Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-536/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 33.897,92 manat məbləğində qalıq, ona hesablanmış 6262,58 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7348,50 manat məbləğində dəbbə pulu, cəmi 47.509 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 233 manat məbləğində pulun tutulması və tələbin Cavabdeh mülkiyyətində olan marka/model: LEXUS-LX570 MİNİK, tip: UNİVERSAL, buraxılış ili: 2012, ban: № JTJHY00W104105085, rəngi: ağ, mühərrik həcmi 5700 sm^3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 33.897,92 manat məbləğində qalıq, ona hesablanmış 6262,58 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7348,50 manat məbləğində dəbbə pulu, cəmi 47.509 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 233 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1594/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli, 2023/00376- 01AK nömrəli Kredit Müqaviləsi üzrə 34386,25 manat məbləğində əsas, 3859,25 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1719,31 manat məbləğində dəbbə pulu, cəmi 39964,81 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 196 manat alınıb İddiaçı BOKT ASCnin hesabına köçürülməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan LEXUS- LX570 MİNİK markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması təmin edilməsi, satışdan əldə ediləcək məbləğ iddiaçının borcunun ödənilməsinə yönəlməsi, borc tam ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh qaytarılması və ipoteka predmeti olan avtomobil satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsini təmin etməzsə, qalan məbləğ Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, həmçinin şikayətlə birlikdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Salyan Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə Cavabdeh Salyan Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ona poçt vasitəsi ilə gəlib çatmadığından hüquqşünaslarla məsləhətləşdikdə ona bildirmişlər ki, asan imza vasitəsi ilə elektron məhkəmə sisteminə daxil olub baxmalıdır. O da xx.xx.2025-ci il tarixdə kabinetə daxil olduqda qətnamənin mövcudluğundan xəbər tutmuş və dərhal apellyasiya şikayəti vermişdir. Salyan Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, məhkəmənin 05 dekabr 2024-cü il tarixli qətnaməsi 09 dekabr 2024-cü il tarixdə proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir. Elektron kabinet vasitəsilə sənədin təqdim edilməsi qanunla nəzərdə tutulan bildiriş üsulu kimi qəbul olunur və həmin tarixdən etibarən tərəflər qətnamənin hüquqi nəticələrindən xəbərdar sayılır. Qətnamədən cavabdeh apellyasiya şikayətini xx.xx.2025-ci il tarixədək verməli olduğu halda, xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə elektron sistemə yerləşdirmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə əlavə etmişdir. Cavabdeh qətnaməni elektron kabinetdə gec görməsini əsas gətirərək müddətin bərpasını istəmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin şikayət üçün qanuni müddəti ötürməsi öz məsuliyyətinə aid səbəblərlə bağlıdır və müddətin bərpası üçün obyektiv əsaslar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qətnamədən qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Kollegiya şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas tapmır. Beləliklə, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2025-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 357-358, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 17 yanvar 2025-ci tarixli, 2(057)-1594/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-536/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-536/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver