Məhkəmə qərarları › İş №2(106)-459/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-459/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-459/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, X15 oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, X3, İddiaçı1, X2 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızının Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(056)-22/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onlara dəymiş 4590 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzində 66 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar qismində X3, X2 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızının da cəlb edilməsini nəzərə alıb, cavabdehdən iddiaçılara dəymiş 4590 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzində 66 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla bərabər ailə üzvlərinin mülkiyyətinə Sabirabad RAİK-nın xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə 3,70 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə JN-0135 KOD 90917018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsində İddiaçı1 “X11 Kompleksi MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair müqaviləyə uyğun olaraq pambıq əkmişdir. xx.xx.2022-ci il tarixdə torpaq qonşuları Cavabdeh öz torpaq sahəsini suvararkən qəsdən qərəzli olduğu üçün onların əkin sahəsinə su buraxaraq əkdikləri pambıq və yonca sahəsini suya batırmışdır. Bu barədə İddiaçı1 dərhal Sabirabad rayon Qaragüney polis Bölməsinə ərizə ilə müraciət etmiş və bundan sonra ziyanın məbləğinin müəyyən edilməsi üçün Bitki Mühafizəsi və X1 rayon Mərkəzinə müraciət edilmiş və həmin mərkəzin nümayəndəsinin, kənd icra nümayəndəsinin müavininin, "xxxx" MMC-nin Sabirabad pambıq İstehsalı və X5 kəndi üzrə nümayəndəsinin, həmçinin onların iştirakları ilə xx.xx.2022-ci il tarixdə Akt tərtib edilmiş və həmin tarixdə 1,50 ha torpaq sahəsində əkilmiş pambıq əkini sahəsinə 4590 manat məbləğində ziyan vurulduğu təsdiq edilmişdir. Rəylə müəyyən edilmişdir ki, pambıq əkin sahəsi – 1,50 ha, ziyan çəkmiş sahə - 1,5 ha, dəymiş ziyanın miqdarı – 100%, sahənin məhsuldarlığı – 36 sent/ha olmaqla onlara məhsul itkisi ilə birlikdə dəymiş ziyan 1,5 ha x 36 sent/ha x 100% = 54 sent/ha = 5400 kq pambıq məhsulu itkisinə məruz qalınmışdır. Hazırda 1 kq xam pambıq məhsulunun satınalma qiyməti – 0,85 manat təşkil etdiyindən iddiaçılara dəymiş ziyanın məbləği 5400 kq x 0,85 manat = 4590 manat təşkil etmişdir. Sabirabad Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(056)-22/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4590 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 66 manat olmaqla, ümumilikdə 4656 (dörd min altı yüz əlli altı) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı2, X6, İddiaçı1, X4 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızına ödənilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 9/8016№-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaitinin Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sabirabad Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(056)-22/2023 saylı qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, JN-0135 KOD 90917018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Sabirabad RAİK-nın xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə onun, oğlu İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə 3,70 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində oğlu İddiaçı1 “X11 Kompleksi MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair müqaviləyə uyğun olaraq pambıq əkilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə torpaq qonşuları Cavabdeh öz torpaq sahəsini suvararkən qəsdən onların əkin sahəsinə su buraxaraq əkdikləri pambıq və yonca sahəsini suya batırmışdır. Hazırkı işin məhkəmə aidiyyəti məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər iddiaçılara və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsi barədə heç bir məlumat verəməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh və İddiaçı1 vergi məlumatlarının Çıxarışından müəyyən etmişdir ki, iddiaçının VÖEN statusu “fəaliyyətini müvəqqəti dayandırmış”, iddiaçının isə VÖEN statusu “aktiv” kimi qeyd edilmişdir. Beləcə, hazırkı iş üzrə mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bununla yanaşı, hazırkı iş üzrə dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbə baxılır ki, mübahisəli hal sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, işdən göründüyü kimi Cavabdeh sahibkarlıq subyektidir. Habelə adıçəkilən torpaq sahəsindəki fəaliyyət üzrə cavabdeh şəxs “X11 Kompleksi MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair müqavilə bağlamış İddiaçı1dur. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(056)-22/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2, X3, İddiaçı1, X2 və Qəhrəmanova (Təhməzova) Yeganə Əlisafa qızının Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar