Məhkəmə qərarları › İş №2(106)-611/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-611/2025

12.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-611/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: diaçı Cavabdeh qarşı qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. avabdeh qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair maneələrin aradan qaldırılmasına, evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. stara Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2(018)-1033/2024 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Astara rayonun Maşxan kəndində yerləşən, İddiaçı mülkiyyətlərinə verilmiş 0,14 hektar torpaq sahəsinin, habelə Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin təsərrüfat başına kitabında xx.xx.2021-ci il tarixli, 759 saylı çıxarışla mülkiyyətlərinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsində 1984-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsində rəsmləşdirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğdə dövlət rüsumunun alınıb İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “JN-007A, KOD 80110028” nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə görə ailə üzvləri Cavabdeh, X4, X2, X1 mülkiyyətlərinə verilmiş Astara rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonun Maşxan kəndində 0,18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması və İddiaçı ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun alınıb Cavabdeh verilməsi qət edilmişdir. avabdeh məhkəməyə ərizə ilə müraciət edərək qətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. rizə onunla əsaslandırılmışdır ki, qeyd edir ki, 0,07 hektar torpaq sahəsi də 0.14 hektar torpaq sahəsinin daxilində yerləşir və həmin torpağa dair JN-006 A.KOD 80110028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə torpaq sahəsində fərdi yaşayış evi olması təsdiq olunmur və məhkəmə hansı sənədə əsasən əsaslandığı məlum deyil. Fərdi yaşayış evi 1984-cü ildə tikilibsə torpağa dair JN-006 A, KOD 80110028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə konfıqurası əksini tapmalıdır. Həmin şəhadətnamədə görə 0.14 hektar torpaq sahəsinə fərdi yaşayış evinin yerləşməsi təsdiqini tapmır. Ona və ailə üzvlərinə mənsub fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsində yerləşir və həmin ev və torpaq sahəsi 0.07 hektar yəni 0, 14 hektar torpaq sahəsindən aralı yerləşir və heç bir sərhədləri yoxdur. İddiaçı olunun iddiasının qanunsuzluğunu Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-105/2023 saylı qətnaməsi də təsdiq edir. Belə ki, həmin qətnamədən görünür ki, İddiaçı yaşadığı və istifadəsində otağının (səh: 8/10, 9/10) ekspert rəyinə əsasən JN-007A, Kod 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə düşsə də, iddiaçı cavabdehin həmin otaqda yaşamasını qəbul edərək mübahisələndirmir. Bunlara əsasən qarşılıqlı iddia ərizəsində həmin halı mübahisələndirmiş, məhkəmə iddianı qismən təmin etmişdir. stara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-1033/2024 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. avabdeh nümayəndəsi və vəkili Əbilov X3 Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)- 1033/2024 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. kayət onunla əsaslandırılmışdır ki, qeyd edir ki, 0,07 hektar torpaq sahəsi də 0.14 hektar torpaq sahəsinin daxilində yerləşir və həmin torpağa dair JN-006 A. KOD 80110028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə torpaq sahəsində fərdi yaşayış evi olması təsdiq olunmur və məhkəmə hansı sənədə əsasən əsaslandığı məlum deyil. Fərdi yaşayış evi 1984-cü ildə tikilibsə torpağa dair JN-006 A, KOD 80110028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə konfıqurası əksini tapmalıdır. Həmin şəhadətnamədə görə 0.14 hektar torpaq sahəsinə iərdi yaşayış evinin yerləşməsi təsdiqini tapmır. Ona və ailə üzvlərinə mənsub fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsində yerləşir və həmin ev və torpaq sahəsi 0.07 hektar yəni 0, 14 hektar torpaq sahəsindən aralı yerləşir və heç bir sərhədləri yoxdur. Bunları yəni İddiaçı mülkiyyətində olan, torpaq sahəsində, o cümlədən başqa yerdə fərdi yaşayış evi olması heç bir sübutla təsdiq olunmur və Astara rayon Məhkəməsinin 21,11,2024-cü il tarixli. 2(018) -1033/2024 saylı qətnaməsində buna hüquqi əsas yaradır və İddiaçı mülkiyyətində olan torpaq sahəsindəki yerləşən evimi öz adına sənədləşdirmək əsasları məlum deyildir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında bunlara münasibət bildirmədiyinə görə qərardad qanuni və əsaslə hesab edilə bilməz. stara Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə qətnamədə buraxılmış yanlışlığı və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh şikayətində istinad etdiyi hallar formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qanuni qərardadının ləğvi üçün əsas ola bilməz. Belə ki, İddiaçı Cavabdeh qarşı qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair maneələrin aradan qaldırılması, evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2(018)-1033/2024 saylı qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, həmin qətnamədə hər hansı bir yanlışlıq və ya açıq hesab səhvləri mövcud deyildir və ərizəçinin ərizəsində qeyd etdiyi hallar qətnamənin məzmununu dəyişməklə bağlıdır. Eyni zamanda, Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ vardır və o, verdiyi qarşılıqlı iddia tələbinin mahiyyətinə uyğun qətnamə qəbul edilmədiyini hesab edirsə, həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirə bilər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi “qətnamədəki yanlışlıqların düzəldilməsi” barədə verilmiş ərizənin təmin edilməməsi ilə düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Astara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Astara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(018)-1033/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar