Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-630/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(056)-1969/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr. Şirin Mirzəyev küçəsində etibarnamə əsasında idarə etdiyi «HYUNDAİ 30» minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğu üçün İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Hyundai Elantra” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1080 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/7545-8/2583 saylı ekspert rəyində (məhkəməəmtəə ekspertizası üzrə) qeyd edilir ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır (məhkəməəmtəəşünaslıq ekspertizası üzrə) nəzəri hesablama yolu ilə, dəymiş zərərin hesablanmasına dair AKT məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “ Hyundai Elantra minik” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 792 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “HYUNDAİ Elantra” minik markalı 99-OE967 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1080 manat və tərəfindən ödənilmiş 32 manat dövlət rüsumunun, cəmi 1112 manat pulun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi “HYUNDAİ ELENTRA” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində hərəkət edərkən Cavabdeh yolayrıcını keçmə qaydalarını pozmuş və idarə etdiyi «HYUNDAİ İ 30» minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə idarə etdiyi avtomaşınının sol qabaq hissəsindən vuraraq xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli İXP6221780 saylı protokol tərtib olunmuşdur. Nəticədə hazırda cavabdeh olan Cavabdeh İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə olunmuşdur. Baş vermiş hadisədən sonra məlum oldu ki, cavabdeh tərəfin icbari sığortası yoxdur. Ona görə də onun avtomaşınının icbari sığortası olmasına baxmayaraq avtomaşınına dəymiş maddi ziyan ödənilməsindən imtina olunmuşdur. "Azərsığorta" tərəfindən avtomaşınına dəymiş maddi ziyanın məbləği 1080 manat müəyyən edilmişdir. Hadisədən sonra ilk günlərdə cavabdeh avtomaşınına dəymiş ziyanı könüllü surətdə ödəməyə söz versə də, lakin sonradan bundan qərəzli olaraq imtina etdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının tələb etdiyi zərərin həcmi ilə razılaşmadığını bildirərək, ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sabirabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Nurəddin Bağırov) 26 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 107, 119.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən (ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə) təmin edilməlidir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı etibarnamə ilə idarəetdiyi “Hyundaı Elantra minik” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin Cavabdeh təqsiri nəticəsində vurulduğu öz təsdiqini tapdığından, İddiaçı hazırkı iddia tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir və belə olan halda avtomobilə vurulmuş zərərin əvəzi Cavabdeh tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, hazırkı iş üzrə məhkəməsinin qətnaməsi müvafiq hissədə qüvvədə saxlanıla bilməz, həmin hissədə ləğv edilməlidir. Çünki avtoqəza zamanı avtomobilin tək işıqforu zədə aldığından həmin işıqforun köhnə avtomobil olmaqla o qədər qiymətləndirilməsi absurddur. Hesab edir ki, tək işıqforun zədələnməsi 400 manat pul edir. Halbuki ona ikiqat hesablanmış 792 manat əsassızdır. Eskpert belə konkret dəqiq hesablaşma apara bilməmişdir. Fərziyə olaraq 792 manat ziyan hesablanmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, birinci binstansiya məhkəməsinin qətnaməsi əsaslıdır, avtomobili təmir etdirmək üçün qətnamə ilə müəyənləşdirilmiş məbləğdən daha çox pul ödəmişdir. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş, ekspertiza rəyində göstərilən məbləğin ödənilməsi qət edilmişdir. Cavabdehlə razılığa gəlməyə çalışmış, lakin razılaşmamışdır. İndiyə qədər isə heç bir ödəniş etməmişdir, ona hər hansı köməklik göstərməmişdir. Hadisədən artıq bir il keçmiş, o, avtomobili təmir etdirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın qismən təmin edilməsini xahiş etmiş, qətnaməni qismən mübahisələndirdiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki hüquqda hüquqi məsuliyyət mülki hüquq məsuliyyəti anlayışı ilə əhatə olunur. Mülki (əmlak) dövriyyəsinin normal inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Bu şərtin iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyəti vardır. Bəzi hallarda mülki hüquq subyektləri müqavilə və digər öhdəlikləri ya yerinə yetirmirlər, ya da lazımınca icra etmirlər. Bununla onlar mülki hüquq pozuntusu (mülki xətalar) törətmiş olurlar. Müqavilə və digər öhdəliklərin pozulması — törədilmiş mülki hüquq pozuntuları nəinki subyektlərin əmlak sferasına, habelə bütövlükdə ölkə iqtisadiyyatına və vətəndaş cəmiyyətinə mənfi təsir göstərir. Bunun nəticəsində istehsalın sabitliyi pozulur, cəmiyyətin əmtəə-pul münasibətləri mexanizmində qeyri-müntəzəmlik, fasilə, boş dayanma və pozuntu halları yaranır. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəməsinin qətnaməsi müvafiq hissədə qüvvədə saxlanıla bilməz, həmin hissədə ləğv edilməlidir. Çünki avtoqəza zamanı avtomobilin tək işıqforu zədə aldığından həmin işıqforun köhnə avtomobil olmaqla, o qədər qiymətləndirilməsi absurddur. Hesab edir ki, tək işıqforun zədələnməsi 400 manat pul edir. Halbuki ona ikiqat hesablanmış 792 manat əsassızdır. Eskpert belə konkret dəqiq hesablaşma apara bilməmişdir. Fərziyə olaraq 792 manat ziyan hesablanmışdır. Kollegiya qeyd edir ki, cavabdehin avtomobilə dəymiş ziyanın fərziyə olaraq hesablanması dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/7545-8/2583 saylı ekspert rəyi ilə təsdiq olunur ki, dəymiş zərərin hesablanmasına dair AKT məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Elantra minik” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 792 manat müəyyən edilir. Ekspert tərəfindən dəymiş ziyan fərziyə olaraq deyil, “dəymiş zərərin hesablanmasına dair akt” məlumatlarına əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla təxmini olaraq hesablanmışdır. Eyni zamanda cavabdeh məhkəməyə təkrar və ya əlavə ekspertizanın təyin olunması barədə yazılı vəsatət təqdim etməmişdir. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, iddianı 400 manat həddində etiraf etdiyindən, iddia həmin həddə təmin edilməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual hüquqda etiraf prosessual hərəkət kimi iddia edilən faktın qarşı tərəf tərəfindən qəbul edilməsi anlamına gəlir. Cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, məhkəmə bu etirafı əsas götürərək həmin hissədə iddianı təmin edə bilər. Lakin bu zaman etirafın ağlabatan olması və sübut edilməsi əsas şərtdir. Belə olan halda, cavabdeh iddianı 400 manat məbləğində etiraf etsə də, lakin bu məbləğdə ziyanın dəyməsinə dair etibarlı sübutlar təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, etiraf, sübuta yetirilməmiş faktı təkbaşına təsdiqləmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(056)-1969/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(056)-1969/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-630/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-630/2025
16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver