Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-624/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət əsasında, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 tərəfindən maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəsisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində Lənkəran rayonu Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun xx.xx.1987-ci il tarixli, 217 № - li əmrdən və Lənkəran Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun 25 sentyabr 1992 -ci il tarixli 64 №-li əmrdən çıxarışı əsasında (Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2019-cü il tarixli 639 saylı arxiv arayışları əlavə olunur) iki 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədlərini almaqdan ötrü o, Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarəsinin əməkdaşı çöl ölçmə işlərini aparmaq istəsə də cavabdehlər Cavabdeh1 və X5 Xidmət əməkdaşlarına çöl ölçmə işlərinin aparılmasına maneələr törətmiş və xidmət əməkdaşları ölçmə işlərini apara bilməmişlər. Bu səbəbdən də Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi 16 sentyabr 2024-cü il tarixdə 3-21-3-43/2-2836/2024 və 3-21-3-43/2-2839/2024 saylı məktublarla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında ona məktublar ünvanlanmışdır. Məktubda qeyd olunur ki, sənədlərin qanunanmüvafiqliyi onlar tərəfindən araşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənədlə faktiki yerində olan vəziyyət müayinə (çöl ölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Bu səbəbdən də ona imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd olunur ki, tərəflər arasında mübahisə mövcud olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Həmin hərəkətlərin həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və X5 mane olurlar. Bu hərəkətləri ilə də onlar onun mülkiyyət hüquqnu pozurlar. İşin məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, 2021-ci ildə də qeyd etdiyi, Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun xx.xx.1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrləri ilə ona ayrılmış torpaq sahələrində reyestr xidmətinin əməkdaşlarının ölçmə və digər işlər aparmalarına maneçilik törətdikləri üçün hazırki iş üzrə cavabdeh olan qardaşları Çingiz və Namiqə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra məmuru tərəfindən həmin qətnamə icra edilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Lakin qeyd edilən torpaq sahələri ilə əlaqadar sənədləşdirmə işləri yarımçıq qalmışdır. Hazırda qardaşları Çingiz və Namiq yenə də reyestr xidmətinin əməkdaşlarını sənədləşdirmə aparmaları üçün həmin torpaq sahəsinə buraxmırlar və bu səbəbdən də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Odur ki, iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında Cavabdeh1 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, onun tərəfindən reyestr xidmətinin əməkdaşlarına sözügedən torpaq sahələrində ölçmə işlərinin aparılmasına maneçilik törədilməmişdir. Belə ki, reyestr xidmətinin əməkdaşları tərəfindən ölçmə işləri aparılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında Cavabdeh2 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, əvvəllər də iddiaçı onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Reyestr xidmətinin əməkdaşları tərəfindən əvvəllər də iki dəfə onlara atasından qalmış torpaq sahələrində ölçmə işləri aparılmışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında cavabdehlərin vəkili Vəkil1 çıxışında bildirdi ki, hazırki iş üzrə iddia ərizəsində İddiaçı tərəfindən tələb dəqiq olaraq qeyd edilməmişdir. Belə ki, hansı torpaq sahəsi ilə əlaqadar olan tələb dəqiq olaraq qeyd edilməmişdir. Həmçinin iddiaçı əvvəllər də hazırki iş üzrə cavabdehlərə qarşı eyni tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki iddia tələbinin həll edilməsi ilə əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda həmin eyni olan iddia tələbi ilə əlaqadar təkrar məhkəmə qətnaməsinin qəbul edilməsi yolverilməzdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim A.Pənahov) xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Mülki işin icraata xitam verilməsinin əsası kimi məhkəmə göstərmişdir ki, hazırkı tələblə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edildiyindən İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair hazırki mülki iş üzrə icrata xitam verilmişdir. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətində o, qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki İddiaçı 2020-ci il tarixdə Lənkəran rayon Məhkəməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6 və X3 qarşı “Daşınmaz Əmlakın Dövlət Ryestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarını rəsmləşdirmək üçün ölçü işlərinin və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair “ iddia qaldırmış və məhkəmə 30 fevral 2020-ci il tarixdə həmin iddiaya baxıb təmin etmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna görə də məhkəmə eyni tərəflər arasında eyni əsaslarla verilmiş icraata xitam verilmişdir. Verilən yeni iddiada tərəflər eyni deyil müxtəlifdir. Beləki əvvəlki iddia Cavabdeh2, Cavabdeh1, X6 və X3 qarşı verilmiş olsada yeni iddia Cavabdeh2, Cavabdeh1 qarşı verilmişdir. Həmçinin nməhkəmə Lənkəran rayon Məhkəməsinin 30 fevral 2020-ci il tarixli qətnaməni nəzərə alsada həmin qətnamənin artıq icra edildiyini və qətnamənin icraatına xitam verilməsi barədə qərarın olmasını nəzərə almamışdır. Belə ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-484/2021 nömrəli 30 mart 2021-ci il tarixli icra sənədinin icraatına xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Yəni, həmin qətnamənin yenidən icrası mümkün deyildir. Verilmiş ərizədə tərəflər müxtlif olduğu işin icraatına xitam verilə bilməz. Məhkəmə şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılmış, Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 13 mart 2025-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu cavabdehlərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-484/2021 saylı 30 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6 və X1 üzərinə Lənkəran rayonu, Gərmətük kənd “Həzi Aslanov” adına sovxozunun 18 sentyabr 1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrlərinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahəsi barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarının müayinəsini həyata keçirmək üçün ölçü işlərinin və digər hərəkətlərinin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki mülki iş üzrə də İddiaçı iddia tələbi Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-484/2021 saylı mülki iş üzrə tərəf (cavabdeh) olan eyni şəxslərə: Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Hazırki iddia tələbi üzrə iddia predmeti də 2(049)-484/2021 saylı mülki iş üzrə eynilik təşkil edir. Hər iki iddia tələbi üzrə iddia predmetini Lənkəran rayonu, Gərmətük kənd “Həzi Aslanov” adına sovxozunun 18 sentyabr 1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrlərinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahələri təşkil edir. Eyni zamanda hər iki iddia tələbi üzrə iddianın mahiyyəti “həmin torpaq sahələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarının müayinəsini həyata keçirmək üçün ölçü işlərinin və digər hərəkətlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması” ilə əlaqadardır. Kollegiya göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məəhəməsi hazırki halda eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edildiyindən İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair hazırki mülki iş üzrə icrata xitam verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, iddiaçının Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 2024-cü ildə yenidən müraciət edərək 16 sentyabr 2024-cü il tarixdə 3-21-3- 43/2-2836/2024 və 3-21-3-43/2-2839/2024 saylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında məktublar alması yeni əsasın yaranması kimi qiymətləndirilə bilməz. Kollegiya iddiaçının Lənkəran rayon Məhkəməsinin 2(049)-484/2021 nömrəli 30 mart 2021-ci il tarixli icra sənədinin icraatına artıq xx.xx.2021-ci il tarixdə xitam verilməsi və bunun məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı bəhsi keçən icra sənədinin icrasına xitam verilməsi barədə həmin qərardan şikayət edərək həmin qərarın yenidən icraya yönəldilməsinə çalışmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək, təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı vəkil X7 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-118/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-624/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-624/2025
13.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver