Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-567/2025 28.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat məbləğində borcun və 123 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, o, 2024-cü ilin yanvar ayında ona müraciət edərək anasının ağır xəstə olduğunu və təcili olaraq əməliyyat olmalı olduğunu bildirmişdir. O, X4 ilə şərik aldığı avtomobilin satışından əldə edilmiş puldan 28 yanvar 2024-cü ildə Cavabdeh 10000 manat (on min manat) pul vəsaitini borc vermişdir. Eyni zamanda X4 cavabdehin kart hesabına 500 manat (beş yüz manat) pul vəsaitini göndərmişdir. xx.xx.2024-cü ildə cavabdehlə görüşərək ondan yazılı iltizam almış, cavabdeh həmin pulu 6 ay müddətinə qaytaracağını bildirmiş lakin vədinə əməl etməyərək aldığı borc pulu qaytarmamışdır. Bu səbəbdən də həmin pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə müraciə edərək, iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, Cavabdeh onun oğludur. İddia ərizəsinin oğlunun guya anasının ağır xəstə olduğu və təcili olaraq əməliyyat olmalı olduğunu bildirərək pul alması barədə əsasları yalandır. Belə ki, oğlu Paşa toy hazırlığı zamanı, ondan xəbərsiz nişanlısına hədiyyə almaq istəmişdir. Bunun üçün oğlu Paşaya 1500 manat pul lazım olmuş və o da tanışı, işdə iddiaçı olan Ramildən istəmişdir. İddiaçıla oğlu Cavabdeh keçmiş iş yoldaşı olmuşdur. İddiaçı onda pul olmadığını, tanışı X2 pul olduğunu bildirərək onu Xətainin yanına gətirmişdir. Xətai notarial qaydada təsdiq edilmiş şəxsiyyət vəsiqəsini ona təqdim etməsini bildirdiyindən oğlu Paşa notariusda təsdiq edilmiş şəxsiyyət vəsiqəsini onlara gətirmişdir. Oğlu Paşa 1500 manat pulu görüşüb Xətaidən almış və Xətai ona yazılı olaraq iltizamda 10000 manat olaraq qeyd etdirmişdir. Bunu onunla izah etmişdir ki, gələcəkdə pul ödənməzsə məhkəməyə müraciət olunan zaman az məbləğdə iddialara məhkəmədə baxılmaması ilə əlaqələndirmişdir. Oğlu həmçinin əmək haqqı kartını da girov qoymuşdur. Pul verildikdən sonra X3 təzyiqlər göstərmiş və əgər pulu qaytarmazsa işdən çıxartdıracağını bildirmişdir. Sonra elə həmin məsələlərə görə oğlunun işdən azad edilməsinə də nail olmuşdur. Oğlu Xətai və Ramil ilə razılaşmaya əsasən, ayda borcundan 300 manat olmaqla ödəniş edilməsi ilə razılaşmışdır. Bir ay 300 manat Xətaiyə ödəniş etdikdən sonra oğlu baş verən hadisə ilə əlaqədar onu məlumatlandırmış, bu hadisələrdən məlumatı olmadığından o da Xətai Yusubov və İddiaçı telefonla zəng edərək məsələni aydınlaşdırmaq, nəyə görə 1500 manat verildiyi halda oğlundan 10000 manat pul götürməsi barədə iltizama imza etdirmələrini aydınlaşdırmağa, onlarla razılaşma əldə etməyə çalışsa da İddiaçı onunla ədəbli danışsa da Xətai Yusubov ona telefonda nalayiq ifadələr işlədərək danışığı sonlandırmışdır. O, oğlu Cavabdeh tək böyütmüş, oğlunun sadəlövlüyündən istifadə edərək ona 1500 manat pul verildiyi halda aldadılaraq 10000 manat qəbzə imza etdirildiyindən iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (X7), iddianın qismən təmin edilməsi, Cavabdeh 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçının məndən 10000 manat məbləgində borc pul götürməsi və qaytarmaması təqdim olunan iltizamla təstiq olunsa da məhkəmə bütün halları qarşı tərəfin xeyrinə təhrif etmiş və cavabdehin etiraf etdiyi hissədə iddianı təmin etmişdir. Məhkəmə maddi norma kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, həmin normaya əsasən, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Məhkəmə bu normadan çıxış edərək iddia tələbini qismən təmin etmişdir, halbuki cavabdeh məndən pul alması barədə yazılı qəbz vermişdir və əgər həmin qəbz hədə-qorxu və pis niyyətlə alınsaydı nə üçün cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etməmişdir, Xətai Yusubov ümumiyyətlə cavabdehi tanımır, yalnız cavabdeh aldığı pulu qaytarmadıqda mən ona həmin pulu Xətai adlı şəxsdən alıb verdiyimi bildirmişəm, lakin mən cavabdehə Xətainin adından istifadə etməklə hədə-qorxu gəlməmişəm, qarşı tərəf nədənsə mənim iştirak etdiyim məhkəmə proseslərində hansısa bir Disk təqdim edir və məhkəmə də mənim iştirakım olmadan “gecikmiş” bu sübutu mötəbər sübut kimi qəbul etməklə və diskdəki danışığın kimə məxsus olub-olmamasını araşdırmadan qətnamə qəbul edir. Bir daha bildirmək istəyirəm ki, nə mən nə də Xətai cavabdehə hədə-qorxu gəlməmiş, yalnız ondan verdiyimiz pulu istəmişik, pulu mən Xətai Yusubovdan aldığım ücün pul geri qayıtmadığına görə o da bu söhbətə qoşulmaq məcburiyyətində qalmışdır. Lakin məhkəmə qarşı tərəfin əsassız dəlillərinə “mötəbər sübut” kimi əsaslanmaqla hazırki qanunsuz qətnaməni qəbul etmişdir.1500 manat alan şəxsin 10000 manat alması barədə qəbz verməsi və susması hansı məntiqə uyğundur? Qarşı tərəf aldığı pulu qaytarmamaq üçün bu iftiranı uydurmuş, məhkəmə də nədənsə ona inanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Məmmədov X5 Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında bildirmişdir ki, İddiaçı onun keçmiş iş yoldaşı olmuşdur. Onunla “Sirab” şirkətində bir yerdə işləmişdir. Həmin şirkətdən çıxandan sonra ona borca pul lazım olduğu üçün, Ramildən borca pul istəmişdir. O, Xətai adlı tanışından pul alıb ona verə biləcəyini demişdir. O, Ramilə göndərdiyi səsli mesajda 1500 manat pula ehtiyacı olduğunu bildirmişdir. Həmin səs yazısı indi silinib. Yanvar ayının 28-də Ramillə görüşmüşdür. Bir gün əvvəlcədən Ramil ondan şəxsiyyət vəsiqəsinin notariusda təsdiqlətməyini istəmişdir. Həmin gün Ramil e-manat vasitəsi ilə 1250 manat daha sonra isə 250 manat kartına göndərmişdir. Lakin o, Ramilin istəyi ilə təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin arxasında 10000 manatı təhvil aldığını qeyd edib qəbzə qol çəkmişdir. Ramil buna səbəb kimi məhkəmənin 1500 manatlıq borca baxmadığı üçün 10000 manatlıq qəbzə qol çəkməli olduğunu, bundan başqa Xətaidən pulu almaq üçün ona 1500 manatın müqabilində ödəmədiyi halda təminat olaraq 10000 manat qəbz yazdırdığnı bildirmişdir. Bu tərtib olunmuş qəbzdən də açıq aydın görünür. Belə ki, qəbzdə aldığı 1500 manatın ifadəsi 1 rəqəbindən sonra 5 yazmış sonra isə Ramilimn deməsi ilə həmin 5 rəqəmi 0-a düzəltmişdir. Bundan sonra o pulu ödəyə bilməyəndə Xətai onunla danışığa keçmişdir. Xətai ona səsli mesajlar göndərmişdir. İyun ayının 10-da Ramil onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o Ramillə danışığını qeydə almışdır. Bu günə kimi aldığı 1500 manat puldan 900 manatını qaytarmışdır. Yekun olaraq Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə da cavabdehlə eyni məzmunlu izahat vermişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Paşa ilə Sirab şirkətində bir yerdə işləmişdir. O işdən çıxıb Rusiyaya getmiş, lakin Paşa ilə əlaqəsi qalmışdır. Paşa telefon vasitəsilə ona anasının xəstə olduğunu və əməliyyat olması üçün ona pul lazım olduğunu bildirmişdir. Həmin ərəfədə o, maşınımı satmış, bu səbəbdən əlində pul olduğundan Azərbaycana gələndən sonra Paşa ilə Nərimanov Metrostansiyası yaxınlığında yerləşən Mcdonalds restoranında görüşmüş və ona 10000 manat pul vermişdir. Paşa da qəbzə qol çəkmişdir. Həmin gün axşam Paşa ona zəng vuraraq əlavə pul istəmiş, o da əlavə pulunun olmadığını, ona borc verə biləcək dostunun olduğunu, əgər istəyirsə onlar arasında əlaqə yarada biləcəyimi bildirmişdir. Bundan sonra o, Paşaya Xətainin verdiyi 500 manatını vermiş, 1000 manatı isə Xətai özü Paşanın kartına göndərmişdir. Paşa ilə görüşən zaman isə ondan Xətainin pulunu qaytarmasını tələb etmişdir. Çünki vasitəçi olmuşdur. Sonradan Paşanın işdən çıxdığını öyrənmişdir. Məhkəmə iclasında səsləndirilən səs yazılarının ona məxsus olduğunu bildirmişdir. Odur ki kollegiyadan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X4 izahat verərək bildirmişdir ki, Ramil ona yaxın dostunun valideyninin ağır xəstə olduğunu və bu səbəbdən ona 10000-15000 manat pul lazım olduğundan, ona pul vermək istədiyini bildirərək ondan bununla bağlı məsləhət istəmişdir. O, Ramilə sənədsiz pul verməməyi tövsiyyə etmiş, çünki Ramilin Paşaya vermək istədiyi pulun müəyyən hissəsi onun idi. Bundan sonra Ramilin cavabdehə hansı formada pul verməsindən xəbərim olmamışdır. Üstündən bir neçə saat keçəndən sonra Ramil zəng vuraraq Paşanının onunla danışmaq istədiyini bildirmişdir. Danışıq zamanı Paşa əlavə olaraq ona 1500-2000 manat arası pul lazım olduğunu bildirmişdir. Onunla razılaşmışdır. Paşaya, ona kart nömrəsi göndərməsini və hissə-hissə həmin karta pul göndərəcəyini, əlavə olaraq 3-4 ay üçün üstündə 1000 manat sələm ödəməli olduğunu bildirmişdir. O, da bununla razılaşmışdır. Bundan sonra o, e-manat vasitəsilə 1000 manat Paşaya göndərmiş, 500 manatı isə Ramilə verərək, Paşaya verməsini bildirmişdir. Daha sonra Paşa ilə telefon vasitəsilə əlaqə saxladıqda o, 500 manatı Ramildən götürdüyünü bildirmişdir. 3-4 aydan sonra Paşa 2500 manat pul verməli idi, lakin 3-4 ay keçməsinə baxmayaraq Paşa pulu vermədi, bildirdi ki, toyu olacaq, toyundan sonra Ramilə və ona olan borcunu bütövlüklə bağlayacaq. Toydan 2-3 gün sonra Paşa ilə əlaqə saxladıqda Paşa ona olan borcunu ayda 300 manat olmaqla hissə-hissə ödəmək istədiyini bildirdi. O isə Paşaya əgər elədirsə 2 il müddətində hər ay 300 manat ödəməlidir, yada ki 2500 manatı bütöv verməli olduğunu bildirmişdir. O, ayda 300 manat ödəməyə razı olduğunu bildirdikdən sonra onlar razılaşmışdır. Lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq Paşa pulu ödəməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinin tələbinə görə Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinin tələbinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddiaçı cavabdehdən 10000 manat tələb etsə də, tərəflər arasında mövcud borc münasibəti 1500 manat olmuş, ona görə iddianı 1500 manat həddində təmin etmişdir. İddiaçı birinci instansiya məhkəməsini yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmamış, apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, iltizamdan (yazılı qəbz ) görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 10000 manat pul alaraq 6 ay müddətinə qaytaracağını, həmin pulu qaytarmazsa hüquq mühafizə orqanlarına şikayət edilməsinə etiraz etmədiyini bildirmiş və 5168-2354-7222-6215 (6366) nömrəli maaş kartını girov qoymuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 739-cu maddələri təşkil etdiyini göstərir. İddiaçının iddia tələbinin mahiyyətindən və apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdeh onun tanışıdır, o, 2024-cü ilin yanvar ayında ona müraciət edərək anasının ağır xəstə olduğunu və təcili olaraq əməliyyat olmalı olduğunu bildirmişdir. O, X4 ilə şərik aldığı avtomobilin satışından əldə edilmiş puldan 28 yanvar 2024-cü ildə Cavabdeh 10000 manat (on min manat) pul vəsaitini borc vermişdir. Eyni zamanda X4 cavabdehin kart hesabına 500 manat (beş yüz manat) pul vəsaitini göndərmişdir. xx.xx.2024-cü ildə cavabdehlə görüşərək ondan yazılı iltizam almış, cavabdeh həmin pulu 6 ay müddətinə qaytaracağını bildirmiş lakin vədinə əməl etməyərək aldığı borc pulu qaytarmamışdır. Bu səbəbdən də həmin pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia etirazından müəyyən edilir ki, İddiaçı onun keçmiş iş yoldaşı olmuş, onunla “Sirab” şirkətində bir yerdə işləmişdir. Ona borca pul lazım olduğu üçün, Ramildən borca pul istəmişdir. O, Xətai adlı tanışından pul alıb ona verə biləcəyini demişdir. O, Ramilə 1500 manat pula ehtiyacı olduğunu bildirmişdir. Borc verilməsindən öncə Ramil ondan şəxsiyyət vəsiqəsinin notariusda təsdiqlətməyini istəmişdir. Sonradan aralarında borc barədə razılığa gəlmiş və Ramil 1250 manat e-manat vasitəsi ilə kartına atmış, daha sonra isə həmin gün axşam əlavə olaraq 250 manat kartına göndərmişdir. Lakin o, Ramilin istəyi ilə təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin arxasında 10000 manatı təhvil aldığını qeyd edib qəbzə qol çəkmişdir. Ramil buna səbəb kimi məhkəmənin 1500 manatlıq borca baxmadığı üçün 10000 manatlıq qəbzə qol çəkməli olduğunu, bundan başqa Xətaidən pulu almaq üçün ona 1500 manatın müqabilində ödəmədiyi halda təminat (yəni 1500 manat botcu faizi ilə birlikdə qaytarmadığı halda ona 10000 manat cərimə kimi ödəyəcəyini bildirmişdir.) olaraq 10000 manat qəbz yazdırdığnı bildirmişdir. Bu tərtib olunmuş qəbzdən də açıq aydın görünür. Belə ki, qəbzdə aldığı 1500 manatın ifadəsi 1 rəqəmindən sonra 5 yazmış sonra isə Ramilin deməsi ilə həmin 5 rəqəmi 0-a düzəltmişdir. Bundan sonra o pulu ödəyə bilməyəndə Xətai onunla danışığa keçmişdir. Xətai ona səsli mesajlar göndərmişdir. İyun ayının 10-da Ramil onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o Ramillə danışığını qeydə almışdır. Bu günə kimi aldığı 1500 manat puldan 700 manatını qaytarmışdır. Kollegiya ilk əvvəl qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud hüquq münasibətinə əsassız varlanma kimi yanaşmış və birinci instansiya məhkəməsi cavabdeh tərəfindən 1500 manat pulun qaytarılmamasını, onun həmin vəsait hesabına əsassız varlanması kimi qeyd etmişdir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfindən təqdim edilən qəbzə yazılan və cavabdeh tərəfindən imzalanan 10000 manat vəsaitin sübut olunmadığını, bundan əlavə həmin qəbzə imza etdirilməsinin cavabdehi son dərəcə əlverişsiz şərtlərlə razılaşmağa məcbur edilməsi kimi qiymətləndirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, işdə olan sübutlardan məlum olur ki, həm iddiaçı həm də cavabdeh məhkəmə baxışı zamanı verdikləri izahatlarında tanışlıqlarının həmin borc münasibətindən əvvəl olduğunu qeyd etmişlər. Hər iki tərəf də aralarında borc münasibətinin olduğunu, yəni İddiaçı Cavabdeh borca pul verdiyini etiraf edir. İddiaçı özünün təqdim etdiyi 28 yanvar 2024-cü il tarixli qəbzə istinad edərək, cavabdehin ona 10000 manat, bundan əlavə də kartına göndərdiyi 500 manat, ümumilikdə 10500 manat borcu olduğunu bildirir. Cavabdeh isə əksinə, iddiaçıdan borca pul aldığını, həmin pulun məbləğinin 1500 manat olduğunu, bu pulu faizi ilə birlikdə hər ay 300 manat olmaqla 7 ay müddətinə ödəməyi öz öhdəsinə götürdüyünü, həmin puldan iki ay hər ay 300 manat, üçüncü ay isə 100 manat ödədiyini 10000 manat yazılan qəbzi isə aldığı borcun qaytarıması üçün öhdəliyin icrasının təminatı kimi sənədləşdirdiyini bildirmişdir. Lakin tərəflər arasında mövcud olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş səs yazılarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, tərəflər aralarında olan söhbət zamanı iş üzrə Cavabdeh İddiaçı Xətaidən 1500 manat pul aldığını, lakin sonuncunun ona 10000 manat alması barədə iltizama imza etdirdiyini bildirib məsələni həll etməyə çalışsa da, İddiaçı cavabında Cavabdeh belə vəziyyətdə olan ilk adamın o olmadığını, əvvəllər Xətainin dəfələrlə müxtəlif adamlara 1000 manat pul verib 10000 manata, 10000 verib 100000 manata imza etdirdiyini, həmin adamlar hətta Xətainin səsini yazıb müxtəlif dövlət qurumlarına şikayət etsə də şikayətlərinə baxılmadığını, Xətainin hər yerdə- məhkəmə, prokurorluq, banditizm, polisdə adamı olduğunu, Xətainin ona hər şey edə biləcəyini, onun bu tip işlərinin çox olduğunu, ya 2100 manat nağd pul verməklə məsələni bağlamağı, ona olan 500 manat borcu isə sonra ödəyə biləcəyini, ya da hər ay 300 manat verməklə 10000 manatı ödəməsini demiş, inandırmağa çalışmışdır ki, Xətainin dediyini etməsə problemləri çox olacaq. Cavabdeh isə ona hər ay 300 manat olmaqla 2 ay müddətinə 600 manat ödədiyini bildirmiş, iddiaçı isə onun Xətai ilə danışmasını və onu razı salmasını bildirmişdir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni tərəflər arasında olan səs yazısı mötəbərlilik kriteriyasına cavab verməklə, hazırkı işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının dediklərinin əksi olaraq o, cavabdehlə olan səs yazısında borc kimi cavabdehə 1500 manat pul verildiyini, həmin pulun 1250 manatının 29 yanvar 2024-cü il tarixdə ilk əvvəl e-manat vasitəsi ilə cavabdehin kartına, qalan 250 manat pulun isə hissə-hissə həmin gün axşam İddiaçı tərəfindən Cavabdeh kartına göndərildiyini, həmin pulun cavabdeh tərəfindən hər ay 300 manat olmaqla 7 ay ödəmək şərti ilə ümumilikdə 2100 qaytarılmalı olduğunu göstərmişdir. Bu hal iş materiallarına əlavə edilmiş tərəflər arasındakı səs yazısı və bank əməliyyatlarının aparılması ilə bağlı ödəniş kartı üzrə çıxarışla da təsdiq olunur. Apellyasiya icraatı zamanı da üçüncü şəxs qismində izahat verən X4 da e-manat vasitəsi ilə Paşaya 1000 manat göndərdiyini, 500 manat pulun isə İddiaçı tərəfindən Paşaya verildiyini bildirsə də bu hal işdə olan sübutlarla öz təsdiqini tapmamışıdr. Apellyasiya icraatı zamanı tərəflər arasında çarpaz dindirilmə keçirilmiş və dindirmə zamanı verilən suallara alınan cavablardan müəyyən edilmişdir ki, həqiqətən borc məbləği 10000 manat deyil 1500 manat, borcun təminatı isə 10000 manat kimi razılaşdırılmışıdr. Tərəflər bu qaydada razılığa gəlmələrinin borc barədə qəbz tərtib olunarkən alınan 1500 manat borcun öhdəliyin (təminatlı əqd) icrasının təminatı olaraq ifadə etmişlər. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzdə 5 rəqəminə düzəliş edilməsinə səbəb, əvvəl həmin məbləğin qəbzə 1500 manat kimi yazılması, daha sonra həmin rəqəmin düzəliş edilərək 10000 manat olması müəyyən edilmişdir. Həmin qəbzdəki 5 rəqəmini düzəliş edilməsi faktı apelyasiya icraatı zamanı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 25 iyun 2025-ci il tarixli, 5/461 saylı ekspert rəyi ilə müəyyən edilir ki, 1 rəqəmindən sonrakı 0 rəqəmi ilk əvvəl 5 rəqəmi olmuş, sonradan həmin rəqəm 0-rəqəminə düzəldilmişdir. Kollegiya onu da nəzərə alır ki, həmin rəqəmə düzəliş edilməsi Cavabdeh iradəsindən kənar baş verməmişdir. Yəni həmin qəbzə əvvəlcə 1500 manat yazılıb sonradan düzəliş edilərək 10000 yazılmasından Cavabdeh məlumatlı olmaqla imza edilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeha 10000 manat məbləğində qəbzə hansı səbəbdən qol çəkməsini aydınlaşdırdıqda, cavabdeh verdiyi izahatında götürdüyü borcun məbləğinin 1500 olduğunu, tərtib etdiyi qəbzdə öhdəliyin təminatı kimi 10000 manat yazılmadığı halda borc verilməsinin mümümkün ola bilməyəcəyini, həmin 10000 manatın isə 1500 manatı qaytara bilməyəcəyi halda ondan 10000 manat alınacağı şərti ilə verildiyini nəzərə alıb imza etdiyini bildirmişdir. Başqa sözlə borc müqaviləsi üzrə götürdüyü 1500 manat pulun vaxtında qaytarılması öhdəliyinin icrasının təminatı kimi 10000 manata imza etmişdir. Bu fakt həmçinin tərəflərin borc verilmiş 1500 manat borcun qaytarılmaması ilə bağlı aralarında olan səs yazıları ilə də təsdiq (hansı ki iddiaçı apellyasiya şikayətinin dəlillərində, üçüncü şəxs kimi cəlb edilmiş Xətai Yusubov isə ayrı-ayrı təşkilatlara, həmçinin apellyasiya məhkəməsinə ünvanladığı şikayətlərində diskdə olan səs yazısının onlara məxsus olmadığını bildirimişdir) olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş iddiaçı ilə cavabdeh və üçüncü şəxs arasında gedən səs yazılarının həqiqiliyi müvafiq olaraq iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs Xətai Yusubova məxsus olduğunu özləri də təsdiq etmişlər. Göründüyü kimi tərəflər aralarında olan 1500 manat borc müqaviləsi və həmin müqavilənin təminatı olaraq 10000 manat pul barədə 24 yanvar 2024-cü il tarixdə tərtib olunmuş qəbzi imzalamaqla həmin müqavilədən irəli gələn hüquqi nəticələrdən nəinki xəbərdar olmuş, hətta həmin müqavilə üzrə öhdəliyi qismən (bu fakt tərəflərin aralarında olan səs yazıları ilə də, təsdiq olunur) ica etmiş, yalnız cavabdehin maddi vəziyyətinin pisləşməsi nəticəsində öhdəliyin vaxtında icrası baş tutmadığından aralarında mübahisə yaranmış, daha sonra isə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək borc olaraq verdiyi 1500 manat əvəzinə alınmış borc üzrə öhdəliyin təminatı olan 10000 manat pulu borc kimi qaytarılmasını iddia etmişdir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən işin faktiki halları tərəflər arasında borc müqaviləsi üzrə mülki hüquq münasibətinin yaranmasını, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi iddianın maddi hüquqi əsasını əsassız varlanma deyil, Mülki Məcəllənin 739cu maddəsində göstərilən borc münasibətini tənzimləyən maddi hüquq norması təşkil edir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi tərəflər arasında mövcud olan faktiki borc məbləği 1500 manat olduğundan borc müqaviləsi yazılı formada bağlanılmadan verilməsi Mülki Məcəllənin 739.2-ci maddəsinin dispozitiv şərti baxımından yol veriləndir. Kollegiya müəyyən edir ki, tərəflər arasında borc münasibəti mövcud olmuş, cavabdeh iddiaçıdan 1500 manat məbləğində borc pul istəmiş, həmin pulun 1250 manatının 29 yanvar 2024-cü il tarixdə ilk əvvəl e-manat vasitəsi ilə cavabdehin kartına, qalan 250 manat pulun isə hissə-hissə həmin gün axşam İddiaçı tərəfindən Cavabdeh kartına göndərilməklə verilmişdir. Belə olan halda, sual yaranır cavabdehin 1500 manat borc pul almasına baxmayaraq 10000 manat pulun ona verilməsi barədə qəbzə öz iradəsi ilə imza etməsi iddianın məhz bu həddə təmin edilməsinə hüquqi əsas yaradırmı? Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin də verdiyi izahatdan məlum olur ki, həmin 10000 manat əslində cavabdehə borc kimi verilən 1500 manat pulun verilməsi ilə bağlı öhdəliyin təmini üsulu kimi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi cavabdeh öhdəliyi icra etməmiş və icra etməməsinin təminatı kimi də 10000 manat yazılan qəbzə imza etmişdir. Lakin kollegiya qeyd edir ki,öhdəliyin təmin üsulu kimi müəyyən edilən həmin məbləğ həddən artıq yüksək olmaqla onsuzda maddi baxımdan çətin vəziyyətdə olan cavabdehi daha da əlverişsiz vəziyyətə salır. Bundan başqa dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması isə tələbkarın əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinin tələbi baxımından məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh nə qədə ki, öhdəliyin təmini üsulu kimi 10000 manat pulu ödəməyi öhdəsinə götürsə də, həmin məbləğ 1500 manat həddində müəyyən edilməsi həm iddiaçının mənafelərinin təmini baxımından həm də cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla daha ədalətli olmuş olar. Beləliklə, Cavabdeh borc kimi götürdüyü 1500 manat məbləğdən 600 manatının qaytarması, onun iddiaçıya 900 manat borcunun qalması, borcun alındığı vaxtdan bir il yeddi ay keçməsinə baxmayaraq borcu tam qaytarmaması, öhdəliyin təminatı kimi razılaşdıqları 10000 manat pulun isə kifayət qədər yüksək məbləğdə olmasını nəzərə alaraq kollegiya hesab edir ki, öhdəliyin təminatı kimi müəyyən edilən 10000 manat məbləği 1500 manat həddində müəyyən edilməli və yekun olaraq iddiaçının iddia tələbi qismən təmin edilməklə Cavabdeh 2400 (iki min dörd yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2400 (iki min dörd yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsində qiyməti 2400 manat olduğundan həmin hissədə Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Lakin iddianın təmin edilməyən hissədə qiyməti 5000 manatdan çox olduğundan İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-60/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-567/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-567/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver