Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-585/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-09/2016 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı 25154 ABŞ dolları əsas, 3450,44 ABŞ dolları faiz borcunun və 20 manat ödənilmiş dövlət rusumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(047)-1025/2015 saylı məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 25154 ABŞ dolları əsas, 3450,44 ABŞ dolları faiz borcu (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun) və 20 manat ödənilmiş dövlət rusumunun tutularaq kreditor İddiaçı ASC-yə ödənilməsi barədə əmr verilmişdir. Borclu Cavabdeh2 Laçın rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(047)-1025/2015 saylı əmrinə etiraz edərək əmri ləğv edib iddia icraatına keçrilməsini xahiş etmişdir. Borclu Cavabdeh2 etirazı təmin edilərək Laçın rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(047)-1025/2015 saylı əmri 03 noyabr 2015-ci il tarixdə ləğv edilərək iddia icraatına keçirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmiş və onların iştirakları olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişlər. Laçın Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qərardadına əsasən İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Qasımov şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasını xahiş etmiş, lakin Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli, 2(047)-09/2016 saylı qərardadından İddiaçı ASCnin nümayəndəsi Samir Qasımov tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayətə müddətin üzürlü səbəbdən buraxılması barədə həmin müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən baxılmadan geri qaytarılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(047)-09/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)09/2016 saylı qərardadından iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi Z.H.İbrahimxəlilov tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)09/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 şikayətinə əsasən Laçın Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasına heç bir qanuni əsas yoxdur. Belə ki, Laçın Rayon Məhkəməsinin 2(047)-09/2016 nömrəli 04 fevral 2016-cı il tarixli qərardadının surəti 05 fevral 2016-cı il tarixli reyestrlə poçt vasitəsilə tərəflərə göndərilmişdir. İş materiallarına əlavə olunmuş şikayətdən və zərfdən isə görünür ki, Laçın Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli, 2(047)-09/2016 saylı qərardadından İddiaçı ASCnin nümayəndəsi Samir Qasımov tərəfindən qərardadın surətinin iddiaçı tərəfə göndərilməsindən yeddi ilə yaxın müddət keçdikdən sonra şikayət verilmiş və həmin şikayət xx.xx.2023-cü il tarixdə poçt xidmətinə verilmiş və xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi Laçın Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(047)-09/2016 saylı qərardadının surəti 05 fevral 2016-cı il tarixdə tərəflərə, o cümlədən İddiaçı ASC-yə göndərilmişdir. Həmin qərardaddan qanunla nəzərdə tutulmuş 10 (on) gün müddətində şikayət məhkəməyə daxil olmamışdır. Həmin qərardaddan şikayət yalnız 18 yanvar 2023cü il tarixdə yəni qərardadın tərəflərə göndərilməsindən 7 ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. İddiaçı şikayətinə müddətin üzürlü səbəbdən buraxılması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. Bununla da Azərbaycan Respulikası MPM-nin 268.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət iddiaçı Bank of Baku tərəfindən üzrsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin normalarından göründüyü kimi borcu tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməsi müddəti buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair şikayətinə heç bir rəsmi sübut növü və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci,135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(047)-09/2016 saylı qərardadından iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi Samir Qasımov tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayətə müddətin üzürlü səbəbdən buraxılması barədə vəsatət əlavə etmədiyindən şikayət Laçın Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 281.3-cü maddəsinə əsasən məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, həmin əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 281-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə aktının surətini tələbkara rəsmi qaydada təqdim etmiş, tələbkar isə yalnız 7 il müddət keçdikdən sonra qərardaddan şikayət vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 18 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi Samir Qasımov tərəfindən Laçın Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qərardadından şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürülməklə verdiyindən, şikayətin qaytarılmasına dair düzgün nəticəyə gəlmişdir. X3 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiiyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Laçın Rayon Məhkəməsinin 2(047)09/2016 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X1 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Laçın Rayon Məhkəməsinin 2(047)09/2016 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadından , iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)09/2016 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadı iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-585/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-585/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver