Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-625/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Yardımlı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 Ağayar oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Yardımlı Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Ağayar oğlundan və Cavabdeh2 300 (üç yüz) manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 Ağayar oğlundan və Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ağayar oğlundan kirayə və mənzilin kommunal haqqına görə 700 manat məbləğində pulun alınaraq ona verilməsi və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 27 noyabr 2019-cu il tarixdən 27 may 2020-ci il tarixinədək Cavabdeh2, X2, X7 və Cavabdeh1 Ağayar oğluna kirayə vermiş, lakin kirayəçilər 800 manat məbləğində kirayə pulunu və 200 manat məbləğində kommunal xərcləri ödəməyərək evdən çıxmışlar. Fərdi yaşayış evi ümumilikdə yuxarıda adları çəkilən şəxslərə kirayə verilmiş olsa da, məlum olmuşdur ki, evdə onlardan yalnız Cavabdeh1 Ağayar oğlu yaşamışdır. O, Cavabdeh2, X6, X8 və Cavabdeh1 Ağayar oğlunun kirayə pulunu və kommunal xərcləri ödəməməsinə görə, eyni zamanda evindən oğurlanmış avtomobil ehtiyat hissələrinin və ya dəyərinin geri qaytarılmasına köməklik göstərilməsi üçün Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron Rayon Polis X4 müstəntiqi, polis polkovnik-leytenantı X10 tərəfindən araşdırma aparılaraq 11 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı Cavabdeh1 Ağayar oğlu borclu olduğu 800 manat məbləğində kirayə pulu və 200 manat məbləğində kommunal borcundan 300 manat ödəmiş, qalan ümumi 700 manat borcuda yaxın zamanda ödəyəcəyinə söz versə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İddiaçı 05 dekabr 2022-ci il tarixli vəsatətlə Cavabdeh2 da iş üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, Yardımlı Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 əlavə cavabdeh qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 Ağayar oğlu iddia tələbini qəbul etməmiş, izahatında göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhərində iddiaçıya məxsus evi onların müdiri olmuş Cavabdeh2 tutmuş, həmin evdən Cavabdeh2 anbar kimi istifadə etmiş, o da həmin evdə kirayədə yaşamışdır. Evin kirayə verilməsi ilə əlaqədar iddiaçı ilə razılaşmamış və kirayə pulunun ödənilməsi ilə əlaqədar iddiaçı qarşısında hər hansı bir öhdəlik üzərinə götürməmişdir. İdddiaçı ilə onların müdiri Cavabdeh2 razılaşmış, evdən həm anbar kimi istifadə etmək, həmdə onların yaşamaları ilə əlaqədar kirayə pulunu ödəmək üçün Cavabdeh2 öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində iddiaçıya məxsus evi kirayə tutmuş, yuyucu vasitələrin alqı-satqısı ilə məşğul olduğu üçün həmin evdən həm anbar kimi istifadə etmiş, həmçinin işçisi Cavabdeh1 həmin evdə yaşamışdır. Onlar kirayə evdən çıxdıqdan sonra iddiaçıya 800 manat məbləğində borcu qalmış həmin borcun 300 manatını ödəmiş, Sənana 500 manat borcu qalmış, sonradan o, iddiaçıya olan borcundan 350 manatını da ödəmiş və iddiaçıya ümumilikdə 150 manat borcu qalmışdır. Cavabdeh1 kirayədə qaldığı müddət ərzində kommunal xərclərin ödənilməsi isə Cavabdeh1 özü tərəfindən ödənilmişdir və ona aidiyyətı yoxdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin 1-ci hissəsinə, 7-ci hissəsinə, 127-ci maddəsinin 2-ci hissəsinə, İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia ərizəsinin tam təmin edilməsi və məhkəmə rüsumlarının cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mülkiyyətində olan ünvan 2 ünvanında cavabdehlər Cavabdeh1 Ağayar oğlu və Cavabdeh2 kirayəçi qismində istifadə etdiklərini, kommunal xərclərin kirayəçilərə aid olduğunu və kirayədən çıxıb gedərkən borclu qaldıqlarını etiraf etmişdir. Cavabdehlər tələb olunan kirayə pulunu və kommunal xərcləri ödədiklərini bildirsələr də, məhkəməyə bu barədə sübut təqdim etməmişlər. Prosessualməsələlər İddiaçı və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı cavabdehlərdən qarşılıqlı razılaşmaya əsasən ödənilməmiş kirayə pulu və kommunal haqqına görə 700 manat pul tələb etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mənzili cavabdehlərə kirayəyə vermiş, cavabdehlər mənzildən istifadə etmiş, lakin kirayə haqqını və mənzildən istifadəyə görə kommunal haqqlarını ödəməmişlər. Cavabdeh borcunu ödədiyini, cəmi 150 manat borcunun qaldığını bildirmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında yazılı müqavilə olmamışdır. İddiaçı kirayə müqaviləsinə əsasən 700 manat kirayə haqqı (500 manat kirayə haqqı və 200 manat kommunal xərc) tələb etmiş, lakin cavabdehlərlə aralarında yazılı razılaşma təqdim etməmişdir. İddiaçı tərəflər arasında şifahi müqavilə bağlandığını bildirsə də, müqavilənin bağlandığı vaxtı, müqavilənin müddətini, şərtlərini, kirayə haqqını, müqavilə şərtlərinin pozulması halını və s. əsaslandıra və sübuta yetirə bilməmişdir. Bununla belə, tərəflər arasında mübahisəli hal borcun məbləği ilə bağlıdır. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfin borcun məbləğini etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya qeyd edir ki, Qanunun tələbinə görə, faktın etirafı məhkəmə iclasında olmalı, bu barədə məhkəmə iclasının protokolunda qeyd edilməli və bu barədə etiraf edən tərəf protokola imza etməlidir. Faktın etirafı yazılı ərizədə ifadə oluna bilər. Kollegiya qeyd edir ki, cavabdehin borclu olması barədə məhkəmədə faktı etiraf etməsi hal müəyyən edilmir. Ona görə də cavabdehin iddiaçıya borcunun olması faktını etiraf etməsi barədə qənaətə gəlmək mümkün deyil. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasınının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(038)-406/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-625/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-625/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver