Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-484/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Rayon Salyan Bələdiyyəsi cəlb edilməklə) “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(057)-1040/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Salyan şəhərində yerləşən 399.75 kv.m sahəsi olan həyatyanı torpaq sahəsi X2 məxsusdur və Salyan rayon İcra Hakimiyyətinin 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ona aid torpaq sahəsi İddiaçı məxsusdur. Torpaq sahəsinin ümumi sahəsi 0.03998 hektar, faktiki sahəsi 0.05873 hektar, tikinti sahəsi isə 0.00912 hektar təşkil edir. Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya aid torpaq sahəsində tikinti işləri aparmaq üçün qanuni icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qızılağac kəndində 120,40 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni qaydada qeydiyyata alınmışdır. Baxış zamanı qonşusu Cavabdeh məxsus 9A ünvanında yerləşən fərdi yaşayış evi ilə həmsərhəd olan torpaq sahələri arasında fiziki sərhəd mövcud olmamışdır. Lakin Cavabdeh qanunsuz olaraq 2 metr sərhəd xəttini keçərək İddiaçı məxsus torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-3082/2024 saylı, xx.xx.2024-cü il saylı mütəxəssis M.Vəliyevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:
1. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən (Yeni qaydalarla : Az 5201 ünvan 6açı İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada sərhədləri GPS aləti vastəsilə müəyyən edildi.
2. Elektron kadastr baza məlumatlarında, Reyestr nömrəsi **********54-10301 olan Çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evi və onun altındakı 103.0 kv.m torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi, istifadəsində olan 302.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir.
3. İş üzrə Cavabdeh İddiaçı mfüilkiyyətində olan torpaq sahəsinin 12.5 kv.m -dən istifadə edir.
4. Sualın cavablandırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir.
5. Faktiki olaraq hasar çəkilmədiyi üçün, Cavabdeh hasar çəkmək istədiyi yerin kimin mülkiyyətində olmasını müəyyən etmək mümkün olmadı.
6. İddiaçının tələb etdiyi 35.1 kv.m yardımçı tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyyətinə aid torpaq sahəsidir.
7. İddiaçının tələb etdiyi dəmir tor, elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********42 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2- 10/8929 saylı, xx.xx.2024-cü il tarixli, ekspert Amid Aliyevin tərtib etdiyi ekspert rəyinə əsasən, Tədqiqat Salyan şəhəri, E.imanov küçəsində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyində olan məlumatlara əsasən aparılır. Təhqiqat zamanı mülki iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məlumatlarından istiadə olunmuşdur. Mərkəzə təqdim olunan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 11.09.24 tarixli 3-21-3-38/2-3082/2024 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Tədqiqatin Nəticəsi: Birinci — səkkizinci suallar üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 11.09.24 tarixli 3-21-3-38/2-3082/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən (Yeni qaydalarla: Az 5201 ünvan 6açı İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada sərhədləri GPS aləti vastəsilə müəyyən edilmişdir. Elektron kadastr baza məlumatlarında, Reyestr nömrəsi **********54-10301 olan Çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evi və onun altındakı 103.0 kv.m torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi, istifadəsində olan 302.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 12.5 kv.m-dən istifadə etdiyi müəyyən edilir. 4-cü sualın cavablandırılması mütəxəssisin səlahiyyətlərinə aid olmadığı müəyyən edilmişdir. Faktiki olaraq hasar çəkilmədiyi üçün, Cavabdeh hasar çəkmək istədiyi yerin kimin mülkiyyətində olmasınLmüəyyən etmək mümkün olmamışdır. İddiaçının tələb etdiyi 35.1 kv.m yardımçı tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı istifadəsində olan bələdiyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçının tələb etdiyi dəmir tor, elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********42 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2861/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis M.Vəliyevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:
1. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021- ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla : Az 5201 Salyan şəhəri, E.lmanov küçəsi ev 21), İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi, torpaq sahəsinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi.
2. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021- ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla : Az 5201 Salyan şəhəri, E.lmanov küçəsi ev 21), İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi və xüsusi mülkiyyətində olan torpaq sahəsinin naturada sərhədləri müəyyən edildi.
3. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Döylət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011- ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh məxsus fərdi yaşayış evi və istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi.
4. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011- ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh məxsus fərdi yaşayış evi və istifadəsində olan torpaq sahəsinin naturada sərhədləri müəyyən edildi.
5. İddiaçı və Cavabdeh məxsus rəsmi dövlət qeydiyyatına alınmış tikili və torpaq sahələri üst- üstə düşmür.
6. İş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 6.5 kv.m -dən təsərrüfat sahəsi kimi istifadə edir.
7. 35.1 kv.m yardımçı tikili İddiaçı məxsus teniki pasportda qeyd olunan torpaq sahəsinin hüdudlarında yerləşir. Lakin həmin tikili Cavabdeh tərəfindən istifadə olunur.
8. Texniki pasportda qeyd edilən koordinatlar üzrə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus torpaq sahəsinin hasara alınması üçün maneə ola biləcək və İddiaçı aid olmayan məftil hasar və istifadə edə bilmədiyi təsərrüfat damı mövcuddur.
9. İddiaçı xüsusi mülkiyyətində olan 66.4 kv.m ölçüdə olan yaşayış evi, mülkiyyətində olan 0.03 ha həyətyanı torpaq sahəsinə daxil olmasına maneə yaradan hər hansı tikili inşa edilməmişdir.
10. İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi və həyətyanı torpaq sahəsi hüdudlarında Cavabdeh olan hissədə dəmir tor, digər hissədə isə hasar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2- 10/5409/2025 saylı, xx.xx.2025-ci il tarixli, ekspert Təhmasib Kərimovun tərtib etdiyi ekspert rəyinə əsasən, aşağıdakılar müəyyən olunur: Tədqiqatin nəticəsi-Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən (Yeni qaydalarla: Az 5201 Salyan şəhəri, E.İmanov küçəsi ev
21. İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi, torpaq sahəsinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən (Yeni qaydalarla: Az 5201 Salyan şəhəri, E.İmanov küçəsi ev 21), İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi və xüsusi mülkiyyətində olan torpaq sahəsinin naturada sərhədləri müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Döylət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh məxsus fərdi yaşayış evi və istifadəsində oian torpaq sahəsinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh məxsus fərdi yaşayış evi və istifadəsində olan torpaq sahəsinin naturada sərhədləri müəyyən edildi. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı və Cavabdeh məxsus rəsmi dövlət qeydiyyatına alınmış tikili və torpaq sahələri üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətin olan torpaq sahəsinin 6.5 kv.mdən təsərrüfat sahəsi kimi istifadə edir. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, 35.1 kv.m yardımçı tikili İddiaçı məxsus teniki pasportda qeyd olunan torpaq sahəsinin hüdudlarında yerləşir. Lakin həmin tikili Cavabdeh tərəfindən istifadə olunur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Naziriiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Texniki pasportda qeyd edilən koordinatlar üzrə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus torpaq sahəsinin hasara alınması üçün maneə ola biləcək və X3 aid olmayan məftil hasar və istifadə edə bilmədiyi təsərrüfat damı mövcuddur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 66.4 kv.m öiçüdə olan yaşayış evi, mülkiyyətdə olan 0.03 ha həyətyanı torpaq sahəsində daxil oimasına maneə yaradan hər hansı tikili inşa edilməmişdir. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Naziriiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi və həyətyanı torpaq sahəsi hüdudlarında Cavabdeh olan hissədə dəmir tor, digər hissədə isə hasar mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat:
İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan **********42-10301 reyestr nömrəli ünvan 11 ünvanda 66.4 kv.m fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətində və istifadəsində olan faktiki 0.05873 ha torpaq sahəsinə maneçilik hərəkətlərinə son qoyulmasını, mülkiyyətində və istifadəsində olan 0.05873 ha torpaq sahəsindən çıxarılmasını, Cavabdeh mülkiyyətində və istifadəsində olan həyətyanı torpaq sahəsinə girişin qadağan edilməsini və Cavabdeh onun həyətində hasar tikməyinə maneə törətməsinə, həyətindəki darvazasından girib-çıxmasına, 35.1 kv.m yardımçı tikilidən istifadəsinə qadağan qoyulmasını və dəmir tor hasarın öz vəsaiti hesabına sökülməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan şəhəri E.İmanov küçəsi ev 9 yaşayır, onun xüsusi mülkiyyətində **********42-10301 reyestr nömrəli ünvan 12 ünvanda 66.4 kv.m fərdi yaşayış evi və mülkiyyətdə olan 0.03 ha, faktiki 0.05873 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində qonşuluqda yaşayan Cavabdeh (AA*******, FİN: 36C4VV53) tərəfindən maneəçilik hərəkətləri törədilmiş və mülkiyyət hüququ müxtəlif vasitələrlə məhdudlaşdırılmışdır. Cavabdeh onu və ailəsini öz evində və həyətində rahat yaşamağa imkan vermir. Həyətini hasarlamağa imkan vermir, həyətində olan tikililərin ona məxsus olduğunu deyir. Halbuki həmin tikililər onun mülkiyyətində yerləşir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən açıq-aydın görünür ki, torpaq sahəsi Cavabdehla qonşuluqda yerləşir və torpaq sahəsinin koordinatlarına əsasən həyətdə yerləşən torpaq sahəsi ona məxsusdur. Hazırda bu cavabdeh onun həyətini hasarlamağa imkan vermir və zəbt eləmək istəyir. Cavabdeh özbaşına olaraq öz həyətindən qanunsuz olaraq onun həyətindən girib çıxır, öz ərazisində darvaza yeri ola-ola oradan istifadə etmir və mülkiyyətinə qanunsuz müdaxilə edir. Həmin yerdə qanunsuz olaraq onun damlarını zəbt edərək toyuq saxlayır, əkinə yararlı torpaq sahəsini zədələyirlər və yararsız hala salırlar. Hazırda bu müdaxilə hərəkətləri davam etdirilir. Bütün cəhdlərə baxmayaraq, bu günə kimi cavabdeh törətdiyi maneələri aradan qaldırmaq mümkün olmamışdır. Bu hərəkətlər nəticəsində mənəvi zərər çəkmiş və ailəsinin yaşayışı çox pis vəziyyətə düşmüşdür. Bütün ailənin əsəb sinir sistemi pozulmuşdur. DİN 102 Xidmətinə də bu barədə şikayətlər olmuşdur. Amma mülki xarakterli olduğundan bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən sərbəst istifadə etmək istəyir, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh evindən, həyətyanı torpaq sahəsindən onun sərbəst istifadə etməsinə maneçilik törədir, torpağını zəbt edir, ailəsinin normal yaşayışını pozur. Cavabdehlərin hərəkətləri birbaşa mülkiyyət hüququna müdaxilədir və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilikdir. Buna görə də, cavabdehlər tərəfindən mülkiyyətində yerləşən zəbt etdiyi torpaq sahəsi ona təhvil verilməli, tikdiyi hasar öz vəsaiti hesabına sökülməli, mülkiyyətinə qeyd etdiyi kimi özbaşına girişləri qadağan edilməli, darvaza qoyulması qadağan edilməli, hazırda olan qapı çıxarılaraq hasarlanmalı, maddi və mənəvi ziyanın, ödədiyi dövlət rüsumu daxil olmaqla iddiası təmin edilməlidir. Salyan Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(057)-1040/2024 saylı qətnaməsi ilə (Hakim: Vəsilə Əliyeva) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan (Dövlət Reyestrində **********42 nömrəsi ilə qeydiyyatda olan) 0.05873 ha torpaq sahəsinə qanunsuz müdaxiləsi aradan qaldırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin iddiaçının maneəsiz istifadəsinə qaytarılmasının təmin edilməsi, Cavabdeh, iddiaçıya məxsus mülkiyyət sahəsinə giriş və istifadəyə mane olmaq, həmçinin qanunsuz tikililər inşa etmə hərəkətlərinin qadağan edilməsi, Cavabdeh iddiaçının mülkiyyətində yerləşən 35.1 kv.m yardımçı tikilidən hər hansı formada istifadə etməsinin qadağan edilməsi, Cavabdeh iddiaçının mülkiyyət hüququna zidd olaraq inşa etdiyi dəmir torun sökülməsi və həmin tikintinin aradan qaldırılması cavabdehin hesabına təmin edilməsi, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 101.7, 103, 88, 14.2, 77.1, 117.1, 118.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ünvan 13 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və bu mülkiyyət hüququ qanuni əsaslarla rəsmiləşdirilmişdir. Eyni zamanda, iş üzrə təqdim olunmuş sənədlər və yerində aparılmış ölçmə nəticələrinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli sərhəd boyunca qanunsuz olaraq sərhədi 2 metr keçmiş və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmişdir. Mütəxəssis rəyi və elektron kadastr baza məlumatlarına əsasən cavabdeh tərəfindən qanunsuz çəkilmiş metal tor hasar iddiaçıya məxsus torpaq sahəsində yerləşdirilmişdir ki, bu da mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh bu hərəkətləri mülkiyyət hüquqlarına qanunsuz müdaxilə xarakteri daşıyır və bu müdaxilə nəticəsində iddiaçıya məxsus torpaq sahəsindən istifadə imkanları məhdudlaşdırılmışdır. Odur ki, mübahisəli torpaq sahələrinin sərhədlərinin elektron kadastr məlumatları və yerində aparılmış GPS ölçmələri əsasında dəqiqləşdirildiyini və bunun nəticəsində sərhəd pozuntusunun faktiki olaraq mövcud olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyət hüquqlarını pozan hərəkətlərin dayandırılması və qanunsuz hasarın sökülməsi zəruri olub, İddiaçı mülkiyyət hüquqlarının bərpası təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir: “Həmin qətnamə əsassız və qanunsuzdur. Hazırda faktiki olaraq yaşadığı ev və torpaq sahəsi mülkiyyət hüququ əsasında özünə məxsusdur. Bu barədə rəsmi çıxarışı vardır. Torpaq sahəsi Sərdarın ola bilməz. Həmin torpaq sahəsi və həyətdəki 2 mərtəbəli ev ona məxsusdur. Bu DƏDRX-nin verdiyi rəsmi sənədlə təsdiq olunmuşdur. Həmin həyətə heç vaxt müdaxilə etməmişdir. Odur ki, İddiaçı ona qarşı qaldırdığı iddia ədalətsiz və əsassızdır. Belə ki, onun torpaq və yaşayış evi ilə bağlı çıxarışı var. Qətnamədə də qeyd edilmişdir ki, “elektron kadastr baza məlumatlarında, Reyestr nömrəsi **********54-10301 olan çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evi və onun altındakı 103.0 kv.m torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi, istifadəsində olan 302.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın DövlətReyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 11.09.24 tarixli 3-21-3-38/2-3082/2024 nömrəli mütəxəssis rəyində tamamilə saxta və əsası olmayan məlumatlar qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, “ünvan 15 ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni qaydada qeydiyyata alınmışdır. Baxış zamanı qonşusu Cavabdeh məxsus 9A ünvanında yerləşən fərdi yaşayış evi ilə həmsərhəd olan torpaq sahələri arasında fiziki sərhəd mövcud olmamışdır. Lakin Cavabdeh qanunsuz olaraq 2 metr sərhəd xəttini keçərək İddiaçı məxsus torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir”. Mütəxəssis hansı sənədin əsasında və hansı əsasla onun 2 metr keçdiyini müəyyən etmişdir. Həmin mütəxəssis yerə baxış keçirməmiş və şifahi formada iddiaçının qeyd etdiyi məlumatlar əsasında əsassız rəy vermişdir. Bunun nəticəsində də AzərbaycanRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/8929 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi verilmişdir. Belə ki, həmin ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" Publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 11.09.24 tarixli 3-21-3-38/2-3082/2024 nömrəli mütəxəssis rəyində yazılanları eynisi ilə köçürmüşdür. Məhkəmə də həmin rəylərin əsassız olması və oxşar olmasını nəzərə almamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Qeyd olunan bu hallara əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur. Təkrarən ekspertiza keçirilməsi və yenidən mütəxəssis rəyi alınmasını xahiş edir. Özü də çıxarışla ona məxsus olan torpağında və fərdi yaşayış evindən sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Salyan Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli və 2(057)-1040/2024 nömrəli qətnaməsi ilə əsassız və qanunsuz qətnaməsi ilə onun mülkiyyət hüququ pozulmuş və çıxarışı olan torpaq sahəsindən istifadəyə qadağa qoyulmuşdur”.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
Proses iştirakçılarının izahatı:
Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir, İddiaçı təqdim etdiyi sənədlər saxtadır. Anasından ona 300 m2 topraq sahəsi qalıb. Anasının mülkiyyətində olmuş 600 m2 torpaq sahəsinin ətrafında olan hasarların hər birinin uzunluqları boyu tən yarısına düşən topraq sahəsi ona aiddir. O uzun illərdir ki, öz həyətinə giribçıxmaq üçün həmin yoldan istifadə edir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir, ekspert rəyi ilə razıdır, cavabdeh onun torpaq sahəni zəbt edib. Ona məxsus torpaqda özqmə məxsus tikili var, cavabdeh tez-tez onun ərazisindən keçir və onu narahat edir. Ona maneələr yaradır, bunun aradan qaldırılmasını tələb edir. Salyan Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli Apellyasiya baxışında DƏDKR Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X4 tərəfindən həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində təqdim edilmiş mütəxəssis rəylərinə aydınlıq gətirilmişdir. Mütəxəssis izahatında bildirmişdir ki, hər iki rəy onun tərəfindən tərtib olunmuş və rəylər verildiyi tarixlərdə mövcud olan faktiki vəziyyətə əsaslanmışdır. Bu baxımdan birinci instansiya məhkəməsində cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 12,5 kv.m hissəsindən, apellyasiya instansiyasında isə 6,5 kv.m hissəsindən istifadə etməsi barədə fərqli göstəricilərin əks olunması ərazidə sonradan baş vermiş faktiki dəyişikliklərlə bağlıdır. İddiaçının istifadəsində olan torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, cavabdehin istifadə etdiyi torpaq sahəsi isə, üzərində yerləşən yaşayış evi də daxil olmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Eyni zamanda mütəxəssis təqdim etdiyi rəyin 8-ci bəndinə dair açıqlamasında qeyd etmişdir ki, texniki pasportda göstərilən koordinatlar üzrə iddiaçıya məxsus torpaq sahəsinin hasara alınmasına faktiki maneə yaradan obyektlər mövcuddur. Həmin maneələr iddiaçıya məxsus olmayan, cavabdehin istifadəsində olan məftil hasar və təsərrüfat damından ibarətdir. xx.xx.2025-ci il tarixli Apellyasiya baxışında iştirak edən mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Rayon Salyan Bələdiyyəsinin sədri Nümayəndə izahatında mübahisə barədə məlumatlı olduğunu və tərəflər arasında danışıqlar apararaq məhkəmədənkənar barışıq əldə edilməsi üçün vaxt istədiyini bildirmişdir.
Apelyasiya baxışının hədləri:
Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasındaa torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-ci maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsində toplanmış sübutları, habelə apellyasiya baxışı zamanı təqdim olunmuş və iş materiallarında mövcud olan bütün sənədləri, o cümlədən mütəxəssis və ekspert rəylərini tam, hərtərəfli və obyektiv araşdıraraq həmin sübutlara hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülkiyyət hüququnun məhkəmə qaydasında müdafiəsi yalnız faktiki müdaxilənin mövcudluğu ilə deyil, eyni zamanda müdafiə tələb edən şəxsin həmin əmlak üzərində hüquqi statusu ilə bilavasitə bağlıdır. Mülki hüquq nəzəriyyəsinə görə, mülkiyyət hüququnun müdafiəsi formaları, o cümlədən əşyanın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və ya mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması yalnız mülkiyyətçiyə və ya qanunla müvafiq səlahiyyət verilmiş şəxsə məxsusdur. Bu baxımdan müdaxilənin baş verdiyi əmlakın hüquqi rejimi düzgün müəyyən edilmədən iddia tələblərinə hüquqi qiymət verilməsi maddi hüquq normalarının səhv tətbiqinə gətirib çıxarır. Məhz buna görə də məhkəmə, iddia tələblərinin hər birini ayrıca hüquqi əsas üzrə qiymətləndirməli və eyni predmetə aid olmayan hüquqi münasibətləri vahid hüquqi rejim altında birləşdirməməlidir. Digər tərəfdən, mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik iddialarında məhkəmə müdafiəsinin hüdudları müdaxilənin xarakteri və miqyası ilə müəyyən edilir. Hüquq nəzəriyyəsində qəbul edilmiş yanaşmaya əsasən, müdafiə tədbirləri yalnız sübuta yetirilmiş müdaxilə həddində tətbiq edilməli, faktiki müəyyən edilmiş pozuntudan kənara çıxmamalıdır. Bu prinsip mülkiyyət hüququnun müdafiəsi ilə digər şəxslərin hüquqlarının balanslaşdırılmasını təmin etməyə xidmət edir və məhkəmənin proporsionallıq prinsipinə əməl etməsini tələb edir. Kollegiya qeyd edir ki, iş üzrə əsas mübahisə iddiaçıya məxsus torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilənin olub-olmaması, həmin müdaxilənin həcmi və bu müdaxiləyə qarşı iddiaçının tələb etdiyi müdafiə vasitələrinin hüquqi əsasının mövcud olub-olmaması ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə iş üzrə toplanmış sübutların, xüsusilə mütəxəssis və ekspert rəylərinin qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3082/2024 saylı mütəxəssis rəyindən, həmin rəyə əlavə edilmiş yerquruluşu planından, habelə sonradan alınmış ekspert rəylərindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin naturada sərhədləri GPS ölçmələri əsasında müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh məxsus torpaq sahəsinin və onun istifadəsində olan sahələrin koordinatları da müvafiq qaydada müəyyən olunmuşdur. Bu ölçmələrin nəticələrinin müqayisəli təhlili göstərir ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən faktiki olaraq istifadə edir. Məhkəmə kollegiyası mütəxəssis və ekspert rəylərinin məcmu qiymətləndirilməsi nəticəsində müəyyən edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyi hissə 12 kv.m təşkil edir. Bu fakt həm Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3082/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında, həm də ekspert rəylərində açıq şəkildə əks olunmuş və cavabdehin apellyasiya şikayətində iddia etdiyi kimi, bu rəylərin yalnız subyektiv bəyanatlara əsaslandığı sübut edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, mütəxəssis və ekspertlər rəsmi dövlət reyestri məlumatlarına, elektron kadastr baza məlumatlarına və yerində aparılmış ölçmələrə istinad etmişlər. Bu baxımdan Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində mütəxəssis və ekspert rəylərinin etibarsız olması barədə irəli sürdüyü dəlillər mücərrəd xarakter daşıyır və sübutlarla təsdiq olunmur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğu halda, cavabdeh mütəxəssis və ekspert rəylərinin yanlışlığını təsdiq edən alternativ rəy, rəsmi sənəd və ya digər etibarlı sübut təqdim etməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini tam həcmdə təmin edərkən işin bütün faktiki hallarını eyni hüquqi rejim çərçivəsində qiymətləndirmiş və bununla da maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ümumi sahəsi 0.03998 hektar, faktiki sahəsi 0.05873 hektardır. İş üzrə mütəxəssis və ekspert rəylərindən açıq şəkildə görünür ki, iddiaçının tələb etdiyi 35.1 kv.m yardımçı tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində deyil, onun istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Bu hal hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrində nəzərdə tutulmuş müdafiə mexanizmləri yalnız mülkiyyətçiyə və ya qanunla müvafiq səlahiyyət verilmiş şəxsə məxsusdur. İddiaçı isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində yalnız istifadəçi statusuna malik olmaqla, həmin sahə ilə bağlı mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində cavabdehin maneçiliyinə son qoyulması, çıxarılması, girişinin qadağan edilməsi, 35.1 kv.m yardımçı tikili ilə bağlı tələblərinin təmin edilməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının səhv tətbiqi nəticəsində mümkün olmuşdur. Kollegiya onu da qeyd edir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Salyan Rayon Salyan Bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq mülki işə cəlb edilməsi, Mülki iş üzrə rəy vermiş mütəxəssis M.Vəliyevin məhkəmə iclasında iştirakının təmin edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli apellyasiya baxışında DƏDKR Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X4 tərəfindən həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində təqdim edilmiş mütəxəssis rəylərinə aydınlıq gətirilmişdir. Mütəxəssis izahatında bildirmişdir ki, hər iki rəy onun tərəfindən tərtib olunmuş və rəylər verildiyi tarixlərdə mövcud olan faktiki vəziyyətə əsaslanmışdır. Bu baxımdan birinci instansiya məhkəməsində cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 12,5 kv.m hissəsindən, apellyasiya instansiyasında isə 6,5 kv.m hissəsindən istifadə etməsi barədə fərqli göstəricilərin əks olunması ərazidə sonradan baş vermiş faktiki dəyişikliklərlə izah edilir və bu hal rəylərin etibarlılığına xələl gətirmir. Mütəxəssis tərəfindən məhkəmə tərkibinə xəritə üzərində tərəflərə məxsus torpaq sahələrinin sərhədləri və yerləşmə vəziyyəti izah edilmiş, tərəflər arasında mübahisənin əsas səbəbinin torpaq sahələrinin yalnız dəmir tor (setka) ilə ayrılması olduğu göstərilmişdir. İzahatdan aydın olmuşdur ki, iddiaçının istifadəsində olan 0.03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, cavabdehin istifadə etdiyi torpaq sahəsi isə, üzərində yerləşən yaşayış evi də daxil olmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Eyni zamanda mütəxəssis təqdim etdiyi rəyin 8-ci bəndinə dair açıqlamasında qeyd etmişdir ki, texniki pasportda göstərilən koordinatlar üzrə iddiaçıya məxsus torpaq sahəsinin hasara alınmasına faktiki maneə yaradan obyektlər mövcuddur. Həmin maneələr iddiaçıya məxsus olmayan, cavabdehin istifadəsində olan məftil hasar və təsərrüfat damından ibarətdir. Sözügedən tikililərin iddiaçı tərəfindən istifadə edilmədiyi və cavabdehə aid olduğu müəyyən edilmişdir ki, bu da iddiaçının mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə maneə yaradıldığını təsdiq edir. Kollegiya eyni zamanda nəzərə alır ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq giriş etməsi, həmin sahədən istifadə etməsi və iddiaçının torpaq sahəsini hasarlamasına maneçilik törətməsi iş üzrə sübutlarla təsdiqini tapmışdır. Bu hərəkətlər isə mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik kimi qiymətləndirilməli və bu cür müdaxilələrə son qoyulması təmin edilməlidir. Bununla əlaqədar kollegiya hesab edir ki, iş üzrə toplanmış sübutlar, tərəflərin izahatları və tətbiq edilməli maddi hüquq normalarının məcmu qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən hüquqi əsaslar olmadan istifadə etmiş, bununla da iddiaçının mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə faktiki maneələr yaratmışdır. Belə olan halda iddia tələbləri cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadəsinə son qoyulması, həmin sahədən çıxarılması, iddiaçının torpaq sahəsinə girişinin cavabdeh üçün qadağan edilməsi, habelə iddiaçının torpaq sahəsinin hasarlanmasına törədilmiş maneələrin aradan qaldırılması hissəsində əsaslı və hüquqi baxımdan təmin olunmalı hesab edilir. Kollegiya onu da nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququna zidd olaraq inşa edilmiş dəmir tor və hasar torpaq sahəsinin sərhədlərinin pozulmasına və mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən qeyd olunan qanunsuz tikililərin sökülməsi cavabdehin hesabına həyata keçirilməli, bununla da iddiaçının mülkiyyət hüququnun tam və maneəsiz şəkildə bərpa edilməsi təmin olunmalıdır. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına tam uyğun gəlmədiyindən ləğv edilməlidir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmalı, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 12,5 kv.m hissəsindən çıxarılmalı, cavabdehə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş qadağan edilməli, iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinin hasarlanmasına cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, Cavabdeh iddiaçının mülkiyyət hüququna zidd olaraq inşa etdiyi dəmir tor və hasarın sökülməsi cavabdehin hesabına təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İddia qismən təmin edildiyindən, iş üzrə xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(057)-1040/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulsun. Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 12,5 kv.m hissəsindən çıxarılsın. Cavabdeh İddiaçı mülkiyyətində olan 0.03998 hektar torpaq sahəsinə girişi qadağan edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hasarlanmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdeh İddiaçı mülkiyyət hüququna zidd olaraq inşa etdiyi dəmir tor və hasarın sökülməsi cavabdehin hesabına təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.