Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-583/2024 08.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əbilov Əbil Mahmud oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)- 75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 600.000 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 49.467 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 40.416 ABŞ dolları faiz borcu olmaqla, cəmi 689.883 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 62 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı ümumi sahəsi 40.7 kv.m olan 1 otaqlı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı ümumi sahəsi 67.5 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, satışlarından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan "Atrabank” ASC ilə Cavabdeh rasında bağlanmış xx.xx.2015- ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı sahəsi 40.7 kv.m olan 1 otaqlı və Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi. 7 aylı evin 2 saylı ümumi sahəsi 67.5 kv.m olan 2 otaqlı mənzilləri xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1ci bəndinə əsasən, borcalan Cavabdeh qrafikə sasən krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq aranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi əhəmiyyətsiz olduğundan etibarsızdır və bu səbəbdən də cavabdeh üçün hər hansı öhdəlik yarada bilməzdi. Odur ki, iddianın rədd olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)-75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Y.Həşimov), İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X6 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı LPO İddiaçı ASCnin nümayəndəsi Nümayəndə Füzuli Rayon Məhkəməsinin 2(064)-75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh və X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyini təmin etmək məqsədi ilə iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)- 75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 319.1-ci maddəsinə əsasən əgər boclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 33-cü və 36.1-ci maddələrində əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərək, qərarda ipoteka predmətinin ilkin satış qiymətini göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərərfindən müəyyən edilir. 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçı "Atrabank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 7, mənzil 1 və 2 ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan Cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri borcverən iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdehin borcu 600.000 ABŞ dolları əsas borc, əsas borca hesablanmış 49.467 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 40.416 ABŞ dolları faiz borcu olmaqla, cəmi 689.883 ABŞ dolları təşkil edir. İddiaçı həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Lakin kollegiya iddia tələbi ilə razılaşmayaraq onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin 1(103)-59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X11 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yuxarıda qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası X20 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələt olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X20 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq, yəni kreditin məqsədini, ödənişlərin mənbəyini, borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsini, kreditin, habelə onun müqabilində təklif edilən təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığım, kreditləri üzrə fəaliyyət sahəsində borcalan təcrübə və biliklərini, borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və ödəniş qabiliyyətini nəzərə almayaraq, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələrin adlarına, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 21 noyabr 2014cü il tarixli kredit müqaviləsi ilə 21 noyabr 2017-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 3.500.000 manat, “Günel-R” firmasının direktoru X1 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, “Bəyaz” firmasının direktoru X3 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, eyni zamanda yaxın münasibətlərindən istifadə edərək hüquqi şəxsin adına rəsmiləşdirməklə, yəni "xxxx" MMC-nin direktoru X7 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 16 noyabr 2015-ci il tarixədək illik 5,5 faiz olmaqla 3.000.000 manat kreditin ayrılmasını təmin edib, həmin vəsaitin 1.500.000 manat hissəsini borc olaraq alıb onun 1.362.750 manatını 25 noyabr 2014-cü il tarixdə özünə məxsus AZ80ATRA 410100 480000 00000005 saylı cari, 26 noyabr 2014-cü il tarixdə isə həmin hesabdan ******************** saylı subordinasiya depcziti hesabına köçürüb, həmin vəsaiti Nizamnamə kapitalının formalaşmasına yönəltməklə, sonradan sonuncu tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, həmin tələb olunen vəsaiti ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın sədri X8 adına 25 noyabr 2015-ci il tarixli 1.000.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABC dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 manat, Cavabdeh (hazırkı iş üzrə cavabdeh) adına 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629.940 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X9 adına 08 oktyabr 2015-ci il tarixli 500.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 396.436 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 415.464,92 manat, ümumilikdə isə 8.018.984,12 manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə, Ləğvetmədə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin qanuni qüvvəyə minmiş hökmdə göstərilən "xxxx" MTK-nın direktoru X8 ifadəsi ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Məmmədov 2015-ci ildə ondan sədri olduğu MTK-nın adına kreditin sənədləşdirilməsini xahiş etmişdir. O, da Əkbərlə dost olduğundan ona etiraz etməyərək, razılaşmışdır. O, İddiaçı ASC-nin Sumqayıt filialına getmiş, orada təqdim edilmiş müəyyən sənədlərə imza etmişdir. Adına həmin Açıq Səhmdar Cəmiyyətində hesab açılmış, 25 noyabr 2015-ci il tarixdə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanılmışdır. İlkin olaraq Əkbərin deməsinə əsasən filialdan təxminən 24.750 ABŞ dolları çıxararaq Əkbərə vermişdir. Bundan sonra kredit xətti olduğundan müəyyən vaxtlarda Əkbərin deməsinə əsasən hissə-hissə pul çıxararaq Əkbərə verirmiş, ümumilikdə İddiaçı X14 adına olan 1.000.000 ABŞ dolları dəyərində olan kredit xəttindən 255.000 ABŞ dolları məbləğində pulu çıxarıb Əkbərə vermişdir. Sonradan 2016-cı ilin əvvəllərində Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırıldığından heç bir məbləğ pul çıxara bilməmişlər. 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxarılmışdır. Həmin kredit üzrə də Əkbər tərəfindən faizlər ödənilmişdir. Həmin kredit üzrə girov qoyulmamışdır. Belə ki, Əkbərlə Elmixan arasında olan razılıq əsasında həmin kredit üzrə təminat onun "xxxx" MTK-nın adından vermiş olduğu 23 noyabr 2015-ci il tarixli məktub olmuşdur. Həmin məktub sənədləşmənin aparılmasında vacib olduğundan yazılmışdır ki, məktubda da kredit pulunun qaytarılması kimi binada olan mənzillərin satışından əldə edilmiş gəlirlər olduğu qeyd olunmuşdur. Həmin məktubu yazmağını ona Əkbər demişdir, o, da yazıb vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, həmin kredit müqaviləsinə imza etməyini ondan Əkbər xahiş etmiş, 255.000 ABŞ dolları da çıxarılaraq tərəfindən Əkbərə verilmişdir. Elmixan Nəbiyevi şəxsən tanımır, krediti də Əkbər müəllimə görə götürmüşdür. "Atrabank” X15 Sumqayıt filialı ilə arasında bağlanılmış 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsi, 23 noyabr 2015-ci il tarixli məktub təqdim olunmuşdur. Həmin sənədlərdə olan imzalar ona məxsusdur, möhürü də o vurmuşdur. Qeyd olunan hökmdən görünür ki, şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə "xxxx" X2 fəaliyyətini genişləndirmək üçün banklardan kredit götürmək qərarına gəlmişdir, bununla əlaqədar əvvəlcədən tanışlıq münasibəti olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Elmixan Nəbiyevin yanına gəlmişdir. "xxxx" X2 fəaliyyətini genişləndirmək üçün 3.000.000 manat kredit götürmək istədiyini, girov kimi isə X2 əmlakını qoyacağını demişdir. Elmixan etiraz etməmişdir. Həmin vaxt "xxxx" X2 Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Lökbatan yolu 22A ünvanında yerləşən əmlakı bank tərəfindən təxminən 4.000.000 manat dəyərində qiymətləndirilmiş, ona kreditin verilməsinin mümkün olduğunu demişlər. 21 noyabr 2014-cu ilə tarixdə "xxxx" X2 adına İddiaçı ASC-dən 3.000.000 manat ayrılmış və həmin tarixdə də kredit müqaviləsi imzalanmışdır. O, 3.000.000 manatın 1.500.000 manatını götürmüş, yarısınıda saxlamışlar bankda, hissə hissə xərcləyəcəyinə görə öz aralarında razılaşmışlar. Sonra ona lazım olanda Elmixan müəllim demişdir ki, “kredit başqa başqa adamların adınadır, verə bilmərik.” O, da iki nəfər iş adamı, bir nəfər fiziki şəxslə məsləhətləşmiş və onların adına 600.000 birinə (yəni hazırkı iş üzrə Cavabdeh), 396.000 bir şəxsə, 255.000 də birinin adma ayrı ayrı vaxtlarda götürmüşlər. Qalan hissəni də hissə-hissə ödəyəcəkmişlər. Bununla yanaşı, həmin hökmdən görünür ki, şahid qismində dindirilmiş (hazırkı iş üzrə cavabdeh) Cavabdeh ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru Əkbər Məmmədov onun dostudur. 2015-ci ildə Əkbər ondan onun adına kredit rəsmiləşdirilməsini xahiş etmişdir. O, da münasibətləri olduğundan ona etiraz etməmişdir. 21 iyul 2015-ci il tarixdə Əkbərlə birlikdə İddiaçı ASC-nin Baş ofisinə getmiş, orada ona təqdim edilən müəyyən kredit sənədlərinə imza etmiş və kredit müqaviləsində 600.000 ABŞ dolları kreditin ayrıldığını görmüşdür. Bundan sonra o, bankın kassasından 600.000 ABŞ dollarını iki dəfəyə götürərək Əkbərin göstərişi əsasında bankın daxilində manat ekvalentinə çevirməklə Əkbərə vermişdir. Bundan başqa, proseslərdən xəbəri olmayıb, faiz ödənişlərini Əkbərin özü etmişdir. Xəzinədən o, pulu iki dəfəyə götürüb Əkbərə vermişdir. Maraqlananda Əkbər ona demişdir ki, hissə-hissə ödəyir. O, Elmixan Nəbiyevi şəxsən tanımır, münasibətidə olmamışdır, o, krediti Əkbərə görə götürmüş, Əkbər girova ehtiyac olmadığını bildirmişdir. Faiz ödənişlərini Əkbərin özü etmişdir. Kollegiya qeyd edir ki, yuxarıda isnad olunan artıq qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar iş üzrə preyudisial əhəmiyyət daşıyır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ASC "xxxx" MMC ilə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla, 3.000.000 manat kreditin ayrılmasını təmin etmiş, bu vəsaitin yarı hissəsini borc olaraq alıb kredit götürənə verməyərək, İddiaçı ASC-də saxlamışdır. Sonradan "xxxx" MMC tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, o, həmin pulu ayrıayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın, fiziki şəxs Cavabdeh adına formal qanunsuz kreditlər rəsmiləşdirməklə qaytarmağa çalışmışdır. Kreditlər real olaraq müştərilərin özlərinə, o cümlədən "xxxx" MTK-ya, Cavabdeh deyil, "xxxx" MMC-dən alınmış borc pulun qaytarılması üçün verilmiş, lakin "xxxx" MTK-nın adına formal olaraq kredit müqaviləsi kimi rəsmiləşdirildiyindən, "xxxx" MTK-nın sədri F.Bədəlov barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Kollegiya qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə söykənərək qeyd edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4- cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. AR Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Göründüyü kimi, Cavabdehla bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1 və 48.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Odur ki, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli İPK 01 saylı kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli ipoteka müqaviləsi də etibarsızdır və tərəfər üçün, o cümlədən Cavabdeh üçün heç bir öhdəlik yaratmır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X.Ərəbovaya qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilməlidir” qənaətini qanuni və əsaslı hesab edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etməklə, iş üçün əhəmiyyət kəsb etməyən formal mülahizə hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qərarda təkralamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Füzuli Rayon Məhkəməsinin 2(064)-75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-75/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-583/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-583/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver