Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-558/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Neftçala Rayon Мəhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Neftçala Mənzil Kommunal X1rşı mənzilə mülkiyyət hüququnu tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Neftçala Mənzil Kommunal X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması və mənzilin İddiaçı adına qeydiyyata alınmaqla ona dövlət reyestrindən çıxarış verilməsi qət edilmişdir. Qətnamədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir İşə apellyasiya qaydasında baxılarkən, İddiaçı məhkəməyə teleqram göndərərək, iddiadan imtina etdiyini bildirmişdir. Apellyasiya baxışında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə İddiaçı mənzildən istifadə hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini təqdim edərək, mənzildən istifadə hüququnun iddiaçının adına artıq sənədləşdirildiyini bildirmiş, iddiaçının iddiadan imtinasının qəbul edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri həmin Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 370, 384.0.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı iddiadan imtinası qəbul edilsin və Neftçala Rayon Мəhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(053)-733/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Neftçala Mənzil Kommunal X1rşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-558/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-558/2023
04.04.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver