Məhkəmə qərarları › İş №2(106)-586/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-586/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-586/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, üçüncü şəxsin nümayəndəsi X1 və vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Lerik Rayon Мəhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsindən, qətnamənin maraqlarına toxunduğunu iddia edən Nəzərova (Balayeva) Lalə Möhübbət qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh1 qarşı pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X3 təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar götürülmüş malların ümumi dəyəri olan 155535 manat pulun, kredit olaraq götürüb cavabdehlər üçün xərclədiyi 116245 ABŞ dolları pulun və 11 ay cavabdehlər üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun, ümumilikdə 180285 manat və 116245 Abş dolları maddi ziyan pulunun ödənilməsini, eyni zamanda cavabdehdən 563 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun keçmiş gəlinidir. Lalə Nəzərova ilə oğlu Cavabdeh1 2008-ci il tarixdə ailə həyatı qurmuşlar. Onlar evlənib ailə həyatı qurduqdan sonra bir müddət oğlu Zaura nikaha daxil olmamışdan əvvəl aldığı Bakı şəhəri M.Hadi küçəsi 3171 saylı məhəllədə yerləşən binanın 57 nömrəli mənzilində yaşamışlar. Mənzil təmirsiz olduğundan məcbur qalıb mənzili təmir etdirmək üçün «AccessBank»ın Lənkaran filalindan xx.xx.2009-cu il tarixdə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu kreditə götürüb həmin mənzilin təmirə başlamışdır. Cavabdeh1 musiqiçidir, yeganə gəlir mənbəyi toy şənliklərindən əldə etdiyi gəlirlərdir. Bakıda yaşayış məsrəfləri yetəri qədər çox olduğunu görən Zaur məcbur qalaraq ailəsi ilə Lerik şəhərinə qayıdıb onlarla birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları dövrdə o, 2005-ci ildə qonşusu Nazim Əliyevdən aldığı, evinin qarşısında yerləşən həyatyanı torpaq sahəsində Zaura həyat evi inşa etməyə başlamışdır. Əlində nağd pul vəsaiti olmadığı üçün yenidən məcbur qalaraq «AccessBank»ın Lənkaran filalından yenidən 60000 (altmış min) ABŞ dolları pul krediti götürmüş, pul krediti əsasında cavabdehlərin hal-hazırda yaşadığı həyət evini inşa etdirməyə başlamışdır. Həmin evi inşa edərkən kredit olaraq götürüdüyü pulu ora yönləndirməkdən əlavə olaraq evin tikintisinə sərf olunmuş tikinti materiallarının təqribən 60 faizi özünə məxsus Lerik şəhəri İ.Yaqubov küçəsində yerləşən təsərrüfat malları dükanından götürüb istifadə etmişdir. Ev çox böyük və 3 mərtəbəli, mansarlı olduğundan onun götürdüyü kredit pulu və dükanından götürərək tikintiyə sərf olunmuş materiallarla həmin evin tikintisini tamamlaya bilməmişdir. Evin yarımçıq qaldığını görən Cavabdeh1 onun aldığı Bakı şəhəri M.Hadi küçəsi 3171 saylı məhəllədə yerləşən binanın 57 nömrəli mənzilini satıb evin yarımçıq qalmış təmir işlərini davam etdirmişdir. Bundan başqa evin inşası zamanı orada çalışmış bütün usta və fəhlə heyətinin yeməkiçmək xərcləri və əmək haqları da onun tərəfindən ödənilmişdir. Həmçinin illər ötdükcə o, öz ticarət dövriyyəsini genişləndirərkən ona əlavə sahəyəanbara ehtiyac olduğundan həmin evin yuxarı hissəsində anbarlar və maşın üçün qaraj inşa etdirmiş, habelə bu məqsədlə xx.xx.2010-cu ildə Lerik şəhər sakini X7 10000 (on min) manata Lerik şəhər C.Cabbarlı küçəsində yerləşən 2.5 sot torpaq sahəsi almış və pulu nağd şəkildə vermişdir. Torpaq sahəsini sənədləşdirərkən səhhətində yaranmış problemlə bağlı müvafiq dövlət qurumuna gedə bilməmiş, həmin sənədlərin oğlu Zaurun adına qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda orada da təmir-tikinti işlərini görülür. Ümumilikdə məhkəməyə müraciət edən tarixədək o, həmin tikililərə 47772.5 manat pul sərf etmişdir. İddia tələbinə görə, cavabdehlər kredit olaraq onlar üçün xərclədiyi pullarını və təsərrüfat malları dükanından qaimələr əsasında aparılıb tikintidə istifadə edilmiş mallarının dəyərini dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq ödəməmişlər. Bundan başqa, iddiaçı göstərmişdir ki, bir neçə il öz təsərrüfat malları mağazasının idarəçiliyini və rəhbərliyini Cavabdeh1 həvalə etmişdir ki, onlar daha da məsuliyyətlə, canlabaşla işləyib həm biznesin genişləndirsinlər həm də onun borcunu qaytarsınlar. Lakin bunun əksinə olaraq cavabdehlər onun biznesinə külli miqdarda maddi ziyan vurmuşlar. Belə ki, iddiaçının xəbəri olmadan onlar ər-arvad birləşərək onlar üçün tikdirdiyi ünvan 1 ünvanında yerləşən evi “Turanbank”da girov qoyaraq ünvan 2tomobil almaqdan ötrü 60.000 manat pulu kreditə götürmüşlər. Həmin kreditin aylıq ödənişlərini də yəni hər ay 2250 manatı onun biznesindən dolayı yollarla çıxararaq ödəmişlər. Bundan başqa, 2019-cu ilin mart ayında cavabdehlərin yaşadığı evdə yanğın hadisəsi törədilmişdir. Yanğın zamanı evin yataq, mətbəx və qonaq otaqlarına ziyan dəymişdir. Yanğın zamanı dəymiş zərərin aradan qaldırılmasında bir valideyin olaraq öz köməkliyini əsirgəməmiş və evin təmirində istifadə edilmiş tikinti materialları üçün 9785 manat pul xərcləmişdir. Cavabdehlərin yaşadıqları evdə yanğın olduğu tarixədək İddiaçı cavabdehlərin götürdükləri kreditdən, onun biznesinin başına açdıqları oyunlardan xəbəri olmamışdır. O belə bir halın olduğunu aşkar etdikdən sonra oğlu Cavabdeh1 öz bisnesinin rəhbərliyindən kənarlaşdırmışdır. Biznesindən kənarlaşdırılan Cavabdeh1 aylıq kredit ödənişlərini ödəmək qabiliyyəti olmadığını görən İddiaçı cavabdehin aylıq kredit ödənişlərini yəni- evin bankda girovda olması, evə həbs qoyulmaması üçün məcbur qalaraq müxtəlif tarixlərdə 2250 manatı özü ödəmişdir. Cavahdehlər birinci növbədə iddiaçının onlar üçün kredit olaraq götürüb xərclədiyi pulları və bankın faizlərini qaytarmalı idilər. Lakin cavabdehlər nəinki onun pullarını qaytarmaq, hətta bir o qədər də onun biznes fəaliyyətinə maddi ziyan vurmuşlar. Ona görə də o, cavabdehlər Cavabdeh1 və Lalə Nəzərovadan onların yaşayış və mənzil şəraitlərini yaxşılaşdırmaqdan ötrü kredit olaraq götürüb yeni həyət evlərinin tikintisi üçün xərclədiyi 80000 ABŞ dolları kredit pulunun, bankın faizi olan 36245 ABŞ dolları pulun və təsərrüfat malları dükanından təmir-tikinti ilə əlaqədar müxtəlif tarixlərdə qaimələr əsasında götürülmüş malların, tikintidə işləmiş usta və fəhlələrin ödənişlərinin ümumi dəyəri olan 145750 manat pulun, evləri yandıqdan sonra təmirinə çəkdiyi 9785 manat pulun və müxtəlif tarixlərdə cavabdehlər üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun, ümumilikdə 180285 manat maddi ziyan pulunun və 116245 ABŞ dolları kredit pulunun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh1 ona 231526 manat borcu vardır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, “Accessbank”ın Lənkəran filialından götürülən 60000 min ABŞ dolları kredit pulunu tam olaraq deyil 54000 ABŞ dolları məbləğində hissəsini götürmüşdür. Cavabdeh iddiaçıya olan borcundan 10000 manatını torpaq sahəsini bağışlamaq yolu ilə ödədiyini də bildirmişdir. Birinci instansiya məhkəməsində izahatında Cavabdeh1 cəmi 231526 manat borcunun olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh2 qarşı iddiasından imtina etdiyini və onun cavabdehlikdən çıxarılmasını xahiş etmiş, ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə cavabdehin adına verilmiş aylıq əmək haqqı barədə arayışı əldə edəndən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2020-ci illər ərzində aldığı cüzi miqdarda olan əmək haqqı bir qadın olaraq onun pal-paltarının və kosmetik vasitələrinin aylıq tələbatını güclə ödəyə bilərdi. Ona görə də o, Cavabdeh2 himayəsində 2 azyaşlı övladı olduğunu, tibb müəssisəsində operator işləməklə az miqdarda əmək haqqı aldığını, ondan külli miqdarda maddi ziyan tələb etməyi onun həyat şəraitinə, yaşayışına, maddi cəhətdən sıxıntıya və həyat şəraitinin pisləşməsinə gətirib çıxara biləcəyini nəzərə alaraq ondan külli miqdarda maddi ziyan tələbindən imtina edir. Ona görə iddiaçı borcun Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qızna qarşı pul tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1n qarşı iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı dəymiş maddi ziyanın əvəzi olan 231526 manat pul və 563 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən, qətnamənin maraqlarına toxunduğunu iddia edən Nəzərova (Balayeva) Lalə Möhübbət qızı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Nəzərova (Balayeva) Lalə Möhübbət qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. L.Nəzərova (Balayeva) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının ona münasibətdə iddia tələbindən imtina etməsi əsası ilə mülki iş üzrə icraata xitam verilmiş və nəticə etibarı ilə mülki iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilmişdir. Hesab edir ki, iddia tələbi üzrə ona münasibətdə icraata xitam verilsə də, digər cavabdehə münasibətdə iddia tələbinin təmin edilməsi onun hüquqlarını pozmuşdur. Belə ki, hazırda mübahisələndirdiyi məhkəmə qətnaməsi ilə iddia tələbinin digər cavabdehə münasibətdə təmin edilməsi həmin tələb icra olunduqdan sonra icra edilmiş tələbin yarısının Cavabdeh1 tərəfindən reqres qaydasında gələcəkdə ondan tələb etməsinə zəmin yaradılmış olmuşdur. L.Nəzərova (Balayeva) şikayətində göstərmişdir ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən dəfələrlə xahiş etsə də, məhkəmə yalanlar üzərində qurulmuş iş üzrə İddiaçı və Cavabdeh1 mövqeyindən çıxış edərək, mahiyyətcə onların xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. Qətnaməni qanunsuz və əsassız hesab edən L.Nəzərova (Balayeva) qeyd etmişdir ki, məhkəmə digər cavabdehə münasibətdə iddia tələbinin qismən təmin edilməsi haqqında qəbul etdiyi qətnamənin onun maraqlarına toxunduğunu qəsdən nəzərə almamış və onu mülki işin icraatından uzaqlaşdırmaq məqsədilə ona münasibətdə mülki iş üzrə icraata xitam vermişdir. Əslində isə dolayısı yolla mahiyyətcə iddia ərizəsində göstərilən tələbin ondan və digər Cavabdeh1 qismən tutulması haqqında qətnamə qəbul etmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən şikayətçi Cavabdeh2 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçı uydurma tələb irəli sürmüşdür. Belə ki, Cavabdeh2 Cavabdeh1 qarşı əmlak tələbinə dair ayrıca iddia vermişdir. Hazırki iddianın təmin edilməsi onların arasında olan işə təsiri olacaqdır. İddia tələbinə görə, guya iddiaçı Bankdan kredit götürüb, lakin bu barədə sübut təqdim edilməyib, bankın arayışı da var ki, dollarla kredit olmayıb. Birgə nikah dövründə əldə olunmuşdursa, mediasiyadan keçməli idi. Bununla yanaşı, Yasamal rayon məhkəməsində iş gedir. Ekspertiza təyin olunub icaat dayandırılıb. İddiaçı tərəf qaimələrə istinad edib, lakin istənilən adam o qaiməni alıb doldura bilərdi. Ümumiyyətlə İddiaçı heç bir xərc çəkməyib. Saxta ərizələr əsasında əmlak girov qoyulub. Əsədullayev Günay tərəfindən onların evi yandırılıb. Zaur ona təcavüz edib. Evin sığortası olub, onu da sığorta qaşılayıb. Sığorta məbləği 27,700 manat olub. Şikayətçinin nümayəndəsinin bildirdiyinə görə şahid ifadələri də əsassızdır. Belə ki, ustalarla müqavilə olmayıb, onların həmin evin inşasında iştirakı olmayıb. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etirazı edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstəmişdir ki, iddianın təmin edilməsi üçün yetərincə sübutlar vardır. Bunlar şahid ifadələri, kredit müqavilələri və digər sənədlərdir. Cavabdeh iddiaçının oğludur, cavabdehin 2005-ci ildən VÖEN-i olmuşdur. 2019-cu ildə ləğv olub. Cavabdeh mağazada əvvəl rəhbər olub, sonra işçi kimi qəbul olub. Banklardan götürülən pullar Zaura borc qismində verilib ki, evi təmir etsin. Sübut odur ki, cavabdeh etiraf edir ki, atası ona borc verib. Torpaq sahəsinə verilən 10000 pulu da atası borc verib. “Turanbank” dan olan kredit Azadın adınadır. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, atası ilə münasibəti normaldır. 2015-ci ilə kimi valideynləri ilə birgə yaşamışdır. O atasından pulu manatla borca almışdır. İddianı qismən etiraf etmişdir. 2008-2021-ci ildə Lalə ilə birgə nikahları olmuşdur. 2018-ci ildə “Turanbank”dan kredit götürmüşdür. Cavabdeh onu da qeyd etmişdir ki, bir valideyn kimi atası ona yardım etmişdir, o da atasının borcunu qaytarmaq istəyir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi deliktdən irəli gəlir. Apellyasiya şikayəti verən L.Nəzərova (Balayeva) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İddiaçı ərizəsində cavabdehdən formaca maddi ziyanı tələb etsə də mahiyyətcə tələb etdiyi pulu borc olaraq, yaxud vurulmuş ziyan kimi, yoxsa əsassız varlanma nəticəsində yaranan məbləğ kimi tələb etdiyini konkret olaraq əsaslandırmamışdır. İddiaçının tələbi bir neçə hissədən ibarətdir. İddiaçının tələbində «AccessBank»ın Lənkaran filalindan 2009-cu ildə və sonradan kredit götürmüş, cavabdehlərə məxsus evin təmirinə və tikintisinə sərf etdiyini göstərmişdir. Bu məbləğ faizi ilə birlikdə 116.245 ABŞ dolları edir. İddiaçı cavabdehlərə məxsus evin təmirinə görə (ustalara çəkilən xərc olaraq, inşaat materialları və s.) 145750 manat tələb etmişdir. Bundan başqa, iddiaçı cavabdehlərə məxsus evdə yanğından sonra təmirə görə 9785 manat xərclədiyini iddia etmişdir. Bunlardan başqa müxtəlif vaxtlarda çəkdiyi xərcə görə isə 24750 manat tələb etmişdir. İddiaçı tərəf izahatında tələb etdiyi məbləğin borc olduğunu qeyd etmiş, Cavabdeh1 da atasının ona borc verdiyini etiraf etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə (cavabdehlərə) borca verdiyi pulu tələb etdiyi halda tərəflər borc münasibətlərində olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya qeyd edir ki, tərəflər arasında borc münasibətləri olduğu təqdirdə tələbin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 740.2-cı maddəsinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında nəinki borc barədə yazılı müqavilə, borc razılaşmasının bağlandığı vaxt və yer, müqavilənin qüvvədə olma müddəti, tərəflərin öhdəlikləri və digər şərtləri barədə hər hansı razılıq olduğu müəyyən edilmir. Pulun cavabdehə verilməsi barədə də hər hansı sübut yoxdur. Odur ki, bu əsasla iddia təmin edilməməlidir. Digər tərəfdən, işin hallarından, o cümlədən tərəflərin izahatlarından görünür ki, Cavabdeh1 və Nəzərova Lalə arasında nikah münasibətləri pozulmuşdur. Onların arasında əmlak mübahisələri başqa məhkəmənin icraatındadır. Hazırki iş üzrə Cavabdeh1 borcu etiraf etməsi isə tərəflər arasındakı həqiqi münasibətlərin və işin hallarının gizlədilməsinə xidmət etməyi istisna etmir. Cavabdeh Lalə Nəzərova iddiaya etirazında bildirmişdir ki, hazırki iddia Cavabdeh1 ilə qabaqcadan düşünülmüş plan üzrə gələcəkdə onlara qarşı iddia tələbindən çəkindirmək niyyəti ilə qaldırılmışdır. MPM-in 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında deyilir ki, qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir (bənd 3.18). Digər tərəfdən, iddiaçı (ata) ilə Cavabdeh1 (oğulun) münasibətləri normaldır. Birgə bizneslə məşğul olmuşlar. Cavabdeh apellyasiya baxışında verdiyi izahatında bildirmişdir ki, bir övlad olaraq atasının borcunu ödəmək istəyir. Bu da onu deməyə əsas verir ki, əgər iddiaçı cavabdehlərin mənzilinə hər hansı məbləği xərcləmiş olsa belə, bu, kreditor-borclu münasibətlərindən törənməmişdir. Cavabdeh1 atasının (iddiaçının) borcunu ödəmək istəyirsə, bunu məhkəmə müstəvisindən kənar da edə bilər. İddiaçı ərizəsində, cavabdehin (cavabdehlərin) hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanı tələb edə bilər. (Birinci instansiya məhkəməsi də bu münasibətlərə əsaslanmışdır). Bu zaman tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh (cavabdehlər) tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin bu hallar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, bu əsasla da iddia təmin edilə bilməz. İddiaçı əsassız varlanma nəticəsində (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin tələbləri qaydasında) vurulmuş ziyanı tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün tərəflərdən birinin, digərinin səbəbinə zənginləşməsi və qarşı tərəfin yoxsullaşması ilə yanaşı, bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalı (üzrlü bir səbəb olmamalı), həmçinin varlanma ilə yoxsullaşma arasında səbəbli əlaqə də olmalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavlə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Üzrlü bir səbəb olmadan iddiaçının səbəbinə cavabdehin zənginləşməsi halını sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı tələbində Bankdan cavabdehin əvəzinə kredit götürüb, həmin krediti və faizləri ödədiyini bildirsə də bu halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Cavabdeh1 formal olaraq bu iddianı qəbul edsə də digər cavabdeh Lalə Nəzərov bu faktı təsdiq etməmişdir. İddiaçının Bankdan cavabdehin xahişi ilə, yaxud cavabdehə görə kredit götürməsi halı təsdiq edilmir. İddiaçı tələbində «AccessBank»ın Lənkaran filialından götürdüyü krediti cavabdehlər üçün ev inşa etdiyini bildirsə də bu, mötəbər sübutlarla təsdiq edilmir. Eləcə də cavabdehlərin kredit borcunu ayda 2250 manat olmaqla ödəməsi halına dair iddiaçı hər-hansı sübut təqdim etməmişdir. İddiaçı ona məxsus mağazadan alınmış inşaat-tikinti materiallarının cavabdehlərin yaşayış evinə sərf edildiyini iddia etmiş, müəyyən sayda qaimə-fakturaları təqdim etmişdir. Lakin təqdim edilmiş qaimə-fakturalarda göstərilən materialların iddiaçının vəsaiti hesabına alınaraq cavabdehlərin mənzilin təmirinə sərf edilməsi müəyyən edilmir. İddiaçı istinad etdiyi bu halı, nə məqsədlə xərc çəkdiyini, eləcə də cavabdehlərin evinə çəkilən xərcin miqdarını sübuta yetirə bilməmişdir. İddiaçı, cavabdehlərin evinin inşasında ustalara çəkilən xidmət haqqını ödədiyini, onların yeməyinə pul xərclədiyini qeyd etsə də bu barədə hər-hansı sübut təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlər iddiaçının yaşadığı evinin qarşısında inşa etdirdiyi evdə usta olaraq işlədiklərini, təmir-tikinti işlərin həyata keçirdiyini bildirmişlər. Lakin ustaların konkret olaraq hansı işi gördükləri, kimin evində işlədikləri, bu işlərin dəyərinin nədən ibarət olduğu da müəyyən edilmir. Bundan başqa, iddiaçı tərəfin, eləcə də Cavabdeh1 izahatlarından bəlli olur ki, cavabdehin 2005-ci ildən VÖEN-i olmuşdur. Atası ilə birlikdə bizneslə məşğul olmuşlar. Cavabdeh mağazada əvvəl rəhbər olub, sonra işçi kimi işə qəbul olunub. İddiaçı bildirmişdir ki, torpaq shəsini cavabdehin adına rəsmləşdirmişdir. Torpaq sahəsində müəyyən tikinti işləri görmüşlər. Bu baxımdan biznesin inkişafı üçün kredit götürülməsi də mümkündür. İddiaçı və cavabdehin birgə işlədikləri dövrdə biznesin inkişafı üçün kredit götürmələri, müəyyən tikinti işləri görmələri, bu zaman (istər ata-oğul kimi, istərsə də biznes partnyoru olaraq) tərəflərin öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almadan fəaliyyət göstərmələri də istisna edilmir. Lakin bu, iddiaçının heç bir üzrlü səbəb olmadan cavabdehin (cavabdehlərin) əvəzinə müəyyən iş görməklə cavabdehin (cavabdehlərin) əsassız olaraq zənginləşdirməsi anlamına gəlmir. Kollegiya hesab edir ki, hazırki halda iddiaçıların tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Bu baxımdan həmin əsasla da iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya qeyd edir ki, hazırki halda borca pul verdiyini, yaxud ona ziyan vurulduğunu, olduğu halda ziyanın cavabdehin (cavabdehlərin) qanunsuz hərəkətləri nəticəsində vurulduğunu, yaxud heç bir hüquqi əsası olmadan cavabdehlərin əvəzinə ödəniş (kredit və s.) etdiyini, eləcə də heç bir üzrlü səbəb olmadan müəyyən haqq və ya qarşılıqlı əvəz olmadan cavabdehlərin əvəzinə iş gördüyünü sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı bu halları sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Kollegiya iddiaçının tələbinin təmin edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı 284 manat tutulub Nəzərova (Balayeva) Lalə Möhübbət qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Nəzərova (Balayeva) Lalə Möhübbət qızının apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Мəhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)-130/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə İddiaçı 284 manat tutulub Nəzərova (Balayeva) Lalə Möhübbət qızına ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar