Məhkəmə qərarları › İş №2(106)-638/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-638/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-638/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi 854,00 manat debitor borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun cəmi 884,00 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X4 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********02960 olmaqla, xx.xx.2020-ci il tarixli, 40824 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Masallı rayonu, Hişkədərə kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 854,00 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 854,00 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı borc tələbi ilə bağlı mülki iş üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi (rədd edilməsi) və yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, icraatda iddiaçı "Azəriqaz" İB-nin cavabdehə qarşı borc tələbi ilə bağlı mülki iş vardır. İddiaçının tələbi 2019-2020-ci illərdə yaranmış borcla bağlıdır. İddiaçının tələb etdiyi borcun tarixdən 4-5 ilə yaxın bir müddət keçmişdir, belə ki, abonentin saldosuna nəzər salınsa görərik ki, tələb olunan borc 2019-2020-ci illərdə yaranmış debitor və tərtib olunmuş akta əsasən yaranmış borcdur. O, isə 2019-cu ilin sonundan təbii qazdan isitifadə etmir, bunu abonentin saldosundan da görmək olar. Müqavilələrdən əmələ gələn iddialar üzrə iddia müddəti ilə bağlı 3 il müddətini ötürmüşdür. Belə olduğu halda iddiaçı iddia müddətinin axınını pozmuşdur. 3 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən pul tələbi ilə bağlı iddia müddəti keçmişdir. Bu səbəbdən də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Həmçinin iddia müddəti tətbiq olunub iddia tələbi rədd edildikdən sonra, yaranmış borc sistemdən silinməyəcəkdir və o, istər iddiaçı təşkilata, istərsədə ASAN xidmətə müraciət etdiyi zaman həmin borc sistemdə görüləcəkdir. Odur ki, iddia müddəti tətbiq olunub iddia rədd edildiyi zaman məhkəmə qətnaməsində yaranmış borcun silinməsidə qeyd olunmalıdır ki, bir vətəndaş olaraq sonradan o, əziyyət çəkmiş olmasın. Yəni bir məhkəmə mübahisəsi zamanı bütün məsələlər həll olunmalıdır ki, başqa bir məhkəmə mübahisəsinə gətirib çıxarmasın və həm məhkəmənin yükünün artmasına həmdə vətəndaşın hüquqlarının pozulmasına, yəni yenidən məhkəməyə müraciət etməsinə gətirib çıxarmasın. Masallı Rayon Məhkəməsinin e-2(050)-3121/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin istifadə etdiyi qaza görə borcu yaranmışdır. Borcun bir hissəsi debitor, bir hissəsi isə aktla yaranmışdır. Yaranmış borcla bağlı cavabdeh ödənişlər etmir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı təşkilat onun debitor borcu ilə aktla yaranan borcu birləşdirib, ondan tələb edirlər. Onun qaz xəttini kəsmişlər və 5 ildir ki, təbii qazdan istifadə etmir. Tərtib edilmiş aktla razı deyil, onu ödəməyəcək. Qeyriqanuni olaraq qazdan istifadə etməmişdir. Debitor borca görə yaranmış borcunu ödəyəcək. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Zeynal Zeynalov), iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi təbii qazın dəyərinə görə 854.00 manat debitor borc və ödənilmiş 30.00 manat dövlət rüsumu, cəmi 884.00 manat məbləğində pulun tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmanov X3 Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və cavabdeh elektron qaydada ərizə ünvanlıyaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 40814 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, İddiaçı Lənkəran X4 İdarəsinin Masallı rayonu Hişkədərə kənd sakini Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 40814 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Masallı rayonu Hişkədərə kənd sakini Cavabdeh oğunun istehlak etdiyi təbii qazın dəyərinə görə debitor borcu 854.00 manat məbləğindədir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsinin 04 may 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 03 may 2020-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının MN № ******* nömrəli, 22 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh İddiaçı Lənkəran X4 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********02960 olmaqla, xx.xx.2020-ci il tarixli, 40824 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Masallı rayonu, Hişkədərə kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 854,00 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 854,00 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin tələblərini pozmuşdur. Cavabdeh iddiaya qarşı verdiyi etirazda və apelyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, İddiaçının tələbi 2019-2020-ci illərdə yaranmış borcla bağlıdır. İddiaçının tələb etdiyi borcun tarixdən 4-5 ilə yaxın bir müddət keçmişdir, belə ki, abonentin saldosuna nəzər salınsa görərik ki, tələb olunan borc 2019-2020-ci illərdə yaranmış debitor və tərtib olunmuş akta əsasən yaranmış borcdur. O, isə 2019-cu ilin sonundan təbii qazdan isitifadə etmir, bunu abonentin saldosundan da görmək olar. Müqavilələrdən əmələ gələn iddialar üzrə iddia müddəti ilə bağlı 3 il müddətini ötürmüşdür. Belə olduğu halda iddiaçı iddia müddətinin axınını pozmuşdur. 3 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən pul tələbi ilə bağlı iddia müddəti keçmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh yaranmış borcun 2019-2020-ci illərə aid olduğunu qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə abonentin saldosuna nəzər yetirdikdə görünür ki, cavabdehin 2024cü ilin sonuna 854 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, təbii qazdan fasiləsiz istifadə etdiyi halda, yaranmış borcu ödəməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3121/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar