Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-506/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sudan istifadəyə maneçilik hərəkətinin qadağan edilməsi, bulaqdan çəkdiyi boruların bərpa edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: sudan istifadəyə maneələrin aradan qaldırılması, bulaqdan çəkdiyi boruların bərpa edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sudan istifadəyə maneçilik hərəkətinin qadağan edilməsi, bulaqdan çəkdiyi boruların bərpa edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə üzrə Lerik Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(048)-571/2023 saylı qətnaməsindən (hakim Atabəy Kiçibəyov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Rvarud kənd ərazisindəki "Molla dərəsi" adlı bulaqdan hayətinə çəkdiyi sudan istifadəyə Cavabdeh maneəçilik hərəkətlərinin etməsinin qadağan edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1942-ci ildə doğulmaqla Lerik rayon Rvarud kəndində yaşayır.1966-67-ci illərdə bütün kənd sakinləri kəndin ətrafındakı sahələrdəki təbii bulaqları torba və şlanq vasitəsi ilə evlərinə su çəkmişlər. Onların məhəlləsindəki adamların çoxu Molla dərəsi adlanan yerdə çoxlu bulaqlar olduğu üçüçn həmin bulaqları 2 nəfər, 3 nəfər və hətta 5 nəfər birləşərək ordakı bulaqları evlərinə çəkmişlər. Bu zaman onlar da iki qardaş bir yerdə həmin yerdən evlərinə bir yerdə şlanqla su çəkmişlər. Qardaşı Şahbazın evi həmin su olan yerə yaxın olmuşdur. Qardaşının 3-cü oğlu cavabdeh Təvəkkül hələ o, vaxt heç anadan olmamış, Qardaşının ailəsi çox olduğu üçün onun şlanq almağa imkanı çatmışdır. Həmin dövrdə o, əvvələr 4 il mağazada sonra da 47 il müəllim işləmişdir. Qardaşının imkanı olmadığı üçün iddiaçı 4 paçka şlanq alaraq həmin suyu çəkmişdir. İddiaçı qardaşının evinin yuxarısındakı qonşusu Abbasov Əvəzin çəpərinin yuxarısında suyu bölmək üçüçı bir balaca 60 sm uzunluğunda baseniya inşa etmişdir ki, həmin suyu orda bölsünlər. O, özünə çatan su payını dəmir boru ilə evinə qədər gətirmişdir. Sonradan həmi bulaqın mənbəyin yenidən qazaraq bulaqın suyun çoxaltmışlar.Sonradan qardaşının oğlu ilə onun oğlun cinayət əməlinə görə tutmuşlar.Bir müddət keçdikdən sonra onu oğlun buraxılır ardaşı oğlu isə 10 il müddətinə həps olunur.Bütün bundan sonra qardaşı onunla münasibətlərini kəsərək bir yedə çəkdikləri sudan ona istifadə etməyə qoymamışdır.Həminki tarixdən etibarən qardaşının oğlu Cavabdeh həmin bulağın suyundan istifadə etməyə maneçelik törədir.Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclası zamanı bildirmişdir ki, Şəkər onun əmisidir.O, əmisin bulaqdan çəkilən sudan istifadəyə heç vaxt imkan verməyəcəkdir, eyni zamanda da onun evinin yanında olan balaca baseniya da su xəttini də o, kəsmişdir. Lerik Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(048)-571/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən Lerik rayonu Rvarud kənd ərazisindəki "Molla dərədi” adlı bulaqdan həyətinə çəkdiyi sudan istifadəyə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmaqla, iddiaçının su xəttinin bərpa edilməsi, əlavə olaraq Cavabdeh 100 (bir yüz) manat pulun İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində Lerik rayon Bələdiyyə sədrinin təqdim etdiyi akt, Lerik rayon İcra Başçısının İƏD üzrə icra nümayəndəsinin təqdim etdiyi arayışlar və cavabdehin təqdim etdiyi sübutlar araşdırlmadan qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, yaşadıqları yer dağ ərazisi olduğundan sudan korluq çəkirlər. Hazırda onların həyətinə su gəlmir. Təsərrüfatda istifadə edilən suyu vedrə və digər əşyalarla evə daşıyaraq həm özləri istifadə edir həm də heyvanlara verirlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Lerikrayon Blaband Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 51 saylı arayışdan görünür ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh məxsus torpaq sahəsindən keçdiyi üçün su xətti kəsilmişdir. Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Çayrud kənd ƏİN- i tərəfindən verilmiş 20 fevral 2023-ci il tarixli arayışdan görünür ki, Həsənov X1 yaşayır. Kapital Bank ASC-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18539 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sadalanan qanunvericilik aktı normaları tələbin maddi hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi formal mülahizələrdir, onun apellyasiya şikayəti əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Lerik rayon Blaband Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 51 saylı arayışdan görünür ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh məxsus torpaq sahəsindən keçdiyi üçün su xətti kəsilmişdir. Həmçinin işdə olan Çayrud kənd ərazi İcra nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli arayışdan da müəyyən edilir ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh məxsus torpaq sahəsindən keçdiyi üçün su xətti kəsilmişdir. Həmçinin məhkəmə baxışı zamanı məhkəmə yerli baxış etmiş və müəyyən etmişdir ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh tərəfindən kəsilmişdir. (səh. 42) Bundan başqa məhkəmənin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, (səh. 41- 43) cavabdeh qeyd edir ki, iddiaçı onun əmisidir. Sözügedən bulağı atası əmisi Şəkərlə birlikdə qazmış və birlikdə çəkmişlər. Sonradan atası ilə əmisi Şəkər arasında münasibətlər pisləşmiş və atası həmin suyu əmisinə verməmişdir. Hazırda həmin bulaqdan onlar istifadə edir. Bulaqdan əmisinə su verməyəcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(048)-571/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-506/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-506/2024
07.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver