Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-615/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X9 qarşı istifadə hüququna xitam verilməsi, evin boşaldılması və evin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: istifadə hüququna xitam verilməsi, evin boşaldılması və evin təhvil verilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X15, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə açıq məhkəmə iclasında, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X9 qarşı istifadə hüququna xitam verilməsi, evin boşaldılması və evin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və X9 qarşı istifadə hüququna xitam verilməsi, evin boşaldılması və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X5 Ağcabədi rayonu Avşar kəndində mülkiyyətdə olan 0.21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 84.9 kv.m yaşayış, 48.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi, onların Ağcabədi rayonu Avşar kəndində mülkiyyətdə olan 0.21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 84.9 kv.m yaşayış, 48.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonunun Avşar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindan xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər mənzilin boşaldılmasından imtina edirlər. Dəfələrlə edilən xəbərdarlıqlara isə cavabdehlər tərəfindən heç bir məhəl qoyulmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini Ağcabədi rayonunun Avsar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini, həmin evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və X5 Ağcabədi rayonunun Avşar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin boşaldılaraq torpaq sahəsi ilə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, həmçinin məhkəmə tərəfindən qərəzli mövqe tutulmuş, ətraflı araşdırılma aparılmamışdır. Göstərilmişdir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Məhkəmənin gəldiyi nəticə onu əlverişsiz vəziyyətə salmış, götürmüş olduğu kreditə görə mülkiyyət və yaşamaq hüququnun təmin edilməsinin mümkünlüyünü aradan qaldırmışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək iş movcud sübutlar əsasında onların iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh2 məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. e) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi göstərişlər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, Belə ki, İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(017)-3656/2016 saylı qətnaməsindən görünür ki, X12 ilə AccessBank qapali səhmdar cəmiyyəti arasinda bağlanmiş xx.xx.2009-cu il tarixli kredit xətti müqavilasina əsasən xx.xx.2009-cü il tarixli, 15R000000966 nömrəli kredit razılaşması üzrə əsas borc 45107.12 ABŞ dollar, asas məbləğə hesablanmiş faiz borcu 74562.06 ABŞ dollar, 200 ABŞ dollari dəbbə pulu: xx.xx.2009-cu il tarixli 15R000001344 nömrali kredit razılaşması üzrə əsas borc 26206.73 ABŞ dollar, əsas məblağa hesablanmiş faiz borcu 39708,99 ABS dollar, 100 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 185884.9 ABŞdolları borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqı, həmçinin 14 manat dövlat rüsumu cavabdehlər X13, X10 va X1 müştərək qaydada alinaraq AccessBank qapaii sahmdar cəmiyyətinin xeyrinə ödənilmiş, Tutma ipoteka predmeti olan, X6 məxsus Ağcabədi rayonunun Avşar kəndində 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə va X7 məxsus Ağcabədi rayonunun Avsar kəndində 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə (torpaq sahələri ilə birlikdə) yönəldilmiş, Həmin əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcu AccessBank qapalı səhmdar cəmiyyətinə ödənilməsi, Satışdan əldə olunan vəsaitin qənamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan X6 və X8 verilməsi, İpoteka predmetinin satışından əidə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləği cavabdehlər X12, X11 və X1 ümumi qaydada tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Avşar kəndində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, əvvəl X3 mülkiyyətində olmuş Ağcabədi rayonunun Avşar kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh2 və X14 qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarına əlavə edilmiş 19 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, əvvəl X4 mülkiyyətində olmuş Ağcabədi rayonu, Avşar kəndində mülkiyyətdə olan 0.21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 84.9 kv.m yaşayış, 48.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin mülkiyyətində olması və cavabdehlərə 10 gün ərzində yaşayış binasını könüllü olaraq boşaltmaları və tərk edərək Banka təhvil vermələri barədə xəbərdar olunmuşlar. f) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. İHQ-un 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəf fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin fərdi yaşayış evindən istifadə istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla onlara münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(017)-81/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-615/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-615/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver