Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-607/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, Lənkəran Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh və X2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" ASC ilə Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış 27 iyun 2013-cü il tarixili 1xx/xx/35018/13 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Qurbanov Malik Muxtar oğluna 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50 000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış 27 iyun 2013-cü il tarixili 1xx/xx/35018/13 saylı ipoteka müqaviləsinə əsasən Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlak 150.400 manat məbləği dəyərində qiymətləndirilmişdir. LPO "xxxx" ASC cavabdeh Qurbanov Malik Muxtar oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək, 27 iyun 2013-cü il tarixli 1xx/xx/35018/13 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 32961.92 manat məbləğində əsas borc, 1442.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə borcu, 1575.52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 37578.38 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumu hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 150.400 manat məbləğində müəyyən edilməklə Qurbanov Malik Muxtar oğlundan tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, evə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Qurbanov Malik Muxtar oğlunun evində yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin 06 iyun 2018-ci il tarixə Banka 32961.92 manat məbləğində əsas borc, 1442,42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə borcu, 1575.52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 37578.38 manat borcu qalmışdır. Mülki iş birinci instansiya məhkəməsinin icraatında olanda cavabdeh Qurbanov Malik Muxtar oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etdiyi bəlli olmuş, cavabdehin prosessual hüquqi varislərini müəyyən etmək məqsədilə müvafiq sorğular edilmiş və arvadı Cavabdeh, uşaqları- X6, X7, X3 ibarət ailə üzvlərinin olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Qurbanov Malik Muxtar oğlunun evində yaşayan vərəsələri Cavabdeh və X4 cəlb etməyi xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh, hazırda mərhum Qurbanov Malik Muxtar oğlunun prosessual hüquqi varisləri qismində arvadı Cavabdeh və oğlu X6 cavabdeh qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən cavabdehlər iştirak etmədiyindən iddiaya dair onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Qasımov) 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, LPO "xxxx" ASC-nin ilə Qurbanov Malik Muxtar oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 32961.92 manat məbləğində əsas borc, maliyyə arayışında göstərildiyi kimi müqavilənin müddəti üçün hesablanmış 592.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 4.58 manat günlük faiz borcu, 2125.12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37277.98 manatın tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan və cavabdeh Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.400 manat məbləğində müəyyən edilməsi, həmin evin açıq hərracdan satılması və onun satışından əldə olunacaq vəsait hesabına Qurbanov Malik Muxtar oğlunun banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, mirası qəbul etmiş vərəsələri Cavabdeh və X2 qaytarılması, evə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin evdə yaşayan Qurbanov Malik Muxtar oğlunun ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin oradan məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun müvafiq olaraq müvafiq olaraq 29.70 və 29.70 manatı, cəmi 59.40 manatın cavabdehlərə aid edilməsi və onlardan müştərək qaydada alınaraq, iddiaçı LPO "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması il qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməli olduğu halda bunu etməmiş, bununla da “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbləri pozulmuş, nəticədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 150400 manat məbləğində müəyyən edilərkən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsində göstərilmiş qiymətə istinad etmişdir. Həmin vaxtdan on ildən artıq müddət keçmiş və ipoteka predmetinin qiymətinin bahalaşması işin mübahisəsiz halıdır. Bundan başqa, apellyasiya şikayətinə görə, kreditor tərəfindən müqavilənin vaxtından əvvəl xitam verilməsi tələbi irəli sürülməmiş, tələb edilən məbləğ pretenziya məktubunda olan vaxtdan hesablanmalı olduğu halda, bu cür hesablanmamış, ekspertiza keçirilməmiş, cavabdehlərin iştirakı təmin edilməmişdir. Prosessualməsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etmirlər. İddiaçının nümayəndəsi elektron sistem vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, həmin günə təyin edilmiş məhkəmə proseslərinin çoxluğu səbəbindən təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi etiraz göndərərək iş üzrə qiymətləndiricinin rəyi ilə razı olmadığını da qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamə yetkinlik yaşına çatmayan X2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəni dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti Cavabdeh aid hissədə qismən təmin edilməlidir. İşin hallarından görünür ki, 27 iyun 2013-cü il tarixili kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Qurbanov Malik Muxtar oğluna 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50 000 manat məbləğində kredit verilmişdir. 27 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlak 150.400 manat məbləği dəyərində qiymətləndirilmişdir. İpoteka predmeti olan Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evi Qurbanov Malik Muxtar oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına görə, Qurbanov Malik Muxtar oğlunun xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə banka 32961.92 manat məbləğində əsas borcu, müqavilənin müddəti üçün hesablanmış 592.42 manat məbləğində faiz borcu, 1598.52 manat məbləğində cərimə üzrə borcu, 4.58 manat günlük faiz borcu, 2125.12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37277.98 manat borcu vardır. İddiaçı hazırda kredit və ipoteka müqavilələrinə uyğun olaraq borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin tələbinə görə ipoteka predmetinə tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Kredit və ipoteka müqavilələrinin mövcudluğu mübahisələndirilmir. Kollegiya qeyd edir ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsini, eləcə də ipoteka predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində ümumi şəkildə borcun pretenziya məktubu əsasında hesablanmalı olduğunu, müvafiq ekspertizanın keçirilmədiyini qeyd etsə də ekspertiza keçirilməsini konkret tələb etməmiş, ekspertiza keçirilməsinin zəruriliyini əsaslandırmamış, borcun hansı hissəsi ilə razılaşmadığını da bildirməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 27 iyun 2017-ci ildə başa çatmışdır. İddiaçı, əsas borcu, kredit müqaviləsindən irəli gələn faiz borcunu və gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə faiz borcunu tələb etməklə yanaşı, müqavilə müddəti başa çatandan sonrakı müddət üzrə hesablanmış faiz borcunu tələb etməkdə haqlı olmuşdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq, müqavilə müddəti üçün hesablanmış faiz borcunu tutmuşdur. Bununla yanaşı, məhkəmə gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasını təmin edərkən əsassız olaraq iddia tələbindən kənara çıxmış, bununla da MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Qanunun tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin hallarından görünür ki, iddiaçı gecikdirilmiş vaxt üçün 1575,52 manat faiz borcunun tutulmasını tələb etdiyi halda, məhkəmə həmin hissədə 2125,12 manat məbləğində pulun tutulmasını təmin etmişdir. Ona görə də həmin hissədə də qətnamə qanunsuz olduğu üçün ləğv edilməli və iddia tələb həddində təmin edilməlidir. Cavabdeh tərəf qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyi alınmışdır. "xxxx" MMC-nin 13 may 2024-cü il tarixli UNİ/M15-285/2024 saylı rəyinə görə Lənkəran şəhəri, X10 küçəsi, 116 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 13 may 2024-cü il tarixinə bazar dəyəri -80500 manat, likvid dəyəri isə 72500 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi qiymətləndiricinin rəyi ilə razılaşmadığına dair etirazını göndərmişdir. Həm iddiaçı tərəfin, həm də cavabdehin qiymətləndiricinin rəyi ilə razı olmadıqlarını nəzərə alaraq, eyni zamanda, "xxxx" MMC tərəfindən müəyyən edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti ilə ipoteka müqaviləsində müəyyən edilmiş qiymət arasında kəskin fərq olduğundan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrarən müstəqil qiymətləndiricinin rəyi alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 098/139/24 saylı rəyinə görə Lənkəran şəhəri, X10 küçəsi, 116 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 19 sentyabr 2024-cü il tarixinə bazar dəyəri- 175000 manat, likvid dəyəri isə 158000 manat müəyyən edilmişdir. İddiaçı tərəf yenidən qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirmişdir. İddiaçı etirazında aşağıdakıları göstərmişdir: xx.xx.2013-cü il tarixli 1xx/xx/35018/13 saylı ipoteka müqaviləsinin 2.1-ci maddəsində "xxxx" MMC tərəfindən hazırlanan xx.xx.2013-cü il tarixli qiymətləndirici aktına əsasən ipoteka predmeti yəni fərdi yaşayış evinin qiymətinin dəyəri 150400 manat qiymətləndirilmişdir. 11 il bundan öncə 150400 manat təmirsiz evə qoyulan qiymətə bank tərəfindən ayrılan 50000 vəsait təmirə xərcləndikdən sonra necə ola bilər ki 11 il bundan öncə 150400 dəyəri olan evə 50000 təmir xərci çəkilib 2024-cü ildə həmin fərdi yaşayış evinə 7600 manat fərqlə 158000 manat qiymət qoyulsun. 11 il əvvəl bundan öncə yəni 2013-cü ildə 150400 manat qiymət qoyulan əmlakın 2024cü ildə ötən illərin əmlak bazarında nəinki bahalaşma heç bankın təmirə ayırdığı həmin evə 50000 çəkilən təmir xərci nəzərə alınmadan 158000 manat qiymətləndirilmişdir. Ona görə də iddiaçı tərəf yenidən təkrar məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilməsini xahiş etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə qiymətləndirmə rəyləri dəyərləndirərkən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti ilə ipoteka müqaviləsində müəyyən edilmiş qiymətlər arasında kəskin fərq vardır. Üstəlik, kredit götürülərkən evin təmirsiz olduğu, kreditin təmir məqsədilə götürüldüyü də nəzərə alınarsa, evin dəyərinin azalması ağlabatan deyil. "xxxx" MMC tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti, ipoteka predmetində qoyulan qiymətə daha yaxın və uyğundur. Ona görə Kollegiya ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmiş likvid dəyərini (158000 manat) əsas götürür. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən digər pozuntuya yol verildiyi də müəyyən edilir. Məhkəmə qətnamənin nəticə hissəsində ipoteka predmeti olan evə tutma yönəldildikdən və o satıldıqdan sonra həmin evdə yaşayan Qurbanov Malik Muxtar oğlunun ailə üzvlərinin yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin oradan məcburi qaydada çıxarılmaları qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, cavabdehdən başqa, digər şəxslərin yaşayış evindən çıxarılması hissədə qətnamə qeyri-müəyyəndir. Bu baxımdan məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, qətnamənin nəticə hissəsi dəqiq, aydın və anlaşılan olmalıdır ki, onun icrası da mübahisə yaratmasın. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işdə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsində, gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasında, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə- 32961.92 manat, faiz borcuna görə 592.42 manat, cərimə borcuna görə- 1598.52 manat, gecikdirilmiş faiz borcuna görə-1572 manat, cəmi 36724.86 manatın tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməli, tələb ipoteka predmeti olan və Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 158000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılmaqla satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəlməli, ipoteka predmetin olan evə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia tələbi və apellyasiya şikayəti qismən təmin edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərə aid edilir. Qiymətləndirmə ilə bağlı xərclər tərəflər arasında bölünməli, LPO "xxxx" ASC-dən 100 manat tutulub "xxxx" MMC-nin hesabına, 100 manat tutulub "xxxx" MMC-nin hesabına, Cavabdeh 100 manat tutulub "xxxx" MMC-nin hesabına, 100 manat tutulub "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(049)-3410/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə- 32961.92 manat, faiz borcuna görə 592.42 manat, cərimə borcuna görə- 1598.52 manat, gecikdirilmiş faiz borcuna görə-1572 manat, cəmi 36724.86 manatın tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tələb ipoteka predmeti olan və Qurbanov Malik Muxtar oğluna məxsus Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 158000 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Lənkəran şəhəri, X10 küçəsi, 116 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetin olan evə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə ilə bağlı yaranmış xərclərə görə, LPO "xxxx" ASC-dən 100 manat tutulub "xxxx" MMC-nin hesabına, 100 manat tutulub "xxxx" MMC-nin hesabına köçürülsün. Cavabdeh 100 manat tutulub "xxxx" MMC-nin hesabına, 100 manat tutulub "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-607/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-607/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver