Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-574/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X12 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Neftçala Rayon Mənzil Kommunal X2rşı mənzilin sənədləşdirilməsi tələbinə dair Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası, Müəyyən etdi: İddiaçı cavabdeh Neftçala rayon Mənzil Kommunal X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Tələb onunla əsaslandırılmışdır ki, o, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla faktiki olaraq təxminən 2000-ci ildən ünvan 1 ünvanında yerləşən 8 sayli mənzildə yaşayır. Mənzildə yaşadığı müddətdən bu vaxta qədər bütün kommunal xərcləri ödəyir. Lakin yaşadığı mənzil dövlət mülkiyyətinə alınmamışdır. Dəfələrlə aidiyyatı dövlət idarələrinə evin sənədləşdirilməsi ilə əlaqədar şifahi müraciətlər etmişdir. Lakin həmin orqanlarda evin sənədləşməsi mümkün olmamışdır. Onlar bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Mənzilin hüquqmüəyyənedici sənədlərinin olmaması onu bir çox çətinliklərlə qarşılaşdırır. Onun həmin mənzildə yaşamağını orada qonşuluqda yaşayan qonşular da təsdiq edə bilərlər. Neftçala MKTİB-nin İTİS-nin 09 sentyabr 2022-ci il tarixli aktından da görünür ki, həqiqətən də o həmin mənzildə uzun müddət, yəni 22 ildən artıq müddətdə yaşayır. Ona görə də məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması və mənzil İddiaçı adına qeydiyyata alınmaqla ona dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmişdir. Həmin qərardaddan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsi mübahisəli mənzilə mülkiyyət hüququ tanımaqla iddiaçının adına qeydiyyata alınaraq ona Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyini 13 saylı Ərazi İdarəsinin üzərinə qoymuşdur. Buna əsasən Ərazi İdarəsi qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə isə apellyasiya şikayəti vermə hüququnun olmadığını əsas gətirərək apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməklə Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə Ərazi İdarəsinin üzərinə öhdəlik qoymaqla İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Neftçala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qərardadı qüvvədə saxlanılmış, hazırki qərardadın surəti mülki işlə birlikdə 7 gün müddətində şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 288/2023 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-924/2022 saylı, 10 noyabr 2022-ci il tarixli və 15 dekabr 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, məhkəmə iddia tələbindən də kənara çıxaraq qeyd edilən mübahisəli mənzilin iddiaçının adına çıxarış verilməsi vəzifəsini 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoymuşdur. İddiaçı işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini maraqlı şəxsin nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdə olan Neftçala rayon Mənzil Kommunal Təsərrufat İstehsalat Birliyinin İTİ Sahəsinin rəisi X5, qonşular X8 və X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən də İddiaçı iyirmi ildən artıqdır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildə yaşayır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Neftçala rayon Mənzil Kommunal Təsərrufat İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 26/23 saylı arayışdan görünür ki, həqiqətən də İddiaçı iyirmi ildən artıqdır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildə yaşayır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)- 924/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, ərizəçi İddiaçı inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdr Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(053)-924/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Neftçala Rayon Mənzil X1rşı mənzilə mülkiyyət hüququnun tanınması, sənədləşdirilməsi və çıxarış verilməsi tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-574/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-574/2023
04.05.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver