Məhkəmə qərarları › İş №2(106)-625/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-625/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-625/2025 14.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2922/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli, 020A********** saylı kredit müqaviləsinə əsasən 16274.55 manat əsas borc, 1316.31 manat faiz borcu, 277.97 manat cərimə olmaqla cəmi 17868.83 manat borcun və 143.61 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Qətnamə icraya yönəldilmiş, Lənkəran rayon İcra və probasiya şöbəsinin 15 yanvar 2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-2922/2024 saylı qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən geri qaytarılmışdır. Qərardaddan Cavabdeh1 şikayət verərək, həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin sonunda qeyd etdiyi prosessual müddətin bərpası barədə ərizənin müzakirə olunması üçün məhkəmə iclasının təyin edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsinə baxılmasına dair məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Şahin oğlunun apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunması və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonuncu qərardaddan Cavabdeh1 şikayət vermiş, həmin qərardadının ləğv edilməsini, prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsi, buraxılmış müddətin üzürlü hesab edilməsi, müddətin bərpa edilməsi və apellyasiya şikayətinə baxılması üçün mülki işin aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Mobil telefonuna hər hansı SMS məlumatı daxil olmamışdır. Nərimanabad qəsəbəsinə, ona ünvanlanmış məhkəmə bildirişi və ya qətnamənin kim tərəfindən qəbul edilməsi barədə məlumatı yoxdur. E-məhkəmə portalında olan elektron kabinetinə isə ümumiyyətlə SİMA imza vasitəsilə daxil olmaq mümkün olmadığından, yalnız xx.xx.2025-ci il tarixdə hüquqşünasın köməkliyi ilə daxil olandan sonra qətnaməni kabinetdən çap etdikdən sonra onunla tanış olmuşdur. Lakin işə baxan hakim tərəfindən bu hallar araşdırılmamış və həmin hallara hüquqi qiymət vermədən üzürlü səbəbdən buraxılmış prosessual müddəti bərpa etməmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki işdə olan SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə "Bildiriş”lərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:19:42-də və xx.xx.2024-cü il tarixdə, saat 13:46:32-də borclu Cavabdeh1 Şahin oğlunun istifadəsində olan ********** nömrəli mobil telefonuna SMS-lər göndərilərək məhkəmə hazırlıq və baxışı iclaslarının vaxtı və yeri barəsində ona məlumat verilmişdir. Həmin SMS-lərin onun mobil telefonuna göndərilməsi, Qanunun tələbinə görə məhkəmə bildirşlərinin rəsmi olaraq ona çatdırılması hesab olunur. İşin hallarından görünür ki, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 Şahin oğlunun rəsmi qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixdə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində, şəxsən özünə təqdim edilmişdir. X3-un "Göndərişlərin izlənməsi”ndən görünür ki, məhkəmə sənədi (qətnamə) xx.xx.2024-cü il tarixdə, saat 15:09-da Cavabdeh1 Şahin oğluna təqdim edilmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətini 13 yanvar 2025-ci il tarixdə təqdim etmiş, bununla da qanunla müəyyən edilmiş apellyasiya müddətini ötürmüşdür. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya müdətin ötürülməsinin üzrlü sayılması və ötürülmüş müddətin bərpa edilməsi üçün konkret əsas tapmır və belə hesab edir ki, buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(049)-2922/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar