Məhkəmə qərarları › İş №2(106)-602/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-602/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-602/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X10 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq iddiaçıya qaytarılması, eyni zamanda məhkəmə xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında imzalanmış 8 iyul 2022-ci il tarixli aktla Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirilmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilərkən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 baş inək aşkar edilməmiş və bu barədə 2024-cü il 5 fevral tarixli yekun monitorinqi aktı tərtib edilmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-N-28611/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında maddi aktivin bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, təxminən 3 il əvvəl ona 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem verilmişdir. Heyvanları alarkən ona heyvanların 2 il ərzində satılmasının qadağan edilməsi bildirilmişdir. Heyvanlardan biri daim yatırdı, yerindən qaldırmasan qalxmırdı. O, bu barədə Məşğulluq Agentliyinə məlumat vermiş, lakin heç bir tədbir görülməmişdir. O, həmin heyvanların saxlanılmasına günə 15 manat xərc sərf etmiş, 3 ay sonra saxlamağa imkanı olmadığı üçün 3 heyvanı bir ədəd qara cins inəyə dəyişmişdir. Heyvanları dəyişdikdən sonra Məşğulluq Agentliyinin əməkdaşları 3-4 dəfə gəlib baxış keçirmiş, etdiyi dəyişikliyi bəyənmişdilər. Sonuncu dəfə baxış keçirməyə gələndə şəraitə görə dəyişdiyi heyvanı atası evinə apardığı üçün gəlib həyətində aşkar etməmişlər və heyvanın aşkar edilməməsi barədə ona kağız vermişlər. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 baş sağlam inək, 400 kq qarışıq yem (paketlənmiş), 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X11 verilməsi, iddianın verilməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilməsi olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Məşğullauq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 443.1, 1096.1, 1115-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, X5 tərəfindən 2022-ci ildə ona 3 baş iri heyvan verilmişdir. O, heyvanları 3 ay saxladı. Heyvanlardan biri xəstə idi və ayaq üstə dura bilmirdi, o heyvanı durğuzmasa durmurdu. Zəng edib bu barədə Məşğulluq İdarəsinə bildirdi. Onlar ona cavab vermədilər. O da heyvanları bir baş inəklə dəyişdi. Bir baş inək günə 25-30 litr süd verirdi. Onda da 2-3 dəfə də Məşğulluq İdarəsindən gəldilər və baxdılar. Nümayəndələr bəyəndilər və xoşlarına gəldi və bildirdilər ki, yaxşı etmisən. Sonra 4-cü dəfə gələndə isə heyvan həyətdə aşkar olunmadı. Bəzi səbəblərə görə heyvan həyətdə yox idi. Heyvan boğaz olduğu üçün 10 günə doğması ehtimalı olmasına görə həyətin qapısı balaca idi deyə, heyvan girib-çıxa bilmədiyi üçün bala atmasın deyə heyvanı 10 günlüyünə qonşuya əmanət etmişdir. Bundan başqa, məhkəmə işə onun iştirakı olmadan baxılmış və onun iddia tələbinə dair etirazı və mülahizəsi dinlənilməmişdir. İzahatlar Apellyasiya baxışında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, Cavabdeh X5ndən götürdüyü 3 baş inəyi təyinatı üzrə istifadə etməmişdir. Ona görə də X5 cavabdehə verilmiş həmin inəkləri, yem və ot məhsullarını naturada tələb edir. Əvvəlki apellyasiya baxışında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, X5 2022-ci ildə ona 3 baş iri heyvan vermişdir. İnəkləri gətirdikdən 2-3 gün sonra inəklərə baxması üçün baytar həkimi gətirmiş, həkim inəklərə baxdıqdan sonra bildirmişdir ki, inəklər qısırdır. 3 ay saxladıqdan sonra həmin inəkləri bir baş cins inəyə dəyişmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə Cavabdeh arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqavilə bağlanmışdır. 08 iyul 2022-ci il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təvil-təslim” aktı ilə özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh 3 yaşa qədər 3 baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) verilmişdir. 05 iyul 2024-cü il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi” aktının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh fəaliyyətinin yekun monitorinqi aparılmış, nəticədə Agentlik tərəfindən Cavabdeh verilmiş əmlak aşkarlanmamış və sonuncunun fəaliyyəti biznes planına uyğun gəlməmişdir. Aktın doğruluğu Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının əməkdaşları və özünüməşğulluğa cəlb olunmuş Cavabdeh imzası ilə təsdiq edilmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlak 1 il müddətinə müqavilə əsasında verilir. Qanunun 24.1.5-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Hazırda iddiaçı “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqavilə şərtlərinin pozulduğuna əsaslanaraq istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq ona verilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiyanın qənaətinə görə, tərəflər arasında olan müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. İddiaçıya cavabdehin hərəkətlərin nəticəsində ziyan vurulması, cavabdehin hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilir. Kollegiya hesab edir ki, vurulmuş zərərin ödənilməsi ilə bağlı iddiaçının tələbi haqlıdır. Bu baxımdan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bununla yanaşı, Kollegiya hesab edir ki, məhkəmə verilən əşyaların naturada alınmasını qət edərkən alınmalı əmlakın dəyərini göstərməmişdir. Halbuki, MPM-in 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. AB Consulting şirkətinin verdiyi arayışa görə, hazırda ölkə üzrə yaşı 3-4 il olan inəyin birinin orta bazar qiyməti : 1500-1800 manat; 400 kq-dan ibarət paketlənmiş qarışıq yemin orta bazar qiyməti : 400*0.80+320 manat; 65 ədəd yonca bağlamasının bir ədədinin orta bazar qiyməti: 3-5 manat təşkil edir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla belə, qətnamə dəyişdirilməli, iddia təmin edilməli, Cavabdeh 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli, hər birinin dəyəri 1650 manat olan 3 yaşa qədər 3 baş sağlam inək, dəyəri 320 manat olan 400 kq qarışıq yem (paketlənmiş), dəyəri 260 manat olmaqla 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində, olmadıqda onun dəyəri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X11 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 09 dekabr 2024-cü tarixli, 2(056)-2463/2024 saylı qətnaməsi dəyişdirilsin. İddia təmin edilsin. 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli, hər birinin dəyəri 1650 manat olan 3 yaşa qədər 3 baş sağlam inək, dəyəri 320 manat olan 400 kq qarışıq yem (paketlənmiş) və dəyəri 260 manat olan 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində, olmadıqda onun dəyəri Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 verilsin. Dövlət rüsumuna görə 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar