Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-605/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1309/2023 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, dəymiş ziyana görə 2315 manat və 43,15 manat pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 1,85 manat hissəsinin iddiaçılara aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli göndəriş məktubu ilə Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsinin surəti tərəflərə göndərilmişdir. İş materiallarının 129-cu vərəqində olan poçt göndərişlərinin izlənməsi haqqında çıxarışdan görünür ki, qətnamənin surəti 17 oktyabr 2023-cü il tarixində Cavabdeh çatdırılmışdır. Bundan sonra 13 noyabr 2023-cü ildə Cavabdeh birbaşa olaraq Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən narazı olduğunu bildirmiş və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin həmin ərizəsi 23 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, ərizəyə məhkəmənin aparatında baxılaraq, 27 noyabr 2023-cü il tarixli məktubla ərizəsinə əlavə olunmuş sənədlər aidiyyəti üzrə müraciət etməsi üçün Cavabdeh qaytarılmış, ona Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququnun olması izah edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Lənkəran rayon İcra və Probasiya şöbəsinin 27 noyabr 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh yalnız 09 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmiş, ərizədə Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1309/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsini aldıqdan sonra hüquqi savadı olmadığına görə 13 noyabr 2023-cü il tarixdə birbaşa Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsindən 27 noyabr 2023-cü il tarixli məktubla ona cavab verilərək Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti vermək hüququ olduğu bildirilmişdir. O, həmin qətnamədən narazıdır və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə onun Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək müddətini ötürməsini üzrlü hesab edərək müddəti bərpa edib, hüquqlarını yuxarı instansiya məhkəməsində müdafiə etməsi üçün humanist addım atacaqdır. Cavabdeh apellyasiya şikayətində mübahisə olunan qətnamənin alınma tarixini 16 oktyabr 2023-cü il olaraq qeyd etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(049)-1309/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Nicat Ağabəyov) Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmiş, Cavabdeh vəsatətinə əsasən Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Cavabdeh geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə qətnaməsini 17 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada əldə etməklə onun Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ 17 noyabr 2023-cü il tarixədək davam etmişdir. Lakin apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə vəsatətdən görünür ki, cavabdeh qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət bitdikdən 1 ay 23 gün sonra apellyasiya şikayəti vermişdir. Cavabdeh prosessual müddətin bərpa edilməsi barədə vəsatətində qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verə bilməməsini hüquqi savadsızlıqla əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, vəsatətdə qeyd edilənlər ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(049)-1309/2023 saylı qərardadının ləğv edilməsini, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)- 1309/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməsini və mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun hüquqi savadının olmaması, onun qanunun aliliyinə və ədalətə olan inam hissinin artırılması, öz hüquq və azadlıqlarının yuxarı instansiya məhkəmələrində müdafiəsinin təmin edilməsi məqsədilə cavabdehin hüquqi savadının olmaması və qanunun tələblərini bilməməsi ilə əlaqədar vəsatətdə qeyd etdiyi digər xüsusatları qanunla müəyyən edilmiş müddətin buraxılması üçün üzrlü səbəb hesab edə bilərdi və humanist addım ata bilərdi. Lakin birinci instansiya məhkəmə bu humanist addımı atmadı. Beləliklə, məhkəmə Konstitusiyanın 60-cı və 147-ci maddələrini pozmuşdur. Belə ki, Konstitusiyanın 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Göründüyü kimi, məhkəmə cavabdehin məhkəməyə müraciət etmək hüququnu və hüquqlarının daha yüksək məhkəmə instansiyasında qorumaq hüququnu məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi MPM-in 9.1-ci maddəsinin tələblərini pozmuş və həmin maddənin ziddinə hərəkət etmişdir. Həmin maddənin tələbinə görə isə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin göründüyü kimi, məhkəmə bu maddənin tələbinə riayət etməmiş, işi hərtərəfli və faktlar əsasında keçirməmişdir. Məhkəmə MPM-in 14.2-ci maddəsinə istinad etsə də, bu maddəni səhv tətbiq etmiş və nəticədə düzgün nəticəyə gəlməmişdir. Həmin maddənin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi MPM-in 77.1-ci və 77.2-ci maddələrinin tələblərini pozmuş və həmin maddələrin ziddinə hərəkət etmişdir. Belə ki, həmin maddələrin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin məhkəmə yarımçıq ekspert rəyi əsasında işə baxaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi MPM-in 133-cü maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin tələbinə görə isə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Göründüyü kimi, məhkəmə onun hüquqi savadının olmamasını üzrlü səbəb kimi hesab etməyərək müddəti bərpa etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərardadda göstərilmiş nəticələri işin hallarına qətiyyən uyğun gəlmir. Çünki o, qətnaməni aldıqdan sonra ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir. Əgər hüquqi savadı olsaydı, birbaşa birinci instansiya məhkəməsinə müraciət edərdi. O, yalnız vəkillə məsləhətləşəndən sonra ona apellyasiya şikayətinin elektron kabinet vasitəsi ilə verməli olduğunu bildirmişlər. Yuxarıda qeyd etdiyi kimi məhkəmə hazırkı iş üzrə qərardad qəbul etməklə səhv nəticəyə gəlmişdir. Bununla yanaşı, onu hazırkı mülki iş üzrə icra məmuru icra şöbəsinə dəvət edib icra sənədinin icrasını tələb etmiş, o, həmin qətnamədən apellyasiya şikayəti verdiyini deməsinə baxmayaraq, Lənkəran Rayon Məhkəməsi onu inzibati qaydada 500 manat cərimə etmişdir. Hesab edir ki, işin bu halına da Şirvan Apellyasiya Məhkəməsi tərəfindən müvafiq qiymət veriləcəkdir. Lənkəran Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(049)-1309/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(049)- 1309/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1309/2023 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da müəyyən edildiyi kimi, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsinin surəti Cavabdeh 17 oktyabr 2023-cü ildə çatdırılmışdır (hətta cavabdeh apellyasiya şikayətində qətnamənin alınma tarixini 16 oktyabr 2023-cü il olaraq qeyd etmişdir). Bundan sonra, cavabdeh 13 noyabr 2023-cü ildə ərizə ilə (apellyasiya şikayəti ilə deyil) Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin qətnamədən narazı olduğunu bildirmişdir. Həmin ərizə Şirvan Apellyasiya Məhkəməsinə 23 noyabr 2023-cü ildə daxil olmuş, 27 noyabr 2023-cü il tarixli məktubla ərizəyə əlavə edilmiş sənədlər aidiyyəti üzrə müraciət olunması üçün cavabdehə qaytarılmış, ona Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququnun olması izah edilmişdir. Cavabdeh isə yalnız 09 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmiş, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti buraxmasının səbəbi kimi hüquqi savadının olmamasına, bu səbəbdən də birbaşa Şirvan Apellyasiya Məhkəməsinə müraciət etməsinə istinad etmişdir. Göründüyü kimi, cavabdehin əsas dəlili onun hüquqi savadının olmaması səbəbindən birbaşa Şirvan Apellyasiya Məhkəməsinə müraciət etməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, cavabdeh tərəfindən birbaşa Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 13 noyabr 2023-cü il tarixli ərizə MPM-də apellyasiya şikayətinin forması və məzmunu ilə bağlı müəyyən edilmiş heç bir tələbə uyğun gəlmədiyinə görə ümumiyyətlə apellyasiya şikayəti olaraq qiymətləndirilə bilməz. Bununla yanaşı, cavabdehin birbaşa Şirvan Apellyasiya Məhkəməsinə müraciət etməsini hüquqi savadsızlığı ilə əlaqələndirməsi hazırda onun apellyasiya şikayəti verilməsi üçün müddəti buraxmasının üzrlü səbəbdən baş verməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, cavabdehin barəsində apellyasiya şikayəti vermək istədiyi Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsinin “Qət etdi” hissəsinin sonuncu abzasında qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə biləcəyi qeyd olunmuşdur. Bu cür qeydin mövcudluğu isə qətnaməni aldığını təsdiq edən cavabdehin birbaşa Şirvan Apellyasiya Məhkəməsinə müraciət etməsini hüquqi savadsızlığı ilə əsaslandırmasını istisna edir. Göründüyü kimi, sözügedən qətnamədə tərəflərə məhz Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verilə biləcəyi qeyd edilsə də, cavabdeh bu qeydə hər hansı əhəmiyyət verməmiş, bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinə birbaşa olaraq apellyasiya şikayəti ilə də deyil, adi yazılı bir ərizə ilə müraciət etmişdir. Hazırda müəyyən olunur ki, cavabdeh Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsinin surətini aldıqdan sonra (17 oktyabr 2023-cü ildə) 1 ay müddətində - 17 noyabr 2023-cü ilədək ondan apellyasiya şikayəti vermək hüququna malik olmuşdur. Lakin cavabdeh MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti yalnız 1 ay 22 gün ötürdükdən sonra apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsində Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş Qərarında qeyd edilən hüquqi mövqeyinə uyğun səbəblər aşkar edilmir. Əksinə, cavabdehin üzrlü səbəb kimi istinad etdiyi hüquqi savadının olmaması halı Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsinin “Qət etdi” hissəsinin sonuncu abzası ilə inkar olunur. Cavabdeh həmin haldan başqa, hər hansı üzrlü səbəbdən apellyasiya şikayəti verə bilmədiyini göstərməmiş, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti buraxmasının üzrlü hesab edilməsi üçün əsas ola biləcək halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh öz şikayətində apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinin onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnu pozduğunu qeyd etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Bu baxımdan şəxsin apellyasiya şikayəti vermək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də müəyyən edilmiş prosessual müddətlər çərçivəsində həyata keçirilməlidir, bunun əksi həmin iş üzrə digər tərəfin prosessual hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də cavabdehin şikayətinin qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(049)-1309/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdehin ərizəsini təmin etməməkdə və buraxılmış prosessual müddətin bərpasından imtina etməkdə haqlı olmuşdur. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırda cavabdehin apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi MPM-in 363.1.3-cü maddəsinə uyğun olaraq cavabdehin apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri də qaytarmaqda haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1309/2023 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1309/2023 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-605/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-605/2024
01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver