Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-541/2024 16.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinin mümkünlüyünün əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq, müəyyənetdi: İddiaçı və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 0163 saylı “torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən 163 A saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 7300 manat və torpağın məhsuldarlığının artırılmasına sərf edilən 4440 manat, cəmi 11740 manat məbləğində vəsaitin Cavabdeh2 alınıb onların xeyrinə ödənilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda qətnamədən iddiaçı Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən dövlət rüsumu cəmi 38 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşin hallarından görünür ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi halda birinci instansiya məhkəməsi bu hala qiymət vermədən işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-541/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-541/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver