Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-618/2022 01.02.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər X19 və X8 ibarət məhkəmə tərkibində, iddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(041)-1965/2021 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X20 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(041)-1965/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Xaliq İmanov) iddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdehdan təbii qazdan istifadə ilə bağlı yaranmış 512.10 manat debitor borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pulun tutularaq iddiaçı “Azəriqaz” İB-nin hesabına keçirilməsi qət olunmuşdur. İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X20 tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(041)-1965/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X20 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; 361.1.5. şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Apellyasiya şikayətindən görünür ki, iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X3 Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(041)-1965/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur.Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (363.1.1-1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinin 361-ci maddənin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apelyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(041)-1965/2021 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X20 tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 364, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X14 Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(041)-1965/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza. Hakimlər: İmzalar. Əsli ilə düzdür. Hakim: Nüsrət Mirzəyev Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov Sədrlik edən: İmza. Hakimlər: İmzalar. Əsli ilə düzdür. Hakim: Nüsrət Mirzəyev Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Qəzənfər Kərimov Zəki Babayev AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200 Salyan şəhəri, Ə.Zeynalov.91, Tel/ fax 02125 5-50-14 22 oktyabr 2021-ci il 2(057)-810/2021 Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan X5 Surəti: Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan X7 Salyan Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(057)-810/2021 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: 02 səhifədə qərardad və apellyasiya şikayəti sənədlərlə birlikdə “ ” vərəqədə birinci ünvana, qərardad iki səhifədə qalan ikinci ünvana Hakim: Ağarza Səmədov İş № 2(057)810/2021 QƏRARDAD Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə cavabdeh X4 Salyan Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(057)810/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə mülki iş üzrə toplanmış materiallara 22 oktyabr 2021-ci ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(057)810/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X9 ilə X11 arasında 25 mart 2005-ci il tarixdə Salyan rayon VVADQ şöbəsində 130 saylı akt qeydi rəsmiləşdirilmiş nikah pozulması,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X13 atası X4, xx.xx.2007-ci il təvəllüdlü X15 isə anası X6 himayəsində saxlanılmış, xx.xx.2007-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay 100 manat miqdarında aliment alınaraq X7 verilməsi,qətnamə qanuni qüvvəsini aldıqdan sonra Salyan Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(057)-810/2021 saylı qərardadı ilə alimentin tutulmasına xitam verilməsi və X2 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. X1 Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(057)810/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. X4 qeyd olunan qətnamədən vermiş olduğu apellyasiya şikayətinə mülki işlə birlikdə baxarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin tələblərinə əməl olunmadan tərtib olunmuşdur. Həmin Məcəllənin 361.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:http://www.e-qanun.az/framework/46945 - _edn460 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;http://www.e-qanun.az/framework/46945 - _edn461 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;http://www.e-qanun.az/framework/46945 - _edn462 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;http://www.e-qanun.az/framework/46945 - _edn463 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;http://www.e-qanun.az/framework/46945 - _edn464 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.http://www.eqanun.az/framework/46945 - _edn465 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.http://www.e-qanun.az/framework/46945 - _edn466 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 362-ci maddəsində qeyd olunmuşdur ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 363.1-ci maddəsində qeyd olunmuşdur ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;http://www.eqanun.az/framework/46945 - _edn468 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;http://www.e-qanun.az/framework/46945 - _edn469 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;http://www.e-qanun.az/framework/46945 - _edn470 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.http://www.e-qanun.az/framework/46945 - _edn471 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.http://www.e-qanun.az/framework/46945 - _edn472 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.http://www.eqanun.az/framework/46945 - _edn473 Məhkəmə qeyd olunan normaların tələblərinə əsasən belə hesab edir ki, X1 Rayon Məhkəməsinin 06.10. 2021-ci il tarixli, 2(057)810/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Apellyasiya şikayəti vermiş şəxs qanunvericiliyə əməl etməklə, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümümi qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsində qeyd olunmuşdur ki, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 114, 263-264, 267, 268, 361,362 və 363-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X1 Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(057)810/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti sənədlərlə birlikdə geri qaytarılsın. X4 ödədiyi 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(106)-618/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-618/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver