Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-530/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-530/2025 Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi. X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(041)- 1387/2024 saylı (hakim X.İmanov) qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərə görə cavabdehlərdən 2880 manat, 50 manat dövlət rüsumu və vəkilə yardım üçün ödənilmiş 500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhərində hərəkətdə olarkən cavabdeh X6 idarə etdiyi VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 60 km/saat sürətlə hərəkət edərkən Kürdəmir şəhəri istiqamətində öz yolunda üfüqi nişanlama xəttinin tələblərini pozaraq qarşı zolaqda ona sarı hərəkət edən “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili buraxmadan qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Kürdəmir DYPB tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul olunmuş və Vaz 21053 markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə edən Cavabdeh1 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə 80 manat miqdarında cərimə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya vurulan ziyan ödənilməmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat pul ödənilmiş, yerdə qalan 2880 manat ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobili ilə İddiaçı məxsus avtomobilin toqquşması nəticəsində İddiaçı məxsus avtomobilə maddi zərər dəyşmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq iddiaçıya 5000 manat sığorta ödənişi edilmiş, lakin iddiaçı sığorta ödənişini almasına baxmayaraq yenidən ondan əlavə pul tələb edir. Cavabdeh izahatının sonunda iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Digər cavabdeh X4 təyin edilmiş məhkəmə iclasına gəlmədiyindən onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(041)-1387/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və X1 535.07 (beş yüz otuz beş manat 07 qəpik) manat dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırarkən məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6622 saylı ekspert rəyinin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5535,07 manat o cümlədən: dəyişilməli hissələrin qiyməti 3535.07 manat, təmir bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmiş hissəsinə istinad edərək qətnamə çıxarmışdır. Halbuki həmin rəydə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6650 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4650 manat, təmir bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmiş hissəsinə əsaslanmamasına aydınlıq gətirməmişdir. Hadisə ilə bağlı təqdim olunmuş fotoşəkillərdə və iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktında “Hyundai Acsent” minik markalı avtomobilə diaqnostik baxış keçirilərək 7880 manat məbləğində ziyan vurulması müəyyən olunmuşdur. Həmin məbləğin 5000 manat sığorta tərəfindən ödənilmişdir. Lakin qalan 2880 manat isə cavabdehlər tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6622saylı ekspert rəyində təqdim olunmuş iki müqayisəli məlumatın yalnız 5535.07 manat olan hissəsinə istinad etdikdə, nədənsə qüsur aktında olan yerində keçirilmiş diaqnostik baxışın nəticələrini də nəzərə almaqla digər məbləğdə, yəni 6650 manat olan qiymətə istinad etməməsi qətnamədə öz əksini tapmamışdır. Belə ki, avtomobilə vurulan zərər göz qabağındadır və avtomobilə məhkəmə ekspertiza mərkəzindən fərqli olaraq yerində qəzalı vəziyyətdə diaqnostik baxış keçirilmişdir. Əsassız olaraq Kürdəmir rayon Məhkəməsinin 2(041)-1387/2024saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə ekspertiza mərkəzinin ekspert rəyində təqdim olunmuş iki müqayisəli məlumatın yalnız 5535.07 manat olan hissəsinə istinad etsədə, nədənsə qüsur aktında olan yerində keçirilmiş diaqnostik baxışın nəticələrini də nəzərə almaqla digər məbləğə, yəni 6650 manat olan qiymətə istinad etməmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, qeyd edilən avtomobili xx.xx.2023-cü il tarixdə 19300 manata almış, qəza baş verəndən sonra isə həmin avtomobili xx.xx.2023-cü il tarixdə təmir etdirmədən, eləcə qəzalı vəziyyətdə 9100 manata satmışdır. Qeyd etmişdir ki, avtomobili aldıqdan sonra təxminən 5 ay idarə etmiş və hazırda mübahisəli avtomobil onun sahibliyində və sərəncamında deyildir. Bildirmişdir ki, avtomobili yeni avtomobil olmamış, həmin avtomobil işlənmiş avtomobil olmuşdur. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar kollegiyanın iclasında iştirak etməmişlər. Lakin Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməklə, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş edir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(041)-1387/2024 saylı qətnaməsi iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -Gəncə şəhər avtoservis müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 7880 manat ziyan dəymişdir. - Kürdəmir rayon DYPB-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 AR İXM-nin 327.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat cərimə olunmuşdur. - Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6622 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu iləı iş materiallarında olan “Gəncə avtomibil sevis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2014-cü il buraxılışlı, tünd boz metallik rəngli “Hyundai Accent minik” markalı 10- DU-907 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdaki kimi müəyyən edilir: 1) dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6650 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4650 manat, təmir bərpa işlərinin qiyməti 2000 manat, 2) dəyişiləmli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5535,07 manat o, cümlədən: dəyişilməli hissələrin qiyməti 3535.07 manat, təmir bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən avtomobilə vurulmuş ziyanı tələb etmişdir. Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanmış və sığorta ödənişi nəzərə alınmaqla həmin məbləğ daxilində ekspert rəyində göstərilən aşınma nəzərə alınmaqla (5535,07- 5000=535.07 manat) iddianı təmin etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, birinci instansiya məhkəməsi qərar verərkən ekspert rəyinin təzə ehtiyyat hissələri ilə bağlı məbləğə deyil, aşınma nəzərə alınmaqla müəyyən edilən məbləğə istinad etməklə qətnamə qəbul etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının izahatından da məlum olur ki, onun avtomobili təzə vəziyyətdə almamış, yəni avtomobil işlənmiş yeni olmayan avtomobil olmuşdur. Həmçinin iddiaçı avtomobilini qəza baş verdikdən sonra təmir etdirmədən elə qəzalı vəziyyətdə satmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən aşınma nəzərə alınmaqla (5535,07-5000=535.07 manat) müəyyən edilən məbləğə istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(041)-1387/2024 saylı qətnaməsi barədə gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olduğundan qanuni və əsaslı, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İşdən görünür ki, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən cəmi 2880 manat pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə iddianın qiyməti beş min manatdan çox olmayan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1387/2024 saylı qətnaməsi İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-530/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-530/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver