Məhkəmə qərarları › İş №2(106)-467/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-467/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-467/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, iddiaçı, cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Lerik Rayon Мəhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin ləğvi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qarşılıqlı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri, 11 saylı notariat ofisində bağlanmış 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə görə, X5, xx.xx.2022-ci il tarixədək qaytarması şərti ilə Cavabdeh 50000 (əlli min) manat borc pul vermişdir. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında 12 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunmuş 50000 (əlli min) manat məbləğində pulun Cavabdeh tutulması və Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3kv/m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh ilə aralarında notarial qaydada təsdiq edilmiş 12 oktyabr 2021-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, Cavabdeh xx.xx.2022-ci il tarixinə qədər tam olaraq ona qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində pul borc vermişdir. Kreditin təminatı olaraq, 12 oktyabr 2021-ci il tarixində Cavabdeh ilə ipoteka müqaviləsi bağlanmış, sonuncunun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinin tam mülkiyyəti üzrə ipoteka edilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı pulu geri qaytarmır. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 50.000 (əlli min) manat pulun tutulması və ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsi” tələbinin rədd edilməsi və 12 oktyabr 2021-ci il tarixli Kredit müqaviləsi və İpoteka müqaviləsinin ləğv edilməsi və 100 manat dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Cavabdeh tələbini aşağıdakı kimi əsaslandırmışdır: oğlu X4 Bakı şəhərində mollalıqla məşğul olmuşdur. O, tanışı İddiaçı ilə görüşüb ondan ayrıayrı vaxtlarda ümumilikdə 20.000 manat məbləğində borc almışdır. Oğlu Araz və İddiaçı şərikli bizneslə məşğul olmaq barədə öz aralarında razılığa gəlmişlər. Sonradan oğlu Araz törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş və o, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlu Arazın cinayət işi məhkəmədə olan vaxt Anar onunla əlaqə saxlayaraq oğlu Arazın ona 20000 manat borcu olduğunu demişdir. Borcu verilmədiyi halda Araz barədə o da şikayət edəcəyini demişdir. O, məcbur olub onunla razılaşmışdır ki, həmin borcu özü ödəyəcək. İddiaçı onunla belə bir şərtlə razılaşmışdır ki, notariusda kredit müqaviləsi bağlanılsın. O da razılaşaraq Bakı şəhəri 11 saylı notariat ofisinə getmişdir. Orada İddiaçı ona 20000 manat borclu olduğu barədə sənədlərə imza etdirmişdir. Ancaq həmin vaxt sıxıntı içərisində olduğundan hansı sənədləri imzaladığını bilməmişdir. Sonradan məhkəmə bildirişi ünvanına gələndən sonra ona bəlli olmuşdur ki, həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsini ipoteka yüklü etmişlər. Notariusda İddiaçı kiminləsə razılığa gələrək sözügedən 20000 manat pulu bankın depozit hesabına qoyur və sonra həmin məbləği həmin şəxs geri götürmüşdür. Kredit müqaviləsində göstərilən pul məbləğini ümumiyyətlə almamışdır. Əslində kredit müqaviləsi və ipoteka müqaviləsi yalançı borcun qaytarılmasının təminatı kimi formal xarakter daşıyaraq rəsmiləşdirilmişdir. Belə ki, oğlu Arazla cavabdeh İddiaçı arasında 20.000 manat borc münasibətləri mövcud olmuşdur. Kredit və İpoteka müqaviləsi isə oğlu Araz və İddiaçı arasında 20.000 manat borc müqaviləsini pərdələmək və onun icrasını təmin etmək məqsədilə bağlanmışdır. Kredit verən yalan əqd bağlamaqla 20.000 manatı tanışı və yaxud da bank işçisindən alaraq notariusun depozit hesabına qoyaraq sonrada həmin şəxsin özünə geri qaytarmışdır. İddiaçı kredit müqaviləsi bağlayarkən ona bildirmişdir ki, borcu ödəməzsə və ya onunla müqavilə bağlamazsa oğlu Araz haqqında şikayət etdiyi halda oğlunun cəzasının daha da çox artdıracaqdır. Ona görə də məcbur İddiaçıla müqavilə bağlamışdır. Lakin müqavilədə hansı məbləğdə kredit yazılmasını, həmçinin evinin girov qoyulmasını bilməmişdir. Hazırda İddiaçı ona qarşı iddia qaldıranda ona məlum oldu ki, iddiaçı 50.000 manat pul və borcun ödənilməsini təminatı kimi evini ondan istəyir. Buna baxmayaraq o, iddiaçıya 20000 (iyirmi min) manat borcu tam olaraq ödəmişdir. Lerik Rayon Мəhkəməsinin (hakim A.Kiçibəyov) 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, 12 oktyabr 2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 29600 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv/m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, qeyd olunan əmlakın açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh İddiaçı qarşı qaldırdığı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 50.000 (əlli min) manat pulun tutulması və ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsi” və 12 oktyabr 2021-ci il tarixli Kredit müqaviləsi və İpoteka müqaviləsinin ləğv edilməsi tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı ona qarşı 50.000 manat pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilk iddiasının təmin olunmaması, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab olunması və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdehin şikayətinə görə, onunla İddiaçı arasında ümumiyyətlə hər hansı borc münasibəti olmamışdır. Oğlu Arazla cavabdeh arasında borc məsələsi olmuş, oğlunun ona 20.000 manat borcu olmuş, İddiaçı oğlundan şikayət etməməsi üçün o İddiaçıla müqavilə bağlamış və 20.400 manat pulu tamamilə ona ödəmişdir. 5.400 manat müqavilədən əvvəl nağd şəkildə verilmiş, qalan pul kart vasitəsi ilə ödənilmişdir. Ümumiyyətlə, o, heç vaxt İddiaçı 50.000 manat borc almamış, onu əvvəllər tanımamış, münasibəti olmamış, sadəcə oğlunun borcuna görə formal olaraq onunla müqavilə bağlamışdır. Lakin məhkəmə işin qeyd olunan faktiki hallarını araşdırmamışdır. İzahatlar Apellyasiya baxışında ilk iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı ona qarşı 50.000 manat pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilk iddiasının təmin olunmaması, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab olunması və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, tərəflər arasında heç bir müqavilə olmamışdır. Təqdim edilən müqavilə formaldır. İddiaçının oğlu ilə aralarında müqavilə olmuşdur. 100000 rubl 2400 manat Əliniyaz gəlininə Rusiyadan göndərmişdir. Araz və Ənvər arasında 2000 manata qədər borcu olmuşdur. 15000 manat müqavilə bağlanandan sonra ödənilib. Müqavilə bağlanan zaman 50000 manat kapital banka notarial qaydada depozitə qoyulmuşdur, lakin məxaric olmamışdır. Həmin pulu kimin götürməsi bəlli deyil. Tərəflər arasında heç bir borc münasibəti olmayıb. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, nümayəndəsi ilə eyni mövqedə olduğunu bildirmişdir. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, pulu əlbəəl cavabdehə vermişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni cavabdeh iddinanın təmin olunmasına dair hissədə mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 11 saylı notariat ofisində 3M-1663 nömrə ilə qeyd edilmiş 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə görə, borc verən borc alana 50000 manat məbləğində pul borc verir, borc alan krediti 12 mart 2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Kreditin təmin edilməsi məqsədi ilə tərəflər arasında 12 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 10 may 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A saylı fərdi yaşayış evi 12 oktyabr 2021-ci il tarixli, 3M/1663 saylı kredit müqaviləsinə əsasən İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırki tələbində İddiaçı kredit müqaviləsi üzrə borcunu və borcun ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Belə ki, cavabdeh müqavilə üzrə borcunu vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi formal bağlanmışdır, İddiaçı ona pul pul vəsaiti verməmişdir, o, oğlunun İddiaçı olan 20000 manat borcuna görə kredit müqaviləsini imzalamışdır. Cavabdeh müqavilələrin ləğvini tələb etsə də mahiyyətcə, o, həmin müqavilələrin etibarsızlığını iddia edir. Onun tələbinə görə kredit müqaviləsi yalan əqddir. İddia tələbləri ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İddiaçı tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 319, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci madələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Cavabdeh tələbində tərəflər arasında bağlanmış kredit müqaviləsinin formal bağlandığını, bu müqavilənin cavabdehin oğlu Araz ilə iddiaçının atası Ənvər arasında olan 2000 manat borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını bildirmişdir. Cavabdeh mahiyyətcə tələbinə görə, əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Cavabdehin tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-cı maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikasinin Qanununun 10-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.2-ci maddəsinə əssən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İlk iddia üzrə iddiaçının tələbinin təmin edilməsi üçün tərəflər borc münasibətində olmalı, cavabdehin (borclunun) öhdəliyini yerinə yetirməsi müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş borc müqaviləsinin etibarsız olması ilkin iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı tərəf notarial qaydada təsdiq edilmiş 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsini təqdim etmişdir. Müqavilənin qanuniliyi prezumsiyası vardır. Etibarsızlığı müəyyən edilməyənə qədər müqavilə həqiqi sayılır. Müqavilədə nəzərdə tutulan, kreditin ödənilməsi müddəti başa çatmışdır. Cavabdeh tərəfin vəsatəti əsasında müvafiq qiymətləndiricinin rəyi alınmış, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir "xxxx" MMC-nin 13 sentyabr 2024-cü il tarixli, UNİ/S50-566/24 saylı rəyinə görə, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin 13 sentyabr 2024-cü il tarixinə bazar qiyməti : 135000 manat, likvid qiyməti: 121500 manat təşkil edir. Cavabdeh tərəfin əsas dəlili ondan ibarətdir ki, kredit müqaviləsi bağlanan zaman 50000 manat “Kapitalbank”da notariat ofisinin depozit hesabına qoyulsa da məxaric olmamışdır. Həmin pulu kimin götürməsi bəlli deyil. Cavabdehin bu dəlili ilə əlaqədar Bakı şəhəri, 11 saylı notariat kontorundan borc müqaviəsi və ipoteka müqaviləsi üzrə notariat işləri tələb edilib nəzərdən keçirilmiş və işə əlavə edilmişdir. İpoteka müqaviləsinə Cavabdeh arvadı X1 ərizəsi də əlavə edilmişdir. Həmin ərizəsində, o, ünvan 1 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Kredit müqaviləsi üzrə notariat işindən görünür ki, notariat işinə müqavilədə nəzərdə tutulan və borcun predmetini təşkil edən 50000 manatın notariat ofisinin depozit hesabına köçürülməsinə dair qəbz əlavə edilmişdir. Notariat kontorunun depozit hesabına köçürülmüş kredit məbləğinin borc alan Cavabdeh tərəfindən qəbul edilib-edilməməsi barədə sorğusuna cavab olaraq Bakı şəhəri, 11 saylı notariat kontoru, həyata keçirilən əməliyyatlar üzrə və pul məbləğinin götürülməsi ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, 50000 manatın notariat ofisinin depozitinə keçirmək barədə borc verən İddiaçı və borc alan Cavabdeh ərizə ilə müraciət etmişlər. Müvafiq qaydada təsdiq edilmiş həmin sənədlərdən həmçinin bəlli olur ki, kredit müqaviləsi üzrə pulun məxaric edilməsi üçün borc alana çek təqdim edilmiş və o, çekin kötüyünə imza etməklə çeki qəbul etmişdir. Banka təqdim edilmiş çekin surətindən göründüyü kimi, borc alan tərəfindən pulun qəbul edilməsi onun imzası ilə öz təsdiqini tapmışdır. Notarius Banka müraciət edərək depozitə qoyulan 50000 manatın Cavabdeh verilməsini xahiş etmişdir. Apellyasiya baxışında Cavabdeh, müvafiq notariat işinin içərisində olan və məhkəməyə təqdim edilmiş sənədlərdəki, müvafiq çekin kötüyündə “Çek aldım” sözlərinin və Cavabdeh şəxsiyyət vəsiqəsinin məlumatları qeyd edilmiş sənəddəki “Çekdə göstərilən məbləği aldım” sözlərinin qarşısındakı imzanın onun tərəfindən icra edildiyini təsdiq etmişdir. Beləliklə, təqdim edilmiş sənədlərlə cavabdehin, 50000 manat pul məbləğini qəbul etməməsi (məxaric olunmaması) barədə dəlili öz təsdiqini tapmır. Göstərilənlər onu deməyə əsas verir ki, mübahisələndirilən kredit müqaviləsi etibarlı müqavilədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, iddiaçıya olan mövcud borcunu ödəmədiyindən borc cavabdehdən haqlı olaraq tələb edilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi faktlar nöqteyi nəzərdən əsaslı, mahiyyətcə doğru qənaətə gəlmişdir. Odur ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, birinci nstansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmiş və qətnamədə göstərməmişdir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Qanunun tələbinə görə, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti barədə "xxxx" MMC-nin 13 sentyabr 2024-cü il tarixli rəyini qəbul edir və hesab edir ki, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 121500 manat müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı "xxxx" MMC-nin müəyyən etdiyi qiymətə tərəflər etirazlarını bildirməmişlər. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 121500 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Мəhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(048)-354/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 121500 manat müəyyən edilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar