Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-503/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddiasını belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış və Simqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15-də yerləşən 47 saylı mənzil cavabdehin icarəsinə verilmişdir. Mənzil binanın 1-ci mərtəbəsində olduğu üçün cavabdeh bu mənzildən 2024-cü ilin may ayına kimi tikiş sexi kimi istifadə etmişdir. İcarə müqaviləsinin 3-cü bəndində müqavilənin 1 il müddətinə bağlandığı qeyd edilmiş və göstərilmişdir ki, müqavilənin pozulmasına dair heç bir tərəf təklif irəli sürməsə icarə müddəti daha bir il uzadılmış hesab olunur. Cavabdeh bu müqavilə əsasında 2024-cü ilin may ayına kimi bu əmlakdan istifadə etmişdir. Lakin cavabdehin bu obyektdən istifadə etdiyi müddətdə ümumilikdə 2196 manat məbləğində borc hesablanmışdır ki, cavabdeh həmin borcdan bir hissəsini ödəmiş, lakin 1101 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixə bu borcun 550 manatı istifadə edilmiş suya, 550,5 manatı isə kanalizasiya xidmətinə görə hesablanmışdır. O, cavabdehdən dəfələrlə həmin borcu ödəməsini xahiş etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq həmin borcu xx.xx.2024-cü ildə "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin hesabına ödəmiş və cavabdehdən ödədiyi pulu tələb etmişdir. Lakin cavabdeh yenə də, ödədiyi pulu ona qaytarmamış və bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərinlənləri nəzərə alaraq Cavabdeh 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla iddiaçı X6 arasında bağlanmış və Simqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən iddiaçı şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15-də yerləşən 47 saylı mənzili onun icarəsinə vermişdir. Mənzil binanın 1-ci mərtəbəsində olduğu üçün o bu mənzildən 2024-cü ilin aprel ayına qədər tikiş sexi kimi istifadə etmişdir. Sexi istifadə etdiyi müddətdə ilk vaxtlarda hər ay 10 manat, sonraki vaxtlarda isə hər ay 20 manat su pulu ödəmişdir. Vaxtı-vaxtında su pulunu ödəməsinə baxmayaraq su günaşıra kəsilirdi. Su günaşıra kəsildiyi üçün su idarəsinə problemin aradan qaldırılması üçün müraciət etmişdir. Su idarəsinin əməkdaşları qeyd olunan mənzilə gələrək orada əlavə xətt aşkar etmişlər. Həmin əlavə xətdən onun xəbəri olmamışdır. Bundan sonra akt tərtib edilərək cərimə yazılmışdır. Yazılan cərimə onun adına deyil, X2 adına yazılmışdır. Qeyd etdiklərindən də görünür ki, onun adına heç bir cərimə yazılmamışdır. Belə olan halda iddiaçı ondan pul tələb etməkdə haqlı ola bilməz. Bundan başqa, qeyd olunan mənzilə su sayğacı qoyulana qədər orada problem olmamışdır, su sayğacı qoyulandan sonra orada problem yaranmışdır, yəni su sayğacı qoyulandan sonra orada əlavə xətt aşkar edilmişdir. Bu məsələ ilə bağlı iddiaçıya müraciət etmişdir və iddiaçı ona söz vermişdi ki, yaranan problemləri aradan qaldıracaqdır. Lakin iddiaçı yaranan problemi həll etməmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, həmin mənzili icarəyə götürdüyü vaxt orada heç bir təmir işləri aparmamışdır. Orada təmir işləri aparmadığından, orada olan su xəttinə də müdaxilə edə bilməzdi. O, artıq 8 aydır ki, həmin obyekti iddiaçıya qaytarmışdır. Obyekti qaytaran zaman onunla iddiaçının arasında heç bir problem yaranmamışdır. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş suya görə hesablanmış cərimə barədə ona iddiaçının oğlu məlumat vermişdir. İddiaçının oğlu ona demişdir ki, “2160 manat suya cərimə yazılıb, obyektdən siz istifadə etdiyinizə görə həmin cəriməni siz ödəməlisiniz”. Sexdə işləyən işçiləri rahat sudan istifadə etmələri üçün, işçilər narahat olmasın deyə, həmin 2160 manat cərimənin 1200 manatını ödəmişdir. Qeyd olunanlardan da, görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1101 manat borcun ona heç bir aidiyyəti yoxdur. Göstərdiklərini nəzərə alaraq, iddiaçı X4 məhkəmədə qaldrıdığı 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun ondan alınaraq iddiaçıya verilməsi barədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Füzuli Pənahov), iddiaçı X4 Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı X1 Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı X4 apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, onunla Cavabdeh arasında bağlanmış və Simqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15-də yerləşən 47 saylı mənzil cavabdehin icarəsinə verilmişdir. Mənzil binanın 1-ci mərtəbəsində olduğu üçün cavabdeh bu mənzildən 2024-cü ilin may ayına kimi tikiş sexi kimi istifadə etmişdir. İcarə müqaviləsinin 3-cü bəndində müqavilənin 1 il müddətinə bağlandığı qeyd edilmiş və göstərilmişdir ki, müqavilənin pozulmasına dair heç bir tərəf təklif irəli sürməsə icarə müddəti daha bir il uzadılmış hesab olunur. Cavabdeh bu müqavilə əsasında 2024-cü ilin may ayına kimi bu əmlakdan istifadə etmişdir. Lakin cavabdehin bu obyektdən istifadə etdiyi müddətdə ümumilikdə 2196 manat məbləğində borc hesablanmışdır ki, cavabdeh həmin borcdan bir hissəsini ödəmiş, lakin 1101 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixə bu borcun 550 manatı istifadə edilmiş suya, 550,5 manatı isə kanalizasiya xidmətinə görə hesablanmışdır. O, cavabdehdən dəfələrlə həmin borcu ödəməsini xahiş etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq həmin borcu xx.xx.2024-cü ildə "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin hesabına ödəmiş və cavabdehdən ödədiyi pulu tələb etmişdir. Lakin cavabdeh yenə də, ödədiyi pulu ona qaytarmamış və bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərinlənləri nəzərə alaraq Cavabdeh 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, onunla iddiaçı X6 arasında bağlanmış və Simqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən iddiaçı şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15-də yerləşən 47 saylı mənzili onun icarəsinə vermişdir. Mənzil binanın 1-ci mərtəbəsində olduğu üçün o bu mənzildən 2024-cü ilin aprel ayına qədər tikiş sexi kimi istifadə etmişdir. Sexi istifadə etdiyi müddətdə ilk vaxtlarda hər ay 10 manat, sonraki vaxtlarda isə hər ay 20 manat su pulu ödəmişdir. Vaxtı-vaxtında su pulunu ödəməsinə baxmayaraq su günaşıra kəsilirdi. Su günaşıra kəsildiyi üçün su idarəsinə problemin aradan qaldırılması üçün müraciət etmişdir. Su idarəsinin əməkdaşları qeyd olunan mənzilə gələrək orada əlavə xətt aşkar etmişlər. Həmin əlavə xətdən onun xəbəri olmamışdır. Bundan sonra akt tərtib edilərək cərimə yazılmışdır. Yazılan cərimə onun adına deyil, X2 adına yazılmışdır. Qeyd etdiklərindən də görünür ki, onun adına heç bir cərimə yazılmamışdır. Belə olan halda iddiaçı ondan pul tələb etməkdə haqlı ola bilməz. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı X6 xx.xx.2024-cü il tarixə Cavabdeh ona məhz sudan istifadəyə görə ödənilməyən 1101 manat borcunun olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materillarından müəyyən olunur ki, Sumqayıt Sukanal İdarəsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, iddiaçı X4 ünvan 2 ünvanında xx.xx.2020-ci il tarixdə sudan qanunsuz istifadə olunduğu aşkar olunaraq 2196 manat cərimə hesablanmış və hazırda iddiaçı sübut edə bilmir ki, həmin yaranan borc cavabdehin sudan istifadədən yaranmış ödənilməmiş qalıq borcudur. Cavabdeh isə ondan tələb olunan 1101 manat pulun məhz iddiaçının 2196 manat cərimə üzrə hesablanmış və ödənilməmiş borc hesab edir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2188/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-503/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-503/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver