Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-53/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)- 1218/2017 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2014-cü il tarixli 04R00001294 nömrəli kredit razılaşması üzrə kreditin əsas məbləğindən 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 18290,02 ABŞ dolları, 84851,81 ABŞ dolları dəbbə pulu, 61 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, hərracdan əldə edilmiş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, bank üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, Cavabdeh4 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcunu və ona hesablanmış faizləri vaxtında banka qaytarmamışdır. Cavabdehlərin üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməməsi nəticəsində Banka xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə yuxarıda qeyd edilən məbləğdə borc ödənilməmiş qalmışdır. Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dollar, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dollar, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları borcun, 45 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun Banka ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh3 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əsas və faiz borclarının məbləği Bankın təqdim etdiyi maliyyə arayışına əsasən, cərimə məbləği isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaltmaqla müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 Banka olan 57951,12 ABŞ dolları əsas kredit borcu üzrə 84851,81 ABŞ dolları hesablanması ədalətli deyil, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə yeni mülkiyyətçi iddia qaldırmaq hüququna malikdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Həmin qətnamədə borc hissəsinə dair onun tərəfindən aparılmış ödəmələr nəzərə alınmamış, əsas və faiz borcları həqiqəti əks etdirməmişdir. Bank birtərəfli qaydada razılıq olmadan mənafe üstünlüyündən çıxış edərək məhkəməyə müraciət etmə müddətini əsassız olaraq uzatmışdır. Həmçinin, məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. İpoteka predmetinin qiyməti 2014-cü il tarixdən qətnamə qəbul edilən günədək əhəmiyyətli dərəcədə artmışdır. Məhkəmə tərəfindən isə müstəqil qiymətləndiricinin rəyi alınmamış, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(106)-282/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.Ə.Camalov (sədrlik edən və məruzəçi), K.S.Bəşirov və E.İ.Əliyev) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada alınaraq Bankın xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 115000 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi qənaət əsaslı olsa da, məhkəmə tutulmalı olan məbləğlərin ABŞ dolları ilə ifadə edilməsinə dair düzgün nəticəyə gəlməmişdir. Həmçinin məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməməsinin qanunsuz olması barədə dəlillərini əsaslı saymışdır. Bundan başqa, məhkəmə kollegiyası məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh4 tərəfindən xx.xx.2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılmasının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, ödənişlər iddia qaldırıldıqdan keçən müddət ərzində həyata keçirildiyindən həmin ödənişlərlə bağlı müvafiq hərəkətlər icra prosesində həll olunmalıdır və həmin məsələ hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 (Vəkil) məzmunu və dəlilləri əsasən eyni olmaqla ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə çəkişmə prinsipini pozmaqla baxmışdır. Belə ki, o, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılmanın yeri və vaxtı barədə məlumatlı olmuşdur. Halbuki, məhkəmənin birinci vəzifəsi tərəflərin məhkəmə iclasında iştirakını təmin etməkdir. Lakin bunun üçün heç bir qanuni hərəkət etməyən məhkəmələr qanunvericiliyin tələblərini pozmaqla işə baxmaqda davam etmişlər. Mülki prosessual qanunvericilik məhkəmə sənədinin işdə iştirak edən şəxsə çatdırılması qaydasını müəyyən etmiş, lakin işə baxan məhkəmə prosessual qanunvericiliyin tələblərini təmin etməmiş, bununla da cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Əgər cavabdehin məhkəmə iclasında iştirakı təmin edilsəydi, müqavilə üzrə apardığı ödənişlərin qəbzlərini təqdim etmək, bankın tələb etdiyi məbləğin həqiqəti əks etdirmədiyini sübut etmək imkanı olacaqdı. Bundan başqa, kredit məbləğinin ödənişinin işə məhkəmələrdə baxıldığı dövrdə edilməsinin davam etdirilərək 39593 ABŞ dolları ödəniş edildiyi nəzərə alınmamışdır. Nəticədə, əlavə olaraq 77241.14 ABŞ dollarının cavabdehlərdən tutulması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayətində qeyd etmişdir ki, işə baxan məhkəmə kollegiyası zaminlik müqaviləsinin qanuniliyini araşdırmamış, zaminliyə qanunun tələblərinə əsasən xitam verildiyini nəzərə almamış, kredit razılaşması üzrə onun məsuliyyətini müəyyən etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, ona işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməmiş və nəticədə prosessual hüquq normasının tələbləri pozulmuşdur. Cavabdeh3 kassasiya şikayətində göstərmişdir ki, ipoteka müqaviləsi qanuna uyğun tərtib olunmamış, ipoteka müqaviləsinin qanuniliyi yoxlanılmamış, kredit xətti müqaviləsində mühüm məsələlər əks olunmamış, yalnız ödəmə cədvəlinə imza edilmiş, zaminin razılığı olmamış, zaminliyə qanunla xitam verilmişdir. Ümumiyyətlə, kassatorun kredit razılaşması üzrə yerinə yetirilməmiş öhdəlik üzrə məsuliyyət daşıyıb daşımadığı araşdırılmamış, hazırkı münasibətin Konstitusiya Məhkəməsinin devalivasiya ilə bağlı qərarının təsiri altına düşdüyü nəzərə alınmamışdır. Bundan əlavə, qanunvericiliyin tələblərinə zidd olaraq işin halları ilə müəyyən edilmiş münasibətlərə qiymət verilməmiş, iddiaçının iddia tələbinə uyğun maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5800/2022 saylı qərarı ilə (hakimlər X5 ((sədrlik edən və məruzəçi), X2 və X12) kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-282/2019 nömrəli mülki iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Sözügedən hissədə kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və kollegiya həmin əsaslandırma ilə razılaşır. Bununla belə, qətnamənin kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyində Cavabdeh4 11 aprel 2014-cü il tarixli 04L000005252 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 15 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə borcunun xx.xx.2016-cı il tarixə (kredit razılaşmasının müddətinin bitmə vaxtına) əsas borc üzrə 63356,18 ABŞ dolları, faiz borcu üzrə 20484,96 ABŞ dolları; xx.xx.2017-ci il tarixə (iddia qaldırılan vaxta) əsas borc üzrə 57951,12 ABŞ dolları, faiz borcu üzrə 18290,02 ABŞ dolları olduğu qeyd olunmuşdur. Ekspertiza rəyində qeyd olunmuşdur ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh4 tərəfindən xx.xx.2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2017-ci il göstərildiyindən 39593,60 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi ekspert tərəfindən müəyyən edilmiş ödənişlərin nəzərə alınmaması ilə bağlı qeyd etmişdir ki, ödənişlər iddia qaldırıldıqdan keçən müddət ərzində həyata keçirildiyindən həmin ödənişlərlə bağlı müvafiq hərəkətlər icra prosesində həll olunmalıdır və həmin məsələ hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu tələbinə dair mübahisənin qanuni və əsaslı həlli baxımından məhkəmə aktının qəbul edilməsindək borclunun etdiyi və bu barədə məhkəməyə sübutlar təqdim edilmiş, yaxud ekspertiza tədqiqatı əsasında müəyyən edilmiş bütün ödənişlərin nəzərə alınması zəruridir. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi həmin ödənişlər icra icraatı mərhələsində o halda nəzərə alına bilərdi ki, müvafiq ödənişlər birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra edilmş olsun. Baxılan iş üzrə birinci istansiya məhkəməsinin qətnaməsi xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində kredit müqaviləsi üzrə xx.xx.2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması qeyd olunsa da, rəydə həmin məbləğin hansı hissəsinin qətnamənin çıxarıldığı xx.xx.2017-ci il tarixədək, hansı hissəsinin isə həmin tarixdən sonra ödənildiyi üzrə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadında xx.xx.2014-cü il tarixinə əsas və faiz borcunun məbləğinin hesablanması barədə sual qoyulsa da, ekspert 39593,60 ABŞ dolları ödənişi nəzərə almamasını məhz məhkəmə tərəfindən borcun xx.xx.2017-ci il tarixinədək hesablanmalı barədə sual qoyulduğu ilə əsaslandırılmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini kredit borcunun məbləğini müəyyən edən mötəbər sübut kimi qəbul etmiş və borcun məbləğini həmin rəyə uyğun müəyyən etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi qismən ləğv edilməli, kredit borcunun tutulması hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdə olan İddiaçı QSC və Cavabdeh4 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli 04R00001294 nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh4 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan 15 aprel 2014-cü il tarixli 04R000012494 nömrəli kredit razılaşması ilə həmin kredit xətti müqaviləsi üzrə İddiaçı QSC tərəfindən Cavabdeh4 24 ay müddətinə aylıq 1,5833 faiz dərəcəsi ilə 120000 ABŞ dolları məbləğdə kredit verilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 04M000001402 nömrəli xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə sözügedən kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşmasına əsasən verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh3 məxsus - Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsi 12 saylı evin 1-ci mərtəbəsində yerləşən 104,46 kv.m ümumi, 77,38 kv.m yaşayış, 27.1 kv.m. yarımçıq sahədən ibarət 5 otaqlı 52 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə, kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı QSC arasında müvafiq olaraq 11 aprel 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə görə zaminlər və borclu kredit xətti müqaviləsi və kredit razılaşması üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-491/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2023-cü il tarixli 9/4360 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə əsas borc üzrə 70.609,05 ABŞ dolları, faiz borcu üzrə 4.452,99 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 67.462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 64.462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 27.162, 03 ABŞ dolları borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək bildirir ki, qətnamənin əsaslılığı kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Habelə MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5800/2022 saylı qərarında öz əksini tapmış məcburi göstərişlərə uyğun baxılan mülki işin faktiki hallarına apellyasiya baxışının predmetini təşkil edən hissədə hüquqi qiymət verərək qeyd edir ki, adıçəkilən qərarda iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh4 11 aprel 2014-cü il tarixli 04L000005252 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 15 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə hesabdan çıxarış məlumatlarına görə Cavabdeh4 tərəfindən 03 fevral 2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması, ancaq rəy verilərkən ekspert qarşısında bu barədə sual qoyulmadığı üçün 39593,60 ABŞ dolları məbləğində ödənişin nəzərə alınmaması göstərilmişdir. Bu baxımdan, kredit borcu tələbinə dair mübahisənin qanuni və əsaslı həlli baxımından məhkəmə aktının qəbul edilməsindək - 18 may 2017-ci il tarixədək borclunun etdiyi və bu barədə məhkəməyə sübutlar təqdim edilmiş, yaxud ekspertiza tədqiqatı əsasında müəyyən edilmiş bütün ödənişlərin nəzərə alınması zəruridir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində kredit müqaviləsi üzrə 03 fevral 2017-ci tarixdən sonra 39593,60 ABŞ dolları ödəniş aparılması qeyd olunsa da, rəydə həmin məbləğin hansı hissəsinin qətnamənin çıxarıldığı 18 may 2017-ci il tarixədək, hansı hissəsinin isə həmin tarixdən sonra ödənildiyi üzrə araşdırma aparılmamışdır. Göründüyü kimi, Ali Məhkəmənin adıçəkilən qərarında məhz 39593,60 ABŞ dolları ödənişin hansı hissəsinin 18 may 2017-ci il tarixədək aparılmasının müəyyən edilməsinin və bunun kredit borcunun məbləğinin (məhkəmə icraatı dövrü üçün) hesablanması zamanı nəzərə alınmasının zəruriliyi göstərilir. Kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(106)-491/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2024-cü il tarixli 9/9681 saylı rəyinə əsasən Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla 18 may 2017-ci il tarixə əsas borc üzrə 64462,03 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin kredit borcunun məbləğinin müəyyən edilməsi hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Belə ki, əldə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2024-cü il tarixli 9/9681 saylı rəyindən də göründüyü kimi, 03 fevral 2017-ci tarixdən 18 may 2017-ci il tarixədək olan dövrdə aparılan ödənişlər nəzərə alındıqdan sonra Cavabdeh4 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 18 may 2017ci il tarixə yalnız əsas borc üzrə 64462,03 ABŞ dolları borcunun olması aşkar edilir. Habelə diqqətə çatdırılmalıdır ki, 18 may 2017-ci il tarixdən sonrakı dövrə aid ödənişlər icra icraatı mərhələsində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbində tutulması xahiş edilən 84851,81 ABŞ dolları məbləğində cərimənin tənasübsüzlüyünü nəzərə alaraq 1000 ABŞ dolları həddinədək azaltmışdır. Məhkəmə kollegiyası mövcud məhkəmə təcrübəsinin tələblərini, habelə dispozitivlik prinsipini rəhbər tutaraq hesab edir ki, cərimə borcunun müəyyən edilməsi hissədə apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli və 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşması üzrə əsas borc qismində (iddia tələbi həddində) 57951,12 ABŞ dolları və cərimə borcu qismində 1000 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Kollegiya diqqətə çatdırır ki, qətnamə məhkəmə xərclərinə dair hissədə dəyişdirilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya eləcə də, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli 9/9681 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 manat hissəsi İddiaçı QSC-dən, 50 manat hissəsi isə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Habelə MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən - kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. 15 aprel 2014-cü il tarixli 04R000012494 saylı kredit razılaşması üzrə əsas borc qismində 57951 (əlli yeddi min doqquz yüz əlli bir) ABŞ dolları 12 (on iki) sent və cərimə borcu qismində 1000 (min) ABŞ dolları, cəmi 58951 (əlli səkkiz min doqquz yüz əlli bir) ABŞ dolları 12 (on iki) sent məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı QSC-dən, 50 (əlli) manat hissəsi isə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-53/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-53/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver