Məhkəmə qərarları › İş №2(106)-49/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-49/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-49/2025 14.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı hüquqi varisi X6, qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsivəkili Nümayəndə, üçüncü şəxslər X3 və X12 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması” tələblərinə iddiaları əsasında mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları ilə birlikdə ona məxsus İmişli rayonunun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X9 ilə birgə nikahda olarkən tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması və İddiaçı adına verilmiş Daşınmaz Əmlakın reyestr nömrəsi **********22- 10301 olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu Fəxrəddin İsayevlə 2006-cı ildə faktiki nikah münasibətlərinə girmişlər. Onlar evləndikdən sonra ona məxsus evdə yaşamışlar. Sonradan ailə münasibətləri pozulduğundan ayrılmışılar. Lakin hazırda cavabdeh ona məxsus evdə yaşamağa davam edir. O, cavabdehlə birlikdə yaşamaq istəmir. Cavabdeh onun evini yandıracağı ilə hədələyir və aralarında mütəmadi olaraq mübahisələr yaranır. Dəfələrlə cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində 2012-ci ildə X10 ilə birgə nikahda olarkən İddiaçı istifadəsində olan zəbt edimiş bələdiyyə mülkiyyətindəki torpaq sahəsində ev tikmişlər. Həmin tikilən evin elektrik şəbəkəsinə qoşulma barədə ərizəsi xx.xx.2016-cı il tarixdə olmuşdur. İmişli rayonu Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə Nümayəndəliyinin verdiyi 297 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həmin ev 2012ci ildə 1 mərtəbəli 4 otaqlı birgə nikah dövründə tikilmişdir. Xəlfəli bələdiyyəsinin verdiyi arayışdan da görünür ki, həmin ev nikah dövründə tikilmişdir. Lakin İddiaçı ona və uşaqlarına həmin evdə yaşamağa imkan vermir. İddiaçı isə indiki vaxtda heç bir dövlət orqanından icazə almadan zəbt etdiyi həyətdə saxta sənəd hazırlamaqla JN104A Kod 90716018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan evi deyil həmin şəhadətnamə ilə mülkiyyətində olan hoyətyanı torpaq sahəsinin qarşısında olan özbaşına zəbt edilməklə qanunsuz tikinti işləri apardığı evi Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi ilə əlbir olmaqla mülkiyyətinə keçirmişdir. Faktiki olaraq həmin birgə nikah dövründə tikilən ev bələdiyyənin mülkiyyətindədir və həmin yeri özbaşına zəbt etməklə Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla cinayət törətmişdir. İndi bu saxtalaşma ilə mülkiyyət hesab etdiyi evdən onu üç uşağı ilə birlikdə çıxarmaq istəyir. 6 saylı Beyləqan Ərazi idarəsi faktiki olaraq saxta sənəd vermişdir və şəhadətnamədə olan deyil onların tikdiyi evi saxta yolla sənədləşdirmişdir. Həmin saxta yolla alınan Daşmmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarış almışdır ki, bu çıxarış onun hüquqlarını pozduğundan ləğv edilməlidir. Məhəhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verib ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia ərizəsinə uyğun izahat verib qarşlıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsi ilə (hakim Q.H.Hacıyev) ilk iddia təmin edilərək, Cavabdeh uşaqları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)- 68/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)- 61/2023 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər S.F.Həsənovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023- cü il tarixli, 2(106)- 61/2023 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan “İmişli rayonu, Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” hissədə ləğv olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” tələbi hissədə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3617/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə), Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə İmişli rayonu, Xəlfəli kəndinə gəlin köçdükdən birgə nigah dövründə tikərək vaşadığı evi ilə bağlı sübutları araşdırmamış və iddiasını rədd etmişdir. Hazırda özü təkbaşına və ya başqaları ilə həmin evdə yaşayır və cehizləri həmin evdədir və bələdiyyə mülkiyyətində zəbt edilmiş torpaq sahəsində tikilmiş ev İddiaçı xüsusi mülkiyyəti kimi tanınmışdır. Halbuki həyətdə 3 ev vardır. Bunu araşdıran yoxdur. Gəlin köçdükdən orada yaşamağı, qeydiyyatda olmağı və qeydiyyata düşməyinin əsası, cehizlərin həmin mənzildə olması araşdrılmamışdır və məhkəmənin qərarı olmadan bununla bağlı təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Buna məhkəmə heç bir əsaslandırma verməmişdir. Aysun, Ramal, İbrahim adlı uşaqları ilə birlikdə evdən çıxarılması təmin olunmuşdur. İmişli Rayon Məhkəməsi İddiaçı mənafeyini onun və uşaqlarının mənafeyindən üstün tutmuşdur. Həmin həyətdə 3 fərdi yaşayış evi var ki, hazırda yaşadıqları ev birgə nikah dövründə tikilmişdir və İddiaçı yaşadığı evə aidiyyəti yoxdur. İddiaçı qanunsuz həmin evi sənədləşdirib ki, iddianın əsası da budur ki, həmin ev saxta yolla sənədləşdirilib. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlkin iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qarşılıqlı iddiaçı Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İlk iddia üzrə İddiaçı hüquqi varisi X13 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər X10 və X17 mərhum ataları İddiaçı tərəfindən verilmiş iddianı müdafiə etdiklərini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Digər üçüncü şəxslər X18, X14 və X19 elektron qaydada ərizə ünvanlayaraq ölkə xaricində olduqlarından məhkəmə icraatında iştirak edə bilmədiklərini, mərhum ataları İddiaçı tərəfindən verilmiş iddianı müdafiə etdiklərini bildirərək, qarşılıqlı iddiaçı Cavabdeh mənzildən və torpaq sahəsindən çıxarılmasını xahiş etdilər. Tərəflər məhkəmə icraatında iştirak etməyən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə baxışının dəvam etdirilməsinə etiraz etmədilər. Kollegiya məhkəmə icraatının tezliyinin təmin olunması məqsədi ilə məhkəmə iclasında iştirak etməyən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə baxışının dəvam etdirilməsini məqsədəuyğun hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsinin qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəllənin; 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3617/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə), Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən aşağıdakıları əsas göstərmişdir: İlk olaraq qeyd olunmalıdır ki, cavabdeh kassasiya şikayətində qarşılıqlı iddiasının təmin olunmasını xahiş etsə də, həmin tələb üzrə icraata apellyasiya məhkəməsinin qərardadı ilə xitam verildiyindən və qeyd olunan qərardaddan şikayət verilmədiyindən qarşılıqlı iddianın əsaslılığı hazırki kassasiya baxışının predmetini təşkil etmir və şikayət bu hissədə təmin olunmamalıdır İlk iddia üzrə isə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi mübahisəli yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını əsas götürərək, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etməklə iddianı təmin etmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, İmişli rayonu Xəlfəli kəndində olan 0,4999 ha torpaq sahəsi və üzərində yerləşən 110,9 kv.m. sahəsi olan fərdi yaşayış evi iddiaçı ilə yanaşı daha 6 nəfərin, o cümlədən cavabdehin əri X3 mülkiyyətindədir. Cavabdehlə əri arasında ailə münasibətləri pozulsa da, nikahın pozulmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə ekspertizasının rəyindən müəyyən olunur ki, həmin torpaq sahəsində üç fərdi yaşayış evi yerləşir. İddiaçının nümayəndəsi (cavabdehin əri) Faxrəddin İsayev isə apellyasiya məhkəməsində verdiyi ifadəsində iddiaçıya aid olan torpaq sahəsində 2 evin yerləşdiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə torpaq sahəsinin və üzərində olan evin ümumi mülkiyyətdə olmaqla, cavabdehin ərinin də mülkiyyətçilərin biri olması iş üçün mühüm əhəmiyyət kəsb edən haldır ki, apellyasiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. İlk olaraq məhkəmə, paylı mülkiyyətçilərdən birinin (hazırki iddiaçının) Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən bu iddianı verməyə subyektiv hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. Qeyd olunan maddəyə görə isə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb etmək hüququna malikdir. Bundan əlavə, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri yarandığı dövr, habelə cavabdehin faktiki yaşadığı və çıxarılması tələb olunan mübahisəli yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan 110,9 kv.m. sahəsi olan, ya da ki, ümumi torpaq sahəsi üzərində tikilərək, qeydiyyata alınmamış fərdi yaşayış evi olması müəyyən olunmalıdır. Belə ki, bu hallardan asılı olaraq cavabdehin yaşayış sahəsinin ərinin payı olan hissəsinə Mülki Məcəllənin 228-ci maddəsi və ya Mənzil Məcəllənin 30-cu maddəsi tətbiq olunmaqla, istifadə hüququnun yaranıb-yaranmaması nəticəsinə gəlmək olar. . Bu zaman nəzərə alınmalıdır ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014- cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, mübahisəli ev dövlət qeydiyyatına alınan 110,9 kv.m. sahəsi olan tikili olduğu halda, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında irəli sürülən mövqeyə əsasən mübahisəyə həmin evin qeydə alındığı tarixdə (işdə olan Çıxarışa əsasən dövlət qeydiyyatı 26 dekabr 2019-cu ilə aiddir), dövlət qeydiyyatına alınmayan tikili olduğu halda isə, cavabdehin həmin tikiliyə köçdüyü dövrdə qüvvədə olan maddi hüquq norması tətbiq olunmalıdır. Beləliklə müəyyən olunur ki, apellyasiya məhkəməsi cavabdehin hazırda istifadəsində olan və mübahisələndirilən fərdi yaşayış evinin Hüquqların dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda əksini tapan 110,9 kv.m. sahəsi olan fərdi yaşayış evi, ya da ki, mülkiyyətdə olan torpaq sahəsində qeydiyyata alınmayan ev olmasını araşdırmamış, cavabdehin ərinin torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 110,9 kv.m. sahəsi olan evin ümumi mülkiyyətçilərindən biri olmasını nəzərə almamış, tərəflər arasında həmin yaşayış sahəsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan maddi hüquq normasını tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya əvvəla qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023- cü il tarixli, 2(106)-61/2023 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan “İmişli rayonu, Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” hissədə ləğv olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22- 10301 olan çıxarışın ləğv edilməsi” tələbi hissədə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş və hal-hazırda da həmin qərardad qüvvədədir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qarşılıqlı iddianın “çıxarışın ləğv edilməsi” tələbi ilə bağlı hissəsinə hüquqi qiymət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin hüquqi əsasını-onun faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X9 ilə birgə nikahda olarkən tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması təşkil edir. Qarşılıqlı iddiaçı tələbində qeyd edir ki, mübahisəli torpaq sahəsində 3 fərdi yaşayış evi var ki, hazırda yaşadıqları ev birgə nikah dövründə tikilmişdir və İddiaçı yaşadığı evə aidiyyəti yoxdur. İddiaçı qanunsuz həmin evi sənədləşdirib ki, iddianın əsası da budur ki, həmin ev saxta yolla sənədləşdirilib. Məhkəmə kollegiyası iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararaq iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş JN-104A Kod 90716018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarı əsasında İmişli rayon Xəlfəli kənd sakinləri İddiaçı və ailə üzvlərinə 0.50 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında nikah 09 iyun 2008-ci il tarixdə qeyd edilməklə bağlanmış, nikah bağlanandan sonra ərə İsayev, arvada İsayeva soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh X8 qarşı "əmlak tələbi"nə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(036)-2003/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı bir sıra əmlakların cavabdehdən alınaraq ona verilməsi tələbindən savayı, cavabdehlə birgə nikahları dövründə əldə etdikləri İmişli rayonu Xəlfəli kəndində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin dəyəri olan 40000 manatın ikidə bir hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianı evin dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissədə rədd etmişdir. Həmin hissədə gəldiyi hüquqi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, tərəflərin birgə nikahları dövründə 40000 manat dəyərində İmişli rayonu Xəlfəli kəndində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi əldə etmələri müəyyən edilməmişdir. İmişli Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(036)-2003/2020 saylı qətnaməsi iddiaçı Cavabdeh tərəfindən apellyasiya və sonradan kassasiya qaydasında mübahiələndirilmiş, müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(106)-720/2021 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 4 oktyabr 2021-ci il tarixli 2(102)-4389/2021 saylı qərarı ilə şikayətləri təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Xəlfəli kəndində 0.4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan 110.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətindədir. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22- 10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini keçmiş əri X10 ilə birgə nikahları dövrdə əldə etməsi əsası ilə həmin evə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Əvvəla qeyd olunmalıdır ki, hazırda qüvvədə olan məhkəmə qətnamələri ilə qarşılıqlı iddiaçı Cavabdeh mübahisələndirdiyi fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilməsi ilə bağlı tələbi sübut olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək müəyyən edir ki, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçının oğlu Fəxrəddin İsayevlə 2006-cı ildə faktiki nikah münasibətlərinə girərək, ilkin İddiaçı məxsus evdə yaşamışlar. Qarşılıqlı iddiaçı Cavabdeh istifadə hüququnun tanınmasını tələb etdiyi İmişli rayonu Xəlfəli kəndində olan 0,4999 ha torpaq sahəsi və üzərində yerləşən 110,9 kv.m. sahəsi olan fərdi yaşayış evi ilkin İddiaçılə yanaşı daha 6 nəfərin, o cümlədən Cavabdeh əri X3 mülkiyyətindədir. Cavabdehlə əri arasında ailə münasibətləri pozulduqdan sonra həmin evdə yaşamağa dəvam etmiş, ilkin İddiaçı Cavabdeh həmin evdən çıxarılmasını xahiş etmiş, Cavabdeh isə həmin evə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə köşərkən, mənzil mülkiyyətdə olmasa da, sonradan mübahisəli ev İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alındığından, yaşayış sahəsinin mülkiyyət forması dəyişmiş və həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələr də dəyişmişdir. Bu isə onu göstərir ki, hazırkı məqamda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq etməklə iddiaçının tələblərinə həmin norma çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər digər ailə üzvülərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, 2009-cu ilin oktyabr ayının 1-dən sonra qayınata ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqaisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvi (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 30.7-ci maddəsinin mənasından da görünür ki, qanunverici razılaşmanı hər hansı bir şərtlə (misal: yazılı və ya şifahi ola bilməsi ilə) əlaqələndirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçi ilə birgə yaşayan üç müxtəlif subyekt müəyyən edilmişdir: Mülkiyyətçinin ailə üzvləri; Digər qohumları; Vətandaş; Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Hazırki mübahisədən də müəyyən edilir ki, ilkin İddiaçı hələ mülkiyyətçi olmadığı vaxtda şəxsi razılığı əsasında qarşılıqlı iddiaçı Cavabdeh (gəlinini) istifadə etdiyi mənzilə köçürmüşdür. O, mənzilin mülkiyyətçisinə çevrildikdən sonra iddiaçı ilə mənzildən istifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin müddəalarının tətbiqi zərurəti yaranır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilən maddi hüquq normaları hazırki mübahisəyə tətbiq edilərsə müəyyən edilir ki, mübahisəli hüquq münasibətləri yaranan zaman qarşılıqlı iddiaçı Cavabdeh qaynatası İddiaçı ilə notarial qaydada müqavilə imzalaya bilməzdi, ona görə ki, onların özünün mülkiyyət hüququ qeydə alınmamışdı. Lakin, qaynatası İddiaçı mənzilin mülkiyyətçisinə çevrildikdən sonra Cavabdeh onunla notarial qaydada mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə müqavilə bağlamalı idi. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bu müqavilə mövcud deyildir. Mənzildən istifadə hüququ ilə bağlı tərəflər arasında digər müqavilələr də (əvəzsiz istifadə, kirayə və.s) mövcud ola bilərdi ki, hazırki mübahisədə buna da rast gəlinmir. Belə olan təqdirdə gəlin Cavabdeh ilə qayınata İddiaçı oğlu arasında nikahın ləğv edilib-edilməməsindən asılı olmayaraq mülkiyyətçinin onu mənzildən çıxarmaq hüququna malikdir. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “ bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Qarşılıqlı iddiaçı Cavabdeh həmçinin apelyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsində 3 fərdi yaşayış evinin yerləşdiyini, faktiki yaşadığı və çıxarıldığını iddia etdiyi mübahisəli yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan 110,9 kv.m. sahəsi olan, ya da ki, ümumi torpaq sahəsi üzərində tikilərək, qeydiyyata alınmamış fərdi yaşayış evi olduğunu bildirmişdir. Qeyd edilən dəlilin araşdırılması məqsədi ilə apelyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 18 fevral 2025-ci il tarixli, 10/779 №li ekspert rəyi ilə müəyyən edilmişdir ki: Qərardadın birinci sualı üzrə-İmişli rayonu Xəlfəli kəndində olan JN-104A, kod 90716018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, 0,4999 ha həyətyanı torpaq sahəsi üzərində iki fərdi yaşayış evi yerləşir. Qeyd olunan həyətyanı torpaq sahəsinin ərazisində mərhum İddiaçı və ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətlərində olan və Cavabdeh Şakir qızı tərəfindən iddia olunan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Həyətyanı torpaq sahəsinin hüdudları daxilində olan X15 məxsus ikinci fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qərardadın ikinci sualı üzrə-iddiaçı Cavabdeh əvvəllər yaşamış olduğu və çıxarıldığını iddia etdiyi mübahisəli yaşayış evi xx.xx.2019-cu il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınan 110,9 kv.m olan fərdi yaşayış evidir. Məhkəmə kollegiyasının yekun hüquqi mövqeyi ondan ibarətdir ki, 2009-cu ilin oktyabrin 1-dən sonra yaranan hazırki mübahisədə (ümumiyyətlə 2009-cu ilin oktyabrın 1-dən sonra gəlinlə –mülkiyyətçi qayınata; gəlinlə mülkiyyətçi-qayınana arasında yaranan mübahisətlərdə) qarşılıqlı iddiaçı Cavabdeh qaynatası mərhum qayınatası İddiaçı ailə üzvi hesab edilmədiyi üçün onunla mülkiyyətçi İddiaçı oğlu arasındakı nikah münasibətlərinə xitam verilibverilməməsindən asılı olmayaraq mülkiyyətçinin istənilən an Cavabdeh mənzildən çıxarmaq hüququ vardır. Bu şərtlə ki, tərəflər arasında Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən digər razılaşma mövcud olmasın. Bundan başqa kollegiya qeyd edir ki, JN-104A, kod 90716018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, 0,4999 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilən xx.xx.2019-cu il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evi iddia qaldırılan zaman mərhum İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olmuşdur. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Apellyasiya icraatı zamanı cəlb edilmiş üçüncü şəxslər də mərhum İddiaçı iddia tələbini müdafiə etdikləri və qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən çıxarılmasını bildirmişdirlər. Göründüyü kimi, mərhum İddiaçı ümumi mülkiyyətin iştirakçısı kimi irəli sürdüyü tələb haqlı olmaqla, digər mülkiyyətçilər o, cümlədən cavabdehin keçmış əri Fəxrəddin İsayev tərəfindən də müdafiə olunmuşdur. Bu isə o, anlama gəlir ki, Cavabdeh keçmiş əri X8 münasibətdə də, ailə münasibətlərinə xitam verildiyindən ona münasibətdə də, mübahisəli mənzildə istifadə hüququ saxlanmamışdır. Kollegiya həmçinin qarşılıqlı iddiaçının istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılması üçün də əsas görmür. Belə ki, qarşılıqlı iddiaçı apelyasiya icraatı zamanı da verdiyi izahatında uşaqlarının kənddə deyil rayonda məktəbdə təhsil aldığını və rayonda qardaşına məxsus fərdi yaşayış evinin olduğunu və həmin evdə yaşamaqla uşaqlarının təhsili ilə məşğul olduğunu bildirmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur: “Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Hazırki işdə də qarşılıqlı iddiaçı Cavabdeh 3 uşağı ilə birlikdə evdən çıxarılması ilə bağlı tələb irəli sürüldüyünü qeyd etsə də, ilkin iddiaçı mərhum İddiaçı iddia tələbi yalnız Cavabdeh evdən çıxarılması ilə bağlıdır. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh qarşı belə bir tələb olmadığından həmin dəlillərə hüquqi qiymət verilməsi məqsədəuyğun deyildir. Kollegiya, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi halları işin faktiki hallarına uyğun olmayan dəlillər kimi qəbul edir və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İlkin İddiaçı hüquqi varisi X5 50 (əlli) manat ekspertiza xərci alınaraq X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar