Məhkəmə qərarları › İş №2(106)-626/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-626/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-626/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinın cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə cəmi 5460.26 manat məbləğində pulun və 75 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması tələbinə dair mülki iş Yardımlı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(038)-419/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Kİ MMC məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə cəmi 5460.26 manat məbləğində pulun və 75 manat ödənilmiş dövlət rüsumunun İddiaçı KT MMC-nin xeyrinə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Kİ MMC arasında illik 5 % dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi barədə 24 oktyabr 2019-cu il tarixli, SİF-2019/10-76 saylı kredit müqaviləsi bağlanılmışdır. Cavabdehnın həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını vaxtında təmin etmək məqsədi ilə İddiaçı Kİ MMC ilə digər cavabdeh Zamin arasında 24 oktyabr 2019-cu il tarixli, Z-2019-71 saylı zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı Kİ MMC həmin kredit müqaviləsində göstərilən məbləği Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 20 dekabr 2022-ci il tarixə cavabdehin 24 oktyabr 2019-cu il tarixli, SİF- 2019/10-76 saylı kredit müqaviləsi üzrə 4700 manat əsas borc, 475.36 manat faiz borcu, 284.90 manat cərimə borcu, cəmi 5460.26 manat borcu yaranmışdır. İddiaçı Kİ MMC-nın dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyd olunan müqavilənin şərtlərini yerinə yetirməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Odur ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 24 oktyabr 2019-cu il tarixli, SİF-2019/10-76 saylı kredit müqaviləsi üzrə 4700 manat əsas kredit borcu, 475.36 manat faiz borcu, 284.90 manat cərimə borcu olmaqla cəmi 5460.26 manat məbləğində pulun və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Kİ MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı KT MMC-nin idarə heyətinin sədri Nümayəndə məhkəməyə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh ödənişləri haqqında maliyyə arayışı hazırlayarkən bəzi uyğunsuzluqlar müəyyən edilmiş və sistemdə dəyişilik edilməsi zərurəti yaranmışdır. Belə ki, 2019-cu ildə eyni məbləğdə kredit verilmiş və eyni aylıq ödənişi olan müştərilərin məlumatları sistemə daxil edilərkən texniki səhvə yol verilərək Cavabdeh tarixcəsində texniki səhv olaraq ödənilməmiş məbləğlər ödəniş kimi qeyd edilmişdir. Bu barədə Azərbaycan Kredit Bürosu MMC-yə 20 dekabr 2022-ci il tarixdə müraciət edilmiş və texniki səhv aradan qaldırılmışdır. Cavabdeh müqavilə bağlanan gündən hazırki günə qədər "xxxx" Kredit İttifaqı MMC-ə cəmi kredit borcu üzrə əsas məbləğ 300 manat, faiz borcu üzrə 102 manat kredit ödənişi etmişdir. Maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, cavabdehlərin 4700 manat əsas kredit borcu, 475.36 manat faiz borcu və 284.90 manat cərimə borcu vardır. Odur ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 24 oktyabr 2019-cu il tarixli, SİF-2019/10-76 saylı kredit müqaviləsi üzrə 4700 manat əsas kredit borcu, 475.36 manat faiz borcu, 284.90 manat cərimə borcu olmaqla cəmi 5460.26 manat məbləğində pulun və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Kİ MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini qəbul etməyərək, Azərbaycan Kredit Bürosu MMC-dən çıxarışdakı 3500 manat pulun təmin olunmasını, və həmin puldan MMC-də 500 manat və 100 manat, cəmi 600 manat qoyduğu depozitləri borcundan silinməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(038)-419/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və Zamin 24 oktyabr 2019-cu il tarixli SİF-2019/10-76 saylı kredit müqaviləsi üzrə 4700,00 (dörd min yeddi yüz) manat əsas kredit borcu, 475,36 (dörd yüz yetmiş beş manat otuz altı qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 5195.36 (beş min biri yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində pul və 75 (yetmiş beş) manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin qismən ləğv olunması, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspert rəyinə uyğun əsas borcun azaldılması, faiz və cərimənin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hüquqları pozulmuşdur. İşə onun iştirakı olmadan baxılmış, heç bir araşdırma aparılmamışdır. Məhkəmə onun iddiaçının tələb etdiyi məbləğdə borcun olduğunu aydınlaşdırmamışdır. Yalnız iddiaçının fikri əsas götürülmüşdür. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli SİF-2019/10-76 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Kİ MMC ilə Cavabdeh arasında kreditdən istifadəyə görə illik 5 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində heyvandarlığın inkişafı məqsədilə kredit verilmişdir. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli, Z-2019-71 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdehnın 24 oktyabr 2019-cu il tarixli 0SİF-2019/10-76 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını vaxtında təmin etmək məqsədi ilə "xxxx" Kİ MMC ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin internet portalından əldə edilmiş çıxarışa əsasən Cavabdeh xx.xx.2009-cu ildən vergi ödəyicisi olan fiziki şəxsdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Hazırki mübahisənin subyekt tərkibi ilə yanaşı mübahisənin predmeti də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləridir, iddiaçının fəaliyyət istiqaməti pambıq məhsullarının alışından, cavabdehin fəaliyyət istiqaməti isə pambığın əkilməsi, becərilməsi və onun iddiaçıya satmasından ibarət öhdəlikdən irəli gəlir. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Yardımlı Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(038)-419/2022 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar