Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-481/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, cavabdeh Borclu1 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Borclu2 və Borclu1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Borclu2 və Borclu1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında, apellyasiya üçün müəyyən edilmiş qaydada təkrarən baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - İddiaçı) cavabdehlər Borclu2 və Borclu1 (bundan sonra – cavabdehlər) qarşı əmr icraatı qaydasında ərizə ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdehlərdən 13583,06 ABŞ dolları əsas və 16541,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 30124,73 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəmənin 2(064)-392/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə, kreditor Bank of Baku” ASC-nin cavabdehlər Borclu2 və Borclu1 qarşı “kredit borcunun ödənilməsi” barədə ərizə təmin edilmiş və icraya yönəldilmişdir Binəqədi rayon icra şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Faiq Əkbərovun xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Füzuli Rayon Məhkəmənin 2(064)-392/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Cavabdeh Borclu1 03 aprel 2017-ci il tarixdə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli Rayon Məhkəmənin 2(064)-392/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə etiraz etmiş, etirazını onunla əsaslndırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməməsinin səbəbi son dövrlər manatın devalvasiyasından sonra onun ödəmə qabiliyyəti kəskin pisləşmiş və o, kredit borcu üzrə öhdəliyi yerinə yetirə bilməmişdir. Bank of Baku” ASC isə kredit borcu üzrə faizləri dayandırmalı olduğu halda, dayandırmamış və əsassız olaraq faizlər hesablanmışdır. Odur ki, əmrə etiraz edir və xahiş edir ki, əmr ləğv olunaraq iddia icraatına keçirilməsi, kreditorun tələbinin faizlərin tutulması hissəsində rədd edilməsi barədə qərar qəbul edilsin. Füzuli Rayon Məhkəmənin 2(064)-392/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilərək, iş üzrə məhkəmə baxışı 21 aprel 2017-ci il tarixə təyin edilmiş, bu barədə qəbul edilmiş qərardad tərəflərə o, cümlədən iddiaçı "xxxx" ASC-yə lazımi qaydada göndərilməmişdir. Daha sonra məhkəmə hesab etmişdir ki, işin baxılması xx.xx.2018ci il tarixə saat 10:20-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (iş materiallarında tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi barədə hər hansı sənəd mövcud deyil) baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılması barədə Məhkəməyə müraciət etməmişlər və nəticədə, Məhkəmənin 2(064)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanmışdır. İddiaçı Məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclası barədə məlumatları olmamasını bildirmiş və baxılmamış saxlanma barədə 2(064)-11/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərardadın ona təqdim edilməsini xahiş etmiş, qərardadı aldıqdan sonra yəni 31 iyul 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək edərək məhkəmənin 2(064)-11/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərardadının ləğv edilərək işin təzələnməsi və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixli iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək cavabdehlərdən İddiaçının xeyrinə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu1 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 16 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 22727 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Borclu1 kredit verilərkən borcun təminatı olaraq cavabdeh Borclu2 öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh Borclu1 xx.xx.2024-cü il tarixə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları borcu yaranmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 09 avqust 2024-cü il tarixli qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Borclu1 Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Borclu1 ərizəsini belə əsaslandırmışdır ki, Məhkəmənin 2018-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanmışdır. Lakin İddiaçı uzun illər (kredit müqaviləsindən 9 il, iş məhkəmədə baxılmamış qaldıqdan isə 6 il) sonra 2024-cü il tarixdə yenidən Məhkəməyə müraciət etmişdir. O isə keçən illər ərzində, yəni 2015-ci ildə devalivasiyadan sonra ödəmə qabliyyəti aşağı düşdüyündən həmin kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Mülki işin materiallarından göründüyü kimi İddiaçı Məhkəməyə 2024-cü ilin 2- ci yarısından sonra müraciət etmişdir. Beləliklə, yuxarıda göstərilən hallardan görünür ki, hazırkı mülki iş üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Cavabdeh Borclu2 Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin zaminliyə dair hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Borclu2 ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən cavabdeh Borclu1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 16 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 22727 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin vaxt o, borcun təminatı olaraq öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Lakin hazırda müqavilədən 9 il sonra İddiaçı Məhkəməyə müraciət etmişdir. Belə olan halda zaminliyə xitam verilməli və iddia tələbi rədd edilməlidir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Elmir İsmayılov) iddianın qismən təmin edilməsi, cavabdehlər Borclu2 və Borclu1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1358 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18736,5 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qətnamədən narazı qalan cavabdeh Borclu2 apellyasiya şikayəti verərək iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Borclu1 apellyasiya şikayəti verərək iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apelyasiya icraatı zamanı apelyasiya şikayətlərinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətlərinin təmin edilməməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Borclu1 nümayəndəsi-vəkili Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apelyasiya şikayətinin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-1471/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Borclu2 və Borclu1 üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan apelyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, hazırkı mübahisədə apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır ona görə ki, birinci instansiya məhkəməsi ilk əvvəl iddia ərizəsini baxılmamış saxlasa da, “iddia ərizəsini baxılmamış saxlanılması” barədə qərardaddan iddiaçı tərəfindən verilmiş qərardadın ləğv edilməsinə dair (vəsatətə) ərizəyə baxaraq 09 avqust 2024-cü il tarixli qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə icraat dayandırılma üçün əsasların aradan qalxması ilə təzələnmişdir. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci (259.0.6 işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7 işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə) maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin Füzuli rayon məhkəməsinin “iddianın baxılmamış saxlanılması” barədə 2(064)-11/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərardadından məlumatı olmamış, iş materiallarında həmin qərardadın iddiaçıya təqdim edilməsi barədə rəsmi sənəd əlavə edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə də məhkəmə iclası barədə məlumatlarının olmaması bildirilmiş və baxılmamış saxlanma barədə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarından görünür ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etməlidir. Lakin birinci instansiya məhkəməsi qərardadın ləğv edilməsi məsələsinə münasibət bildirməmiş, verilmiş vəsatətə prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan 2(064)-1471/2024 saylı, 09 avqust 2024-cü il tarixli qərardad qəbul etmiş, verilmiş vəsatəti təhrif edərək aşağıdakı kimi göstərmişdir. Qeyd olunan mülki iş üzrə iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixli ərizə ilə Fizuli rayon məhkəməsinə müraciət edərək işin təzələnməsi və mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə mülki işi və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından mülki iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından mülki işin icraatı təzələnməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 257 və 263-264cü maddələrini rəhbər tutaraq, qərara aldı: iddiaçı "xxxx" ASC-in cavabdeh Borclu1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnsin. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin edilsin. Halbuki iddiaçının nümayəndəsinin vəsatəti aşağıdakı kimidir: Cavabdeh Borclu1 və digərlərinə qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılmasına dair iddia tələbimiz xx.xx.2018-ci il tarixdə 2(064)-11/2018 saylı qərardadla baxılmamış saxlanılmışdır. Lakin məhkəmə iclası barədə məlumatımız olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən sizdən Xahiş edirik ki, Borclu1 və digərlərinə qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə mülki iş üzrə məhkəmənin baxılmamış saxlanılmasına dair qərardadını ləğv edəsiz və işi təzələyərək mahiyyəti üzrə baxasız. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 365 Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi verilmiş vəsatət baxılmamış saxlama barədə qərardadın ləğvinə yönəlsə də, məhkəmə işin dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması əsası ilə mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul etmiş, nəticədə iddianın baxılmamış saxlanılması barədə qərardad qüvvədə olduğu halda mülki işə baxmış və yekun nəticəyə gəlmişdir. Sadalanan prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın qəbul edilməsindən sonra iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etməli, daha sonra isə sonrakı prosessual hərəkətlər yerinə yetirilməli olduğu halda, buna əməl etməmiş, bununla da prosessual normaların tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə məhkəmə kollegiyasının qəbul etdiyi qərardad iş üzrə tərəflərin sonrakı prosessual hərəkətlərinin qarşısını kəsmədiyi (kəsici qərardad) üçün, yəni iş üzrə icraata xitam verilmədiyi üçün, qəbul edilmiş qərardaddan şikayət verilməsi də prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 269, 365 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Borclu2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Borclu1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-147/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Füzuli rayon məhkəməsinin “iddianın baxılmamış saxlanılması” barədə 2(064)-11/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərardadının ləğvi ilə bağlı iddiaçı "xxxx" ASC-in nümayəndəsi tərəfindən verilmiş (vəsatətə) ərizəyə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş materialı Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-481/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-481/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver