Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-542/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, 04 may 2011-ci il tarixli ZB-ƏY-433 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 25 faiz olmaqla 24 ay müddətinə 55000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 19 fevral 2018-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASC-nin X1 əsas borcu 10500 manat, konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu 4141,84 manat, ümumi borc isə 14641,84 manat təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən 04 may 2011-ci il tarixli kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin X1 borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Göstərilənləri nəzərə alaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondu cavabdehlərdən onun xeyrinə 10500 manat əsas borc, 4141,84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumi 14641,84 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondunun nümayəndəsi X7 iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi (Hakim: M.Qasımov) ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10500 manat əsas borc, 4141,84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumi 14641,84 manat məbləğində məbləğində pul tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondunun xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməsi, cavabdehlərdən 30 manat məbləğində pul müştərək qaydada alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 470.1, 472.1, 472.2, -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, o, 04 may 2011-ci il tarixli ZB-ƏY-433 saylı kredit müqaviləsi ilə Cavabdeh1 zamin durmuş və müqavilənin bağlanması tarixindən 7 il sonra ona qarşı iddia qaldırmışdır. Məhkəmə isə nəzərə almamışdır ki, zaminə qarşı müqavilə müddəti bitdikdən sonra bir il ərzində ona qarşı iddia qaldırılmassa onda zaminliyə xitam verilir. Odur ki, Cavabdeh2 Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh1 iddianın təmin olunan hissəsi ilə razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən yalnız Cavabdeh2 iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddinın rədd edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilməsini müəyyən edərək, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etsədə, digər Cavabdeh2 münasibətdə işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə ona münasibətdə gəldiyi nəticənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 25 faiz olmaqla 24 ay müddətinə 55000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında 04 may 2011-ci il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən Borcalanın 55000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fonduna məxsus maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə 1873,62 manat əsas borcu, 124,77 manat faiz borcu, ümumi 1998,39 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin X3 Fonduna məxsus maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə 10500 manat əsas borcu, 4141.84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu vardır. İş materiallarında olan xəbərdarlıqların surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka gecikdirilmiş borclarının olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı xx.xx.2011-ci il kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi, nəticəsində onun digər cavabdehlə birgə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Maliyyə arayışına əsasən , Cavabdeh1 müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə 10500 manat əsas borcu, 4141.84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumilikdə 14641.84 AZN məbləğində kredit borcu təşkil etdiyini göstərmişdir Bundan başqa, işdə olan xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zamin Cavabdeh2 qarşı yalnız 04 may 2018-ci il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi zaminə qarşı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş müddət keçməsinə baxmayaraq zaminliyə xitam verilməli olduğu halda bunu etməmişdir. Odur ki, Məhkəmə kollegiyası bu hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi qənaətinə gəlir və hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlik götürmüş zamin Cavabdeh2 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh2 apelyasiya şikayətində, yalnız ona münasibətdə deyil, bütövlükdə Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddinın rədd edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh2 müştərək qaydada 10500 manat əsas borc, 4141,84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumi 14641,84 manat məbləğində məbləğində pul tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X3 Fondunun xeyrinə verilməsi və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 aid edilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)1121/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 müştərək qaydada 10500 manat əsas borc, 4141,84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumi 14641,84 manat məbləğində məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulub Ləğv prosesində olan Zaminbank» ASC-nin X3 Fondunun xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı Ləğv prosesində olan Zaminbank» ASC-nin X3 Fondunun Cavabdeh2 qarşı xx.xx.2011-ci tarixli kredit müqaviləsi üzrə 10500 manat əsas borc, 4141,84 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumi 14641,84 manat məbləğində məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulub Ləğv prosesində olan Zaminbank» ASC-nin X3 Fondunun xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-542/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-542/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver