Məhkəmə qərarları › İş №2(106)-538/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-538/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-538/2023 06.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(049)-2789/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 621.66 (altı yüz iyirmi bir manat altmış altı qəpik) manat məbləğində əsas borc, 45.8 (qırx beş manat səksən qəpik) manat məbləğində faiz borcu, 723.5 (yeddi yüz iyirmi üç manat əlli qəpik) manat məbləğində cərimə borcu, 93.69 (doxsan üç manat altmış doqquz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 1484.65 (min dörd yüz manat səksən dörd qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(049)2789/2019 saylı qərardadı ilə İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair» iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. 25 yanvar 2023-cü ildə LPO QSC “Bank Standart” KB-nin nümayəndəsi X4 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək 2(049)-2789/2019 saylı mülki iş ilə bağlı qəbul edilmiş qərardadı ləğv edib həmin mülki işi təzələyib ümumi məhkəmə icraatında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cənab X3 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasının Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman imzalanmışdır. Borclu Cavabdeh1da həmin fərmanın təsir altına düşmüşdür. Lənkəran rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2(049)- 2789/2019 saylı qərardad qəbul edilmişdir. Qəradadda borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qeyd edilmişdir. Onu qeyd etmişdir ki, qəbul edilmiş qəradad rəsmi olaraq tələbkara göndərilməmişdir. Mən bununla bağlı xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edib 2(049)- 2789/2019 saylı mülki işin nəticəsi barədə rəsmi məlumat almaq istəmişdir. 16 yanvar 2023-cu il tarixli məktubla Lənkəran rayon məhkəməsi qǝradadı rəsmi olaraq onlara təqdim etmişdir. Eyni zamanda qərardada əlavə edilmiş məktubda həmin qərardadın 07 noyabr 2019-cu il tarixində sadə poçt vasitəsilə göndərildiyini və lakin alınması barədə məlumatın olmaması qeyd edilmişdir. Həmin qǝradadı rəsmi olaraq almamışlar. Eyni zamanda QSC Bankstandart KB-nin rəsmi olaraq 07 noyabr 2019-cu il tarixli məhkəmə iclası barədə məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi şikayəti və mülki işi nəzərdən keçirərək hesab etmişdir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının 62-ci vərəqəsində olan xəbərnamənin kötüyündən görünür ki, iddiaçının, xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasının tarixi və yeri barəsində xx.xx.2019-cu il tarixdə xəbəri olmuş, həmin kötüyü LPO QSC «BANK Standard» KB-nın Əməkdaşı şəxsən imzalayaraq məhkəmə bildirşini qəbul etmişdir. Buna baxmayaraq iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və məhkəmə haqlı olaraq MPM-nin 259.0.6-cı maddəsinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlamışdır. Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(049)-2789/2019 saylı qərardadı ilə LPO QSC “Bank Standart” KB-nin nümayəndəsi X2 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2789/2019 saylı qərardadın ləğvinə dair şikayətinin təmin edilməmiş və şikayət 2(049)-2789/2019 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “LPO QSC “Bank Standart” KB tərəfindən verilmiş şikayət təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(049)-2789/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı LPO QSC “Bank Standart” KB-nin nümayəndəsi X2 şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(049)2789/2019 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar