tələbi cavabdehin və onun ailə üzvlərinin torpaq sahəsinin mülkiyyətçisi kimi malik olduqları hüquqların pozulmasına gətirib çıxaracaqdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini həmin hissədə də rədd etməklə düzgün nəticəyə gəlmişdir. İlk iddia tələbinin digər hissəsi isə ilk iddia üzrə Cavabdeh özbaşınalığına son qoyulması ilə əlaqədardır. Lakin iş materialları ilə cavabdehin hər hansı özbaşınalığa yol verməsi halı müəyyən edilmir və ilk iddia üzrə iddiaçılar da həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin hər hansı özbaşınalığa yol verməsi halı iş materialları ilə müəyyən edilmədiyindən, ilk iddia üzrə tələbinin həmin hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. MM-in 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilk iddia üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi üçün ilk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilməli, 10/2210 saylı, 10 may 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat ilk iddia üzrə İddiaçı1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-48/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə ilk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilsin. İlk iddia üzrə İddiaçı1 10/2210 saylı, 10 may 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində ekspertiza xərci tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: Zaur Allahyarov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-45/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-45/2023
21.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver