Məhkəmə qərarları › İş №2(106)-579/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-579/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-579/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(017)-1266/2024 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş ziyana görə 9570 manat məbləğində pulun və 118 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(017)-1266/2024 saylı (Hakim: Rəşad Nuriyev) qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdeh Quliyev X1 Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(017)- 1266/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(017)-1266/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş, iş üzrə Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(017)-1266/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Cavabdeh Quliyev X1 Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(017)-1266/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(017)-1266/2024 saylı qərardadı ilə, Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(017)-1266/2024 saylı qərardadının ləğv olunması barədə iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(017)-1266/2024 saylı qətnaməsinin surəti 17 sentyabr 2024-cü il tarixdə Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra, Cavabdeh 06 noyabr 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona göndərilməsini xahiş etmiş və həmin ərizə 15 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. 15 noyabr 2024-cü il tarixli məktubla Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(017)-1266/2024 saylı qətnaməsinin 17 sentyabr 2024-cü il tarixdə şəxsi elektron kabinetininə yerləşdirilməsi, qətnamənin surətinin təkrarən verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunu ödədikdən sonra məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Bundan sonra, 18 dekabr 2024-cü il tarixdə Cavabdeh apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(017)-1266/2024 saylı qətnaməsindən müddətin bərpasına dair vəsatəti apellyasiya şikayəti ilə birlikdə verilməsi izah edilmişdir. Cavabdeh bütün bunlardan sonra, yəni 17 yanvar 2025-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(017)-1266/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh qətnamənin qəbul olunmasında 4 ay sonra məhkəməyə müraciət etmişdir. MPM-nin 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(017)-1266/2024 saylı qətnaməsi 17 sentyabr 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh həmin vaxtdan 3 ay sonra ilk dəfə apelyasiya şikayəti vermiş, lakin müddətin bərpası barədə vəsatət vermədiyindən şikayət geri qaytarılmışdır. 1 ay sonra cavabdeh yenidən apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Göründüyü kimi cavabdeh tərəfindən apelyasiya şikayəti şikayət vermə müddəti keçdikdən 3 ay sonra verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, müddətin bərpası barədə cavabdehin şikayəti əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(017)-1266/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(017)-1266/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar