Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-489/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun və ona vurmuş olduğu maddi cəhətdən 500 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin əvvəlində Cəlilə tanış olmuş və ona müharibədə iştirak etdiyini və yaralandığını, lakin hələ də əlilik qrupu və qazi adını ala bilmədiyini bildirmişdir. Cəlil ona köməklik edərək bunun müqabilində ona 4.000 manat manat ödəməli olduğunu ona demişdir. O da razılaşıb yaxın gündə Cəlilin dediyi pulu gətirib verəcəyini demişdir. 2017-ci ilin təxminən may ayının əvvəllərində atası X4 ilə birgə Beyləqan rayon təhsil şöbəsinə Cəlilin yanına gedərək 2.000 manat düzəldib gətirdiyini, yerdə qalan 2.000 manatı isə 1 aya kimi düzəldib gətirib verəcəyini deyərək Cəlilə 2.000 manat pul vəsaiti vermişdir. Cəlil etiraz etməmiş, ondan 2.000 min manatı götürmüşdür. Bundan sonra o, 2017ci ilin iyun ayında yerdə qalan 2.000 min manatı toplayıb gətirib Cəlilə ödəmiş ki, işi tez alınsın. Bundan sonra Cəlil onu maddi cəhətdən ziyana salaraq hər dəfə komissiya görə Bakıya gedib gəlmək və sənəd, həkimlərə rüsum ödəyərək 500 manat miqdarda ziyana salmışdır. Ümumilikdə isə Cəlil ondan 4.000 manat almış və 500 manat ziyana salmışdır. Dəfələrcə özünə müraciət etsə də, onu hər dəfə aldadaraq bu gün sabah həll olacaq deyərək 2024-cü ilə kimi onu aldatmış və yola vermişdir. O, rəsmi qaydada hüquq mühafizə orqanlarına xx.xx.2024-cu il tarixdə 102 zəng xidmətinə müraciət etmişdir. Aparılmış cinayət istintaq zamanı həqiqətən də Cəlilin ondan dələduzluq yolu ilə 4.000 min manat pulun ələ keçirməsi öz təsdiqini tapmışdır. X2 2024-cü il tarixli HK-1/593 saylı rədd qərarında da cinayət işinin müddəti keçdiyi üçün rədd edilsə də lakin tam sübuta yetirilmişdir. Eyni zamanda Cəlil etiraf edərək izahatında ondan pulu aldığını etiraf etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəməyə yazılı izahat da təqdim edərək, izahatında göstərmişdir ki, 2017-ci ildə iddiaçının atası oğlunun pensiyasının düzəldilməsi üçün lazımi olan sənədlərin toplanması və Birinci Qarabağ döyüşləri zamanı yaralanması haqqında sənədlərin lazaret, hospital və mülki xəstəxanalardan axtarıb tapılması, ona Azərbaycan Respublikasını müdafiəsi zamanı pensiya düzəldilməsi üçün zəruri olan sənədlərin və hal-hazırdakı vəziyyəti barədə müalicə alınması, müvafiq analizlərin verilməsi, xəstəliyə uyğun olaraq zəruri aparatlardan keçərək müvafiq cavabların alınması və yerli həkim komissiyalardan keçirilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün müvafiq razılığa gəlmişlər. Bütün bunların həll olunması üçün iddiaçının atası Kamran ona 5000 manat pul verəcəyini bildirmiş və ilk iki ay ərzində ona hissə-hissə 4000 manat pul vermiş və 1000 manatını isə iş düzələndən sonra verəcəyini bildirmişdir. O, üç il ərzinə bütün bunların hamısını həll etmişdir. Belə ki, Seymurun özünün dediyi bütün lazaretləri, hospitalları, mülki xəstəxanaları axtarsa da onun yaralanması haqqında heç bir yerdə məlumat tapılmamışdır. O da onun döyüş yoldaşlarını tapmış və onların Seymurun yaralanması şahidləri kimi ifadələrini notariusda təsdiqlədərək, sənədləri Beyləqan rayon hərbi komissarlığı vasitəsi ilə Azərbaycan Respublikası Hərbi Məhkəmə Tibbi Ekspertizasına göndərmişdir. Hərbi Məhkəmə Tibbi Ekspertizasının rəyi Hərbi həkim komissiyasına göndərilmişdir. Seymurun həqiqətən “Azərbaycan Respubikasının müdafiəsi zamanı yaralanması” təsdiq edilmişdir. Bundan sonra Seymur Beyləqan rayon xəstəxanasında müalicə alsa da xəstəliyinin sağalmasında heç bir müsbət nəticə alınmadığı üçün onu müalicəsi davam etdirmək üçün Bakı şəhərinin mərkəzi xəstəxanalardan birinə müalicəyə göndərilmişdir. Bütün bu müalicə dövründə alınan müalicələr zamanı müxtəlif analizlər verilmiş, müxtəlif aparaturalardan alınan cavablar göstərdi ki, onun xəstəliyi davam edir və xroniki xəstəliyi çevrilmişdir. Bütün bu proseslərin hamısı xeyli vaxt aparmış və əldə olunan bütün sənədlər onlayn qaydada sistemə yerləşdirilmiş və pensiyanın təyinatı üçün Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının rəyi müəyyən səbəblərdən müsbət olmamışdır ki, burada onun heç bir günahı yoxdur. Bütün bu proseslərin həyata keçirilməsi üçün dəfələrlə Seymurun özünün iştirakı ilə və iştirakı olmadan 30 dəfədən artıq Bakı şəhərinə və respublikanın başqa rayon və şəhərlərində yerləşən xəstəxana və arxivlərdə araşdırmalar aparılmışdır ki, bu da müəyyən qədər xərc tələb edir. Beləliklə aldığı 4000 manat pul bütün bu işlərin görülməsi üçün yol, yemək, kommunal, analiz və aparaturalara çəkilən xərclərə sərf olunmuşdur. Onun Seymura borcu yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Xatın Cabbarlı), iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4000 (dörd min) manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 60 (altmış) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Həsənov X3 Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zaman cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zaman apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 22 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı 06.04.202-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək özünə təqaüd düzətmək üçün Cavabdeh 4000 manat pul verdiyini, lakin həmin şəxsin onu aldadıb pulunu ələ keçirdiyini göstərərək, Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət üzrə ilkin yoxlama aparılmış və ilkin yoxlama zamanı Cavabdeh İddiaçı pulu 2017-ci ilin mart ayından almış, hazırda həmin tarixdən yeddi ildən artıq müddət keçmişdir. Ona görə də, həmin fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə) maddəsinə əsasən rədd edilmişdir.. Birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin əvvəlində cavabdehlə tanış olmuş və ona müharibədə iştirak etdiyini və yaralandığını, lakin hələ də əlilik qrupu və qazi adını ala bilmədiyini bildirmişdir. Cavabdeh ona köməklik edərək bunun müqabilində ona 4.000 manat manat ödəməli olduğunu ona demişdir. O da razılaşıb yaxın gündə Cavabdeh dediyi pulu gətirib verəcəyini demişdir. 2017-ci ilin təxminən may ayının əvvəllərində iddiaçı atası X4 ilə birgə Beyləqan rayon təhsil şöbəsinə Cavabdeh yanına gedərək 2.000 manat düzəldib gətirdiyini, yerdə qalan 2.000 manatı isə 1 aya kimi düzəldib gətirib verəcəyini deyərək Cəlilə 2.000 manat pul vəsaiti vermişdir. Cəlil etiraz etməmiş, ondan 2.000 min manatı götürmüşdür. Bundan sonra o, 2017-ci ilin iyun ayında yerdə qalan 2.000 min manatı toplayıb gətirib Cəlilə ödəmiş ki, işi tez alınsın. Bundan sonra Cəlil onu maddi cəhətdən ziyana salaraq hər dəfə komissiya görə Bakıya gedib gəlmək və sənəd, həkimlərə rüsum ödəyərək 500 manat miqdarda ziyana salmışdır. Ümumilikdə isə Cəlil ondan 4.000 manat almış və 500 manat ziyana salmışdır. Dəfələrcə özünə müraciət etsə də, onu hər dəfə aldadaraq bu gün sabah həll olacaq deyərək 2024-cü ilə kimi onu aldatmış və yola vermişdir. O, rəsmi qaydada hüquq mühafizə orqanlarına xx.xx.2024-cu il tarixdə 102 zəng xidmətinə müraciət etmişdir. Aparılmış cinayət istintaq zamanı həqiqətən də Cəlilin ondan dələduzluq yolu ilə 4.000 min manat pulun ələ keçirməsi öz təsdiqini tapmışdır. X2 2024-cü il tarixli HK- 1/593 saylı rədd qərarında da cinayət işinin müddəti keçdiyi üçün rədd edilsə də lakin tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, 22 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, iddiaçı özünə pensiya düzəltdirmək üçün cavabdehə 4000 manat pul vermiş, cavabdeh də həmin pulu aldığını etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əməl etməklə qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4000 manat, yəni beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1144/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-489/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-489/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver