Məhkəmə qərarları › İş №2(106)-636/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-636/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-636/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “əsas və faiz borcunun tutulması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-400/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC BOKT kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 1.949,10 manat, faiz borcu üzrə 33,14 manat, cəmi 1.982,24 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 39,82 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun gözəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinentin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borc şəxs Cavabdeh dair sənədlər S-FK-İB-125 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 379/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 2.947 manat məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 2947 manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilə üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan Borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 1.949,10 manat, faiz borcu üzrə 33,14 manat, cəmi 1.982,24 manat məblələğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. 01 dekabr 2022-ci il tarixdə iddia ərizəsi Cavabdeh göndərilməsinə sonuncu tərəfindən 05 dekabr 2022-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Lənkəran Rayon Məhkəməsinin 2(049)-400/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Məmmədov) iddia təmin edilmiş, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 379/13 saylı borc müqaviləsi üzrə ödənilməmiş 1.949,10 manat əsas, 33,14 manat faiz, cəmi 1.982,24 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 39,82 manat Cavabdeh tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Həsənov X1 Rayon Məhkəməsinin 2(049)-400/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin surəti ona ümumiyyətlə təqdim edilməyibdir. Onun məhkəmə iclası barədə zəruri məlumatı olmadığı halda üzürlü səbəbdən həmin iddia tələbinə etirazını zamanında birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Məhkəmənin qətnaməsindən müəyyən edilir ki, məhkəmə İddiaçı QSC BOKT-ın iddia müddəti çoxdandır (4 (dörd) ilə yaxındır) ki ötürülmüş bir kredit müqaviləsi üzrə tamamilə qanunsuz və əsassız iddia tələbi ilə məhkəməyə müraciət edib-etmədiyini göstərməmiş və aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının özünün dediklərindən, həmçinin birinci instansiya məhkəməsinin hakiminin tərtib etdiyi qətnamədən göründüyü kimi mübahisələndirilən müqavilə 28 noyabr 2013-cü il tarixdə və 24 ay müddətinə bağlanmışdır və müqavilə üzrə öhdəliklərin icrasının son tarixi kimi 28 noyabr 2015-ci il müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə iddiaçı özünün iddia tələbini 28 noyabr 2015-ci il tarixədək irəli sürməli idi. Lakin iddiaçı iddia tələbini 21 noyabr 2022-ci il tarixdə irəli sürmüşdür. Beləliklə iddiaçı iddia tələbini kredit müqaviləsinin bitdiyi tarixdən 6 il 11 ay 23 gün sonra irəli sürmüşdür. İddiaçı iddia müddətini 3 il 11 ay 23 gün ötürmüşdür. Bundan başqa qeyd edir ki, İddiaçı QSC BOKTa hazırkı problemli kredit aktivi satılmış "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə onun arasında 28 noyabr 2013-cü il tarixdə, 379/13 saylı “Vakala” Borc Müqaviləsinin illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 2.947 manat məbləğində bağlanmasının səbəbkarı olan “X5” Kirby MMC-nin əməkdaşları, “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avtomatik tozsovuran (yuyucu) aparatını onun da yaşadığı həyətlərinə gətirərək onun ailə üzvlərini aldatmaqla ona satan şəxslər olmuşlar ki, həmin şəxslər də bu yolla fırıldaqçılıq əməliyyatı həyata keçirmişlər. Belə ki, həmin şəxslər “X5” Kirby MMC-nin adından ona verilmiş 07 noyabr 2013-cü il tarixli 15309 saylı Mədaxil qəbzinə əsasən əvvəlcədən ondan 300 (üç yüz) manat pulu nəğd şəkildə almışlar. Bundan 21 gün sonra onunla "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti arasında xx.xx.2013-cü il tarixli 379/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanması təklif edilmiş və həmin kredit müqaviləsi üzrə xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə hər dəfə 150 manat ödəməklə ümumilikdə bankın hesabına da əlavə 750 manat həmin tozsovuran (yuyucu) üçün ödəmişdir. Bundan sonra maliyyə çətinliyi üzündən ödəyə bilməmişdir. Ödənişləri yubandığını görən “X3” Kirby MMC-nin əməkdaşları 27 yanvar 2015-ci il tarixində onunla “Müqavilənin ləğv edilməsi” haqqında Razılaşma bağlayaraq, həmin tarixdə tərtib edilmiş və imzalanmış yazılı “Təhvil-təslim Aktı”na əsasən ondan “Kirby” firmasının istehsalı olan “Sentria” modeli ********** seriya №-li avtomatik tozsovuran (yuyucu) aparatrını, standart taxmaları (1 ədə yuyucu taxması, 1 ədəd Zippbraş taxması, 1 ədə Turbo taxması) zəmanət talonunu və istismar təlimatını geri təhvil alıb özləri ilə aparmışlar. Beləliklə, X4 Kirby MMC-nin əmkdaşlarının qanunazidd əməlləri nəticəsində o, 1 ədə tozsovuran aparatına görə əvvəlcə 1050 manat ödəniş etmiş, sonra da həmin aparat saz vəziyyətdə ondan geri alınıb, hazırda da ona qarşı əsassız iddia qaldırılmışdır. Göstərilənlərə əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-400/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-400/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Aqrarkreditin nümayəndəsi S.Bəkirov teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-372.7-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldildikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxalayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddaçı məhkəmədə iddia qaldırarkən iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi barədə ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsı Plenumunun 8 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddihüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Onu da nəzərə almaq vacibdir ki, apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri). Yeni məhkəmə icraatının qaydalarını müəyyən edən qüvvədə olan mülki prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını birinci instansiya məhkəmələrinin üzərinə qoyur (tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılması; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsi; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsi). Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(049)-3887/2022 saylı qərardadından görünür ki, İddiaçı QSC BOKTnın Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılmış, eyni tarixdə Cavabdeh yaşadığı ünvan 1 ünvanına məhkəmə bildirişi göndərməklə, ona bildirişi aldığı gündən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsi təklif edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənilməsi barədə məlumatdan (i.v.61) görünür ki, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(049)- 3887/2022 saylı bildirişi 05 dekabr 2022-ci il tarixdə saat 15:40-da Cavabdeh çatdırılmışdır. Göründüyü kimi cavabdeh Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(049)-3887/2022 saylı bildirişi 05 dekabr 2022-ci il tarixdə almış, həmin iş üzrə məhkəmə iclası isə 13 yanvar 2023-cü il tarixdə keçirilmişdir. Lakin buna baxmayaraq cavabdehin kifayət qədər vaxtı olmağına baxmayaraq iddiaya etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi hissəsində apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı QSC BOKT-a hazırkı problemli kredit aktivi satılmış "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə onun arasında 28 noyabr 2013-cü il tarixdə, 379/13 saylı “Vakala” Borc Müqaviləsinin illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 2.947 manat məbləğində bağlanmasının səbəbkarı olan “X5” Kirby MMC-nin əməkdaşları, “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avtomatik tozsovuran (yuyucu) aparatını onun da yaşadığı həyətlərinə gətirərək onun ailə üzvlərini aldatmaqla ona satan şəxslər olmuşlar ki, həmin şəxslər də bu yolla fırıldaqçılıq əməliyyatı həyata keçirmişlər. Belə ki, həmin şəxslər “X5” Kirby MMC-nin adından ona verilmiş 07 noyabr 2013-cü il tarixli 15309 saylı Mədaxil qəbzinə əsasən əvvəlcədən ondan 300 (üç yüz) manat pulu nəğd şəkildə almışlar. Bundan 21 gün sonra onunla "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti arasında xx.xx.2013-cü il tarixli 379/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanması təklif edilmiş və həmin kredit müqaviləsi üzrə xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə hər dəfə 150 manat ödəməklə ümumilikdə bankın hesabına da əlavə 750 manat həmin tozsovuran (yuyucu) üçün ödəmişdir. Bundan sonra maliyyə çətinliyi üzündən ödəyə bilməmişdir. Ödənişləri yubandığını görən “X3” Kirby MMC-nin əməkdaşları 27 yanvar 2015-ci il tarixində onunla “Müqavilənin ləğv edilməsi” haqqında Razılaşma bağlayaraq, həmin tarixdə tərtib edilmiş və imzalanmış yazılı “Təhvil-təslim Aktı”na əsasən ondan “Kirby” firmasının istehsalı olan “Sentria” modeli ********** seriya №-li avtomatik tozsovuran (yuyucu) aparatrını, standart taxmaları (1 ədə yuyucu taxması, 1 ədəd Zippbraş taxması, 1 ədə Turbo taxması) zəmanət talonunu və istismar təlimatını geri təhvil alıb özləri ilə aparmışlar. Beləliklə, X4 Kirby MMC-nin əmkdaşlarının qanunazidd əməlləri nəticəsində o, 1 ədəd tozsovuran aparatına görə əvvəlcə 1050 manat ödəniş etmiş, sonra da həmin aparat saz vəziyyətdə ondan geri alınıb, hazırda da ona qarşı əsassız iddia qaldırılmışdır. Cavabdeh eyni zamanda apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının iddia ərizəsi ona ümumiyyətlə təqdim edilməmişdir. Onun məhkəmə iclası barədə zəruri məlumatı olmamışdır. Ona görə də üzürlü səbəbdən iddia tələbinə etirazını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması haqqında qaydaya uyğun şəkildə məlumat verilmədiyinidən və iştirakı həmin məhkəmə araşdırmasında təmin edilmədiyindən sübutları apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, “X3” Kirby MMC-nin əməkdaşları 27 yanvar 2015-ci il tarixində onunla “Müqavilənin ləğv edilməsi” haqqında Razılaşma bağlayaraq, həmin tarixdə tərtib edilmiş və imzalanmış yazılı “Təhvil-təslim Aktı”na əsasən ondan “Kirby” firmasının istehsalı olan “Sentria” modeli ********** seriya №-li avtomatik tozsovuran (yuyucu) aparatrını, standart taxmaları (1 ədə yuyucu taxması, 1 ədəd Zippbraş taxması, 1 ədə Turbo taxması) zəmanət talonunu və istismar təlimatını geri təhvil alıb özləri ilə aparmışlar. Məhkəmə kollegiyası hesab edir ki, “X5” MMC-nin direktoru Vüsal Əliyev və Cavabdeh arasında alqı-satqı müqaviləsinin ləğv edilməsi cavabdehin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qarşısındakı öhdəliyin icrasından azad etmir. xx.xx.2013-cü il tarixli 379/13 saylı «Vakala» borc müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 24 ay müddətində hər ay 149,99 manat, son ayda 149,99 manat olmaqla xx.xx.2013- cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 379/13 saylı «Vakala» borc müqaviləsi üzrə "xxxx" ASC-dən 2947 manat məbləğində nəğd pul götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh iddia verilən tarixə xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 1.949,10 manat əsas borc, 33,14 manat faiz borcu olmaqla ümumilikdə 1.982,24 manat məbləğində borcu vardır. İşdə olan "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 379/13 saylı «Vakala» borc müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Kirby firmasının istehsalı olan Sentria modelli avadanlığın (avtomatik yuyucu) alınması üçün cavabdehə 24 ay müddətinə ödəmək şərti ilə müqabilənin tərkib hissəsi olan əlavə 1-də göstərilən məbləği borc verməyi öhdəsinə götürmüş, borcalan iə müqaviləyə uyğun olaraq borcu qəbul etməyi, müqavilədə və əlavə 1 də göstərilən müddətdə və qaydada borcu və bank gəlirlərini borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Təhvil-təslim aktından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borc şəxs Cavabdeh dair sənədlər S-FK-İB- 125 saylı, 17 aprel 2018-ci il tarixdə təhvil verilmiş, tərəflər öz imzaları ilə bunu təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf ona qarşı qaldırılmış iddia tələbinə qarşı öz etirazlarının əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən iddianın əsassızlığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(049)-400/2023 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ 1.982,24 manat olmaqla, yəni Mülki Prosessual Məcəlləsinin 402.1ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(049)400/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar