Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-492/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işi üzrə Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi. X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə (məhkəmə əmrinin verilməsinə dair ərizə ilə), sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə: 37R000001522 saylı kredit razılaşması üzrə 78394,69 ABŞ dolları əsas borc, 43865,94 ABŞ dolları faiz borcu, 86226,79 ABŞ dolları cərimə olmaqla, cəmi 208487,42 ABŞ dolları, 37R000002016 saylı kredit razılaşması üzrə 36655,83 ABŞ dolları əsas borc, 20673,89 ABŞ dolları faiz borcu, 39567,53 ABŞ dolları cərimə olmaqla, cəmi 96897,25 ABŞ dolları, 37R000002607 saylı kredit razılaşması üzrə 58832,95 ABŞ dolları əsas borc, 36803,29 ABŞ dolları faiz borcu, 65223,76 ABŞ dolları cərimə olmaqla, cəmi 160860 ABŞ dolları, 37R000003661 saylı kredit razılaşması üzrə 49558,04 ABŞ dolları əsas borc, 27020,99 ABŞ dolları faiz borcu, 90114,25 ABŞ dolları cərimə olmaqla, cəmi 166693,28 ABŞ dolları, 037KK**********01 saylı kredit razılaşması üzrə 9891,02 ABŞ dolları əsas borc, 1742,31 ABŞ dolları faiz borcu, 9850,53 ABŞ dolları cərimə olmaqla, cəmi 21483,86 ABŞ dolları; 037R157824872 saylı kredit razılaşması üzrə 44744,99 ABŞ dolları əsas borc, 23852,13 ABŞ dolları faiz borcu, 61516,39 ABŞ dolları cərimə olmaqla, cəmi 130113,51 ABŞ dolları, yəni 6 kredit razılaşması üzrə ümumilikdə cəmi 784535,32 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumun və 60 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasına; Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə; ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 784535,32 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sabirabad şəhəri, X7 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin iddiası onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 kreditor ilə xx.xx.2014-cü il tarixli, 37L000001414 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* (bir milyon min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Kredit xətti müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə bağladığı 37R000001522 saylı kredit razılaşmasına əsasən aylıq faiz rədəcəsi 1,5% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130000 (yüz otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 37R000001522S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 51605,31 ABŞ dolları qaytarmış və onun kreditora 78394,69 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 178 gün üçün hesablanmış faiz borcu 8235,56 ABŞ dolları təşkil edir. Kredit müqavilsəinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu plan üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəmilidir. xx.xx.2016-cı il tarixə 178 gün üçün hesablanmış cərimə 14985,77 ABŞ dolları təşkil edir. Bundan başqa ona kredit xətti müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə bağladığı 37R000002016 saylı kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 1,5 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan bir saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 56000 (əlli altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 37R000002016S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmışdır. O, götürdüyü kreditdən 19344.14 ABŞ dolları qaytarmış və onun kreditor 36655,83 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı, kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizi 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunun kreditora qaytarılmadığı üçün xx.xx.2016-cı il tarixə 180 gün üçün hesablanmış faiz borcu 4013,82 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablamış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məmləbğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 196 gün üçün hesablanmış cərimə 17962,04 ABŞ dolları təşkil edir. Bundan başqa, ona kredit xətti müqaviləsi əsasında 05 dekabr 2014-cü il tarixdə bağladığı 037KK**********01 saylı kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 1,9167% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 108,89 ABŞ dolları qaytarmış və onun kreditora 9891,02 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.1-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/360 hissəsi kmi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, o, kredit borcunu kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 107 gün üçün hesablanmış cərimə 998,90 ABŞ dolları təşkil edir. Bundan başqa ona kredit xətti müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə bağladığı 037R157824872 saylı kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 1,4167% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altımış min) ABŞ dolları məbləğğində kredit verilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 21 sentyabr 2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 3255,01 ABŞ dolları qaytarmış və onun Kreditora 56744,99 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.1-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, o, kredit borcunu kreditora qayramadığı üçün xx.xx.2016-cı il tarixə 178 gün üçün hesablanmış cərimə 10098,11 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Şahin Sadıqov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Şahin Sadıqov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “AccessBank" QSC-nin xeyrinə; 37R000001522 saylı kredit razılaşması üzrə 78394.69 ABŞ dolları əsas borc, 43865.94 ABŞ dolları faiz borcu, 86226.79 ABŞ dolları cərimə olmaqla cəmi 208487.42 ABŞ dolları, 37R000002016 saylı kredit razılaşması üzrə 36655.83 ABŞ dolları əsas borc, 20673.89 ABŞ dolları faiz borcu, 39567.53 ABŞ dolları cərimə olmaqla cəmi 96897.25 ABŞ dolları, 37R000002607 saylı kredit razılaşması üzrə 58832.95 ABŞ dolları əsas borc, 36803.29 ABŞ dolları faiz borcu, 65223.76 ABŞ dolları cərimə olmaqla cəmi 160860 ABŞ dolları, 37R000003661 saylı kredit razılaşması üzrə 49558.04 ABŞ dolları əsas borc, 27020.99 ABŞ dolları faiz borcu. 90114.25 ABŞ dolları cərimə olmaqla cəmi 166693.28 ABŞ dolları, 037KK**********01 saylı kredit razılaşması üzrə 9891.02 ABŞ dolları əsas borc, 1742.31 ABŞ dolları faiz borcu, 9850.53 ABŞ dolları cərimə olmaqla cəmi 21483.86 ABŞ dolları; 037R157824872 saylı kredit razılaşması üzrə 44744.99 ABŞ dolları əsas borc, 23852.13 ABŞ dolları faiz borcu, 61516.39 ABŞ dolları cərimə olmaqla cəmi 130113.51 ABŞ dolları; altı kredit razılaşması üzrə ümumilikdə cəmi 784535 (yeddi yüz səksən dörd min beş yüz otuz beş) ABŞ Dolları 32 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 məxsus Sabirabad şəhəri İ.İskəndərov küçəsində 0.40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 648 m2 əsas. 547.1 m2 köməkçi, 1195.1 m2 ümumi sahəsi olan 4 girişli 1 mərtəbəli qeyri yaşayış binasına; Sabirabad şəhəri X7 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 154.8 m2 yaşayış 238.4 m2 yardımçı 393.2 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə; ünvan 2 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m2 əsas, 51.6 m2 yardımçı 124.3 m2 ümumi sahədən ibarət 3 otaqlı 164 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 784535.32 ABŞ Dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və 60 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; Sabirabad şəhəri İ.İskəndərov küçəsində 0.40 ha torpaq sahəsində yerləşən 1195.1 m2 ümumi sahəsi olan 4 girişli 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin qeyri yaşayış sahəsindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sabirabad şəhəri X7 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 393.2 ni2 ümumi sahədən ibarət 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 2 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m2 əsas, 51.6 m2 yardımçı 124.3 m2 ümumi sahədən ibarət 3 otaqlı 164 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə vermiş olduğu izahatında iddianı qismən qəbul edərək göstərmişdir ki, o, ilk iddia üzrə iddianı əsas və faiz borcu hissəsində qəbul edir, lakin hesab etmişdir ki, cərimə əsassız olaraq, şişirdilmiş və artıq hesablanmışdır. Belə ki, iş materiallarından da görünür ki, 37R000003661saylı kredit razılaşması üzrə 30000 ABŞ dolları və 037R157842872 saylı kredit razılaşması üzrə 30000 ABŞ dolları ödəniş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 nömrəli qətnaməsi ilə (hakim F.N.Pənahov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 37R000001522 saylı kredit razılaşması üzrə 78394,69 ABŞ dolları əsas borc, 8235,56 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 86730,25 ABŞ dolları kredit borcunun, 37R000002016 saylı kredit razılaşması üzrə 36655,83 ABŞ dolları əsas borc, 4013,82 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 40769,83 ABŞ dolları kredit borcunun, 37R000002607 saylı kredit razılaşması üzrə 58832,95 ABŞ dolları əsas borc, 7092,65 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 66025,60 ABŞ dolları kredit borcunun, 37R000003661 saylı kredit razılaşması üzrə 79558,04 ABŞ dolları əsas borc, 8524,87 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 88182,91 ABŞ dolları kredit borcunun, 037KK**********01 saylı kredit razılaşması üzrə 9891,02 ABŞ dolları əsas borc, 1742,31 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 11733,33 ABŞ dolları kredit borcunun, 037R157824872 saylı kredit razılaşması üzrə 56744,99 ABŞ dolları əsas borc, 5654,01 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimən, cəmi 62499 ABŞ dolları kredit borcunun, ümumilikdə 355940,83 ABŞ dolları borcun tutularaq iddiaçı "xxxx" QSC-yə verilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutulmanın Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə; ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin qiymətinin 250000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, X7, küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinin ilkin qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilinin ilkin qiymətinin 185000 manat məbləğində müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra torpaq sahəsi və mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat 20 qəpik pul cavabdehlərdən tutularaq iddiaçıya, dövlət rüsumunun kəsiri olan 10 manat tutularaq dövlət nəfinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul cavabdehlərdən birgə qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsi, iddia tələblərinin faiz və cərimə borcunun tutulmasına dair hissənin tam şəkildə təmin edilməsi, həmçinin ipoteka predmeti olan qeyri-yaşayış sahəsi və fərdi yaşayış evinə tutma yönəldildikdən sonra 1 ay ərzində həmin əmlakların boşaldılması hissəsində iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh1 tərəfindən Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh2 tərəfindən Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, ona aid hissədə iddia tələbi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovun və İ.Q.Əsədovun iştirakı ilə) iddiaçı "xxxx" QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 fevral 2014-cü il tarixli 37R000001522 saylı kredit razılaşması üzrə 78256,32 ABŞ dolları əsas borc, 11894,96 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 90251 ABŞ dolları, 11 aprel 2014-cü il tarixli 37R000002016 saylı kredit razılaşması üzrə 36326,70 ABŞ dolları əsas borc, 4775,94 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 41202,64 ABŞ dolları, 13 iyun 2014-cü il tarixli 37R000002607 saylı kredit razılaşması üzrə 58800,35 ABŞ dolları əsas borc, 9963,59 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 68863,94 ABŞ dolları, 03 oktyabr 2014-cü il tarixli 37R000003661 saylı kredit razılaşması üzrə 49558,04 ABŞ dolları əsas borc, 12484,32 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 62142,36 ABŞ dolları, 19 mart 2015-ci il tarixli 037R157824872 saylı kredit razılaşması üzrə 44744,99 ABŞ dolları əsas borc, 8455,05 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 53300,04 ABŞ dolları kredit borcunun (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnə kursuna uyğun olaraq) alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış binasına və Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində 3 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat, Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsinin, mənzil və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evindən və Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri- yaşayış binasından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)- 14/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-6229/2022 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən Cavabdeh1 kassasiya şikayəti təmin edilməməsi, Cavabdeh2 kassasiya şikayəti təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsi qismən, tələbin Cavabdeh2 münasibətdə təmin edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Əmirov X3 Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)- 04/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ona aid hissədə iddia tələbi üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin xx.xx.2017-ci il tarixdə başa çatmasına baxmayaraq zamin olaraq ondan kredit müqaviləsi üzrə öhdəliyin icrası tələb edilməmiş, yəni iddia müddətinin başa çatmasından 2 il 6 ay keçdikdən sonra ondan kredit borcunun ödənilməsi tələb edilmişdir ki, bu da qanuni və əsaslı hesab edilə bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin tam əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ona aid hissədə iddia tələbi üzrə icraata xitam verilməsi xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və Mülki işə tətbiq edilən hüquq: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə, ona aid hissədə ləğv olunmalı və Cavabdeh2 münasibətdə iddiaçı "xxxx" QSC-nin iddiasının rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin əsaslılığı zamin tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı da zaminə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsindən görünür ki, 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 037R00001522 saylı kredit razılaşmasından görünür ki, 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi üzrə boraclana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130000 (bir yüz otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 37R000002016 saylı kredit razılaşmasından görünür ki, 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi üzrə boraclana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 56000 (əlli altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 037R00002607 saylı kredit razılaşmasından görünür ki, 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi üzrə boraclana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 037R00003661 saylı kredit razılaşmasından görünür ki, 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi üzrə boraclana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 037KK**********01 saylı kredit razılaşmasından görünür ki, 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi üzrə boraclana 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 037R********** saylı kredit razılaşmasından görünür ki, 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi üzrə boraclana 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altımış min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 19 fevral 2014-cü il tarixli saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 37M000000073 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0.40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 648 m2 əsas. 547.1 m2 köməkçi, 1195.1 m2 ümumi sahəsi olan 4 girişli 1 mərtəbəli qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 1 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0.40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 648 m2 əsas. 547.1 m2 köməkçi, 1195.1 m2 ümumi sahəsi olan 4 girişli 1 mərtəbəli qeyri yaşayış binası Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 37M000000119 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 154.8 m2 yaşayış, 238.4 m2 yardımçı, 393.2 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 3 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 10 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 154.8 m2 yaşayış, 238.4 m2 yardımçı, 393.2 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 3 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 37M000000170 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m2 əsas, 51.6 m2 yardımçı, 124.3 m2 ümumi sahədən ibarət 3 otaqlı 164 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2208 nömrəli reyestr kitabının 205318 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m2 əsas, 51.6 m2 yardımçı 124.3 m2 ümumi sahədən ibarət 3 otaqlı 164 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Xəbərdarlıq məktubları və həmin məktubların cavabdehlərə göndərilməsi barədə poçt qəbzlərindən görünür ki, Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən dəfələrlə xəbərdarlıq olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 12 mart 2018-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 19 fevral 2014-cü il tarixli, 37R000001522 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 03 iyul 2015-ci il tarixədək banka olan borcu 80993,05 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc 80430,04 ABŞ dolları, faiz borcu 563,01 ABŞ dolları təşkil edir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 21 sentyabr 2015-ci il tarixədək 4802,28 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 03 iyul 2015-ci il tarixə göstərildiyindən 4802,28 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 30 avqust 2018-ci il tarixli qiymətləndirilmə hesabatlarına əsasən Cavabdeh1 məxsus: -Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 250000 manat; -Sabirabad şəhəri, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinin bazar qiyməti 150000 manat; -ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilinin bazar qiyməti 185000 manat təşkil edir İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 03 iyul 2015-ci il tarixli 37R000003661S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 19 fevral 2014-ci il tarixli, 37L000001414 saylı uzun müddətli kredit müqaviləsi üzrə 03 oktyabr 2014-cü il tarixdə bağlanmış 37R000003661 saylı kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 03 oktyabr 2014-cü il tarixli Ödəniş Planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 03 iyul 2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilmişdir. Lakin həmin razılaşma, saziş və ödəniş planı zaminlə tanış edilməmiş, onun razılığı alınmamışdır. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 03 iyul 2015-ci il tarixli 37R000002016S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 19 fevral 2014-ci il tarixli, 37L000001414 saylı uzun müddətli kredit müqaviləsi üzrə 11 aprel 2014-cü il tarixdə bağlanmış 37R000002016 saylı kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 11 aprel 2014-cü il tarixli Ödəniş Planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 03 iyul 2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilmişdir. Lakin həmin razılaşma, saziş və ödəniş planı zaminlə tanış edilməmiş, onun razılığı alınmamışdır. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 03 iyul 2015-ci il tarixli 37R000001522S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 19 fevral 2014-ci il tarixli, 37L000001414 saylı uzun müddətli kredit müqaviləsi üzrə 05 oktyabr 2014-cü il tarixdə bağlanmış 37R000001522 saylı kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 15 oktyabr 2014-cü il tarixli Ödəniş Planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 03 iyul 2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilmişdir. Lakin həmin razılaşma, saziş və ödəniş planı zaminlə tanış edilməmiş, onun razılığı alınmamışdır. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 03 iyul 2015-ci il tarixli 37R000002607S nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 19 fevral 2014-ci il tarixli, 37L000001414 saylı uzun müddətli kredit müqaviləsi üzrə 13 iyun 2014-cü il tarixdə bağlanmış 37R000002607 saylı kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 13 iyun 2014-cü il tarixli Ödəniş Planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 03 iyul 2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilmişdir. Lakin həmin razılaşma, saziş və ödəniş planı zaminlə tanış edilməmiş, onun razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İşin hallarına əsasən "xxxx" QSC ilə zaminlər (cavabdehlər) arasında bağlanmış zaminlik müqavilələri ümumi xarakterli olmaqla, gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği ******* (bir milyon) ABŞ dolları, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanaraq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqavilələrində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən, verilən kreditin faizi barədə zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, cavabdeh (zamin) kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən, kreditor verilən kreditin faizi və qaytarılması müddəti barədə zaminin, yəni Cavabdeh2 razılığını almamışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, zamin Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsində borclu Cavabdeh1 veriləcək kreditə görə, kreditlə bərabər ödənilməli olan faizlər, kreditin qaytarılması müddət göstərilmədiyindən, kredit razılaşmaları və sonradan ödəniş planlarına edilən dəyişikliklər zaminlərlə razılaşdırılmadığı üçün, həmin hallar zaminin məsuliyyətinin artması kimi qiymətləndirilərək, zaminliyə xitam verilməsinə hüquqi zəmin yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, götürülmüş kredit üzrə zamin olaraq Cavabdeh2 kredit razılaşmasına, ödəniş planına və sonradan onlara edilən dəyişikliklərə razılığı alınmadığından, həmin hallar zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.6, 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə, ona aid hissədə ləğv olunsun. İddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-492/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-492/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver