Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-607/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: diaçı Accessbank QSC cavabdehlər X7, X3 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. ürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsi (Hakim: Rafiq Bağırov) ilə, iddia tələbinin qismən təmin olunması, cavabdehlər X7, X3 və Cavabdeh müştərək qaydada ödəniləcək günə manatla məzənnədə 8622,06 ABŞ dolları əsas borc, 1958,71 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 11580,77 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçı Accessbank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. ətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. ürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(041)-317/2028 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilərək prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. rvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2024-cü il tarixli 2(106)-1163/2024 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1163/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2028 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin Kürdəmir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. ürdəmir Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(041)-317/2028 saylı qərardadı ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər X7, X3 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(041)-317/2018 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılması, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətin 7 gün müddətində 2(041)-317/2018 saylı mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. rvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli 2(106)-1710/2024 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadının ləğv edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki işin Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(041)-317/2028 saylı qərardadı ilə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil ərizəsi təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil apellyasiya şikayəti 2(041)-317/2018 saylı mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. əmin qərardaddan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(041)-317/2028 saylı qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsini xahiş etmişdir. kayət onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə poçt vasitəsi ilə cavabdehlərin, o cümlədən, Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş və sifarişli poçtla göndərildiyindən digər şəxslər qətnaməni almış, yalnız X7 göndərilmiş poçt geri qaytarılmamışdır. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə tərəfindən iş icra olunması üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən Cavabdeh könüllü vaxt verilməklə icraata başlamaq haqqında qərar Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa qeyd edilməlidir ki, bankın ona qarşı kredit borcunun tutulması tələbi üzrə qətnamə Cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmişdir. Cavabdehlərin məqsədi artıq qanuni qüvvəsini almış və icra mərhələsində olan qətnamənin icrasına süni maneələr yaratmaq, bank qarşısında öhdəliklərin icrasından yayınmaq və mümkün qədər vaxtı uzatmaqdan ibarətdir. Apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuşdur və müddətin bərpa edilməsi üçün üzrlü hal yoxdur. Cavabdehlərin qətnamənin qəbul edildiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadığı halda ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. ürdəmir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(041)-317/2028 saylı qərardadı ilə İddiaçı QSCnin cavabdehlər X7, X3 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(041)- 317/2018 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılması və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin 7 gün müddətində 2(041)-317/2018 saylı mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(041)-317/2018 saylı qətnaməsinin Cavabdeh hansı tarixdə çatdırılması barədə məlumatın Kürdəmir Rayon Məhkəməsinə təqdim edilməsi üçün "xxxx" MMC-nin Kürdəmir rayon filialına sorğu verilmişdir. "xxxx" MMC-nin Kürdəmir rayon filialı verilmiş sorğuya cavab olaraq xx.xx.2018- ci il tarixli 2(041)-317/2018 saylı qətnamənin poçta daxil olma və çatdırılmasından 6 ay keçdiyi üçün poçt haqqında Azərbaycan Respublikasının Qanununun 12.2 maddəsinə əsasən cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Həmçinin qeyd edilən iş üzrə icra hərəkətlərinin aparılmasının hansı mərhələdə olması və Cavabdeh tərəfindən hansı icra hərəkətlərinin edilməsinin müəyyən edilməsi məqsədilə icra işi öyrənilmiş və məlum olmuşdur ki, qeyd edilən iş üzrə bildirişlər Cavabdeh çatdırılmamış, həmin bildirişlərin çatdırılması barədə icra işinə heç bir sübut əlavə olunmamışdır. Hazırki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsinin Cavabdeh hansı tarixdə verilməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan sənədlərdən görünür ki, qətnamə xx.xx.2018-ci il tarixli məktubla tərəflərə göndərilmiş, lakin qətnamənin cavabdehlərə, o cümlədən Cavabdeh təqdim edilməsi barədə sübut işə əlavə edilməmişdir. Bundan əlavə, işdə olan sənədlərdən məlum olur ki, qətnamə cavabdehlərin iştirakı olmadan çıxarılmış, onların məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Kürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, Cavabdeh prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi onun prosessual hüququdur və bu hüquq müdafiə edilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürməsini əsaslandırmış, habelə iş materiallarında sözügedən qətnamənin cavabdehə çatdırılmasını təsdiq edən hər hansı bir sənəd (xəbərnamə, poçt göndərişlərindən çıxarış vəs.) mövcud deyil. Odur ki, iddiaçının şikayətində qeyd etdiyi hallar formal xarakterə malikdir, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöteyi-nəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə tərkibi hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X9 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Kürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Kürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.