Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-62/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)2169/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 oktyabr 2025ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə 18.995,18 manat vaxtı çatmış əsas borc, 69,66 manat vaxtı çatmış faiz borcu, 42.571,70 manat gecikdirilmiş əsas borc, 27.121,6 manat gecikdirilmiş faiz borcu, cəmi 88.758,20 manat və 330 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən 250.000 (iki yüz əlli min) manat dəyərində ümumi sahəsi 215.6 kv.m olan 250.000 (iki yüz əlli min) manat dəyərində qeyri-yaşayış sahəsinə (Reyestr nömrəsi: **********11-05101- 083002) yönəldilməsi və açıq hərracda satılaraq əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)2169/2023 saylı, 20 noyabr 2023-cü il tarixli (hakim Ülvi Qənbərov) qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinin ləğv edilməsi, Cavabdeh 62.390,0 (altmış iki min üç yüz doxsan) manat əsas borc, 16.211,92 (on altı min iki yüz on bir manat doxsan iki qəpik) manat faiz borcu, 330 (üç yüz otuz) manat dövlət rüsumu tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsinin (Reyestr nömrəsi: **********11-05101-083002 ) açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)2169/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh keçirilən iclasda iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)2169/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması ilə bağlı düzgün nəticəyə gəlsə də, xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə əsas borc və faiz borcunun müəyyən edilməsi hissəsində, həmçinin İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən, ümumi sahəsi 215.6 kv.m olan qeyriyaşayış sahəsinin likvid dəyərinin müəyyən edilməsi hissəsində yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan kreditor İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 22 faizlə ( vaxtı keçmiş kreditə görə illik 44 faiz) 60 ay müddətinə 65000,0 (altmış beş min) manat məbləğində bərpa olunan kredit limiti ayrılması barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi çərçivəsində 01 nömrəli razılaşmanın surətinə əsasən borcalana 12 ay güzəştlə illik 22 faizlə 36 ay müddətinə 65000,0 (altmış beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş planına əsasən Cavabdeh İddiaçı BOKT MMC-dən aldığı 65000,0 manat kredit məbləğini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ayda 1191,67 manat ancaq faiz ödədikdən sonra xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 3372,08 manat ödəyərək cəmi 30229,92 manat faizlə birlikdə xx.xx.2024- cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli 218/5 saylı Sonrakı ipoteka müqaviləsinin surətinə əsasən Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi 2, ünvanında yerləşən, 250.000 (iki yüz əlli min) manat dəyərində ümumi sahəsi 215.6 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi (Reyestr nömrəsi: **********11-05101-083002) kredit verən İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi çərçivəsində bağlanmış kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin, hesablanmış faiz və cərimələrin qaytarılmasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İşdə olan **********70407000 nömrəli Hesabdan çıxarışa əsasən borcalan Cavabdeh ilə kredit verən İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək 2.610,0 manat əsas borc, 14.018,0 manat faiz olmaqla cəmi 16.638,0 manat ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında, yəni iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 12 ay güzəştlə illik 22 faizlə 36 ay müddətinə 65000,0 (altmış beş min) manat məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli 218/5 saylı Sonrakı ipoteka müqaviləsinin surətinə əsasən Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əsədov küçəsi 2, ünvanında yerləşən, 250.000 (iki yüz əlli min) manat dəyərində ümumi sahəsi 215.6 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsi (Reyestr nömrəsi: **********11-05101-083002) kredit verən İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi çərçivəsində bağlanmış kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin, hesablanmış faiz və cərimələrin qaytarılmasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi və kredit razılaşmaları üzrə üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Buna görə iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı tərəflər arasında ipoteka predmetlərinin ilkin qiymətinin razılaşma yolu ilə əldə olunmaması səbəbindən mülki iş üzrə müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, ipoteka predmeti olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən, ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsinin likvid dəyəri 400500 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və tərəflər arasında bağlanmış ipoteka müqaviləsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş predmetin ilkin satış qiyməti ilə bağlı müəyyən olunan hissəsi qanuni və əsaslı hesab edilməməlidir. Belə ki, apelyasiya icraatı zamanı təyin edilmiş müstəqil qiymətləndiricinin rəyində ipoteka predmetinin hazırkı tarixə likvid dəyəri 400500 (dörd yüz min beş yüz) manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, hazırkı vaxt üçün ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 400500 (dörd yüz min beş yüz) manat olduğundan həmin məbləğ likvid dəyər kimi qəbul edilməli və ilkin satış qiyməti 400500 (dörd yüz min beş yüz) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə əsas borc və faiz borcu hissəsində dəyərləndirmə aparaq qeyd edir ki, məhkəmə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi üçün təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmayaraq, yalnız iddiaçının tələbini təsdiq edən halları nəzərə alaraq, cavabdehin məhkəmə müdafiəsi hüququnu ehtiva edən ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdırmışdır. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır (Mülki Prosessual Məcəllənin 9.1 və 14.1-ci maddələri) İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Apelyasiya icraatı zamanı kollegiya işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 11 iyul 2024-cü il tarixli, 9/2021 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinin bağlandığı xx.xx.2021-ci il tarixdən 08 iyun 2023-cü il tarixədək əsas borc üzrə-60.379,55 manat, faiz borcu üzrə-15.920,62 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddia tələbinin xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə əsas borc və faiz borcu hissəsi ilə əlaqədar hesab edir ki, müqavilə üzrə öhdəliyin icrasının mümkünsüz edilməməsi, həmçinin qəbul ediləcək nəticə üzrə bərpa edilən hüquqların xəyali deyil, praktiki və səmərəli olmasının təmin edilməsi üçün 11 iyul 2024-cü il tarixli, 9/2021 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi əsas borc azaldılaraq 60.379,55 manat, faiz borcu isə 15.920,62 manat həddində müəyyən edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinə əsasən 60.379,55 manat əsas borc, 15.920,62 manat faiz borcu olmaqla, cəmi 76.300,17 (yetmiş altı min üç yüz manat, on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən, ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsinin hazırkı tarixə likvid dəyəri-ilkin satış qiyməti 400500 (dörd yüz min beş yüz) manat müəyyən edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)2169/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə əsas borc, faiz borcu hissəsində və ipotekanın likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək əsas borc azaldılaraq 60.379,55 manat, faiz borcu 15.920,62 manat həddində müəyyən edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinə əsasən 60.379,55 manat əsas borc, 15.920,62 manat faiz borcu olmaqla, cəmi 76.300,17 (yetmiş altı min üç yüz manat, on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən, ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsinin hazırkı tarixə likvid dəyəri-ilkin satış qiyməti 400500 (dörd yüz min beş yüz) manat müəyyən edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti cavabdehdən tutularaq Dövlət nəfinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)2169/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsi üzrə əsas borc, faiz borcu hissəsində və ipotekanın likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək əsas borc azaldılaraq 60.379,55 manat, faiz borcu 15.920,62 manat həddində müəyyən edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 218/5 saylı kredit xətti (limit) müqaviləsinə əsasən 60.379,55 manat əsas borc, 15.920,62 manat faiz borcu olmaqla, cəmi 76.300,17 (yetmiş altı min üç yüz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan İmişli şəhəri, M.Əsədov küçəsi 2-də yerləşən, ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsinin hazırkı tarixə likvid dəyəri-ilkin satış qiyməti 400500 (dörd yüz min beş yüz) manat müəyyən edilsin. Cavabdeh mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-62/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-62/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver