Məhkəmə qərarları › İş №2(106)-617/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-617/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-617/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və X10 vərəsələri X15, X20, X16, X11 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcu tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, 23 aprel 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X24 (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdeh X6 nümayəndəsi (vəkili) X1 və Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və X10 vərəsələri X15, X20, X16, X11 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsindən (hakim R.Məmmədov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh X6 nümayəndəsi (vəkili) X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 180.252,72 manat – bundan 129.264,94 manat əsas, 8.177,03 manat faiz, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.810,75 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, X10 vərəsələri X15, X20, X16, X9 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 18 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 7 % dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 24 noyabr 2011-ci il tarixli KT/İP-79 saylı sonrakı ipoteka müqaviləsinə əsasən X21 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi Azərbaycan Respublikası DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli, MH № ******* seriyalı Çıxarışa müvafiq olaraq ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməldir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğdə dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər mələğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borclana kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə oalraq göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-61/2023 saylı, xx.xx.2023 tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və X17 vərəsələrinin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 630.000 manat, likvid qiyməti 598.500 manat təşkil edir. Məhkəmə Ekpertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə razı deyillər. Ekspert rəyi natamam və düzgün deyildir. Belə ki, rəydə təqdiqat obyektinə baxış keçirildiyi qeyd edilsə də, qiymətləndirilən əmlakın şəkilləri rəyə əlavə edilməmiş, ümumi məlumat verilmişdir. Bu da ekspertin qiymətləndirilən əmlakı digər əmlaklarla müqayisəsinin düzgün aparılıb-aparılmaması şübhə doğurur. Belə ki, müqayisə üçün nəzərə alınan əmlakların təmiri yüksək keyfiyyətli və yeni inşa edilmiş tikililər olduğu görsənir, lakin mübahisələndirilən əmlakın təmiri və tikintisi 15 il bundan qabaq aparıldığı nəzərə alınmamışdır. Ekspert rəyinin sadəcə nəticə hissəsində əmlakın dəyəri qeyd edilmiş, əsaslandırıcı hissəsində torpaq sahəsinin, tikintidə istifadə edilmiş materialların, çoxillik əkmələrin qiymətləri qeyd edilməmiş, həmçinin daşınmaz əmlakın köhnəlməyə məruz qalması, əmlakın istismar müddəti və s. məsələlərinə toxunulub qiymət verilməmişdir. Həmçinin tikinti-təmir sahəsində daha keyfiyyətli və daha funksional materialların istehsal edilməsi və yeni tikililərdə müasir tikinti və təmir üsullarından istifadə edilməsi də nəzərə alınmalıdır. Ekspert rəyində uyğun satışların müqayisəli yanaşması metodunu tətbiq etmişdir, bu metoda əsasən sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Belə ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin yerləşdiyi yaxın ərazilərdə analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti təqribən aşağıdakı məbləğlərdə müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). 300 kv.metr -12 sotda- 450.000 manat 480 kv.metr-11 sotda- 950 000 manat 260 kv.metr -12 sotda- 490 000 manat Əmlakın orta bazar qiymətərinə uyğun ümumi dəyərini müəyyən etmək üçün yuxarıda qeyd edilmiş 3 əmlakın qiyməti toplanılaraq, 3-ə bölünmüşdür. Bildirmək istərdik ki, tədqiqat obyekti olan əmlak 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.metr yaşayış, 156.6 kv.metr köməkçi sahədən ibarətdir. Əvvəla müqayisə obyekti olan əmlaklar eyni həcmli torpaq sahəsində yerləşsə də, mənzillərin sahələrində fərqlər vardır. Belə ki, ekspertin rəy verdiyi metoda əsaslanıb qeyd edə bilərik ki, ortalama 346.7 kv.metr əmlak üçün rəy vermişdir.(300+480+260):3=346.7 kv.metr. Tədqiqat obyekti olan əmlakda isə köməkçi sahələr də nəzərə alınmaqla, ümumilikdə 230.8 kv.metrdir. Necə ola bilər ki, orta bazar dəyəri hesablanan mənzil-sahəsi 230.8 kv.metr olan tədqiqat obyekti 300 kv.metr və 260 kv.metr olan müqayisə üçün əlavə edilmiş əmlaklardan daha baha olur!? Başqa üsulu nəzərə alsaq, hər kv.metri üçün qiymət müəyyən etsək, Hər bir əmlakın kv.metrini müəyyən etmək üçün 450 000:300=1500 manat, 950000:480=1979 manat, 490000:260=1885 manat Hər kv.metr üçün ortalama bazar dəyəri (1500+1979+1885):3=1788 manat. Qiymətləndirilməli əmlakın ortalama dəyəri 1788*230.8=412 670.4 manat təşkil edir. Odur ki, vəsatətlərində qeyd etdikləri dəlillər nəzərə alınmalı, obyektiv nəticənin əldə edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı və qiymətləndirilmənin keçirilməsi başqa ekspertə həvalə edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023 tarixli ekspert rəyində xx.xx.2016-ci il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5% ilə faiz borcu hesablanmış, bankın xx.xx.2023 tarixli iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi və maliyyə cədvəli nəzərə alınmamışdır. Bu səbəbdən ekspert rəyi ilə bankın tələbi arasında fərqlər yaranır. xx.xx.2023 tarixə bank tərəfindən təqdim edilmiş maliyyə arayışında müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanmış faiz borcu- 18 865,45 manat təşkil etdiyi halda, eyni dövr üçün ekspert rəyi 19 238.73 manat təşkil edir. Odur ki, müqavilə müddəti bitdikdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün illik 5 % ilə hesablanmış faiz borcu ilə bankın xx.xx.2023-cü il tarixli iddia tələbi üzrə borcunun nəzərə alınmasını, əks halda əlavə mühasibatlıq ekspertizası təyin edilməlidir. MPM-nin 97.1-ci maddəsinə əsasən, İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsinə əsasən, Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. X15, X20, X16 və X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, xx.xx.2023-cü il tarixinədək olan müddət üçün illik 5 % ilə hesablanmış faiz borcu ilə bankın xx.xx.2023-cü il tarixli iddia tələbi üzrə borcunun nəzərə alınmasını, əks halda həmin dövr üçün illik 5 % ilə hesablanmış faiz borcunun müəyyənləşdirmək üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X12, habelə cavabdeh X17 hüquqi varislərindən X6 nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək, bildirmişlər ki, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində əsas, faiz və cərimə borcunu həddən artıq şişirtməklə bilərəkdən və ya bilməyərəkdən (əslində həmin Fond hüquqi şəxsdir, kifayət qədər hüquqşünası və mühasibi vardır, yəni bilməmələri inandırıcı deyil) borc məbləğini düzgün hesablamamışdır. Belə ki, 2011-ci ildə bankdan 200 000 manat kredit götürüləndən sonra Cavabdeh2 MMC-nin direktoru olmuş X26 həmin puldan 100 000 manatını Kazımov Sabir adlı şəxsə vermiş olduğundan 2020-ci ilin yanvar-fevral aylarında Kazımov Sabir 20000 və 2000 manat olmağla ümumilikdə 22000 (iyirmi iki min) manat pulu ləğv prosesində olan "xxxx" ASC-yə ödəmişdir. Lakin ödənilən məbləğin cərimə məbləğindən silinməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan tərəflərindən mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə vəsatət verilmiş və həmin vəsatət təmin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı Lənkəran rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(049)-61/2023 saylı qərardadı qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/5210 saylı rəyində göstərilir ki, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə "xxxx" MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə banka olan borcu 143.407 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 133.964,94 manat və faiz borcu üzrə 9442,11 manat, xx.xx.2016-cı il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2019cu il tarixədək illik 5% ilə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrdə Borcalan tərəfindən ümumilikdə 4700,0 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə "xxxx" MMC-nin banka olan borcu 157.945.78 manat məbləğində müəyyən olunur. O cümlədən, əsas borc üzrə 129.264,94 manat, faiz borcu üzrə 9442,11 manat, 5% ilə faiz borcu 19.238,73 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,7 manatı isə cərimə borcu üzrə silinmişdir”. Bununla əlaqədar olaraq qeyd edirlər ki, cərimənin olması artıq mübahisənin olması deməkdir. Mülki prosessual qanunvericilik nəinki məhkəmədən kənar, hətta məhkəmə prosesinin gedişatında belə cərimə məbləğini mübahisəli tələb hesab etdiyindən bankın məhkəmədən kənar ödənilən 22000 manat pulun 18.793,7 manatını cərimə məbləğindən silməsini heç bir halda qanuni hesab etmək olmaz. Göründüyü kimi, mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı vəsatətdə qeyd etdikləri hallar böyük hissədə təsdiqini tapmışdır. Belə ki, Cavabdeh2 MMC ümumilikdə 22.000 manat ödəniş etmiş, həmin pulun 18.793,7 manatı isə əsassız və qanunsuz olaraq borclunun annuitet (əsas və faiz) borcundan deyil, cərimə borcundan silinmişdir. Bu, açıq-aşkar iddiaçının hüquqdan sui-istifadə etməsidir. Qeyd olunanlar nəzərə alınmaqla 18.793,7 manat pulun hansı hissədə əsas və hansı hissədə faiz borcundan silinməli olması xüsusi bilik tələb edən haldır. Ona görə də hesab edirlər ki, bu xüsusatın aydınlaşdırılması ilə bağlı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan başqa Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(049)-1372/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmişdir. Həmin qərardada əsasən verilmiş "xxxx" MMCnin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X13 (əslində mübahisəli ev Cavabdeh1 mülkiyyətində olmuşdur) mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti - 940000 (doqquz yüz qırx min) manat, likvid qiyməti - 860000 (səkkiz yüz altmış min) manat olmaqla qiymətləndirilmişdir. Həmin rəydən həmçinin görünür ki, fərdi yaşayış evinin: nəqliyyat cəhətdən əlverişliliyi - orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi yaxşı, alıcılıq qabiliyyəti - yaxşı, tələbat - yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı - yaxşı, ekoloji vəziyyət - yaxşı, yaxşılaşması - yaxşı olaraq dəyərləndirilmişdir. Qeyd olunan rəydən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı vəsatətlə məhkəməyə müraciət etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(049)-61/2023 saylı qərardadı ilə təyin edilmiş ekspertiza ilə bağlı 23 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, X13 (əslində mübahisəli ev Cavabdeh1 mülkiyyətində olmuşdur) mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti - 630000 (altı yüz otuz min) manat, likvid qiyməti - 598500 (beş yüz doxsan səkkiz min beş yüz) manat olmaqla qiymətləndirilmişdir. Həmin rəydən həmçinin görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin yerləşdiyi yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti təqribən aşağıdakı məbləğlərdə müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). 300 kv.metr (12 sotda) 450000 manat, 480 kv.metr (11 sotda) 950.000 manat, 260 kv.metr (12 sotda) 490000 manat, cəmi (450000+950000+490000):3 = 630 000 manat. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-mühasibatlıq ekspertizası rəy verərkən yalnız analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti (internet saytlarından götürülmüş elanlar üzrə) nəzərə alınmaqla fərdi yaşayış evinin bazar qiymətini müəyyən etmişdir. Lakin fərdi yaşayış evinin aşağıdakı göstəriciləri hesab edirlər ki, nəzərə alınmamışdır. Nəqliyyat cəhətdən əlverişliliyi - orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi - yaxşı, alıcılıq qabiliyyəti yaxşı, tələbat - yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı - yaxşı, ekoloji vəziyyət - yaxşı, yaxşılaşması - yaxşı. Həmçinin qeyd edirəm ki, ekspertizası aparılan fərdi yaşayış evinə sərf edilmiş materiallar xüsusi keyfiyyətli və qiymətli materiallar olmuşdur. Məsələn: evin xaricdən örtüyü bahalı fasaddan olmuşdur, örtüyün üzərində xüsusi işləmələr olmuşdur, evin balkonlarından Xəzər dənizi birbaşa görünür. Ekspertiza zamanı analoji evlərin giymətləri üzrə orta bazar qiyməti çıxarılmışdır. Hansı ki, orada olan anoloji evlərdən 3.000.000 manat giymətləndirilən ev də olmuşdur, lakin həmin ev bilərəkdən və ya bilməyərəkdən mügayisəli tədgigat üçün anoloji evlərin siyahısına daxil edilməmişdir. Siyahıya daxil edilən evlərdən birinin giyməti 950.000 manat olarag göstərilmişdir. Hansı ki, həmin evlə ekspertizada mübahisələndirilən evin arasında yalnız kvadratura fərqi olmuşdur. Eyni zamanda giymətləndirilmə aparılarkən mübahisəli evin arxitektura tələblərinə tam cavab verməsi də nəzərə alınmamışdır. İnternet resurslarından əldə etdiyimiz çıxarışa görə mübahisəli evin yerləşdiyi ərazi üzrə ümumi sahəsi 550 kv.m olan analoji ev 2.000.000 manat olarag giymətləndirilmişdir (həmin çıxarış vəsatətə əlavə edilir). Bu cür neçə-neçə evləri sadalamaq mümkündür. Hansı ki, həm geyd etdiyi ev, həm də hazırda mübahisələndirilən ev aqlay örtüklü olmuşdur. Məhkəmənin nəzərinə çatdırmışdır ki, "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə 23 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi arasında kifayət gədər böyük fərqin olması hazırda təkrar ekspertizanın keçirilməsini zəruri edən ən əhəmiyyətli xüsusatdır. Belə ki, 1-ci rəydə evin orta bazar qiyməti 940.000 manat, likvid dəyəri 860.000 manat, 2-ci rəydə isə orta bazar qiyməti 630.000 manat, likvid dəyəri isə 598.500 manat müəyyən edilmişdir. Buradan aydın olur ki, rəylər arasında orta bazar qiyməti ilə bağlı fərq 310.000 manat, likvid qiyməti ilə bağlı fərq isə 261.500 manat təşkil edir. Hesab etmişlər ki, qeyd olunan fərqlər mütəxəssis və ekspertin verdiyi rəylər arasında kifayət qədər böyük ziddiyyətin olmasını göstərir. Ona görə də təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Son olaraq qeyd etmişlər ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilən zaman Cavabdeh2 MMC-nin təsisçisi X5 iştirakı təmin edilməmişdir. Hansı ki, ekspert tərəfindən Cavabdeh2 MMC-nin təsisçisi X7 xahişi üzrə onun iştirakının təmin ediləcəyi bildirilsə də, sonda edilməmişdir. Bildirmişlər ki, təkrar ekspertiza keçirilən zaman Cavabdeh2 MMC-nin təsisçisi X5 iştirakının təmin edilməsi zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər X14 vərəsələri X15, X20, X16, X22 məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyini öyrənmək mümkün olmamaışdır. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas, 8.177,03 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 19.238,73 faiz borcu olmaqla, cəmi 156.680,7 manat, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, Tutma ipoteka ilə yüklü edilmiş mərhum X17 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X15, X20, X16, X9 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılsın və ipoteka redmeti olan qeyd edilən əmlakın ilkin satış qiyməti 598.500,00 manat məbləğində müəyyən edilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

1. Bildirmişlər ki, Məhkəmə Ekpertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə razı deyillər. Ekspert rəyinin natamam və düzgün olmaması qənaətindədir. Belə ki, rəydə təqdiqat obyektinə baxış keçirildiyi qeyd edilsə də, qiymətləndirilən əmlakın şəkilləri rəyə əlavə edilməmiş, ümumi məlumat verilmişdir. Bu da ekspertin qiymətləndirilən əmlakı digər əmlaklarla müqayisəsinin düzgün aparılıb-aparılmaması şübhə doğurur. Belə ki, müqayisə üçün nəzərə alınan əmlakların təmiri yüksək keyfiyyətli və yeni inşa edilmiş tikililər olduğu görsənir, lakin mübahisələndirilən əmlakın təmiri və tikintisi 15 il bundan qabaq aparıldığı nəzərə alınmamışdır. Ekspert rəyinin sadəcə nəticə hissəsində əmlakın dəyəri qeyd edilmiş, əsaslandırıcı hissəsində torpaq sahəsinin, tikintidə istifadə edilmiş materialların, çoxillik əkmələrin qiymətləri qeyd edilməmiş, həmçinin daşınmaz əmlakın köhnəlməyə məruz qalması, əmlakın istismar müddəti və s. məsələlərinə toxunulub qiymət verilməmişdir. Bundan başqa qeyd etmişlər ki, Ekspert əmlaka baxış keçirmədən, onun köhnəlməsini nəzərə almadan rəy tərtib etmişdir. Odur ki, qeyd etdikləri nəzərə alınmaqla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını və qiymətləndirilmənin keçirilməsinin başqa ekspertə həvalə edilməsini xahiş etmişlər.

2. Həmçinin şikayətlərində qeyd etmişlər ki, Lənkəran Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, məhkəmə iş materiallarında olan xx.xx.2023-cü il tarixli iddia tələbinin artırılması barədə ərizəni nəzərə almamışdır. MPM 53-cü maddəsi iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslanaraq, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi Cavabdeh2 MMCnin LPO İddiaçı ASC-yə 19.238,73 manat 5 faizlə hesablanmış borcu olduğunu qət etmişdir. Lakin qeyd etmişlər ki, xx.xx.2023-cü il tarixli **********764 nömrəli iddia tələbinin həcminin artırılması barədə ərizə qətnamə qəbul edilməmişdən əvvəl Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli **********748 nömrəli maliyyə arayışından göründüyü kimi Cavabdeh2 MMC-nin LPO İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə hesablanmış 5 faizlik borcu 42.810,75 manat məbləğində təşkil edir. Həmçinin, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixə 5%lik tələbin hesablanması zamanı ekspert Bankdan daha çox məbləğ qeyd etmişdir (bank - 18.865,45 manat , ekspert - 19.238,73 manat). Məhkəmə isə onların iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almadan xx.xx.2023-cü il tarixə hesablanmış 42.810,75 manat 5 %-lik borcu ekspert rəyinə uyğun olaraq qismən təmin etmişdir. Qətnamədən cavabdeh X6 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsini qismən ləğv etməklə banka ödənilmiş 18.793,73 manat pulun əsas və faiz borcundan silinməsi (Bank tərəfindən həyata keçirilmiş cərimə silinməklə) və ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin təyin ediləcək ekspertiza rəyinə uyğun olaraq hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur.

1. Belə ki, sonuncu maliyyə Arayışlarından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 129.264,94 manat əsas, 8.177,03 manat faiz və müqavilə müddətindən sonra illik 5% dərəcəsilə hesablanmış 42.810,45 manat faiz, cəmi 180.252,72 manat İddiaçı ASC-yə borcu vardır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 940.000, likvid qiyməti 860.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 598.500,00 manat məbləğində müəyyən edilir. Bildirmişlər ki, məhkəmə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi "xxxx" MMC tərəfindən verilmiş rəyini deyil, məhz Məhkəmə Ekspertiza Mərkəzinin həmin evlə bağlı verdiyi rəyini əsas götürməsini öz qətnaməsində əsaslandırmamışdır. Buna görə də qeyd etdikləri nəzərə alınmaqla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını və qiymətləndirilmənin keçirilməsinin başqa ekspertə həvalə edilməsini xahiş etmişlər.

2. Həmçinin şikayətlərində qeyd etmişlər ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli mühasibatlıq rəyindən görünür ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə, banka olan borcu 143.407,05 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat. xx.xx.2016-cı il tarixdən iddia ərzəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrdə Borcalan tərəfindən ümumilikdə 4.700 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə, Cavabdeh2 MMC-nin banka olan borcu 157.945,78 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, 5 faizlə faiz borcu 19.238,73 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlər ilk olaraq cərimə faiz borcundan deyil, məhz ilk olaraq əsas və faiz borcundan silinməli idi. Lakin iddiaçı hüquqdan suiistifadə edərək həmin ödəniş məbləğlərinin ilk olaraq cərimə və faiz borcundan silmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətlərinin təmin olunmasını, cavabdehin vermiş olduğu apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin iki dəlili mövcuddur. Birinci dəlilləri ipoteka predmeti olan evin ilkin satış qiyməti ilə bağlıdır. Birinci instansiya məhkəməsi zamanı həm "xxxx" MMC tərəfindən həm də Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu rəylə razılaşmamışlar. Hazırda Apellyasiya məhkəməsi tərəfindən ipoteka predmeti qiymətləndirilmiş və evin likvid dəyəri 793500 manat müəyyən edilmişdir. Hazırkı qiymətləndiricinin müəyyən etdiyi 793500 manat likvid dəyəri ilə razı deyillər. Lakin hazırda MEM-nin müəyyən etdiyi 598 500 manat likvid dəyərini qəbul edirlər, həmin məbləğlə razılaşırlar. Həmçinin əgər kollegiya tərəfindən hazırkı qiymətləndiricinin rəyi kimi 793500 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi qəbul edilcəksə onunla razılaşmırlar və əlavə qiymətləndirici dəvət edilməsini xahiş edirlər. Həmçinin xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizələrində qeyd etdikləri 42.810,75 manat 5 %-lik gecikdirilmiş borcun da tam təmin edilməsini xahiş edirlər. Hesab edirlər ki, məhkəmə iddianı həmin hissədə təmin etməməkdə haqlı olmamışdır. Kollegiyanın iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi (vəkili) X3 vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və onun dəlillərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə sonuncu qiymətləndiricinin rəyi olan 793500 manat məbləği ilə razılaşır, onu qəbul edirlər. Hesab edirlər ki, sonuncu qiymətləndiricinin rəyi daha dolğun və inandırıcıdır. Həmçinin qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə, banka olan borcu 143.407,05 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat. xx.xx.2016-cı il tarixdən iddia ərzəsində borcun hesablandığı xx.xx.2019cu il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrdə borcalan tərəfindən ümumilikdə 4.700 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə, Cavabdeh2 MMC-nin banka olan borcu 157.945,78 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, 5 faizlə faiz borcu 19.238,73 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlər ilk olaraq cərimə faiz borcundan deyil, məhz ilk olaraq əsas və faiz borcundan silinməli idi. Lakin iddiaçı hüquqdan suiistifadə edərək həmin ödəniş məbləğlərinin ilk olaraq cərimə və faiz borcundan silmişdir. Kollegiyanın Cavabdeh2 MMC-nin nümayəndəsi (təsisçisi) X12 cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, kredit müqaviləsi üzrə ödəmələrin gecikdirilməsinin səbəbi kreditin Cavabdeh2 MMC-nin direktoru X27 tərəfindən alınması və onun tərəfindən təyinatı üzrə xərclənməyərək geri qaytarılmamasıdır. Buna görə də X27 barəsində cinayət işi açılmışdır. Apellyasiya şikayətinin dəlillərini müdafiə edir və onun təmin edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər X20, X16 və X22 məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunaraq iddianın tam təmin edilməsini, cavabdeh də qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya və cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir.

İş üzrə təqdim edilmiş və əldə edilmiş sübutlar. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh2 MMC-yə 24 ay güzəşt müddəti tətbiq edilməklə hər rüb ödənilmək və ümumilikdə 5 il müddətinə geri qaytarmaq şərtilə 200.000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə cavabdeh X28 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh2 MMC ilə bank arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəliyinin icrasını təmin etmək üçün X21 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan sonuncu maliyyə Arayışlarından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 129.264,94 manat əsas, 8.177,03 manat faiz və müqavilə müddətindən sonra illik 5% dərəcəsilə hesablanmış 42.810,45 manat faiz, cəmi 180.252,72 manat İddiaçı ASC-yə borcu vardır. İşdə olan tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2018-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 30 maant dövlət rüsumu ödənilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 940.000, likvid qiyməti 860.000 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 598.500,00 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə, banka olan borcu 143.407,05 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat. xx.xx.2016cı il tarixdən iddia ərzəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrdə Borcalan tərəfindən ümumilikdə 4.700 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə, Cavabdeh2 MMC-nin banka olan borcu 157.945,78 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, 5 faizlə faiz borcu 19.238,73 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İşdə olan “Ölüm haqqında şəhadətnamələr”dən görünür ki, X28 xx.xx.2020-ci ildə, arvadı X25 isə 24 fevral 2022-ci ildə vəfat etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Mülki Məcəllənin 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki Məcəlləsinin kredit müqaviləsi bağlanan zaman qüvvədə olan 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319-cu maddəsinə görə; 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, cavabdeh Y.Tağıyevanın və Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Y.Tağıyevanın nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işdən də göründüyü kimi iddiaçının iddiası qismən təmin edilmiş, qətnamədən həm iddiaçı həm də cavabdeh Yeganə Tağıyeva narazı qalmış və apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayətinin iki dəlili vardır. Birinci dəlil ipoteka predmeti olan evin ilkin satış qiymətinin dəyərinin daha çox olması ilə bağlıdır. Kollegiya şikayətin qeyd edilən dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, işdən də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətinin müəyyən edilməsi məqsədilə iki dəfə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatla ipoteka predmeti olan fərdi yaşayış evinin orta bazar qiyməti 940.000 manat, likvid qiyməti isə 860.000 manat, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə isə ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 598.500 manat məbləğində müəyyən etmişdir. Apellyasiya baxışında apellyasiya hər iki apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 881.500, likvid qiyməti 793 500 (yeddi yüz doxsan üç min beş yüz) manat olması göstərilmişdir. Kollegiya həmçinin qeyd edir ki, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 340 000 manat qiymətləndirilmişdir. Kollegiyanın iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, apellyasiya şikayətində ipoteka predmetinin MEM-nin müəyyən etdiyi 598 500 manat likvid dəyəri ilə razı olmadıqlarını bildirsələrdə hazırda evin 598 500 manat dəyəri ilə razıdırlar. Həmçinin əgər kollegiya tərəfindən hazırkı qiymətləndiricinin rəyi kimi 793 500 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi qəbul edilcəksə onunla razılaşmırlar və əlavə qiymətləndirici dəvət edilməsini xahiş edirlər. Kollegiya hesab etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy daha dolğun və obyektivdir. Belə ki, rəy tərtib edilərkən mübahisəli ərazidəki evlər müqaisəli tədqiq edilmiş, evə baxış keçirilməklə müvafiq dəyərləndirmə aparılmışdır. Buna görə də kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Çünki iddiaçı evin 598500 manat ilkin satış qiyməti ilə razılaşmayaraq şikayət verdiyi halda, hazırda 598500 manat məbləği ilə razılaşdığını, onu qəbul etdiklərini bildirir. İddiaçının şikayətinin ikinci dəlili onların xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdikləri iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almadan, məhkəmə tərəfindən həmin tarixə hesablanmış 42.810,75 manat 5 %-lik borcunu tam deyil, ekspert rəyinə uyğun olaraq 19.238,73 manat hissədə təmin edilməsi ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, ödəmənin gecikdirilməsi cavabdehlərin təqsiri üzündən baş verməmişdir. Belə ki, ipoteka qoyan şəxs X28 xx.xx.2020-ci ildə vəfat etmiş, onun hüquqi varislərinin müəyyən edeilməsi üçün mülki işin icraatı dayandırılmış və arvadı X25 onun hüquqi varisi kimi işə cəlb edilmişdir. Lakin sonradan X25 da 24 fevral 2022-ci ildə vəfat etmiş və onun da hüquqi varisləri müəyyən edilərək işə cəlb edilmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə illik 5 faizlə hesablanmış borc məbləği 19.238,73 manat müəyyən edilmişdir. Cavabdeh X6 nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayətinin də iki əsas dəlili vardır. Birinci dəlil ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlıdır. Belə ki, qeyd etmişlər ki, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyini deyil, məhz Məhkəmə Ekspertiza Mərkəzinin həmin evlə bağlı verdiyi rəyini əsas götürməsini öz qətnaməsində əsaslandırmamışdır. Buna görə də qeyd etdikləri nəzərə alınmaqla təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını və qiymətləndirilmənin keçirilməsinin başqa ekspertə həvalə edilməsini xahiş etmişlər. Yuxarıda da şərh edildiyi kimi Apellyasiya baxışında apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aparılmış və ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 881.500, likvid qiyməti 793 500 (yeddi yüz doxsan üç min beş yüz) manat olması göstərilmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi (vəkili) X3 göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə sonuncu qiymətləndiricinin rəyi olan 793 500 manat məbləği ilə razılaşır, onu qəbul edirlər. Hesab edirlər ki, sonuncu qiymətləndiricinin rəyi daha dolğun və inandırıcıdır. Cavabdeh X6 apellyasiya şikayətinin ikinci dəlilini tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinməsi ilə bağlıdır. Cavabdeh tərəf hesab etmişlər ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlər ilk olaraq cərimə faiz borcundan deyil, məhz ilk olaraq əsas və faiz borcundan silinməli idi. Lakin iddiaçı hüquqdan sui-istifadə edərək həmin ödəniş məbləğlərinin ilk olaraq cərimə və faiz borcundan silmişdir. Kollegiya şikayətin qeyd edilən dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 432.4-ci maddəsinədə göstərilmişdir ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi qanunvericilik birmənalı olaraq borclunun əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməli olduğu təqdirdə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına ödənilməsi ilə bağlı ardıcıllığı göstərmiş və borclunun müəyyənləşdirdiyi başqa qaydanın etibarsızlığını qeyd etmişdir. Buna görə də kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız saymışdır. Yuxarıda şərh edilənlərə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməməli, cavabdeh X6 nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsi ipoteka ilə yüklü edilmiş mərhum X17 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X15, X20, X16, X9 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, İpoteka ilə yüklü edilmiş mərhum X17 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X15, X20, X16, X9 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 793 500 (yeddi yüz doxsan üç min beş yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xidmət haqqı olan 200 manat pul məbləği ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN:AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan, qətnamədən cavabdeh kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X6 nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(049)-61/2023 saylı qətnaməsi ipoteka ilə yüklü edilmiş mərhum X17 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X15, X20, X16, X9 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş mərhum X17 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X15, X20, X16, X9 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 793 500 (yeddi yüz doxsan üç min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xidmət haqqı olan 200 manat pul məbləği ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN:AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar