Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-510/2024 04.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), X4 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Pul tələbinə dair» mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 mart 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1dan, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3263,01 manat əsas borcun, 195,29 manat faiz borcununvə 411,15 manat cərimə olmaqla, cəmi 3869,45 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzində 58,69 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit BOKT-dan illik 20 % dərəcəsi ilə 36 ay müddətinə 16000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “TBC” Kredit BOKT ilə İddiaçı ASC arasında bağlanmış X5 xx.xx.2020- ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə “TBC” Kredit BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin cavabdehlər olan borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. 2022-ci ili noyabrın 18-dək Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3263,01 manat əsas borc, 195.29 manat faiz borcu, 822,30 manat cərimə borcu olmaqla cəmi 4280,60 manat borcu vardır. Cərimə borcunun 822,30 manat olmasına baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, 411,15 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1378 saylı və xx.xx.2023-cü il tarixli 9/4823 saylı məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyləri ilə razı olmadıqlarını, iddianın əsaslı olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək iddiaçı təşkilata heç bir borcu qalmadığını və məhkəmə- mühasibatlıq ekspertizasının hər iki rəyini əsas götürərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər cavabdehlər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Füzuli Pənahov), İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1dan, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3263,01 manat əsas borcun, 195,29 manat faiz borcunun və 411,15 manat cərimə olmaqla, cəmi 3869,45 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzində 58,69 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə iddiası əsassız olduğundan rədd edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən cəmi 250 manat pul vəsaiti İddiaçı ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Yelo Bank” ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı ASC-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər keçirilən iclasda iştirak etməmiş, həmçinin iştirakı etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın rədd edilməsini, Cavabdeh1 İddiaçı ASyə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3263,01 manat əsas borcu, 195,29 manat faiz borcunun və 411,15 manat cərimə olmaqla, cəmi 3869,45 manat kredit borcunun qalmasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edərək qətnaməni apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “TBC” Kredit BOKTdan illik 20 % dərəcəsi ilə 36 ay müddətinə 16000 manat kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC iddia qaldırılmasından ötrü 58,69 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1378 saylı məhkəmə - mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair “TBC” kredit BOKT və İddiaçı ASC-də olan hesabından çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, ELİM-448-243 saylı kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix, müqavilənin son tarixi) banka olan əsas və faiz borcu tam ödənilmişdir və 547,97 manat məbləğində artıq ödəniş müəyyən edilmişdir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas və faiz borcu 0.00 manat təşkil edir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İddiaçının nümayəndəsinin vəsatəti əsasında təyin edilərək keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4823 saylı təkrar məhkəmə - mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair “TBC” kredit BOKT və İddiaçı ASC-də olan hesabından çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, ELİM-448-243 saylı kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix, müqavilənin son tarixi) banka olan əsas və faiz borcu tam ödənilmişdir və 547,97 manat məbləğində artıq ödəniş müəyyən edilmişdir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas və faiz borcu 0.00 manat təşkil edir. Hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 tərəfindən aparılmış ödənişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü bəndinin tələblərinə uyğun silinmişdir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəlləilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Kollegiya hesab edir ki, İddiaçı ASC iş üzrə Cavabdeh1 onlara xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3263,01 manat əsas borcu, 195,29 manat faiz borcunun və 411,15 manat cərimə olmaqla, cəmi 3869,45 manat kredit borcunun olmasını bildirsə də, bu fakt məhkəmə öz təsdiqini tapmamışdır. Belə ki, kredit müqaviləsi üzrə pul vəsaitlərinin - əsas, faiz və cərimə borcundan çıxılması üzrə hesabatların apaprılması xüsusi bilik tələb edən məsələ olduğundan birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, daha sonra iddiaçının vəsatəti əsasında təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Hər iki ekspert rəyinin tədqiqindən də müəyyən edilir ki, “TBC” kredit BOKT və İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlansa da, İddiaçı ASC hazırkı iş üzrə Cavabdeh1 onlara xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3263,01 manat əsas borcu, 195,29 manat faiz borcunun və 411,15 manat cərimə olmaqla, cəmi 3869,45 manat kredit borcunun qalması müəyyən edilmir. Ona görədə birinci instansiya məhkəməsinin “İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «Pul tələbinə dair» iddia tələbi təmin edilməməlidir” nəticəsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlarla müəyyən olunur ki, iş üzrə cavabdeh borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı ASC tərəfindən verilmiş hazırkı iddia ərizəsi 30 noyabr 2022-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, barəsində mübahisə edilən hüquq münasibəti üzrə borclu Cavabdeh2 iddia ərizəsi məhkəməyə verilməmişdən 8 ay əvvəl ölmüşdür. Bu isə onu göstərir ki, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmaqla prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, birinci instansiya məhkəməsi də ölmüş şəxsə münasibətdə iddia tələbini rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki İddiaçı ASC iddia verməzdən öncə borcluya bildiriş göndərməli bu hal yəni borclunun öldüyü halda onun hüququ varisini (vərəsələrini) müəyyən etməli daha sonra isə borclunun bank qarşısında öhdəliyin icrasını ölmüş şəxsin vərəsələrinə qarşı qaldırmalı idi. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «Pul tələbinə dair» iddia tələbi təmin edilməməlidir.” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianın bu hissəsi üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Lakin digər cavabdeh borclu Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi ilə razılaşmır və hesab edir ki, ölmüş şəxsə münasibətdə iddianı rədd etməklə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 25.1, 25.2, 28.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (Mülki Məcəllə maddə 25.1,25.2,28.1). Şirvan Apellyasiya Məhkəməsinin 2(106)510/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası barədə iş üzrə icraata xitam verilmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, İddiaçı ASC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İddiaçının qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-146/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamdən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-510/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-510/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver