Məhkəmə qərarları › İş №2(106)-547/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-547/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-547/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə, Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- icra qeydinin ləğv edilməsi edilməsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Masallı rayon İcra və Probasiya şöbəsi) qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-8411 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit ayrılmışdır. Kredit borcu davamlı olaraq tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC guya həmin borcun vaxtıvaxtında ödənilmədiyi üçün borcun ondan alınaraq banka ödənilməsi ilə bağlı digər cavabdeh Masallı regional Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi icra qeydinin aparılması ilə bağlı qanunun tələblərində göstərilən prosessual halları pozmaqla xx.xx.2024-cü il tarixdə 8İ-8411 nömrəli icra qeydi aparmış və 3376.79 manat pulun ondan alınaraq tələbkar "xxxx" ASC-yə verilməsi barədə icra sənədi icra edilməsi üçün Masallı rayon İcra şöbəsinə icra vərəqəsi vermişdir. İlk öncə qeyd edir ki, icra qeydinin aparılması barədə üçüncü şəxs "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borclu olaraq ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi, amma buna baxmayaraq ABB ASC həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Bundan əlavə Masallı regional Cavabdeh notariat ofisi icra qeydini təsdiq edərkən mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə borclu olaraq onun məlumatının olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etmədən tələbkardan borclu olaraq ona icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da notariat haqqında qanunun 76-cı maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Qeyd edir ki, qanunsuz icra qeydi əsasında verilmiş icra sənədindən məlumatı xx.xx.2024-cü il tarixdə olmuş olsa da, buna baxmayaraq icra şöbəsi tərəfindən onun barəsində məcburi icra tədbirləri başlamışdır. Halbuki, qanunun tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin ona bildiriş göndərilməmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsi ilə (hakim E.Abbasova) iddia rədd edilmiş, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə, Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2022- ci il tarixli BPM**********22 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı borcu vaxtında qaytarmadığı üçün Masallı regional Cavabdeh notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı icra qeydinin ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Kredit müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlanmış və hər iki tərəf öz üzərinə öhdəliklər götürmüşdür. Bank müqavilə üzrə razılaşdırılmış kredit məbləğini İddiaçı verməklə öz öhdəliklərini yerinə yetirmiş olsa da, bunun əksi olaraq İddiaçı müqavilə üzrə borcunu vaxtında və lazimi qaydada icra etmədiyinə görə müqavilə üzrə razılaşdırılmış şərtlər pozulmuşdur. Nəticədə bank tərəfindən icra qeydinin verilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməklə notariat ofisinə ərizə verilmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbinə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyinin 20 gün ərzində yerinə yetirilməyəcəyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli 8İ-8411 nömrəli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur . Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 390.1-ci maddələri, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 45, 76-cı maddələri, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 162-ci bəndi, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 4.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təqdim olunmuş sübutlara birtərəfli, səthi yanaşmaqla, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. İcra qeydinin aparılması barədə üçüncü şəxs "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borclu olaraq ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi, amma buna baxmayaraq ABB-ASC həmən bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Bundan əlavə Masallı regional Cavabdeh notariat ofisi icra qeydini təsdiq edərkən mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə borclu olaraq onun məlumatının olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müyyən etmədən tələbkardan borclu olaraq ona icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununlada notariat haqqında qanunun 76-cı maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Qanunsuz icra qeydi əsasında verilmiş icra sənədindən belə məlumatı xx.xx.2024-cü il tarixdə olmuş olsada, amma buna baxmayaraq icra şöbəsi tərəfindən onun barəsində məcburi icra tədbirləri başlamışdır. Məhkəmənin iddia tələbini rədd etmək üçün gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Bank tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, güya ona “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbinə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyinin 20 gün ərzində yerinə yetirilməyəcəyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Hesab etmişdir ki, məhkəmənin bu hissədə gəldiyi nəticədə qanunsuz və əsasızdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 2757/2024 saylı qətnaməsini ləğv edilməli və iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, bank tərəfindən xx.xx.2024-cü il tarixli 6-2-22/2-10850/2024 saylı bildirişlə pretenziya qaydasında iddiaçıya məlumat verilmiş və “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən 20 gün müddət ərzidə öhdəliyi icra etməsi bildirilmişdir. Qeyd olunan bildiriş xx.xx.2024-cü il tarixdə 16 saylı X3 təhvil verilmiş və məktubun təhvil alınması barədə reyestrə xx.xx.2024-cü il tarixini özündə əks etdirən möhür vurulmuşdur. Bundan başqa Poçt Şöbəsinin xx.xx.2024-cü il tarixini özündə əks etdirən möhür vurulmuş OPG-lərin qəbulu haqqında xx.xx.2024-cü il tarixli **********73 saylı Siyahısından görünür ki, İddiaçı bildiriş SX016424492AZ saylı kodla sifarişli xəbərnaməli olaraq göndərilmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsində elektron kabinet vasitəsilə əlavə edilsə də, iddiaçı bu sübutlarla tanış olma imkanı olsa da, bunu etməyib, apelyasiya şikayəti verib, eyni halları yenidən burada pozuntu kimi, təkrarən qeyd etmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qeyd olunan maddəyə uyğun olaraq icra qeydi qəbul olunmamışdan 27 gün əvvəl (yəni xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə İcra qeydi qəbul olunmuşdur) göndərilmişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində bank tərəfindən ondan tələb olunan borcun çox şişirdildiyini, onun Banka 1635 manat borcu qaldığını, eyni zamanda Banka nə qədər pul ödənilməsi barədə məlumat almaq istədiyini və Bankın bunu gözlətdiyini, ona təqdim etmədiyini bildirsə də, qeyd olunan hallar həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı qeyd olunan hallar barədə, eyni zamanda ödədiyi məbləğlər barədə məhkəməyə heç bir sənəd təqdim etməmiş və qeyd etdiklərini sadəcə ehtimallarına əsasən bildirmişdir. Bundan əlavə istənilən müştəri Banka müraciət edərək kredit borcu barədə, həmin kredit üzrə ödənişləri barədə hesabdan çıxarış almaq hüququna malikdir. İddiaçının isə bununla bağlı heç bir müraciət etməyərək həqiqətə uyğun olmayaraq Bankın ona borcunu demədiyini bildirir. Halbuki Bank tərəfindən bununla bağlı ona dəfələrlə zəng edilmiş və məktub göndərilmişdir. Qeyd olunan borc da qanuna uyğun olaraq sistem tərəfindən hesablanmış və borc barədə xx.xx.2024-cü il tarixli № 100 saylı maliyyə arayışı tərtib olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Notariat Haqqında Azərbaycan Respublikası Qanunu: Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2022- ci il tarixli BPM**********22 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı borcu vaxtında qaytarmadığı üçün Masallı regional Cavabdeh notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, İcra qeydinin aparılması barədə üçüncü şəxs "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borclu olaraq ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi, amma buna baxmayaraq ABB-ASC həmən bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Masallı regional Cavabdeh notariat ofisi icra qeydini təsdiq edərkən notariat haqqında qanunun 76-cı maddəsinin tələbini kobud şəkildə pozmuşdur. İcra qeydini verərəkən 20 günlük xəbərdarlıq müddətini gözləməmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassız olmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-22/2-10850/2024 saylı bildirişindən görünür ki, sonuncuya 3106,53 manat məbləğində banka əsas kredit borcunu və ona müvafiq olaraq hesablanmış faiz borcunu ödəməməklə müqavilə şərtlərini pozduğu və borcunu 20 gün müddətində ödəmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. Bildirişin göndərilməsi xx.xx.2024-cü il tarixli 16 №-li reyestrlə və OPG-lərin qəbul haqqında xx.xx.2024-cü il tarixli siyahı ilə qeydə alınmışdır. "xxxx" ASC-nin Notariat İcra qeydi haqqında ərizəsindən görünür ki, bank tərəfindən xx.xx.2024-cü il tarixdə icra qeydinin verilməsinə dair Masallı regional Cavabdeh notariat ofisinə müraciət edilmişdir. Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ8411 nömrəli icra qeydindən görünür ki, Masallı regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin /VÖEN:**********/ xeyrinə Masallı rayonu, Ərkivan Qəsəbə Ə/D, Ərkivan Qəsəbəsi ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2023 - Asan-Masallı; FİN: xxxxxxx; d/t: xx.xx.1983) BPM**********22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3376,79 manat (üç min üç yüz yetmiş altı manat yetmiş doqquz qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25.00 manat (iyirmi beş) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3401,79 manat (üç min dörd yüz bir manat yetmiş doqquz qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Apellyasiya mərhələsində məhkəmə tərəfindən X5 Filialına ünvanlanmış sorğuya verilmiş cavaba əsasən, İddiaçı ünvanlanmış SX016424492AZ seriyalı qeydiyyatlı poçt göndərişi xx.xx.2024-cü il tarixdə X4 Filialının Ərkivan poçt şöbəsi tərəfindən sistem üzərində çatdırılması təmin edilmişdir. Göründüyü kimi İddiaçı, mübahisəli bildirişi rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmiş, həmin bildirişin mahiyyətini dərk etmiş və göstərilən müddət ərzində borcunu ödəmədiyi üçün notariusun icra qeydi aparılmışdır. Beləliklə Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ 8411 nömrəli icra qeydi aparılarkən notarius tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi aparılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Masallı regional Cavabdehndə Notariat Ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(050)-2757/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar