Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-538/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-1001/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış evinin içərisində panelin üstündə qanunsuz çəkilmiş və quraşdırılmış su-kanalizasiya xətlərinin götürülməsi, yaşayış evinə vurulmuş 1088.07 manat ziyanın cavabdehlərdən - Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-1001/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yaşayış evinə vurulmuş 1088.07 manat ziyan, rəy üçün ödənilmiş 45 (qırx beş) manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza rəyinin xərci olan 50 (əlli) manat məbləğində pulun cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Beyləqan şəhəri X8 küçəsində yerləşən 10 saylı evin 1 saylı mənzilinin içərisində panelin üstündə qanunsuz çəkilmiş və quraşdırılmış su-kanalizasiya xətlərinin götürülməsi qət edilmişdir. Cavabdeh1 qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********18- 05101-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-xx.xx.2017, Seriya RX- 1021352 saylı Reyestrdən Çıxarışa əsasən qardaşı İddiaçı xüsusi müılikiyyətinə ümumi sahəsi 30,4 kv.metr olan yaşayış evi verilmişdir. O, da qardaşı ilə birlikdə həmin mənzildə yaşayır. Qardaşının xüsusi mülkiyyətində olan 30.4 kv.m mənzil sahəsinin üst hissəsində olan yaşayış evinin ilkin sahibi Cavabdeh1 öz evindəki su xətlərinin yerini özbaşına dəyişdirmişdir. Belə ki, yaşayış evinin içərisində panelin üstündə qanunsuz olaraq sukanalizasiya xətləri çəkilmişdir. Məhz bu hərəkətlərin nəticəsində də iddiaçının yaşayış evinə ziyan vurmuşdur. Sonradan o, həmin mənzili Cavabdeh2 satmışdır. Həmin hərəkətlər Cavabdeh2 tərəfindən də davam etdirilir. Cavabdehlərin bu hərəkətləri nəticəsində yaşayış evləri bərbad vəziyyətə düşmüşdür. Onların bu barədə cavabdehlərə etmiş olduğu müraciətlərin heç bir nəticəsi olmamışdır. Qardaşının xüsusi mülkiyyətində olan 30.4 kv.m yaşayış sahəsinin bərbad vəziyyətə düşməsi barədə Beyləqan rayon Mənzil İstismar sahəsinə müraciət etmiş, onun müraciətindən sonra yaşayış sahəsinə baxış keçirilmiş və yaşayış sahəsinin tavanına, divarına və döşəməsinə ciddi ziyan vurulduğu məlum olmuşdur. Bu barədə 13 dekabr 2022-ci il tarixli 19 saylı məktub da vardır. Bundan sonra iddiaçı Beyləqan rayon İcra Hakimiyyətinə də şifahi şəkildə müraciət etmiş, həmin müraciətdən sonra iddiaçının yaşayış sahəsinə baxış keçirilmiş və bu barədə 27 dekabr 2022-ci il tarixli akt da tərtib olunmuşdur. Həmin aktda da iddiaçının yaşayış evinin arxa otağının divarlarında aşınmalar baş verməsi, divar kağızlarının qopması və ya cırılması, divarın birləşmələrində çatlar və ləkələr əmələ gəlməsi göstərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 12 aprel 2022-ci il tarixli AN-İ №1032479 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Beyləqan şəhəri X8 küçəsi bina 4,6 saylı mənzili Cavabdeh2 satmışdır. Faktiki olaraq 2021-ci ildən həmin mənzildə yaşamır. O, mənzili 2008-ci ildə almış və tərəfindən mənzildə hər hansı konstruktiv dəyişiklik və tikinti aparılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Rayon Ərazi İdarəsinin 156 inventar nömrəli mənzilin texniki pasportuna əsasən mənzildə birləşdirilmiş hamam-ayaq yolu mövcuddur. İddiaçı özü qanunsuz olaraq mənzilinin daxilində konstruktiv dəyişikliklər, habelə mənzilin qarşısında küçə tərəfdə qanunsuz artırmalar etməklə mənzilini böyüdərək planını tamamilə dəyişmişdir. O, mənzilindən istifadə edərkən iddiaçıya və onun mənzilinə ziyan vurmamışdır. Əgər ziyan vursaydı, iddia tələbi mənzil onun mülkiyyətində olanda verilərdi. Əvvəlki mənzilindəki su xətlərinin yerini özbaşına onun tərəfindən dəyişilməsi, su xətləri çəkilməsi nə ilə sübut olunur, bu xüsusatlar araşdırılmamışdır. Məhkəmə zərəri düz müəyyən etməyib - otağının divarlarında aşınmaların baş verməsi, divar kağızlarının qopması və ya cırılması, divarın birləşmələrində çatlar və ləkələrin əmələ gəlməsi göstərilsə də - bunların hansı dövrdə əmələ gəlməsini göstərməmişdir. Bəlkə zərərin (əgər varsa) əmələ gəlməsi 20 il əvvəl olub. Bu xüsusat müəyyən edilməmişdir. Məhkəmə onu cavabdeh kimi tanınmasını əsaslandırmamışdır. O, mülkiyyət sahibi deyildir və mənzildən istifadə etmir. Zərərin ondan və Cavabdeh2 müştərək qaydada tutulmasında əsassız nəticəyə gəlib. Belə ki, binanın və orada yerləşən mənzillərdə sanitar qovşaqlarla birlikdə istismara verilmişdir, istismardadır və texniki pasportda əks olunmuşdur. İnsanın normal həyatı və fəaliyyəti üçün mənzildə hamam-ayaq yolunun olması Mülki Məcəllədə, Mənzil Məcəlləsində öz əksini tapmışdır. Məhkəmə isə qətnaməsi ilə mənzildəki su-kanalizasiya xətlərinin götürülməsini qət etmişdir. Belə olan halda, bu nəticə mənzildə hamam-ayaq yolunun ləğv edilməsinə gətirib çıxara bilər, nəticədə mənzilin mülkiyyətçisi və ailə üzvləri mənzildən istifadə etməsi mümkünsüz olar ki, onların da hüquqları və qanuni mənafeləri mühüm dərəcədə pozulmuş olar. Mənzildəki su-kanalizasiya xətlərinin qanunsuz olması sübuta yetirilməmişdir. Cavabdeh2 da qeyd etmişdir ki, mənzili ondan almış və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı isə alt mərtəbədə yaşayır. Bir neçə dəfə onun mənzilindən iddiaçının evinə su axıdılmış, buna görə ondan üzr istəmişdir. Onun evinə gələn su xətlərində heç bir nasazlıq yoxdur və iddiaçıya heç bir ziyan vurmamışdır, həmin evdə heç vaxt təmir işləri aparılmamış və əlavə sanitar xətləri çəkməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 10/52772 nömrəli ekspert rəyindən də qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda müəllimə işləyir. Beyləqan rayonu M.F.Axunzadə küçəsində yaşayır. Mübahisəli mənzildə 2008-ci ildən 2021-ci ilədək yaşamışdır. Həmin mübahisəli mənzili 2022-ci ilin aprel ayında Cavabdeh2 satmışdır. 2021-ci ildən sonra pandemiya dövründə Bakıda qalmış, sonra 13 gün xəstəxanada qalmışdır. Onun evində çox vaxt suyu olmayıb, suyu vedrə ilə evə daşımışdır. Ev təmirsiz vəziyyətdə olmuş və yalnız divar kağızını dəyişmişdir. Evi satan zaman borular və difgər qurğular işlək vəziyyətdə olmuş, həmin dövrdə iddiaçıya hər hansı zərər vurmamışdır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli evi Cavabdeh1 almışdır. O evi alarkən orada heç bir problem olmamışdır. Onların hazırda yaşadığı mənzil iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir. Ev alındıqdan sonra - 2022-ci ilin may ayında həyat yoldaşının hərbçi dostuna yaşaması üçün verilmişdir ki, onlar da işlə əlaqədar çox vaxt evdə olmurlar. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Beyləqan Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2(020)-1001/2023 saylı qətnaməsi - Cavabdeh1 yaşayış evinə vurulmuş 1088.07 manat ziyan, rəy üçün ödənilmiş 45 manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza rəyinin xərci olan 50 manat məbləğində pulun cavabdeh X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə ləğv edilərək, həmin hissədə də iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********18-05101- 093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Seriya RX-1021352 saylı Dövlət Reyestrdən verilmiş Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə ümumi sahəsi 30,4 kv.m olan mənzil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Beyləqan şəhəri X8 küçəsində bina 4 mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 30.8 kv.m, yaşayış sahəsi 18.48 kv.m olan mənzili tam mülkiyyət üzrə mənzili Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********38-05101- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Dövlət Reyestrdən verilmiş Çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətinə ümumi sahəsi 30,8 kv.m olan mənzil verilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən aparılmış "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi İddiaçı istifadəsində olan mənzilin tavan hissəsindən su axması nəticəsində təmirə ehtiyac yaranmış, otaqlarda aparılacaq təmir və bərpa işlərinin baza dəyəri 1088,07 manat məbləğ təşkil edir. İş materiallarında olan fotoşəkillərdən də müəyyən olunur ki, iddiaçının yaşayış evinin içərisində panelin üstündə qanunsuz olaraq su-kanalizasiya xətləri çəkilmişdir. Həmin xətlərdən də axan suların iddiaçının mənzilinə zərər vurması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 10/52772 nömrəli ekspert rəyindən rəyindən görünür ki, Beyləqan şəhəri X8 küçəsində yerləşən 10 saylı evin 1 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 27 dekabr 2022-ci il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 1 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Beyləqan şəhəri, X8 küçəsində yerləşən 10 saylı evin, 1 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1206,00 məbləğində müəyyən olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM); 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. 14.2.1-ci maddəsinin tələbinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh1 apellyasiya şikayətində mülki işin mühabisələndirilən halları ondan ibarətdir ki, cavabdeh faktiki olaraq 2021-ci ildən satdığı mənzildə yaşamır. O, mənzildə hər hansı konstruktiv dəyişiklik və tikinti aparılmamışdır və mənzilindən özü istifadə edərkən iddiaçıya və onun mənzilinə zərər vurmamışdır. O, mülkiyyətçi deyildir və mənzildən istifadə etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin materiallarından görünür ki, xx.xx.2022ci il tarixdə AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Beyləqan şəhəri X8 küçəsində bina 4 mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 30.8 kv.m, yaşayış sahəsi 18.48 kv.m olan mənzili tam mülkiyyət üzrə mənzilini Cavabdeh2 satmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********38-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Dövlət reyestrindən verilmiş Çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətinə ümumi sahəsi 30,8 kv.m olan mənzil verilmişdir. Bununla da, Cavabdeh1 mübahisəli ev üzərində mülkiyyət hüququnu xx.xx.2022-ci il tarixdə Çıxarışa əsasən itirmiş, və mübahisəli ev üzrə Cavabdeh2 mülkiyyət hüququ əldə etmişdir. İş üzrə iddia ərizəsi verildiyi vaxt - xx.xx.2023-cü il Cavabdeh1 mübahisəli ev üzrə mülkiyyətçi olmamışdır. Kollegiya diqqətə çatdırır ki, Beyləqan rayon Mənzil İstismar sahəsinin 13 dekabr 2022-ci il tarixli 19 saylı məktubundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 30.4 kv.m yaşayış sahəsinin bərbad vəziyyətə düşməsi barədə 17 noyabr 2022-ci il tarixdə müraciət etmiş və həmin gün yaşayış sahəsinə baxış keçirildikdə yaşayış sahəsinin tavanına, divarına və döşəməsinə ciddi ziyan vurulduğu müəyyən edilmişdir. Bundan başqa, işə əlavə edilmiş 27 dekabr 2022-ci il tarixli Aktdan İddiaçı Beyləqan rayon İcra Hakimiyyətinə etdiyi şifahi müraciətdən sonra İddiaçı yaşayış sahəsinə baxış keçirilmiş və buna dair tərtib edilmiş Aktla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi İddiaçı məxsus fərdi yaşayış evinin arxa otağının divarlarında aşınmalar baş vermiş, divar kağızları qopmuş və ya cırılmış, divarın birləşmələrində çartlar və ləkələr əmələ gəlmişdir. Vətəndaşın dediyinə görə təxmini 5-6 il öncə üst qonşusu tərəfindən axıdılan su onun fərdi yaşayış evinə axıdıldıqdan sonra bu aşınmalar baş vermişdir. Vətəndaşın iddiasına əsasən hazırda su axıdılması dayandırılmış, lakin xx.xx.2022-ci il tarixdə evin artırma hissəsinin divarında mətbəx suyunun axıdılması baş vermiş, eyni zamanda vətəndaş evinə su axıdılması nəticəsində evin döşəmə hissəsi, qapı və pəncərəsi, həmçinin məişət əşyalarına (saat, telefon aparatı və digər) ziyan dəydiyini də qeyd etmişdir. Baxış zamanı aşkar olunmuşdur ki, vətəndaş fərdi yaşayış evinin döşəmə və qapılarını yenisi ilə əvəz etdirmiş və hazırda 2 otaqdan əşyalarının saxlanması məqsədilə istifadə edir. Şikayətçinin üst qonşusu evini kirayə verdiyi üçün onun evinə baxış keçirilməsi mümkün olmamış, lakin evin sahibi Ruslan adlı şəxslə işlədiyi avtomobil ehtiyyat hissələri mağazasında görüşərək ətraflı söhbət aparılmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri üzrə nəzərə alınmalıdır ki, Cavabdeh1 12 aprel 2022-ci il tarixli AN-İ №1032479 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Beyləqan şəhəri X8 küçəsi bina 4,6 saylı mənzili Cavabdeh2 satmış və həmin tarixdən sonra sözügedən mənzil Cavabdeh2 mülkiyyətindədir. Sonuncu isə izahatında mənzilin müvəqqəti yaşamaq üçün ərinin dostuna verildiyini bildirmişdir. İşdə olan 27 dekabr 2022-ci il tarixli Akta əsasən İddiaçı təxminən 5-6 il öncə üst qonşusu tərəfindən axıdılan su onun fərdi yaşayış evinə axıdıldıqdan sonra aşınmalar baş vermiş, hazırda su axıdılması dayandırılmış, lakin xx.xx.2022-ci il tarixdə evin artırma hissəsinin divarında mətbəx suyunun axıdılması baş vermişdir. Ancaq 5-6 il öncə zərərin dəyməsi heç bir sübutla təsdiqini tapmamış, yalnız aktda iddiaçının dediyi sözlər olaraq əksini tapmışdır. Aktlardan da zərərin məhz 17 noyabr 2022-ci il tarixdə mənzilə baxış zamanı aşkara çıxarılması görünür. Baxmayaraq ki, Cavabdeh2 izahatında mənzildə digər şəxslərin yaşaması göstərilir, həmin mənzilin mülkiyyətçisi özüdür və hazırkı halda vurulmuş zərər üzrə məsuliyyəti də özü daşıyır. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin yalnız Cavabdeh1 verdiyini və bu baxımdan, dispozitivlik prinsipinin nəzərə alınmasını mütləq hesab edir. Kollegiya bu zaman apellyasiya şikayətinin “mənzildəki su-kanalizasiya xətlərinin götürülməsi” barədə dəlilinin araşdırılmasına zərurət duymur. Kollegiya dispozitivlik prinsipinə xələl gətirmədən xüsusilə diqqətə çatdırır ki, Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı alt mərtəbədə yaşayır və bir neçə dəfə onun mənzilindən iddiaçının evinə su axıdılmışdır ki, buna görə ondan üzr istəmişdir. Həmin evdə heç vaxt təmir işləri aparılmamış və əlavə sanitar xətləri çəkməmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırklı iş üzrə Cavabdeh1 İddiaçı məxsus mənzilə zərər vurulmasında təqsirinin mövcudluğu istisna edilir. Buna görə də, iddianın ona aid hissədə təmin edilməsi barədə qənaət düzgün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən diqqətə çatdırır edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda hər hansı şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - Cavabdeh1 yaşayış evinə vurulmuş 1088.07 manat ziyan və rəy üçün ödənilmiş 45 manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza rəyinin xərci olan 50 manat məbləğində pulun cavabdeh X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə ödənilmiş məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2(020)-1001/2023 saylı qətnaməsi - Cavabdeh1 yaşayış evinə vurulmuş 1088.07 manat ziyan və rəy üçün ödənilmiş 45 manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə ekspertiza rəyinin xərci olan 50 manat məbləğində pulun cavabdeh X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-538/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-538/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver