Məhkəmə qərarları › İş №2(106)-574/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-574/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-574/2025 23.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: borc pul tələbi. Şirvan şəhəri, 23 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 (İddiaçı xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmişdir) və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(018)-882/2024 saylı qətnaməsindən (hakim İlqar Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Suparibağ kənd sakini Cavabdeh təmsil etdiyi şəxs İddiaçı borclu olduğu 35573 (otuz beş min beş yüz yetmiş üç) manat borc pulun və 196 (bir yüz doxsan altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, Astara rayonu Rüdəkənar kəndində yaşayır. Cavabdeh tanıyır, onlar bir inzibati ərazi dairəsində ayrı-ayrı kəndlərdə yaşayırlar. Astara şəhərində qonşu mağazada işlədikləri zaman, Cavabdeh ona köməklik edib aldığı müxtəlif malların pullarını ödəmək üçün ondan müvəqqəti olaraq borc pul istəmişdir. O da Əfsanəyə kömək etmək məqsədilə onun xahişini yerinə yetirərək, bankdan kredit götürdüyü pulları onun verdiyi müxtəlif kartlara köçürmüşdür. İlk əvvəl Cavabdeh ondan aldığı pulları geri qaytarmış və bununlada özünə inam yaratmışdır. Lakin sonradan o, aldığı borc pulları qaytarmaqdan imtina etmişdir. Belə ki, ilk olaraq İddiaçı Cavabdeh xahişi ilə 16 avqust 2023-cü ildə onun ona telefon vasitəsi ilə göndərdiyi **********924121 nömrəli karta 2000 (iki min) manat pul köçürmüşdür. Bu köçürməni Cavabdeh ona yazdığı mesaj təsdiqləyir. Sübut kimi telefondan çıxarış əlavə edilir. Daha sonra Cavabdeh bankda olan kredit borcunu ödəməyi ondan xahiş etmiş, o da onun xahişi ilə onun bankda olan 2000 (iki min) manat kredit borcunu 24 avqust 2023-cü il tarixdə ödəmişdir. Bu barədə onun ********** saylı telefon nömrəsində onun telefonuna mesaj gəlmişdir ki, pul hesaba oturub. O, onda olan qəbzin şəkilini çəkib ona göndərmişdir. Daha sonra 24 avqust 2023cü ildə Cavabdeh ona göndərdiyi **********240891 nömrəli bank kartına 2000 (iki mim) manat ödəyib, qəbzin sürətini ona göndərmişdir. Daha sonra Cavabdeh Sədərək bazarında ayrı-ayrı adamlardan götürdüyü malların pulların onun xahişi ilə borc olaraq onun əvəzinə ödəmişdir. Belə ki, 25 avqust 2023-cü ildə Cavabdeh xahişi ilə onun göndərdiyi **********087956 nömrəli karta 940 (doqquz yüz qırx) manat pul köçürmüşdür. Bu hal onun telefonundan ona gələn mesajla təsdiqini tapır. Daha sonra 25 avqust 2023cü il tarixdə onun göndərdiyi Məhəmməd adlı şəxsin **********382507 nömrəli kartına Cavabdeh borclu olduğu 500 (beş yüz) manat pulu köçürmüşdür. Daha sonra 25 avqust 2023-cü ildə Abbas adlı şəxsin **********862101 kartına 500 (beş yüz) manat pul köçürməyi ondan xahiş etmiş, o da ona 500 (beş yüz) manat pul köçürmüşdür. Daha sonra 25 avqust 2023-cü ildə Cavabdeh Vəli Rasulov adlı şəxsin **********199878 nömrəli kartına 500 (beş yüz) manat pul göndərməyi xahiş edib. İddiaçı həmin pulu onun göndərdiyi karta göndərib, qəbzi ona göndərmişdir. Daha sonra o, Cavabdeh ona göndərdiyi Süleyman Kərimovun **********826804 nömrəli kartına 25 avqust 2023-cü ildə 200 (iki yüz) manat. Tural Allahverdiyevin **********181876 nömrəli kartına 200 (iki yüz) manat, Tərlan adlı şəxsin **********269304 nömrəli bank kartına 25 avqust 2023-cü ildə 400 (dörd yüz) manat, Elmar adlı şəxsin **********728735 saylı bank kartına 25 avqust 2023-il tarixdə 500 (beş yüz) manat, Cavabdeh məxsus **********228996 nömrəli bank kartına 25 avqust 2023-cü ildə 700 (yeddi yüz) manat, Rauf Rüstəmovun **********328177 nömrəli bank kartına 28 avqust 2023-cü ildə 700 (yeddi yüz) manat, 01 sentyabr 2023cü ildə Cavabdeh **********228996 nömrəli bank kartına 1000 (bir min) manat, 02 sentyabr 2023-cü il tarixdə Əfsanə Ağayevin verdiyi qardaşı Kamalın **********398433 nömrəli bank kartına 2000 (iki min) manat, 02 sentyabr 2023-cü ildə Cavabdeh **********228996 nömrəli bank kartına 1000 (bir min) manat bir, 1200 (bir min iki yüz) manat da bir ödəmişdir, 03 sentyabr 2023-cü il tarixdə Cavabdeh xahişi ilə **********862101 nömrəli bank kartına 456 (dörd yüz əlli altı) manat, Cəlal Qocayevin **********611618 nömrəli kartına 500 (beş yüz) manat, 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh **********228996 nömrəlı bank kartına 50 (əlli) manat, 25 sentyabr 2023-cü il tarixdə **********622116 nömrəli bank kartına 700 (yeddi yüz) manat, daha sonra həmin günü saat 18:00-da eyni nömrəli bank kartına 800 (səkkiz yüz) manat, 11 oktyabr 2023cü ildə Cavabdeh bank terminalı vasitəsi ilə 2566 (iki min beş yüz altımış altı) manat, 12 oktyabr 2023-cü ildə onun göndərdiyi **********129461 nömrəli bank kartına 2000 (iki min) manat, 14 oktyabr 2023-cü il tarixdə Cavabdeh xahişi ilə lombarda olan krediti 342 (üç yüz qırx iki) manat, 18 oktyabr 2023-cü ildə Cavabdeh **********228996 nömrəli kartına 500 (beş yüz) manat, 24 oktyabr 2023-cü ildə Cavabdeh xahişi ilə onun KBMK9261545a138 kredit müqaviləsi üçün saat 11:39-da 1900 (bir min doqquz yüz) manat, saat 11:55-də 100 (bir yüz) manat, ümumilikdə 2000 (iki min) manat pul ödəmişdir, qəbzləri və telefon yazışmalarını sübut kimi işə əlavə etmişdir. 28 oktyabr 2023-cü ildə Cavabdeh xahişi ilə 4169xxxxxxx649 nömrəli karta 2.328 (iki min üz yüz iyirmi səkkiz) manat, 416973xxxxx899 nömrəli karta 500 (beş yüz) manat, 01 noyabr 2023-cü ildə Cavabdeh xahişi ilə onun **********228996 saylı kartına 1900 (bir min doqquz yüz) manat, 04 yanvar 2024-cü il tarixdə Cavabdeh xahişi ilə onun **********228996 nömrəli kartına 200 (iki yüz) manat, 24 yanvar 23-cü il tarixdə Cavabdeh xahişi ilə onun bankda olan kredit borcu üçün banka 2000 (iki min) manat, 01 fevral 2024-cü ildə Cavabdeh xahişi ilə KBMK4505087B138 saylı kredit müqaviləsi üzrə 860 (səkkiz yüz altımış) manat, 27 fevral 2024-cü ildə Cavabdeh xahişi ilə onun **********228996 nömrəli kartına 150 (bir yüz əlli) manat, 27 fevral 2024-cü ildə saat 16:29-da yenidən onun **********228996 nömrəli bank kartına 3000 (üç min) manat, 27 fevral 2024-cü ildə saat 19:14-də yenidən onun **********228996 saylı bank kartına 1210 (bir min iki yüz on) manat, 27 mart 2024-cü ildə saat 19:05-də Cavabdeh KBMK4505087B138 saylı krediti üçün 850 (səkkiz yüz əlli) manat ödəmişdir. Ümumilikdə, İddiaçı Cavabdeh 39.246 (otuz doqquz min iki yüz qırx altı) manat pul borc vermişdir. Həmin borc pulları Cavabdeh sentyabr 2023-cü ildən qaytarmağa – başlamışdır. Belə ki, 05 sentyabr 2023-cü ildə ilk olaraq öz **********228996 nömrəli bank kartından onun 416973xxxxxx6334 saylı bank kartına 400 (dörd yüz) manat, 06 sentyabr 2023-cü ildə 200 (iki yüz) manat, 14 sentyabr 2023-cü ildə 450 (dörd yüz əlli) manat, yenidən 24 sentyabr 2023-cü ildə 470 (dörd yüz yetmiş) manat, 09 oktyabr 2023cü ildə 250 (iki yüz əlli) manat, 22 noyabr 2023-cü ildə 435 (dörd yüz otuz beş) manat, 25 dekabr 2023-cü ildə 433 (dörd yüz otuz üç) manat, 24 fevral 2024-cũ ildə 100 (bir yüz) manat, 13 mart 2023-cü ildə 500 (beş yüz) manat, 25 aprel 2024-cü ildə 435 (dörd yüz otuz beş) manat pul qaytarmışdır. Cavabdeh İddiaçıa qaytardığı borcun miqdarı 3673 (üç min altı yüz yetmiş üç) manatdır. Hal hazırda onun Səməd Ağayeva 39246-3673=35573 (otuz beş min beş yüz yetmiş üç) manatdır. Astara rayon Suparibağ kənd sakini Cavabdeh təmsil etdiyi şəxs İddiaçı borclu olduğu 35573 (otuz beş min beş yüz yetmiş üç) manat borc pulun və 196 (bir yüz doxsan altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 nümayəndəsi iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətdə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ilə cavabdeh olaraq razı deyildir. İddiaçının tələbi mötəbər sübutlarla təsdiqini tapmamışdır. Çünki uydurma və yalanlara söykənmiş iddiadır. Belə ki, iddiaçı və digər şəxslərlə onalrın arasında el arasında lotereya deyilən oyun oynanılmışdır. Həmin razılaşmanın mahiyyəti ondan ibarətdir ki, müəyyən müddət ərzində hər ay müəyyən məbləğdə pul vəsaiti oyunun bütün iştirakçıları tərəfindən ortaya qoyulur. Növbəli qaydada hər ay bir nəfər birdəfəlik böyük məbləğ əldə edir və onunla hansısa problemini həll edir. İddiaçı da digər oyun iştirakçıları kimi təşkil olunmuş lotereyanın oyun qaydalarına uyğun olaraq müvafiq məbləğdə olan pulları həmin oyunun iştirakçılarına atmışdır. İndi isə, həmin qəbzləri iddianın əsası kimi qoymaqla guya özünün sübutlarını məhkəməyə təqdim etmişdir. Pul köçürülməsi faktının mövcudluğu aralarında borc müqaviləsinin mövcudluğunu təsdiq edən hal deyil. Əgər həqiqətən də iddiaçı ilə borc münasibətində olmuşdursa onda iddiaçı zəhmət çəkib notarial qaydada təsdiq olunmuş borc müqaviləsini məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhz bu baxımdan da hesab edir ki, iddiaçının iddiasının hüquqi əsası olaraq yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin yoxluğu iddianın əsassızlığına dəlalət edir. İşin faktiki halları qeyd etdiyi kimidir. Absurd məqam ondan ibarətdir ki, əgər cavabdehlə həqiqətən də borc münasibətlərində olmuşdursa onda karta atılan pullar niyə davamlı şəkildə olmuşdur. İddiaya diqqət etsək müşahidə edərik ki, iddiaçının ilkin olaraq göndərdiyi pul vəsaiti 16 avqust 2023-cü ilə təsadüf edir, son olaraq pul göndərilən tarixlər isə 27 mart 2024-cü ildir. Pulun ilkin olaraq göndərildiyi tarixlə sonuncu dəfə göndərildiyi tarix arasında uzun müddətli fərq vardır. Həmin müddət ərzində isə pulun geri tələb olunmamışdır. Sual olunur ki, davamlı şəkildə böyük məbləğdə pulları ona atan iddiaçı görəsən niyə vaxtaşırı pulunu geri tələb etməmişdir. Ona ardıcıl olaraq pul atılmışdırsa və o pulu iddiaçıya geri qaytarmamışdırsa onda eyni hərəkətləri iddiaçı təkrar etməli deyildi. Bu sadə məntiqdir. Eləcə də, sual olunur ki, indi hansı dövrdür ki, kimsə ona 35573 manat borc pul verir. Özü də həmin məbləğ hissə-hissə göndərilmişdir. Deməli tələb uydurmadır və yalanlara söykənməklə həqiqəti ehtiva etmir. İddiaçı iddiasını sübut edə bilməz, çünki qeyd etdiyi xüsusatları təsdiq edəcək sübutlar yoxdur, lakin o iddiaçının iddiasını təkzib edən sübutlarını məhkəməyə məhkəmənin hazırlıq iclasında təqdim edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbləri baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhz bu baxımdan da hesab edirəm ki, iddiaçı özünün tələbində göstərdiyi halları sübut etməlidir. Əslində isə iddiaçının qeyd etdiyi mülahizələr onu əsassız məhkəmə çəkişmələrinə cəlb etməklə vaxtını alır. İddiaçının tələbinin hüquqi və faktiki halları mövcud olmadığından hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Göstərilənlərə əsasən iddiaçının borc verilmiş pulun geri tələbi haqqında iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, aralarında lotereya deyilən oyun oynamışlar. İddiaçı da digər oyun iştirakçıları kimi, təşkil olunmuş lotereyanın oyun qaydalarına uyğun olaraq müvafiq məbləğdə olan pulları həmin oyunun iştirakçılarına atmışdır. İndi isə, həmin qəbzləri iddianın əsası kimi göstərməklə guya özünün sübutları kimi məhkəməyə təqdim etmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil. İddiaçının tələbi mötəbər sübutlarla təsdiqini tapmamışdır. Çünki uydurma və yalanlara söykənmiş iddiadır. Belə ki, iddiaçı, cavabdeh və digər şəxslərlə aralarında el arasında lotereya deyilən oyun oynanılmışdır. Həmin razılaşmanın mahiyyəti ondan ibarətdir ki, müəyyən müddət ərzində hər ay müəyyən məbləğdə pul vəsaiti oyunun bütün iştirakçıları tərəfindən ortaya qoyulur. Növbəli qaydada hər ay bir nəfər birdəfəlik böyük məbləğ əldə edir və onunla hansısa problemini həll edir. İddiaçı da digər oyun iştirakçıları kimi təşkil olunmuş lotereyanın oyun qaydalarına uyğun olaraq müvafiq məbləğdə olan pulları həmin oyunun iştirakçılarına atmışdır. İndi isə, həmin qəbzləri iddianın əsası kimi qoymaqla guya özünün sübutlarını məhkəməyə təqdim etmişdir. Pul köçürülməsi faktının mövcudluğu aralarında borc müqaviləsinin mövcudluğunu təsdiq edən hal deyil. Əgər həqiqətən də iddiaçı ilə borc münasibətində olmuşdursa onda iddiaçı zəhmət çəkib notarial qaydada təsdiq olunmuş borc müqaviləsini məhkəməyə təqdim etməlidir. İddiaçının iddiasının hüquqi əsası olaraq yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin yoxluğu iddianın əsassızlığına dəlalət edir. İşin faktiki halları isə cavabdehin qeyd etdiyi kimidir. Absurd məqam ondan ibarətdir ki, əgər cavabdeh həqiqətən də borc münasibətlərində olmuşdursa onda karta atılan pullar niyə davamlı şəkildə olmuşdur. İddiaçının ilkin olaraq göndərdiyi pul vəsaiti 16 avqust 2023-cü ilə təsadüf edir, son olaraq pul göndərilən tarixlər isə 27 mart 2024-cü ildir. Pulun ilkin olaraq göndərildiyi tarixlə sonuncu dəfə göndərildiyi tarix arasında uzun müddətli fərq vardır. Həmin müddət ərzində isə pulu geri tələb olunmamışdır. Davamlı şəkildə böyük məbləğdə pulları ona atan iddiaçı görəsən niyə vaxtaşırı pulunu geri tələb etməmişdir. Cavabdehə ardıcıl olaraq pul atılmışdırsa və o pulu iddiaçıya geri qaytarmamışdırsa onda eyni hərəkətləri iddiaçı təkrar etməli deyildi. Bu sadə məntiqdir. Eləcə də, indi hansı dövrdür ki, kimsə kiməsə 35573 manat borc pul verir. Özü də həmin məbləğ hissə-hissə göndərilmişdir. Deməli tələb uydurmadır və yalanlara söykənməklə həqiqəti ehtiva etmir. Odur ki, İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun geri tələbi haqqında iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 11 noyabr 2024-cü il tarixli, 2(018)-882/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi və Cavabdeh 35573 (otuz beş min beş yüz yetmiş üç) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 196 (yüz doxsan altı) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli 2(018)-882/2024 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmə Kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin İİ hissəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İstinad etdiyi maddənin hazırkı işə tətbiqi baxımından qeyd edir ki, iddiaçı məhkəməyə nəinki yazılı formada əqdin bağlanmasını ehtiva edən sənədlərini, sübutlarını təqdim edə bilməmişdir, hətta şifahi müqavilənin mövcudluğunu təsdiq edən sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Məhz bu baxımdan da hesab edir ki, məhkəmə tamamilə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, istinad etdiyi maddənin tələbi imperativdir, yəni mütləq xarakter daşıyır. Belə ki, həmin maddədə borc müqaviləsi yazılı foramada bağlanmalıdır ifadəsi əksini tapmışdır ki, bu da 3000 manatdan yuxarı məbləğdə bağlanmış borc müqaviləsinin başqa formada bağlanmasını istisna edir. Məhz bu baxımdan da məhkəmə düzgün olmayan nəticəyə varmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinin məzmununa görə qanunverici qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilməməsi ilə bağlanılmış əqdi etibarsız hesab edir. İş materiallarından da görünür ki, onlar arasında hər hansı əqd yoxdur, hər hansı borc müqaviləsi mövcud deyil. Birinci instansiya məhkəməsi belə bir müqavilənin mövcudluğunu təsdiq edən hər hansı sənədə istinad etmədiyi təqdirdə, onun cavabdehə borclu olduğunu ehtiva edən yekun qərar qəbul edərkən həmin maddənin imperativ tələblərini pozmuş, özünün şəxsi mülahizələri və istəyi ilə qərar qəbul etmişdir. Onunla iddiaçı arasında müqavilənin mövcudluğunu köçürülmüş pul məbləğlərinin qəbzləri ilə əlaqələndirməyə çalışmış məhkəmə nəzərə almamışdır ki, həmin pullar başqa-başqa şəxslərin hesablarına atılmışdır ki, bu da borc müqaviləsinin təbiətinə ziddir. Əgər belə bir müqavilə olsaydı, onda pul onun hesabına atılmalı idi, qəbzlərdən isə görünür ki, iddiaçının göndərmiş olduğu pul məbləğləri onun hesabına göndərilməmişdir. Digər tərəfdən qeyd etmişdir ki, onunla iddiaçı arasında lotareya oyunun oynanılması ilə əlaqədar iddiaçının ona göndərmiş olduğu pul məbləğlərinin hansı məqsədlə göndərilməsi araşdırılmamışdır. Ən əsas məqam isə ondan ibarətdir ki, məhkəmə müəyyən etməmişdir ki, iddiaçı nəyə görə vermiş olduğu pulların qaytarılmadığı təqdirdə ona borc pul verməyə davam etmişdir. Yəni ki, əgər borc qismində müəyyən məbləğdə pul verilmişdirsə, həmin borc məbləğinin qaytarılmadığı təqdirdə yenidən davamlı şəkildə borc qismində pulların verilməsi məntiqsizlikdir. Yəni əgər iddiaçı ona borc vermişdirsə, həmin borc məbləği müəyyən müddət ərzində qaytarılmalı idi. Lakin pul qaytarılmadığı təqdirdə guya iddiaçı tərəfindən ona yenə də dəfələrlə borc pul verilmişdir. Bu isə məntiqsizdir. Bunun üçün sadə məntiq yetərlidir. Çox təəssüf ki, məhkəmə işin məzmununa deyil, formasına baxmışdır, lakin nəzərə almamışdır ki, forma da qanuna uyğun olmamışdır. Belə ki, borc müqaviləsi (yazılı müqavilə) yoxdur. Məhz bu baxımdan da hesab edir ki, məhkəmə istinad etdiyi normanının tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və iş materiallarındakı sübutlar lazımi qaydada tədqiq olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar (şahidlərin izahatları) qərəzli olaraq qəbul edilməmişdir. Belə ki, X4, X5 və X3 adlı şahidlərini dindirməkdən məhkəmə həmin şəxslərin şəxsiyyət vəsiqələrinin üzərlərində olmaması ilə bağlı ifadəsini almaqdan imtina etmişdir. Həmin məlumatların əldə olunması isə çox sadə yolla mümkün idi. Məhkəmə isə bunları etmək əvəzinə absurd sübutlara əsaslanmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 11 ildir ki, Astara şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, Astara şəhərdə parfumeriya və hədiyəlik əşyaların satışı ilə məşğuldur. Şəhərdə 3 ayrı-ayrı mağazası olmuşdur. Ailəli olub, lakin hazırda ayrılıblar, 3 uşağı var. Atası Astarada imkanlı şəxslərdən biri olub. Belə ki, atasının Sədərək TM-də mağazası olmuşdur. Atası orada iran peçlərinin və s-nin satışı ilə məşğul olub. Səməd onların qonşu kəndindəndir. Səmədi əvvəllər tanımamışdır. Səmədi şəhərdə onun mağazası ilə üzbə-üz mağazada işçi kimi tanımışdır. Elə oradan tanışlıqları yaranmışdır. Həmçinin göstərmişdir ki, Səmədin onunla bağlı müəyyən fikir və təklifləri olsada, razı olmadığı üçün Səmədlə aralarında hər hansı dostluq və sair münasibətləri olmamışdır. Səməd əvvəllər DTX-də işləyib, hazırda orada işləmir. Həmçinin Səməddə daxil olmaqla 10 nəfər arasında el arasında lotareya deyilən oyun oynamışlar. Lotareyada bir yer 500 manatdan olmuşdur. Lotareyanın idarəedicisi özü olmuşdur. Bir neçə nəfər olmaqla Lotareya oynayanları heç kim tanımamışdır. Lotareyada yığılan pulları ayda bir nəfər götürmüşdür. Səmədin təqdim etdiyi çeklərin əksəriyyəti, demək olar ki, çox hissəsi lotareya ilə bağlı edilən ödənişlərdir. Bundan başqa Səməd onun mağazasından pullar götürərək onun Sədərək və Binə TMdən sifariş etdiyi malların pulunu onun xahişi ilə tapşırdığı şəxslərin bank kartlarına ödəmişdir. Səməd həmin kartlara ödəmiş olduğu çekləri də özündə saxlayara hazırda ona qarşı iddia qaldırmışdır. Bu minvalla Səməd cəmi 6-7 ay ödəniş etmişdir. Çünki, həmin ərəfələrdə atası vəfat etdiyindən və buna görə ağır sarsıntı keçirdiyindən o işə çox az gəlmişdir. Səmədin onun pulu ilə sifarişləri ödəməsinin səbəbi onun mağazasındakı işçilərin onlayın ödəniş edə bilməməsi, həmçinin ödəniş terminalının Səməd işləyən mağazada yerləşməsi olmuşdur. Əvvəllər onun sifarişlərini mühasibi ödəmişdir. Lakin mühasibi işdən çıxdığından ödənişləri Səməd etmişdir. Çünki, ödəniş terminalı Səməd işləyən mağazada yerləşirdi. Həmçinin bildirmişdir ki, məhkəmə onunla iddiaçı arasında müqavilənin mövcudluğunu köçürülmüş pul məbləğlərinin qəbzləri ilə əlaqələndirməyə çalışmış məhkəmə nəzərə almamışdır ki, həmin pullar başqa-başqa şəxslərin hesablarına atılmışdır ki, bu da borc müqaviləsinin təbiətinə ziddir. Əgər belə bir müqavilə olsaydı, onda pul onun hesabına atılmalı idi, qəbzlərdən isə görünür ki, iddiaçının göndərmiş olduğu pul məbləğləri onun hesabına göndərilməmişdir. Digər tərəfdən qeyd etmişdir ki, onunla iddiaçı arasında lotareya oyunun oynanılması ilə əlaqədar iddiaçının ona göndərmiş olduğu pul məbləğlərinin hansı məqsədlə göndərilməsi araşdırılmamışdır. Qeyd etdiyi kimi sübut kimi təqdim edilən çeklərin əksəriyyətinin kimə ödənilməsi ona məlum deyil. Elə olub ki, Səməd kiməsə bir gündə 3 dəfə və ya ayda bir neçə dəfə ödəniş edib. Bunlar hamısı absurddur və heç bir məntiqə sığmır. Ən əsas məqam isə ondan ibarətdir ki, məhkəmə müəyyən etməmişdir ki, iddiaçı nəyə görə vermiş olduğu pulların qaytarılmadığı təqdirdə ona borc pul verməyə davam etmişdir. Yəni ki, əgər borc qismində müəyyən məbləğdə pul verilmişdirsə, həmin borc məbləğinin qaytarılmadığı təqdirdə yenidən davamlı şəkildə borc qismində pulların verilməsi məntiqsizlikdir. Yəni əgər iddiaçı ona borc vermişdirsə, həmin borc məbləği müəyyən müddət ərzində qaytarılmalı idi. Lakin pul qaytarılmadığı təqdirdə guya iddiaçı tərəfindən ona yenə də dəfələrlə borc pul verilmişdir. Səməd ona sənədlə sübutla pul verməyibdir. Bildirmişdir ki, qanunvericiliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. O, Səməddən heç bir borc məbləği götürməyib. Bununla bağlı Səmədin nə yazılı müqaviləsi (qəbzi) və ya ona məxsus səs yazısı yoxdur və ola da bilməz. Bəhsi keçən səs yazılarında isə borc söhbəti lotareya ilə bağlı olan borcdan gedir. Həmçinin göstərmişdir ki, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi prinsipinə riayət etməmişdir. Belə ki, məhkəməyə şahid kimi dəvət etdiyi şəxsləri onların şəxsiyyət vəsiqələrinin olmaması əsası ilə qərəzli olaraq dindirməmişdir. Belə ki, X4, X5 və X3 adlı şahidlərini məhkəmə dindirməkdən imtina etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı DTX-da işləyib onu elə də asanlıqla aldatmaq olmaz. O, iddiaçını necə aldadıb pullarını borc almışdır. Ona borc qaytarmadığı halda niyə ona borc verməkdə davam etmişdir. İddiaçının dediyi kimi atası şəhərdə ən imkanlı adamlardan biri olub. Belə olduğu halda atasından da deyil, nəyə görə Səməddən borc götürməli idi. Bütün bunlar aydınlaşdırılmalıdır. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehin iddiaçıya borclu olması barədə sübutlarını ödəniş çekləri üzrə ardıcıllıqla məhkəməyə təqdim edilmiş və cavabdehin iddiaçıdan borc alması sübuta yetirilmişdir. İddiaçı Astara şəhərində qonşu mağazada işlədikləri zaman, Cavabdeh ona köməklik edib aldığı müxtəlif malların pullarını ödəmək üçün ondan müvəqqəti olaraq borc pul istəmişdir. İddiaçı da Əfsanəyə kömək etmək məqsədilə onun xahişini yerinə yetirərək, bankdan 8000 manat götürmüş olduğu pulları Əfsanənin verdiyi müxtəlif kartlara köçürmüşdür. İlk əvvəl Cavabdeh ondan aldığı pulları geri qaytarmış və bununla da özünə inam yaratmışdır. İddiaçı cavabdehə kömək edərək pul verib. Səməd aralarında yaranmış etibara görə Əfsanəyə borc pul verib. İddiaçı Əliyev X2 xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edərək göstərmişdir ki, onların kəndi Əfsanəgilin kəndi ilə qonşudur. Əvvəllər DTX-də komendant işləmişdir, hazırda işləmir. İşdən çıxandan sonra Astara şəhərində dostuna məxsus təsərrüfat mağazasında 3-4 ay kompyuterlərə və satışa ümumi nəzarətçi kimi işləmiş və 400 manat əmək haqqı almışdır. 4-5 ay işsiz qalmışdır. Əfsanənin mağazası onun işlədiyi mağaza ilə üzbə-üz olmuş, elə ordan da tanışlıqları yaranmışdır. Aralarında başqa münasibət olmamışdır. Həmçinin Əfsanənin dediyi kimi onunla lotareya oynamamışdır. Əfasnənin mağazasından pul götürüb kiməsə ödənişlər etməmişdir. Əfsanənin deməsinə görə ayrıayrı şəxslərin bank kartlarına öz pulu ilə müəyyən ödənişlər etmişdir. Nə qədər ödənişlər etməsini xatırlamır. Bildirmişdir ki, Əfsanənin atası rayonda imkanlı şəxslərdən biri olub. Belə ki, onun Sədərək TM-də mağazası olmuş, o mağazasında İrandan iran sobaları (peçləri) gətirb satmışdır. Əfsanənin atası vəfat edəndən sonra Əfsanə ona demişdir ki, atası öləndən sonra qardaşları ona baxmır. Bildirmişdir ki, hazırda vəziyyəti yaxşı deyil, ona köməklik etsin ki, o vəziyyətdən çıxsın, sonra onun borcunu qaytarar. Buna görə də Əfsanəyə yardım etmək qərarına gəlmişdir. Əfsanənin sifarişləri üçün ayrı-ayrı şəxslərin bank kartlarına köçürdüyü pulları Əfsanəyə yardım etmək üçün köçürmüşdür. Həm də Əfsanənin atası imkanlı olduğu üçün atasına güvənib pulları Əfsanənin sifarişləri üçün köçürmüşdür. Çünki bilirdi ki, nə vaxt istəsə idi, atası onun pulunu dərhal verəcəkdi. Əfsanə üçün köçürmüş olduğu pulları 6-7 ay ərzində köçürmüşdür. Köçürdüyü pulların bir qismi özünə məxsus olmuş, bir qismini isə borca almışdır. Belə ki, kənddə mandarin təsərrüfatı var ki, hər il bağdan 10000-12000 manat qazanc əldə edir. Bundan başqa Əfsanənin xahişi ilə bankdan 11500 manat kredit götürmüş, həmçinin yeznəsindən 7000 manat, bacanağından isə 8000 manat borc pul götürmüşdür. Anası da qonşudan 5000 manat pul götürərək ona vermişdir. Qeyd edilən təxminən 40 000 manata yaxın pulları Əfsanənin tapşırığı ilə onun dediyi şəxslərin bank kartlarına Əfsanəyə kömək və yardım etmək məqsədilə köçürmüşdür. Krediti Əfsanə özü də ödəyirdi. 8 ay ödədikdən sonra krediti ödəməyi dayandırdı. Əfsanə deyirdi ki, mağazada alver olsun borcunu qaytaracaq, lakin hər dəfə soruşanda deyirdi ki, vəziyyət düzəlməyib, alver yoxdur. Buna görə də 27 mart 2024-cü ildən sonra ödənişlər etməmişdir. Sonda Kollegiyadan apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkİ halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, buna görə də apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(018)-882/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir. Apellyasiya baxışında cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsi onun şahid kimi məhkəməyə dəvət etdiyi şahidlərini vəsatət verilməsinə baxmayaraq qəbul etməmiş, X4, X5 və X3 adlı şahidlərini məhkəmə dindirməkdən imtina etmişdir. Kollegiya tərəfindən birinci instansiya məhkəməsinin iclasına baxış keçirilmiş və baxış zamanı cavabdehin vəkili tərəfindən şahidlərin dindirilməsi barədə vəsatət verildiyi, lakin məhkəmənin şahidləri dindirməkdən imtina edildiyi müəyyən olunur. Buna görə Kollegiya həmin şahidlərin apellyasiya baxışında dindirilməsini zəruri hesab etmiş və şahidlərin məhkəmə iclasına gətirilməsinə şərait yaradılması üçün iclası təxirə salmışdır. Apellyasiya baxışında şahid kimi dindirilən X4 bildirmişdir ki, 2 ilə yaxındır ki, Əfsanənin mağazasında satıcı işləyir. Bildirmişdir ki, mağazada ətirlər, parfumeriya və hədiyəlik əşyalar satılır, gündəlik 400-450 manat alver olur. Səmədi qarşı mağazada işləyən şəxs kimi tanımışdır. Əfsanənin tapşırığı ilə Səmədə dəfələrlə 500, 1000, 1500 manat pullar vermişdir ki, Səməd öz mağazalarında olan terminalla pulları lazımı şəxslərə köçürsün. Səmədin nə işləməsini bilməmişdir. Pulların kimə köçürülməsini də bilməmişdir. Lakin Səmədin lotareya oynamasını bilmişdir. Apellyasiya baxışında şahid kimi dindirilən X5 bildirmişdir ki, Əfsanə onun xalası qızıdır. Səmədi qonşu kəndçi kimi tanımışdır. Səməd əvvəllər DTX-da işləmişdir, onunla salam əleykümü varmış. İdarəedici Əfsanə idi. Lotareya oynayanlar 10 nəfərt idi. Onun lotareyada 3 yeri varmış. Hər yer 500 mant təşkil edirmiş. Əlavə bir yerə isə Əfsanə ilə şərik imiş. Belə ki, 300 manat ona, 200 manat isə Əfsanəyə aidmiş. Ona görə ayda 1800 manat ödəniş edirmiş. İş materialına İddiaçı tərəfindən əlavə edilmiş aşağıdakı ödəniş qəbzlərindən görünür ki,

1. 16 avqust 2023-cü il tarixdə “eManat” elektron ödəmə sistemi vasitəsilə A*****B*****M***** müştəri adına 416974******4121 nömrəli karta 2000 (iki min) manat pul köçürülmüşdür.

2. 24 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə KBMK9261545A138 nömrəli kredit müqaviləsi üzrə ********* nömrəli KapitalCredit üçün 2000 (iki min) manat pul köçürülmüşdür.

3. 24 avqust 2023-cü il tarixdə 416973******6334 nömrəli kart hesabından CA******* H******* adına 416973******0891 nömrəli bank kartına 2000 (iki min) manat pul köçürülmüşdür.

4. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə İSMAYxxxxxx RÖVxxx ƏVxx OĞxx müştəri adına 52xxxxxxxx087956 nömrəli karta 940 (doqquz yüz qırx) manat pul köçürülmüşdür.

5. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə R***** M***** Z***** oğlu müştəri adına 416973******2507 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüşdür.

6. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə R***** V***** U***** oğlu müştəri adına 416973******9878 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüşdür.

7. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə K***** S***** S***** oğlu müştəri adına 416973******6804 nömrəli karta 200 (iki yüz) manat pul köçürülmüşdür.

8. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** T***** N***** oğlu müştəri adına 416973******1876 nömrəli karta 200 (iki yüz) manat pul köçürülmüşdür.

9. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə O***** H***** Z***** oğlu müştəri adına 416973******9304 nömrəli karta 400 (dörd yüz) manat pul köçürülmüşdür.

10. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə Q***** E***** E***** oğlu müştəri adına 416973******8735 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüşdür.

11. 25 avqust 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 700 (yeddi yüz) manat pul köçürülmüşdür.

12. 01 sentyabr 2023-cü il tarixdə 409862******0672 nömrəli kartdan 416973******8996 nömrəli karta 1000 (min) manat pul köçürülmüş, 15 (on beş) manat komissiya tutulmuşdur.

13. 02 sentyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə B***** K***** R***** oğlu müştəri adına 416973******8433 nömrəli karta 2000 (iki min) manat pul köçürülmüşdür.

14. 02 sentyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 1000 (min) manat pul köçürülmüşdür.

15. 02 sentyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 1200 (min iki yüz) manat pul köçürülmüşdür

16. 03 sentyabr 2023-cü il tarixdə 409862******0672 nömrəli kartdan 416973******1618 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüş, 7 (yeddi) manat 50 (əlli) qəpik komissiya tutulmuşdur.

17. 03 sentyabr 2023-cü il tarixdə 409862******0672 nömrəli kartdan 417211******2101 nömrəli karta 450 (dörd yüz əlli) manat pul köçürülmüş, 6 (altı) manat 50 (əlli) qəpik komissiya tutulmuşdur.

18. 12 sentyabr 2023-cü il tarixdə 416973******6334 nömrəli kartdan ƏF******* A**** adına 416973******8996 nömrəli karta 50 (əlli) manat pul köçürülmüşdür.

19. 25 sentyabr 2023-cü il tarixdə 416973******6334 nömrəli kartdan İR******* H******* adına 416973******2116 nömrəli karta 700 (yeddi yüz) manat pul köçürülmüşdür.

20. 25 sentyabr 2023-cü il tarixdə 416973******6334 nömrəli kartdan İR******* H******* adına 416973******2116 nömrəli karta 800 (səkkiz yüz) manat pul köçürülmüşdür.

21. 11 oktyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə Cavabdeh adına 66758922 nömrəli RespublikabankCredit üçün 2566 (iki min beş yüz altmış altı) manat pul köçürülmüşdür.

22. 12 oktyabr 2023-cü il tarixdə 416973******6334 nömrəli kartdan İR******* S******* adına 416973******9461 nömrəli karta 2000 (iki min) manat pul köçürülmüşdür.

23. 14 oktyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə Cavabdeh adına MQ4QFQV-40008 nömrəli Lombardkrediti üçün 342 (üç yüz qırx iki) manat pul köçürülmüşdür.

24. 18 oktyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüşdür.

25. 24 oktyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə KBMK9261545A138 nömrəli müqavilə üzrə 1900 (min doqquz yüz) manat pul köçürülmüşdür.

26. 24 oktyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə KBMK9261545A138 nömrəli müqavilə üzrə 100 (yüz) manat pul köçürülmüşdür.

27. 28 oktyabr 2023-cü il tarixdə “mpay” elektron ödəmə sistemi vasitəsilə R***** İ***** B***** qızı müştəri adına 416973******6494 nömrəli karta 2328 (iki min üç yüz iyirmi səkkiz) manat pul köçürülmüşdür.

28. 28 oktyabr 2023-cü il tarixdə “mpay” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüşdür.

29. 01 noyabr 2023-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 1900 (min doqquz yüz) manat pul köçürülmüşdür.

30. 04 yanvar 2023-cü il tarixdə 409862******0672 nömrəli kartdan 416973******8996 nömrəli karta 200 (iki yüz) manat pul köçürülmüşdür.

31. 24 yanvar 2024-cü il tarixdə 416973******6334 nömrəli kartdan KBMK9261545A138 nömrəli kredit müqaviləsi üzrə 2000 (iki min) manat pul köçürülmüşdür.

32. 01 fevral 2024-cü il tarixdə KBMK4505087B138 nömrəli kredit müqaviləsi üzrə A***** Ə***** R***** qızı müştəri adına ********** nömrəli KapitalCredit8 üçün 860 (səkkiz yüz altmış) manat pul köçürülmüşdür.

33. 27 fevral 2024-cü il tarixdə 416973******6334 nömrəli kartdan ƏF******* A**** adına 416973******8996 nömrəli karta 150 (yüz əlli) manat pul köçürülmüşdür.

34. 27 fevral 2024-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə A***** Ə***** R***** qızı müştəri adına 416973******8996 nömrəli karta 3000 (üç min) manat pul köçürülmüşdür.

35. 27 fevral 2024-cü il tarixdə 416973******6334 nömrəli kartdan ƏF******* A**** adına 416973******8996 nömrəli karta 1210 (min iki yüz on) manat pul köçürülmüşdür.

36. 27 mart 2024-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsilə KBMK9261545A138 nömrəli kredit müqaviləsi üzrə ********** nömrəli KapitalCredit8 üçün 850 (səkkiz yüz əlli) manat pul köçürülmüşdür.

37. 06 sentyabr 2023-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 200 (iki yüz) manat pul köçürülmüşdür.

38. 14 sentyabr 2023-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 450 (dörd yüz əlli) manat pul köçürülmüşdür.

39. 24 sentyabr 2023-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 470 (dörd yüz yetmiş) manat pul köçürülmüşdür.

40. 09 oktyabr 2023-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 250 (iki yüz əlli) manat pul köçürülmüşdür.

41. 22 noyabr 2023-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 435 (dörd yüz otuz beş) manat pul köçürülmüşdür.

42. 25 dekabr 2023-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 433 (dörd yüz otuz üç) manat pul köçürülmüşdür.

43. 24 fevral 2024-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 100 (yüz) manat pul köçürülmüşdür.

44. 13 mart 2024-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 500 (beş yüz) manat pul köçürülmüşdür.

45. 25 aprel 2024-cü il tarixdə 416973******8996 nömrəli kartdan 416973******6334 nömrəli karta 435 (dörd yüz otuz beş) manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli KBMK9261545A138 nömrəli kredit haqqında məlumatdan görünür ki, A*******Ə********R****** qızının adına 55000 (əlli beş min) manat məbləğində kredit üzrə 48478 (qırx səkkiz min dörd yüz yetmiş səkkiz) manat 86 (səksən altı) qəpik borcu qalmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı tam təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir.

1. Bildirilir ki, iddiaçı ona hər hansı borc pul verməmiş, həmçinin o, iddiaçıdan hər hansı borc məbləği almamışdır. Bununla bağlı iddiaçının hər hansı sübutu yoxdur və belə sübutlar işə əlavə edilməmişdir. Bildirmişdir ki, MM-nin 740-cı maddəsinə görə istinad etdiyi maddənin tələbi imperativdir, yəni mütləq xarakter daşıyır. Belə ki, həmin maddədə borc müqaviləsi yazılı foramada bağlanmalıdır ifadəsi əksini tapmışdır ki, bu da 3000 manatdan yuxarı məbləğdə bağlanmış borc müqaviləsinin başqa formada bağlanmasını istisna edir.

2. Qeyd etmişdir ki, MM-nin 329.1-ci maddəsinin məzmununa görə qanunverici qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilməməsi ilə bağlanılmış əqdi etibarsız hesab edir. İş materiallarından da görünür ki, onlar arasında hər hansı əqd yoxdur, hər hansı borc müqaviləsi mövcud deyil. Birinci instansiya məhkəməsi belə bir müqavilənin mövcudluğunu təsdiq edən hər hansı sənədə istinad etmədiyi təqdirdə, onun cavabdehə borclu olduğunu ehtiva edən yekun qərar qəbul edərkən həmin maddənin imperativ tələblərini pozmuş, özünün şəxsi mülahizələri və istəyi ilə qərar qəbul etmişdir. Onunla iddiaçı arasında müqavilənin mövcudluğunu köçürülmüş pul məbləğlərinin qəbzləri ilə əlaqələndirməyə çalışmış məhkəmə nəzərə almamışdır ki, həmin pullar başqabaşqa şəxslərin hesablarına atılmışdır ki, bu da borc müqaviləsinin təbiətinə ziddir.

3. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və iş materiallarındakı sübutlar lazımi qaydada tədqiq olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi təqdim edilmiş - X4, X5 və X3 adlı şahidlərini dindirməkdən imtina etmişdir. Bununla da məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi prinsipini pozmuş və həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh xahişi ilə müxtəlif bank hesablarına 38046 (otuz səkkiz min qırx altı) manat pul vəsaiti köçürməsi ödəniş qəbzləri ilə təsdiq olunur. Cavabdeh İddiaçı Rauf Rüstəmovun **********328177 nömrəli bank kartına 28 avqust 2023-cü ildə 700 (yeddi yüz) manat və 25 avqust 2023-cü ildə Abbas adlı şəxsə **********862101 kart hesablna 500 (beş yüz) manat pul köçürməsini xahiş etsə də, həmin pul vəsaitlərinin köçürülməsinə dair ödəniş qəbzləri İddiaçı tərəfindən iş materialına əlavə edilməmişdir. Həmçinin, Cavabdeh İddiaçı hesabına 3673 (üç min altı yüz yetmiş üç) manat pul məbləğini köçürməsini təsdiq edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun məhkəmə aktı qəbul edərkən iş üzrə ətraflı araşdırma aparmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, iş üzrə səthi araşdırma aparmış və tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Birincisi, iddiaçı iddia etmişdir ki, Cavabdeh ona köməklik edib aldığı müxtəlif mallarının (ətirlər və parfumeriya) pullarını ödəmək üçün ondan müvəqqəti olaraq borc pul istəmiş, o, da cavabdehə kömək etmək məqsədilə onun xahişini yerinə yetirərək, bankdan kredit götürdüyü və ayrı-ayrı şəxslərdən almış olduğu borc pulları Əfsanənin verdiyi ayrı-ayrı şəxslərin bank kartlarına köçürmüşdür. İlk əvvəl Əfsanə ondan aldığı pulları geri qaytarmış və bununla da özünə inam yaratmışdır. Lakin sonradan o, aldığı borc pulları qaytarmaqdan imtina etmişdir. Əfsanəyə ümumilikdə 39.246 manat məbləğində borc vermişdir. Cavabdeh ona olan borcundan 3673 manat qaytarmış, hazırda cavabdehin ona 35573 manat borcu qalmışdır. Göründüyü kimi iddiaçı cavabdehə pulları borc olaraq verdiyini iddia edir. Kollegiya qeyd edir ki, 739.2-ci maddəyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin maddənin mahiyyətinə görə əgər borc müqaviləsinin predmetini 3000 manatdan yuxarı məbləğdə pul vəsaiti təşkil edirsə həmin borc müqaviləsi mütləq şəkildə yazılı formada bağlanmalıdır. Belə olan halda tərəflər arasında olan borc müqaviləsinin başqa formada bağlanması istisna edilir. Lakin iddiaçı məhkəməyə nəinki yazılı formada əqdin bağlanmasını ehtiva edən mötəbər sübutlarını, həmçinin şifahi müqavilənin mövcudluğunu təsdiq edən sənədlərini də məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə iddiaçı cavabdehə hər hansı məbləğdə pul vəsaitini borc olaraq verməsini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında müqavilənin mövcudluğunu köçürülmüş pul məbləğlərinin qəbzləri ilə əlaqələndirməyə çalışmış, lakin nəzərə almamışdır ki, həmin pullar başqa-başqa şəxslərin hesablarına köçürülmüşdür ki, bu da borc müqaviləsinin bağlanmasının hüquqilik şərtlərinin tələblərinə ziddir. Əgər belə bir müqavilə olmuş olsa idi, pul vəsaitləri cavabdehin tanımadığı şəxslərin hesabına deyil, cavabdehin öz hesabına köçürülməli idi. Qəbzlərdən isə görünür ki, iddiaçının göndərmiş olduğu pul məbləğləri cavabdehin hesabına göndərilməmişdir. İkincisi, Kollegiyanın iclasında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdehin dediyi ayrı-ayrı şəxslərin bank kartlarına pulları 6-7 ay ərzində köçürmüşdür. Köçürdüyü pulların bir qismi özünə məxsus olmuş, bir qismini isə borca almışdır. Belə ki, kənddə mandarin təsərrüfatı var ki, hər il bağdan 10000-12000 manat qazanc əldə edir. Bundan başqa cavabdehin xahişi ilə bankdan 11500 manat kredit götürmüş, həmçinin yeznəsindən 7000 manat, bacanağından 8000 manat borc pul götürmüşdür. Anası da qonşudan 5000 manat pul götürərək ona vermişdir. Qeyd edilən təxminən 40 000 manata yaxın pulları cavabdehin tapşırığı ilə onun dediyi şəxslərin bank kartlarına Əfsanəyə kömək və yardım etmək məqsədilə köçürmüşdür. İşdən görünür ki, iddiaçı 6-7 ay ərzində elə gün olub ki, gündə 3 dəfə, həmçinin elə ay olub ki, ayda 5 dəfə müxtəlif bank kartlarına müxtəlif məbləğdə pul vəsaitləri köçürmüşdür. Lakin maraqlıdır ki, iddiaçı nəyə görə cavabdehə əvvəl vermiş olduğu pullar ona geri qaytarılmadığı təqdirdə cavabdehə davamlı olaraq borc pul verməyə mütamadi olaraq davam etmişdir. Bundan başqa iddiaçının bankdan götürmüş olduğu 11500 manatı, yeznəsindən almış olduğu 7000 manatı, bacanağından 8000 manatı, həmçinin anasının qonşudan 5000 manat borc götürərək ona verdiyi pulları, hətta cavabdehə əvvəllər vermiş olduğu borc məbləğləri cavabdeh tərəfindən ona qaytarılmadığı halda, iddia etdiyi kimi cavabdehin sifarişləri üçün onun dediyi ayrı-ayrı şəxslərin bank kartalarına ödənişlər etməsi adi məntiqə, hüquq düşüncəsinə uyğun deyil və bu Kollegiya tərəfindən inandırıcı və ağlabatan hesab edilmir. Üçüncüsü, iddiaçı Kollegiyanın iclasında bildirmişdir ki, cavabdehin atası rayonda imkanlı şəxslərdən biri olub. Belə ki, onun Sədərək TM-də mağazası olmuş və mağazasında İrandan iran sobaları (peçləri) gətirb satmışdır. Əfsanənin atası vəfat edəndən sonra cavabdeh ona demişdir ki, atası öləndən sonra qardaşları ona baxmır. Bildirmişdir ki, hazırda vəziyyəti yaxşı deyil, ona köməklik etsin ki, o vəziyyətdən çıxa bilsin, sonra onun borcunu qaytarar. Buna görə də cavabdehə yardım etmək qərarına gəlmişdir. Cavabdehin sifarişləri üçün ayrı-ayrı şəxslərin bank kartlarına köçürdüyü pulları ona yardım və kömək etmək üçün köçürmüşdür. Həmçinin cavabdehin atası imkanlı olduğu üçün atasına etibar edib güvəndiyi üçün pulları Əfsanənin sifarişləri üçün köçürmüşdür. Çünki bilmişdir ki, nə vaxt pulları cavabdehin atasından istəsə idi, atası onun pulunu dərhal verə bilərdi. Göründüyü kimi iddiaçı Kollegiyanın iclasında bildirmişdir ki, cavabdehin atası imkanlı olduğu üçün cavabdehin atasına etibar edib güvəndiyi üçün pulları Əfsanənin sifarişləri üçün köçürmüşdür. Çünki bilmişdir ki, nə vaxt pulları cavabdehin atasından istəsə idi, atası onun pulunu dərhal verə bilərdi. Lakin müəyyən edilir ki, cavabdeh atası vəfat edəndən sonra işə çox az hallarda çıxmış və cavabdehin bildirməsinə görə həmin dövrdə də iddiaçı onun tapşırığı ilə mağazasından pul götürərək onlayın vermiş olduğu sifarişlərin pulunu ödəməsini iddiaçıdan xahiş etmiş, iddiaçı da mağazadan pul götürərək köçürmələr etmişdir. Müəyyən edilir ki, cavabdehin atası 27 sentyabr 2023-cü il tarixdə vəfat edib. İddiaçı isə cavabdehin atası vəfat edəndən sonra da iddiasına görə cavabdeh tapşırıqları üçün ödənişlər edib. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdehin atası vəfat etdiyi 27 sentyabr 2023-cü il tarixindən sonra da iddiaçı 11 oktyabr 2023-cü il, 12 oktyabr 2023-cü il, 14 oktyabr 2023-cü il, 18 oktyabr 2023-cü il, 24 oktyabr 2023-cü il, 28 oktyabr 2023-cü il, 01 noyabr 2023-cü il, 04 yanvar 2024-cü il, 24 yanvar 2023-cü il, 01 fevral 2024-cü il, 27 fevral 2024-cü il, 27 fevral 2024-cü il, və sonuncu 27 mart 2024-cü il tarixlərində də 14 dəfə ödənişlər etmişdir. İddiaçı tərəfindən ödənilən, əgər həmin pullar cavabdehin hesabına ödənilmişdirsə, 14 dəfə ödənilən həmin pulları iddiaçı kimə güvənib və etibar edərək cavabdehin hesabına ödəmişdir?. Belə ki, bəhs olunan ödənişlər ödənilən zaman cavabdehin atası artıq xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı özü cavabdehin atasının imkanlı şəxs olmasını etiraf edir. Belə olduğu halda cavabdehin atasından yox, məhz iddiaçıdan borc alması anlaşılan olmamaqla məntiqə uyğun deyil. Həmçinin iddiaçının özünün də dediyi kimi əvvəllər DTX-da işləyib, belə olan halda cavabdeh iddiaçını belə asanlıqla aldada bilərdimi?, bundan başqa cavabdeh tərəfindən iddiaçıya əvvəl verilmiş borclar qaytarmadığı halda cavabdehə borc verməkdə davam etməsinin səbəbləri nə olmuşdur. Bütün bunlar Kollegiyada sual doğurmüş və şübhə yaratmışdır. Bu suallara cavabında iddiaçı təkrar olaraq bildirmişdir ki, cavabdehin sifarişləri üçün ayrı-ayrı şəxslərin bank kartlarına köçürdüyü pulları ona yardım və kömək etmək, həmçinin cavabdehin atasına güvəndiyi üçün köçürmüşdür. Dördüncüsü, cavabdeh Kollegiyanın iclasında bildirmişdir ki, iddiaçı da daxil olmaqla 10 nəfər arasında el arasında lotareya deyilən oyun oynamışlar. Lotareyada bir yer 500 manatdan olmuşdur. Lotareyanın idarəedicisi özü olmuşdur. Bir neçə nəfər olmaqla Lotareya oynayanları heç kim tanımamışdır. Lotareyada yığılan pulları ayda bir nəfər götürmüşdür. Səmədin təqdim etdiyi çeklərin əksəriyyəti, demək olar ki, çox hissəsi lotareya ilə bağlı edilən ödənişlərdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı cavabdehin təşkil etdiyi xalq arasında “lotareya” deyilən oyunda iştirak etmədiyini və oynamadığını bildirmışdır. Lakin apellyasiya baxışında şahid kimi dindirilən X1 lotareya oynamasını bildiyini göstərmişdir. Həmçinin apellyasiya baxışında şahid kimi dindirilən X5 bildirmişdir ki, “Əfsanə onun xalası qızıdır. Səmədi qonşu kəndçi kimi tanımışdır. Səməd əvvəllər DTX-da işləmişdir, onunla salam əleykümü varmış. Lotareyada idarəedici Əfsanə idi. Lotareya oynayanlar 10 nəfərt idi. Onun lotareyada 3 yeri varmış. Hər yer 500 mant təşkil edirmiş. Əlavə bir yerə isə Əfsanə ilə şərik imiş. Belə ki, 300 manat ona, 200 manat isə Əfsanəyə aidmiş. Ona görə ayda 1800 manat ödəniş edirmiş” kimi ifadə verməklə Lotareya oynanılmasını təsdiq etmişdir. Həmçinin iş materiallarının 92-105-ci və 141-143-cü səhifələrində olan iddiaçı ilə cavabdeh arasında baş tutan “WhatsApp” yazışmalarının məzmunundan görünür ki, iddiaçının xalq arasında “lotareya” deyilən oyunda iştirak etməsi müəyyən olunur. Bu isə ona dəlalət edir ki, iddiaçı tərəfindən cavabdehin kartına köçürülən bəzi pullar Lotareya pulları da ola bilər, həmin pulların borc olaraq verilməsi sübut edilmir. Həmçinin iddiaçı Kollegiyanın iclasında bildirmişdir ki, nə qədər pul köçürməsini bilmir və xatırlamır. Bundan başqa həm iddiaçı həm də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları tədqiq edilmiş, həmin səs yazılarında cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə borclu olması ilə bağlı fikirlər öz əksini tapmır. Cavabdeh bildirmişdir ki, səs yazılarında bəhsi keçən borc söhbətləri Lotareya üzrə ödənilməli olan puldan gedir. Cavabdeh “WhatsApp” yazışmalarında da “pulların yığılmamasından” bəhs edən yazışmaların olmasını diqqətə çatdırmışdır. Cavabdeh həmçinin göstərmişdir ki, iddiaçı ayrı-ayrı şəxslərin hesabına ödəmiş olduğu ödəmə qəbzlərini məhkəməyə təqdim edib, onlardan istifadə edərək ona qarşı iddia qaldırmışdır. Beşincisi, cavabdeh kollegiyanın iclasında göstərmişdir ki, Səməd onun mağazasından pullar götürərək onun Sədərək və Binə TM-dən sifariş etdiyi malların pulunu onun xahişi ilə tapşırdığı şəxslərin bank kartlarına ödəmişdir. Səməd həmin kartlara ödəmiş olduğu çekləri də özündə saxlayara hazırda ona qarşı iddia qaldırmışdır. Bu minvalla Səməd cəmi 6-7 ay ödəniş etmişdir. Çünki, həmin ərəfələrdə atası vəfat etdiyindən və buna görə ağır sarsıntı keçirdiyindən o işə çox az gəlmişdir. Səmədin onun pulu ilə sifarişləri ödəməsinin səbəbi onun mağazasındakı işçilərin onlayın ödəniş edə bilməməsi, həmçinin ödəniş terminalının Səməd işləyən mağazada yerləşməsi olmuşdur. Əvvəllər onun sifarişlərini mühasibi ödəmişdir. Lakin mühasibi işdən çıxdığından ödənişləri Səməd etmişdir. Çünki, ödəniş terminalı Səməd işləyən mağazada yerləşirdi. Lakin iddiaçı kollegiyanın iclasında göstərmişdir ki, “Əfasnənin mağazasından pul götürüb kiməsə ödənişlər etməmişdir, ödəniş etdiyi pullar özünə məxsus olmuşdur”. Lakin apellyasiya baxışında şahid kimi dindirilən X4 bildirmişdir ki, “Səmədi qarşı mağazada işləyən şəxs kimi tanımışdır. Əfsanənin tapşırığı ilə Səmədə dəfələrlə 500, 1000, 1500 manat pullar vermişdir ki, Səməd öz mağazalarında olan terminalla pulları lazımı şəxslərə köçürsün. Səmədin nə işləməsini bilməmişdir. Pulların kimə köçürülməsini də bilməmişdir”. Göründüyü kimi iddiaçı cavabdehə 35573 (otuz beş min beş yüz yetmiş üç) manat borc pul verməsini sübut edə bilmədiyi kimi, cavabdeh də Səmədin onun mağazasından pullar götürərək onun Sədərək və Binə TM-dən sifariş etdiyi malların pulunu onun xahişi ilə tapşırdığı şəxslərin bank kartlarına ödəməsini sübut edə bilməmişdir. Altıncısı, yuxarıda şərh olunduğu kimi iddiaçı bəhsi keçən pul məbləğini cavabdehə borc olaraq verilməsini sübuta yetirə bilmir. Yəni iddiaçı bununla bağlı məhkəməyə hər hansı müqavilə və ya yazılı razılaşma (qəbz) və sairəni təqdim edə bilməmişdir. Belə olduğu halda iddiaçı tərəfindən cavabdehə verilmiş pul məbləği cavabdehdən borc şəklində deyil, əsassız varlanmanın müddəaları tətbiq edilməklə geri qaytarılması qət edilə bilərdi. Lakin Kollegiyanın iclasında iştirak edən cavabdeh ona ünvanlanan suallara cavabında bildirmişdir ki, “Astara şəhərində parfumeriya və hədiyəlik əşyaların satışı ilə məşğul olmuşdur. ...Ailəli olmuş, lakin hazırda ayrılıblar, 3 uşağı vardır. Səməd onların qonşu kəndindəndir. Səmədi əvvəllər tanımamışdır. Səmədi şəhərdə onun mağazası ilə üzbə-üz mağazada işçi kimi tanımışdır. Elə oradan tanışlıqları yaranmışdır. Göstərmişdir ki, Səmədin onunla bağlı müəyyən fikir və təklifləri olsada, razı olmadığı üçün Səmədlə aralarında hər hansı dostluq və sair münasibətləri olmamışdır.” Həmçinin kollegiyanın iclasında iştirak edən iddiaçı bildirmişdir ki, “Əfsanənin mağazası onun işlədiyi mağaza ilə üzbə-üz olmuş, elə ordan da tanışlıqları yaranmışdır. Aralarında başqa münasibət olmamışdır”. Kollegiya iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş əksər ödəniş qəbzlərinə münasibətdə qeyd edir ki, həmin ödənişlər cavabdehin deyil, başqabaşqa şəxslərin bank kartlarına ödənilmiş məbləğlərdir. Göründüyü kimi həm iddiaçı həm də cavabdeh ictimai qınaqla bağlı məsələləri nəzərə alaraq aralarında hər hansı yaxın döstluq münasibətlərinin olmamasını və yaşanmamasını bildirmişlər. Kollegiya hesab edir ki, tərəflər arasında müəyyən səmimi dostluq münasibətləri olmuş və buna görə də iddiaçı tərəfindən cavabdehə müyyən pul vəsaitləri köçürülmüşdür. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş həmin pul vəsaitləri hədiyyə təşkil etməklə ona bağışlanmış pul vəsaitləri olmuşdur. Bundan başqa iddiaçının mandarın bağından əldə etdiyi 10-12 min manat pulu, bankdan götürmüş olduğu 11500 manatı, yeznəsindən almış olduğu 7000 manatı, bacanağından 8000 manatı, həmçinin anasının qonşudan 5000 manat borc götürərək cavabdehə verdiyi pulları, hətta cavabdehə əvvəllər vermiş olduğu borc məbləğləri cavabdeh tərəfindən ona qaytarılmadığı halda, iddia etdiyi kimi cavabdehin sifarişləri üçün onun dediyi ayrı-ayrı şəxslərin bank kartalarına ödənişlər etməsi kollegiya tərəfindən başqa cür qiymətləndirilə bilinmir və hesab edir ki, cavabdehin hesabına köçürülmüş pullar məhz iddiaçı tərəfindən cavabdehə bağışlanmış pul vəsaitləridir. Belə ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin əldə etdiyi pullar iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya pul verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Həmin şərt özündə onu ehtiva edir ki, pul vəsaiti qanunda nəzərdə tutulan hər hansı bir əsasla, yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi vəsaiti geri qaytarmaq öhdəliyi daşımır. Baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin hesabına köçürmüşsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hesabın köçürmüş olduğu pul vəsaitləri cavabdehə hədiyyə olaraq bağışlanmış pul vəsaitləri olmuşdur. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində sadalanan ayrı-ayrı şəxslərin bank kartlarına köçürülmüş pulların məhz cavabdehin sifarişləri üçün ödədiyini sübut edə bilməmişdir. Belə ki, MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bütün yuxarıda şərh edilənlərə əsasən Kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(018)- 882/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh 35 573 (otuz beş min beş yüz yetmiş üç) manat borc pulun və 196 (bir yüz doxsan altı) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(018)-882/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh 35 573 (otuz beş min beş yüz yetmiş üç) manat borc pulun və 196 (bir yüz doxsan altı) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar